MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   2   3   4   5   6   7   8   9   ...   34

21
Kommersiya kreditinin ləğv olunması sərbəst pul vəsaitləri-
nin və bank sistemi vasitəsilə bölüşdürülən büdcə resurslarının 
tamamilə  səfərbər  olunmasını  təmin  etdi.  1934-cü  ildə  planlı 
ssudalar üzrə faiz dərəcələri 8 faizdən 6 faizə, yolda olan hesab-
laşma sənədlərinə verilən ssudalar üzrə isə faiz dərəcələri 8 faiz-
dən 4 faizə qədər azaldılır. 1936-cı ildə bu faiz dərəcələri ikinci 
dəfə  müvafiq  olaraq  6  faizdən  4  faizə,  4  faizdən  2  faizə  qədər 
azaldılır.
1934-1937-ci  illərdə  Dövlət  Bankı  sistematik  və  müntəzəm 
təsərrüfat  əlaqələrinə  malik  olan  müəssisələr  arasında  planlı 
ödənişlər, habelə ödəniş tələbnamələrinin qarşılıqlı zaçotu hesab-
laşmalarını tətbiq edir.
Qeyd etmək lazımdır ki, ölkənin sənayeləşdirilməsi dövründə 
manatın məzənnəsi xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, məzənnə 
ölkəyə  xarici  valyutanın  cəlb  olunmasına  şərait  yaratmalı  idi. 
SSRİ  XKS  1936-cı  ilin  fevral  ayında  Dövlət  Bankına  1  manat 
=3 fransız frankı məzənnəsi üzrə xarici valyutanın mübadiləsinə 
icarə verir. 1936-cı ilin aprel ayından bu məzənnə bütün mübadilə-
hesablaşma  əməliyyatlarına  şamil  edilir.  Frankın  devalvasiyası 
və  dəyərsizləşməsindən  sonra  Dövlət  Bankı  1937-ci  ilin  iyul 
ayından  başlayaraq  xarici  valyutaların  məzənnəsini  5  manat 
30 qəpik =1 ABŞ dolları nisbəti ilə müəyyənləşdirir.
1939-cu  ildən  başlayaraq  Dövlət  Bankı  sənaye  sahələrində 
kreditləşmənin dövriyyə qaydasını tətbiq edir. İlk vaxtlar dövriyyə 
üzrə kreditləşmə obyektləri kimi başa çatmamış istehsalın daimi 
ehtiyatları və hazır məhsul, daha sonralar isə istehsal materialları 
və  yanacaq  çıxış  edirdi.  1940-cı  ilin  iyul  ayından  başlayaraq 
dövriyyə üzrə kreditləşmə qaydası təchizat-satış təşkilatlarına da 
tətbiq edilir. Bu illərdə ixrac və idxal əməliyyatlarının kreditləş-
məsindən  ötrü  də  yeni  qaydalar  işlənib  hazırlanır.  Görülmüş 
tədbirlər  nəticəsində  ölkəyə  xarici  valyutada  daxil  olan  pul 
hasilatı get-gedə artırdı.
Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar, maliyyə 
resurslarının səfərbər olunmasından ötrü əlavə tədbirlərin görül-
məsinə  zərurəti  yarandı.  Belə  ki,  müharibənin  əvvəlində  kar-
toçka sistemi tətbiq edilir, zəruri tələbat malları olmayan bir sıra 


22
məhsulların  pərakəndə  satış  qiymətləri  artırılır,  əmanət  kassa-
larının  ödənişləri  bir  əmanətçiyə  ay  ərzində  200  manata  qədər 
məhdudlaşdırılır,  dövlət  istiqraz  vərəqələrinin  girovuna  verilən 
ssudalar dayandırılır, hərbi vergi, bir qədər sonra subaylıq vergisi 
tətbiq edilir, kənd təsərrüfatı vergilərinin dərəcələri artırılır, yerli 
vergilər  sisteminə  yenidən  baxılır,  dövlətdaxili  uduşlu  istiqraz 
vərəqələrinin əhalidən geri alınması müvəqqəti dayandırılır və s. 
addımlar atılır.
Müharibənin  əvvəlindən  Dövlət  Bankı  qarşısında  müstəsna 
vəzifələr dururdu: hərbi sənayeni kreditləşdirmək üçün resurslar 
axtarıb tapmaq, arxa cəbhəyə köçürülmüş müəssisələrə maliyyə 
yardımı göstərmək, təsərrüfatlar arasında hesablaşmaların mün-
təzəmliyini  və  dəqiqliyini  təmin  etmək,  ordunun  maliyyə  ehti-
yaclarını  fasiləsiz  ödəmək,  pul  emissiyasını  maksimuma  qədər 
məhdudlaşdırmaq, sovet manatının möhkəmliyini qoruyub saxla-
maq lazım idi.
Göstərilən bu və digər məsələlərin həllində bilavasitə döyüşən 
orduda Dövlət Bankının səhra müəssisələrinin yaradılması xüsusi 
əhəmiyyətə  malik  idi.  Cəbhələrdə  səhra  müəssisələri  şəbəkəsi 
fasiləsiz fəaliyyət göstərirdi.
Müharibə illərində xalq təsərrüfatında hesablaşmaların təşki-
latçısı kimi Dövlət Bankının rolu bir qədər də artır. Köçürülmüş 
müəssisələr üzrə hesablaşmaların tənzim olunmasında bank kre-
diti xüsusi əhəmiyyətə malik idi. Bank krediti bir çox hallarda 
təsərrüfatlara güzəştli şərtlərlə verilirdi.
Hələ müharibənin gedişində, yəni ərazilərin azad olunmasın-
dan  dərhal  sonra  xalq  təsərrüfatının  bərpasına  başlanılır. Azad 
olunmuş  ərazilərdə  fəaliyyətlərini  bərpa  edən  müəssisələrə  də 
güzəştli şərtlərlə kreditlər verilirdi.
Görülmüş tədbirlər nəticəsində ödəniş intizamı möhkəmlənir 
və təsərrüfatlar arasında hesablaşmaların aparılması sürətlənirdi. 
Qarşılıqlı  hesablaşma  büroları  vasitəsi  ilə  icra  edilən  hesablaş-
malar sistemi daha yaxşı inkişaf etmişdi.
Müharibədən  sonrakı  əsas  təsərrüfat  vəzifələri  öz  əksini 
IV  beşillik  planda  tapdı.  Beşillik  plana  görə,  ilk  növbədə  ağır 
sənayeni  və  dəmir  yol  nəqliyyatını  bərpa  və  inkişaf  etdirmək, 


23
bunun əsasında kənd təsərrüfatını xalq istehlakı malları istehsal 
edən sənayeni qaldırmaq ticarəti geniş inkişaf etdirmək, müha-
ribədən əvvəlki istehlak səviyyəsinə çatmaq tələb olunurdu. Təbii 
ki,  belə  irimiqyaslı  tədbirlər  bankların  kredit  yardımı  olmadan 
reallaşdırıla  bilməzdi.  Bu  məqsədlə  kredit  planlaşdırılmasının 
təkmilləşdirilməsi üzrə bir sıra işlər görülür. Nazirlər Sovetinin 
1946-cı il 29 avqust tarixli qərarı ilə Dövlət Bankı tərəfindən hər 
rüb kredit və kassa planlarının tərtib olunması nəzərdə tutulurdu.
Müharibədən sonra həyata keçirilən iri miqyaslı tədbirlərdən 
biri kimi, pul islahatını qeyd etmək xüsusilə vacibdir. Pul isla-
hatının həyata keçirilməsinə 1947-ci ilin dekabr ayında başlanı-
lır  və  çox  qısa  müddət  ərzində  sona  çatdırılır.  Pul  islahatından 
sonra manatın qızıl məzmunu müəyyənləşdirilir və onun məzən-
nəsi bir dollara nisbətən əvvəlki 5,3 manatdan 4 manat nisbətinə 
qədər azaldılır.
Xalq təsərrüfatında ödəniş dövriyyəsini normallaşdırmaq və 
qarşılıqlı borcları ləğv etmək məqsədi ilə, Dövlət Bankının Azər-
baycan  kontoru  1950-ci  ildə  iki  nazirliklərarası  və  23  nazirlik-
lərdaxili zaçot həyata keçirir.
Kredit sisteminin sonrakı inkişafında və təkamülündə “SSRİ 
Dövlət  Bankının  rolu  və  vəzifələri  haqqında”  SSRİ  Nazirlər 
Sovetinin və Sov. İKP MK-nın 21 avqust 1954-cü il tarixli qəra-
rının  xüsusi  əhəmiyyəti  olur.  Bu  qərara  müvafiq  müəssisələrin 
maliyyə  fəaliyyəti  nəticələrindən  asılı  olaraq,  kreditləşmə  və 
hesablaşmalar  zamanı  onlara  differensial  yanaşma  üsulu  tətbiq 
edilir, plan tapşırıqlarını yerinə yetirməyən təşkilatlara bank təsiri 
tədbirləri artırılır, kreditləşmənin və hesablaşmaların xüsusi reji-
minə  keçilir.  1957-ci  ildən  başlayaraq  isə  Dövlət  Bankı  hesab-
laşmalarda  mallar  və  xidmətlər  üzrə  ödəniş  tələbnamə lərinin 
sonradan aksepti qaydasını tətbiq edir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 aprel 1959-cu il tarixli 
fərmanı ilə kredit sistemində növbəti struktur dəyişiklikləri apa-
rılır. Bu fərmanla Kənd Təsərrüfatı Bankı, Kommunal və Mənzil 
tikintisinin  maliyyələşdirilməsi  Bankı  və  kommunal  banklar 
ləğv  edilir  və  bu  bankların  bütün  aktiv  və  passivləri  Dövlət 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə