MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   2   3   4   5   6   7   8   9   ...   34

18
Kredit  sistemində  aparılan  islahatlar  davam  etdirilirdi.  Belə 
ki,  Maliyyə  Nazirliyinin  kredit  şöbəsi  ADR  Dövlət  Bankının 
nizamnaməsini hazırlayıb, baxılmaq üçün onu parlamentin müza-
kirəsinə təqdim etmişdi. Dövlət Bankının nizamnaməsi 1919-ci 
ilin sentyabrında parlament tərəfindən təsdiqlənir və bir neçə gün-
dən sonra bankın təntənəli açılışı olur.
Dövlət  Bankının  yaradılması  pul-kredit  sisteminin  tənzim-
lənməsində xüsusi rol oynadı. 1918-ci ilin dekabr ayında bankın 
balansının  ümumi  dövriyyəsi  653  mln.  manatı  ötüb  keçmişdi. 
1920-ci  ilin  may  ayı  vəziyyətinə  isə  balansın  valyutası  (aktiv-
passivlərin yekunu) artıq 1.354 mln. manata bərabər idi.
1919-cu  ilin  noyabr  ayında  Gəncədə  də  Dövlət  Bankının 
şöbəsi təşkil olunur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk təd-
birlərdən biri kredit sisteminin dövlətin inhisarına alınması olur. 
Azərbaycan  inqilab  komitəsinin  9  iyun  1920-ci  il  dekretinə 
müvafiq  olaraq,  banklar  milliləşdirilir  və  bank  işi  dövlət  inhi-
sarına  keçir.  Bir  müddət  keçdikdən  sonra  Azərbaycan  inqilab 
komitəsi  ölkə  ərazisində  fəaliyyət  göstərən  bütün  özəl  kredit 
müəssisələrinin ləğv olunması haqqında yeni dekret qəbul edir. 
Özəl  kredit  müəssisələrinin  ləğvi  aşağıdakı  əsaslarla  həyata 
keçirilmişdi:
1. Bu bankların bütün vəsaitləri mərkəzləşdirilir və ilk növ-
bədə 28 aprel 1920-ci il tarixə banklarda saxlanılan və məbləği 
50 min manata qədər olan əmanətlərin ödənilməsinə yönəl dilirdi;
2.  Milliləşdirilmiş  ticarət-sənaye  müəssisələrinin  əmanət  və 
cari hesabları üzrə olan vəsaitlər aztəminatlı əmanətçilərin iddia-
ları ödənildikdən sonra, dövlət büdcəsinə keçirilirdi;
3. Məbləği 50 min manatdan yuxarı olan əmanətlər dövlətin 
hesabına silinirdi;
4. Bank xəzinələrində olan qızıl, gümüş, mis pullar, nikola-
yevki,  kerenki  və  s.  kağız  pullar  təxirə  salınmadan  mərkəzi 
mədaxil-məxaric kassasına təhvil verilirdi;
5.  Əks  inqilabi  fəaliyyətdə  müşahidə  olunmuş  və Azərbay-
candan qaçib getmiş şəxslərin əmanətləri məbləğndən asılı olma-
yaraq müsadirə olunurdu;


19
6. Qafqaz və Tiflis banklarının Bakı şöbələri xarici banklar 
kimi bağlanılır və bu zaman aztəminatlı əmanətçilərin iddiaları 
təmin edilirdi.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 16 oktyabr 1921-ci 
il  tarixli  dekreti  ilə Azərbaycan  Dövlət  Bankının  nizamnaməsi 
təsdiq  edilir  və  dekretə  müvafiq  olaraq  bankın  əsas  kapitalının 
formalaşmasından ötrü 100 mln. manat kredit xətti açılır.
1922-ci ildən Dövlət Bankı artıq ölkənin vahid emissiya mər-
kəzi və pul tədavülünü tənzimləyən orqanı kimi fəaliyyət göstər-
məyə  başlayır.  Xüsusilə  bankın  emissiya  şöbəsi  yaradıl dıqdan 
sonra, pul tədavülünün tənzimlənməsi bir qədər də yax şılaşır.
1922-1924-cü  illər  ərzində  həyata  keçirilmiş  pul  islahatı 
bank resurslarının artmasına əlverişli şərait yaratdı. Belə ki, əgər 
1  oktyabr  1923-cü  il  tarixə  SSRİ  Dövlət  Bankının  resursları 
(onun  fondları,  cari  hesabların  qalıqları  və  emissiya)  442  mln. 
manat təşkil edirdisə, bir ildən sonra resurslar təqribən 1 mlrd. 
manata  çatmışdı. Təbii  ki,  resursların  artımı  xalq  təsərrüfatının 
kreditləşdirilməsi  imkanlarını  genişləndirir.  Göstərilən  müddət 
ərzində kredit qoyuluşları 304 mln. manatdan 600 mln. manata 
qədər artır.
O  zamanlar  Dövlət  Bankının  Bakı  kontorunun  balansının 
aktivində aşağıdakı əməliyyatlar üstünlük təşkil edirdi:
Uçota alınmış veksellər, veksellər üzrə xüsusi cari hesablar, 
qeydə  alınmış  müddətli  kağızlar  və  borc  öhdəlikləri,  qiymətli 
kağızların  girovuna  verilən  ssudalar,  banknotlar  və  metal  şək-
lində  olan  xarici  valyuta,  deviz  və  tratta  şəklində  olan  xarici 
valyuta,  banka  məxsus  qiymətli  metallar  və  qiymətli  kağızlar, 
Loro və Nostro müxbir hesabları və s.
Xalq təsərrüfatının bərpası dövründə təsərrüfat orqanları ara-
sında hesablaşmalar əsasən veksellərin köməyi ilə həyata keçi-
rilirdi.  Bununla  belə  Dövlət  Bankı  hesablaşmalarda  köçürmə, 
çek,  akkreditiv,  əmtəə  sənədlərinin  inkassosu  formalarından  da 
istifadə edirdi. Müəssisələr arasında hesablaşmaların yeni forması 
olan, qarşılıqlı hesablaşmaların zaçotu yaranırdı.
Dövlət  Bankının  bütün  sahələrə  xidmət  etməsinə  baxmaya-
raq,  başqa  kredit  təşkilatları  da  yaranmağa  başlayır.  Bunlardan 


20
kredit kooperativlərini, ssuda-əmanət yoldaşlıqlarını, kooperativ 
bankları  misal  göstərmək  olar.  Qeyd  etmək  lazımdır  ki,  bu 
təsisatların kredit fondlarının yaradılmasında dövlət fəal iştirak 
edirdi.  Bu  illər  ərzində  bir  sıra  sahə  səhmdar  bankları  da  təsis 
edilir. Bunlara Ticarət Sənaye Bankını, Elektrobankı, Xarici Tica-
rət Bankını və s. misal göstərmək olar. Yerli təsərrüfatların kre-
ditləşdirilməsindən ötrü bir sıra səhmdar ərazi bankları da yaradılır.
Resursların artımı dövlət və kooperativ təşkilatlarının uzun-
müddətli  kreditləşdirilməsinə  şərait  yaratdı.  Belə  kreditlər  bir 
qayda olaraq 5 il müddətinə illik 6 faizlə kənd təsərrüfatı inven-
tarlarının, işçi heyvanların və s. alınmasına verilirdi.
Sovet dövlətinin ixrac və idxal əməliyyatlarının genişlənməsi, 
xarici  hesablaşmaların  həyata  keçirilməsini  Dövlət  Bankında 
təmərküzləşdirdi. Xalq Komissarlar Sovetinin (XKS) 18 noyabr 
1921-ci il tarixli dekreti ilə Dövlət Bankına valyuta inhisarının 
həyata keçirilməsi həvalə edilir. SSRİ Dövlət Bankı idarə heyə-
tinin  nəzdində  xarici  şöbə  yaradılır.  Belə  ki,  Dövlət  Bankının 
müxbir əlaqələri getdikcə genişlənirdi. 1925-ci ildə artıq Dövlət 
Bankının 100-dən çox xarici bankla müxbir münasibətləri var idi.
1926-cı  ilin  əvvələrində  Bakıda  səkkiz  kredit  müəssisəsi 
fəaliyyət göstərirdi ki, bunların beşi ittifaq banklarının filialları, 
ikisi  yerli  əhəmiyyətli  banklar,  həmçinin  biri  qarşılıqlı  kredit 
cəmiyyəti idi.
1927-1929-cu illərdə bank sistemində başlanmış yenidən qurma 
tədbirləri, faktiki olaraq gələcəkdə keçiriləcək kredit isla hatının 
hazırlıq  mərhələsi  idi.  O  dövrdə  bu  tədbirlər  ictimailəş dirilmiş 
təsərrüfat  üçün  mərkəzləşdirilmiş  kredit  sisteminin  yaradılması 
prosesi adlanırdı.
Sənaye  müəssisələrinin  təsərrüfat  hesabına  keçirilməsi  ilə 
yanaşı kredit islahatına da başlanıldı. Kredit islahatı 1930-1932-ci 
illəri əhatə etmişdi. Həyata keçirilmiş kredit islahatı nəticəsində 
kommersiya krediti ləğv edilir, qısamüddətli kreditləşmə Dövlət 
Bankında təmərküzləşir, yeni nağdsız hesablaşma formaları tət-
biq  edilir,  qısamüddətli  bank  kreditləşməsinin  əsas  prinsipləri 
müəyyənləşdirilir və uzunmüddətli kapital qoyuluşları üzrə xüsusi 
banklar yaradılırdı.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə