MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

33
depozitlərin  ciddi  investisiya  layihələrini  kreditləşdirmək  üçün 
iri məbləğlərə çevrilməsini misal göstərmək olar.
Keyfiyyət  transformasiyası  hər  şeydən  əvvəl,  aktivlərin  risk 
xarakteristikasının  aşağı  salınmasıdır.  Öz  xüsusi  öhdəliklərini 
emissiya  edərkən  və  yaxud  müştərilərlə  depozit  müqavilələri 
bağlayarkən bunlar üzrə bank hər hansı bir investisiya layihəsinə 
birbaşa qoyulan vəsaitlərlə müqayisədə, daha əhəmiyyətli etibar-
lılığı  təmin  etmiş  olur.  Bu,  birinci  növbədə  pul  resurslarının 
təmərküzləşməsi  hesabına  aktivlər  portfelini  diversifikasiya 
etmək  imkanları  ilə  izah  edilir.  İkincisi,  banklar  informasiya 
resurslarına  malik  olmaq  üstünlükləri  hesabına,  borcluların 
hərəkətlərinə nəzarət edə bilirlər.
Aktivlərin zaman transformasiyasının nümunəsi kimi, bank-
ların bir tərəfdən əmanətçilərdən qısa müddətə depozitlər qəbul 
etməsi, digər tərəfdən borclulara daha uzun müddətə kreditlərin 
verilməsi imkanlarını misal göstərmək olar. Zaman transforma-
siyasının  həyata  keçirilməsi  problemi,  uzunmüddətli  aktivlərin 
aşağı likvidli olmasından, depozitlər üzrə ödənişlərin olmaması 
riski ilə sıx əlaqədardır. Bu riski qısamüddətli banklararası kre-
ditlər hesabına qismən azaltmaq mümkündür.
3. Risklərin idarə olunması hər bir bankın fəaliyyətində baş lıca 
istiqamətlərdən biridir. Risklərin təsnifləşdirilməsi üzrə müxtəlif 
yanaşma  üsulları  mövcuddur.  Ümumiqtisadi  yanaşma  nöqteyi-
nəzərindən, risklər mikroiqtisadi və makroiqtisadi risklərə bölü-
nür. Mikroiqtisadi risklər o risklər adlanır ki, diversifikasiya stra-
tegiyalarının  tətbiqi  hesabına  bunlar  ya  aradan  qaldırılır,  ya  da 
məhdudlaşdırılır. Əks təqdirdə risklər makroiqtisadi risklərə aid 
olunur.  Başqa  bir  təsnifata  görə  bank  fəaliyyətində  likvidlik 
riski, kredit riski, faiz riski və balansdankənar əməliyyatlar riski 
vardır. Sozsüz ki, müxtəlif xarakterli risklər hələ banklar yaran-
dığı vaxtdan onların işini əhatə etmişdir.
Bank işinin təkamülündə xüsusi mərhələ XIX əsrin ortalarına 
təsadüf edir. Məhz bu dövrdə bir sıra Avropa ölkələri (xüsusilə 
Fransa və Belçika) riskləri qəbul etməmə mərhələsindən, sənaye 
və ticarət müəssisələrinin fəal kreditləşməsinə keçirlər.


34
İstənilən  firmanın  fundamental  fəaliyyət  problemlərindən 
biri,  onların  likvidlik  riskinin  (yəni  kreditorlara  vaxtında  borcu 
qaytarmaq  imkanının  olmaması)  mövcudluğundadır.  Bu  riskin 
son həddi iqtisadi subyektin öhdəliklərinin, onun aktivlərini ötüb 
keçməsi ilə xarakterizə edilir və tədiyə qabiliyyətinin olmaması 
adlanır. Likvidlik riskinin idarə olunmasında ənənəvi tədbirlər dən 
biri  ehtiyatların  formalaşmasıdır.  (hal-hazirda  Mərkəzi  Bankın 
prudensial  normativlərinə  görə  cari  likvidlik  norması  30  faiz 
səviyyəsində müəyyən edilmişdir)
Banklar öz fəaliyyətlərində müntəzəm olaraq kredit riski ilə 
də  üzləşirlər.  Belə  vəziyyət  ən  yaxşı  halda  borclu  tərəfindən 
kredit üzrə faizləri ödəmək imkanının olmaması, ən pis halda isə 
ümumiyyətlə  krediti  qaytarmaq  imkanının  olmaması  ilə  izah 
edilir.
1980-ci illərdə bank sisteminin inkişafı iqtisadi subyektlərin 
qeyri-ənənəvi, eyni zamanda yüksək gəlirli əməliyyatlara mara-
ğını artırdı. Məsələn svop, spot, zəmanətlərin verilməsi, qiymətli 
kağızların sığortası və s. əməliyyatlar daha geniş yayıldı. Müha-
sibat  uçotu  nöqteyi-nəzərindən  belə  əməliyyatlar  ənənəvi  bank 
funksiyaları deyil, balansdankənar bank əməliyyatları kimi təs-
nifləşdirilir. Yüksək gəlirli maliyyə alətlərindən istifadə, risklərin 
idarə  olunması  sahəsində  bankların  imkanlarını  daha  da  geniş-
ləndirir.  Operativ  surətdə  riskli  aktivləri  satmaq  və  ya  almaqla 
bank,  qarşıya  qoyulan  vəzifələrdən  asılı  olaraq  ya  öz  risklərini 
sığortalayır, yaxud da öz üzərinə əlavə risklər götürmüş olur.
Son illər bank fəaliyyətində risklərin idarə olunma texnologi-
yası və metodları başlıca vəzifələrdən birinə çevrilmişdir.
4. İqtisadiyyatda informasiya resurslarının əhəmiyyətini öyrə-
nən çoxsaylı müasir tədqiqatlarda bankların bu sahədə tutduqları 
yer xüsusi qeyd olunur. Belə ki, öz müştərilərinin məlumatlarına 
eksklüziv çıxışı olan banklar eyni zamanda maliyyələşdirdikləri 
layihələrin gedişinə nəzarət (monitorinq) imkanı qazanırlar. Bu 
nöqteyi-nəzərdən müasir cəmiyyətlərdə bankların daha bir funk-
siyası müşahidə olunur. Bu funksiya maliyyə-iqtisadi informasi-
yaların  axınına  nəzarət  və  ya  başqa  sözlə  desək,  informasiya 
prosessoru adlanır. İnformasiyanın idarə olunması dedikdə onun 


35
yığılması,  saxlanması,  sistemləşdirilməsi  və  təhlili  başa  düşül-
məlidir. Hərgah bir neçə onilliklər bundan əvvəl informasiyaya 
faydalı və yardımçı nəticə kimi baxılırdısa, hazırda onun səmə-
rəli  yığımı  və  işlənməsi  bütövlükdə  bankın  müvəffəqiyyətli 
fəaliyyətinin ayrılmaz hissəsi hesab edilir.
5.  Bankların  əhəmiyyətli  funksiyalarından  biri  də,  onların 
kapitalın  (resursların)  yerləşdirilməsi  və  hərəkəti  prosesində 
oynadıqları roldur. O ölkələrdə ki, maliyyə vasitəçiliyi institutları 
zəif  inkişaf  edib,  burada  ev  təsərrüfatları  yığımlarının  səmərəli 
cəlb olunması qeyri-mümkündür və bu da öz növbəsində inves-
tisiya resurslarının çatışmamazlığını yaradır. Bundan başqa, belə 
şərait bütövlükdə iqtisadi artım üçün prinsipial xarakter daşıyan 
iri layihələri kreditləşmə mənbələrindən məhrum edir. Kreditləşmə 
mənbələrinin  olmaması  və  ya  çatışmamazlığı  risklərin  idarə 
olunmasında  müvafiq  maliyyə  alətlərindən  istifadə  edilməməsi 
ilə izah olunur.
Bank müxtəlif mənbələrdən vəsaitləri cəlb etdikdə bu zaman 
likvidliyin idarə olunması da mürəkkəbləşir. Belə şəraitdə fond-
ların konversiyası üsullarından istifadə olunur. Konversiya üsulu-
nun mahiyyəti müxtəlif mənbələrdən toplanılan vəsaitlərin müxtəlif 
formada və müxtəlif istiqamətlərə istifadə olunmasın dan ibarət-
dir. Başqa sözlə desək, bu vəsaitlərin tətbiqi mənbələri və istiqa-
mətləri əlaqələndirilir.
Fondların  konversiyası  üsullarının  istifadəsi  zamanı  aşağı-
dakılar zəruridir:
–  bütün  cəlb  olunmuş  vəsaitləri  onların  dövriyyəsindən  və 
məcburi ehtiyatlardan asılı olaraq, mənbələrə uyğun yerləşdirmək;
– hər bir mənbənin vəsaitlərini uyğun aktivlərin maliyyələş-
dirilməsi üçün yerləşdirmək.
Kapitalın (resursların) yerləşdirilməsi və idarə olunması üsulu 
xüsusi  kredit  mövqeyinin  müəyyənləşdirilməsindən  ibarətdir. 
Burada söhbət qısamüddətli kreditlərin bərpasının mümkün olma-
ması zamanı bankın qısa müddət ərzində aldığı pul vəsaitlərinin 
məbləğindən gedir. Bu zaman likvidliyin idarə olunmasına yanaş-
mada, həm də fondların mümkün risk amili iştirak edir.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə