MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   2   3   4   5   6   7   8   9   ...   34

15
ları,  kiçik  kredit  müəssisələri)  kredit  müəssisələrindən  ibarət 
olmuşdur.
Ümumiyyətlə 1917-ci ilin məlumatlarına görə, Azərbaycanın 
kredit sisteminə 28 kommersiya bankı, 7 ipoteka krediti bankı, 
5  bankir  kontoru,  13  xəzinədarlıq,  135  kiçik  kredit  müəssisəsi 
və  s. daxil idi. 
Şəkil 1.1
Azərbaycan kredit sisteminin quruluşu (1917-ci il)
135
28
7
13
5
Kommersiya bank
ı
Èïîòåêà êðåäèòè áàíêû
Õÿçèíÿäàðëûã
Áàíêèð êîíòîðó
Êè÷èê êðåäèò ìöÿññèñÿñè
O zamanlar Azərbaycan kredit sistemi bütün Zaqafqaziyada 
ən geniş şəbəkəli kredit sistemi hesab olunurdu.
Azərbaycanın  kredit  şəbəkəsinə  –  Bakı  şəhərində  Qarşılıqlı 
Kredit Cəmiyyəti (1874-cü il), Dövlət Bankının Şöbəsi (1874-cü 
il),  İctimai  Şəhər  Bankı  (1881-ci  il),  Tiflis  Kommersiya  Bankı 
(1886-ci il), Volqa-Kamsk kommersiya bankının şöbəsi (1890-cı 
il), Azov-Don Kommersiya Bankının şöbəsi (1896-cı il), Qərbi 
rus sənaye bankının şöbəsi (1897-ci il), Rus ticarət sənaye ban-
kının şöbəsi (1897-ci il), Sankt-Peterburq kommersiya bankı nın 
şöbəsi (1897-ci il), İran uçot-ssuda bankının şöbəsi (1900-cü il), 
Bakı şəhər kredit cəmiyyəti (1900-cü il), Şimal bankının şöbəsi 
(1901-ci il), Rus xarici ticarət bankının şöbəsi (1902-ci il), Sankt-
Peterburq beynəlxalq kommersiya bankının şöbəsi (1903-cü il), 


16
Bakı  lombardı  (1905-ci  il),  Rus-Asiya  bankı  (1910-cu  il),  İran 
uçot-ssuda bankının ikinci şöbəsi (1911-ci il), Tiflis ticarət bankı-
nın şöbəsi (1914-cü il), Azov-Don kommersiya bankının ikinci 
şöbəsi (1916-ci il), 5 bankir kontoru, Bakıda və Yelizavetpolda 
(Gəncədə) əmanət kassaları və bir çox müəssisələr daxil idilər.
Kredit  təşkilatları,  ilk  növbədə  banklar  kifayət  qədər  pul 
vəsaitlərinə malik idilər. Banklar müxtəlif sənaye və ticarət dai-
rələrinə, mülkədarlara, orta və xırda burjuaziya sinfinə kreditlər 
verirdilər. Bakı banklarının əsas müştəriləri neft sənayesi və onunla 
əlaqədar sahələrdə fəaliyyət göstərən iri sənayeçilər və səhmdar 
firmaları idilər. Azərbaycanın başqa şəhərlərində – Yelizavetpol, 
Nuxa və Şuşada ipəkdolama, pambıqtəmizləmə, konyak zavod-
larının sahibləri yerli kənd təsərrüfatı xammalının alqı-satqısı ilə 
məşğul olan tacirlər bankların müştəriləri idilər. Pambıqçılıq, ipək-
çilik, üzümçülük, şərabçılıq, çəltikçilik, bağçılıq və taxılçılıq sahə-
lərində  məşğul  olan  orta  və  xırda  kənd  burjuaziya  nümayən-
dələri  isə  başlıca  olaraq  kredit  cəmiyyətlərinin,  ssuda  əmanət 
yoldaşlıqları  və  kassalarının  müştəriləri  idilər.  İri  mülkədarlar 
torpaq banklarının xidmətlərindən istifadə edirdilər.
Yerli sənaye və ticarət dairələrinin kreditlə təchiz olunması, 
veksellərin uçotu və əmtəə qalıqlarına verilən ssudalar qaydasında 
kommersiya kreditinin iqtisadiyyata cəlb olunması, onun sürətli 
inkişafına  kömək  edirdi.  Birinci  dünya  müharibəsi  ərəfəsində 
kommersiya bankları hər il 70-80 mln. manat məbləğində veksel-
lərin uçotu əməliyyatlarını aparırdılar.
Kreditin  digər  növlərinə  gəldikdə  qeyd  etmək  lazımdır  ki, 
1914-cü ilə qədər iri mülkədarlar tərəfindən hər il orta hesabla 
5-6  mln.  manatlıq  ipoteka  krediti  alınırdı.  Orta  və  xırda  kənd 
burjuaziyası, xırda ticarətçilər və sənətkarlar 1909-1914-cü illər 
ərzində kiçik kredit müəssisələrindən 6 mln. manat məbləğində 
kredit almışdılar. Bakı şəhər kredit cəmiyyəti fəaliyyət göstər diyi 
1900-1916-ci  illər  ərzində,  şəhərin  daşınmaz  əmlakının  girovu 
müqabilində  21  mln.  manat  məbləğində  ssuda  əməliyyatları 
aparmışdı.
Kredit müəssisələri öz müştərilərini sələmçilərə nisbətən daha 
güzəştli şərtlərlə, yəni illik 5-6 faiz dərəcəsi ilə kreditləş dirir dilər.


17
Məlumdur ki, müharibələr iqtisadiyyata dağıdıcı zərbə vurur. 
Məhz  birinci  dünya  müharibəsində  də  belə  olmuşdu. Azərbay-
can birinci dünya müharibəsində bilavasitə iştirak etməsə də, hər 
halda müharibənin iqtisadiyyata təsiri olmuşdu. Belə ki, pul təda-
vülü tamamilə bərbad hala düşmüşdü. Bu illərdə iqtisadiy yatın 
bərpa olunması və pul tədavülünün qaydaya salınması Azərbay-
can Demokratik Respublikasının (ADR) öhdəsinə düşdü (1918-
1920-ci illər).
Kredit  sistemində  aparılan  islahatlardan  biri,  tədavülə  yeni 
pul nişanlarının buraxılması oldu. 1918-ci ilin ikinci yarısından 
başlayaraq ADR hökuməti tədavülə kağız pullar-bonlar buraxdı. 
1918-ci ilin sentyabr ayında ADR Nazirlər Soveti bonların dəyə-
rinin müəyyən olunması üçün iki qərar qəbul edir. Bu qərarlara 
müvafiq olaraq 1 bon 1 Rusiya rubluna, 40 bon isə bir türk lirəsinə 
bərabər götürüldü.
ADR  hökuməti  bonların  alıcılıq  qabiliyyətinin  artırılması, 
habelə pulun dönərli valyutaya çevrilməsindən ötrü digər təd birlər 
də  həyata  keçirməyə  başladı.  Məsələn,  xarici  bankirlərə,  neft 
sənayeçilərinə  və  iri  kapitalistlərə  bu  bonları  əlverişli  şərtlərlə 
almaq təklif olunurdu.
O zamanlar Azərbaycan birjalarında ingilis funt sterlinqi, ABŞ 
dolları, fransız frankı, italyan lirəsi, iran tüməni, türk qızıl lirəsi, 
rus  qızıl  çervonu  və  s.  xarici  valyutalar  sərbəst  surətdə  alınıb-
satılırdı.1919-cu  ilin  iyun  ayında  birjalarda  xarici  valyutaların 
bonlara nəzərən məzənnələri aşağıdakı kimi idi (bonlarla):
1000 rublluq “kerenkilər” – 1850 manat;
500 rublluq “romanovkilər” – 1600 manat;
100 rublluq “romanovkilər” – 350 manat;
1 ingilis funt-sterlinqi – 310-315 manat;
1 Amerika dolları – 280 manat;
1 fransız frankı – 8-10 manat;
1 italyan lirəsi – 7 manat;
1 iran tüməni – 125-130 manat;
Qızıl türk lirəsi – 390 manat;
Rus qızıl çervonu – 420 manat.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə