MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   2   3   4   5   6   7   8   9   10   ...   34

24
Bankına və Sənaye Bankına (sonradan Tikinti Bankına çevrilir) 
verilir.
Xalq  təsərrüfatının  inkişaf  planına  müvafiq  olaraq  Dövlət 
Bankının  Azərbaycan  kontoru  bütün  sahələrin  kreditləşməsini 
əhəmiyyətli  surətdə  genişləndirir.  Belə  ki,  1960-cı  ilin  dekabr 
ayına  xalq  təsərrüfatına  kredit  qoyuluşları  4.437  mln.  manat 
təşkil etmişdi ki, bu da ilin əvvəli ilə müqayisədə 11,3 faiz çox 
idi. Görülən tədbirlər debitor-kreditor borclarının da azalmasına 
səbəb olur. 1960-cı ilin üç rübündə qarşılıqlı tələblərin zaçotuna 
əsaslanan hesablaşmaların həcmi 1 mlrd. manatı ötüb keçmişdi.
Həyata  keçirilən  tədbirlərə  baxmayaraq  ödəniş  intizamını 
tamamilə normal vəziyyətə salmaq Dövlət Bankına nəsib olmadı. 
1960-cı ilin yekunlarına görə qısamuddətli kreditlər üzrə banka 
olan  vaxtı  keçmiş  borcların  həcmi  ilin  əvvəli  ilə  müqayisədə 
140  mln.  manata  qədər,  yəni  56,0%  artmışdı.  Bunu  aşağıdakı 
cədvəldən görmək olar.
Cədvəl 1.1
Kredit qoyuluşları və vaxtı keçmiş borcların vəziyyəti
(01 yanvar 1961-ci il tarixə) mln. manatla
Kreditlərin 
təyinatı
Kredit 
qoyuluşları
2№-li kartoteka 
üzrə vaxtı keçmiş 
borclar
O cümlədən 
bank ssudaları 
üzrə borclar
Qısamüddətli 
kreditlər
Uzunmüddətli 
kreditlər
4.317,0
279,9
159,4
-
72,6
2,1
Cəmi:
4.596,9
159,4
74,7
Kredit  resurslarını  daha  da  səfərbər  etmək  və  eləcə  də 
dövlətin  ssuda  fondundan  səmərəli  istifadə  etmək  məqsədi  ilə 
1963-cü  ildən  dövlət  əmək  əmanət  kassaları  Dövlət  Bankının 
tərkibinə verilir.


25
1965-1967-ci  illər  ərzində  keçmiş  SSRİ  ərazisində  həyata 
keçirilən  təsərrüfat  islahatları  yeni  planlaşdırma  və  iqtisadi  sti-
mullaşdırma  sisteminə  keçid  ilə  əlaqədar  olmuş  və  təbii  ki, 
bankların fəaliyyəti də istehsalın səmərəliliyinin artırılması isti-
qamətində yenidən qurulmalı idi.
Bank  resursları  ilk  növbədə  mütərəqqi  istehsalların  inkişa-
fına, xalq təsərrüfatına lazım olan və əhali arasında tələb olunan 
məhsul  buraxılışının  artırılmasına,  pullu  xidmətlərin  genişlən-
məsinə yönəldilirdi. Müəssisələrin gəlirliyinin artırılmasına, onların 
kommersiya fəaliyyətlərinin yaxşılaşmasına, ödəniş intizamının 
möhkəmlənməsinə  bankların  təsiri  güclənirdi.  Bundan  başqa 
kreditlər üzrə faiz dərəcələrinin rolunun artırılması sahəsində bir 
sıra tədbirlər nəzərdə tutulurdu. Belə ki, ayrı-ayrı kredit növləri 
üzrə yüksək faizlərin tutulmasına başlanılır.
Təsərrüfat  islahatlarının  təkmilləşdirilməsi  istiqamətində 
1979-cu ilin iyul ayında ittifaq hökuməti yeni qərar qəbul edir. 
Bu qərara müvafiq olaraq iri istehsal təsərrüfat komplekslərinin 
iqtisadi-sosial inkişafının əsas parametrləri və prinsipləri müəy-
yən edilirdi.
Bütün  bunlarla  yanaşı  ötən  əsrin  70-80-ci  illərində  bir  sıra 
səbəblər  üzündən  banklar  ictimai  istehsalın  inkişafında  stimul-
laşdırıcı rollarını bir qədər qeyri-fəal yerinə yetirməyə başladilar. 
Artıq  kredit  xalq  təsərrüfatının  bir  çox  sahələrində  öz  həqiqi 
əhəmiyyətini itirməyə  başlayırdı.  Pul  dövriyyəsinin  idarə  olun-
masında  ciddi  nöqsanlara  yol  verilir,  ödəniş  intizamı  get-gedə 
pisləşirdi.
Kredit  sisteminin  fəaliyyətinin  yenidən  qurulması  istiqamə-
tində 1987-ci ilin iyul ayının 17-də Sov.İKP MK və SSRİ Nazirlər 
Soveti yeni bir qərar qəbul edirlər. Xalq təsərrüfat kompleksinin 
fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, aşağıdakı tərkibdə bank 
sistemi yaradılırdı:
SSRİ  Dövlət  Bankı,  SSRİ  Xarici  İqtisadiyyat  Bankı,  SSRİ 
Sənaye Tikinti Bankı, SSRİ Aqrar Sənaye Bankı, SSRİ Mənzil 
Sosial Bankı, SSRİ Əmanət Bankı.
Bununla belə qeyd etməliyik ki, kredit sistemində son isla-
hat, ölkə iqtisadiyyatında baş verən neqativ halların təhlilinə və 


26
vaxtında aradan qaldırılmasına nəinki kömək etmədi, əksinə bu 
problemləri bir qədər də kəskinləşdirdi. Məlumdur ki, sahə bank-
larının  yaradılması  və  onların  təşəkkülü  xeyli  vaxt  apardı  və 
nəticədə xalq təsərrüfatında hesablaşmaların sürəti azaldı. Bundan 
başqa kredit sisteminin ilkin özəyi olan rayon şöbələrinin fəaliy-
yəti zəiflədi. Sahə banklarının özlərinin fəaliyyəti bir-birlərindən 
kəskin  fərqlənirdi.  Məsələn,  həcmcə  ən  böyük  kredit  portfeli 
Aqrar Sənaye Bankının üzərinə düşmüşdü ki, bu da onu Dövlət 
Bankının mərkəzləşdirilmiş resurslarından asılı edirdi.
1988-ci  ildən  başlayaraq  ölkədə  kooperativ  bankların  yara-
dılması,  1989-cu  ildən  isə  sahə  banklarının  səhmdar  kommer-
siya fəaliyyəti əsasına keçirilməsi vəziyyətə o qədər də müsbət 
təsir etmədi.
İttifaq miqyasında kredit sistemində aparılan sonuncu islahat, 
1990-cı  ilin  dekabrında  iki  qanunun  qəbulu  ilə,  yəni  “SSRİ 
Dövlət  Bankı  haqqında”,  “SSRİ-də  banklar  və  bank  fəaliyyəti 
haqqında” qanunlarla sona yetdi.
Nəticə etibarı ilə qəbul olunmuş qanunlar konseptual baxım-
dan ABŞ Federal Ehtiyat Sisteminin ideologiyasına əsaslanır və 
sivil  qaydada  ikipilləli  bank  sisteminin  əsası  qoyulurdu.  İkipil-
ləli  bank  sistemi  bazar  infrastrukturunun  yaradılmasına  güclü 
təkan verməli idi.Azərbaycan Respublikası siyasi müstəqilliyini 
əldə  etdikdən  sonra,  1992-ci  ilin  yanvar  ayının  10-da  keçmiş 
SSRİ Xarici İqtisadiyyat Bankı Azərbaycan respublika bankının 
bazasında Azərbaycanın Beynəlxalq Bankı yaradılır. Daha sonra 
1992-ci il fevral ayının 11-də keçmiş SSRİ Dövlət Bankı, Sənaye-
Tikinti  Bankı  və  Aqrar  Sənaye  Bankı  Azərbaycan  Respublika 
banklarının  bazasında  Azərbaycan  Milli  Bankı,  keçmiş  SSRİ 
Əmanət  Bankının  Azərbaycan  respublika  bankının  bazasında 
isə, Azərbaycanın Əmanət Bankı yaradılır. Bu dövrün xarakterik 
xüsusiyyətlərindən biri o idi ki, 1992-ci ilin fevralından avqust 
ayınadək keçmiş Sənaye Tikinti və Aqrar Sənaye Bankının şöbə 
və  müəssisələri  bilavasitə  Azərbaycan  Milli  Bankının  tabeçi-
liyində fəaliyyət göstərmişdilər.
1992-ci  ilin  avqust  ayının  7-də  Azərbaycan  Milli  Məclisi 
tərəfindən “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə