MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Bütövlükdə Azərbaycanın tədiyyə balansının son illər ərzin-
dəki yekunları, xarici dövlətlərin və xarici təşkilatların ölkəmizə 
olan etimadının artdığını göstərir. Hazırda ölkəmiz yüzdən çox 
xarici dövlətlə iqtisadi əlaqələr yaratmışdır. Makroiqtisadi vəziy-
yətin  sabitləşməsi,  özəl  sektorun  möhkəmləndirilməsinə  yönəl-
miş  struktur  islahatları,  eləcə  də  iqtisadiyyatın  neft  sektorunun 
inkişaf etdirilməsi Azərbaycanın maliyyə mərkəzlərində yüksək 
investisiya reytinqi olması üçün geniş imkanlar yaradır.


50
II FƏSİL 
AZƏRBAYCANDA BANK
FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİNİN
TƏHLİLİ VƏ İNKİŞAFININ ƏSAS XÜSUSİYYƏTLƏRİ
2.1. Bank fəaliyyətinin müasir vəziyyətinin təhlili
İqtisadiyyatın real sektoru ilə bank sisteminin daha fəal işlə-
məsindən ötrü, uzunmüddətli resurs bazasının yaradılması tələb 
olunur. Bununla əlaqədar bank sisteminin strateji vəzifələrindən 
biri əhalinin əmanətlərinin cəlb olunması üzrə işin fəallaşması dır. 
Çünki əhalinin əmanətlərinin banklara cəlb olunmasını aşağıda-
kılar şərtləndirir:
– maliyyə vasitəçilərinə həm əhalinin, həm də iqtisadi sub-
yektlərin inamının artımı;
– real faiz dərəcəsinin dəyişməsi;
– əhalinin real gəlirlərinin getdikcə artması.
Ölkəmizdə əmanət işinin ənənəvi sahə olmasına baxmayaraq, 
son illər ərzində sürətli artımı müşahidə olunsa da, lakin əmanət 
işinin inkişafında hələ də görüləcək bir çox işlər var.
Cədvəl 2.1
Manatla müddətli əmanət və depozitlərin 
müddət strukturu barədə məlumat (%-lə)
(Azərbaycan Mərkəzi Bankının illik statistik bülleteni)
01.01.11
Əmanət və depozitlərin müddəti
Faiz
1 ayadək
6,70
1 aydan 3 ayadək
4,82
3 aydan 6 ayadək
7,96


51
6 aydan 9 ayadək
8,70
9 aydan 1-ilədək
10,96
1 ildən 5 ilədək
12,67
5 ildən yuxarı
13,44
Qeyd edək ki, son dövrlər həm özəl sektor həm də fiziki şəxs-
lər tərəfindən banklara yerləşdirilən əmanət və depozitlərin həcmi 
davamlı olaraq artmaqdadır. Bu isə iqtisadi subyektlər tərəfindən 
bank sisteminə olan inamın artmasının davam etdiyini göstərir. 
Manatla  fiziki  şəxslərin  depozitləri  manatla  hüquqi  şəxslərin 
depozitlərinə nisbətən daha yüksək templə artmışdır. Bankların 
daxili  mənbələr  hesabına  formalaşan  ümumi  depozit  bazası 
(maliyyə  təşkilatları  istisna  olmaqla)  794,6  mln.  manat  artaraq 
(17,1%) 5448,8 mln. manat təşkil etmişdir. İl ərzində orta hesabla 
depozit  və  əmanətlərin  cəmi  öhdəliklərin  strukturunda  payı 
46,6%, cəmi resurs bazasında isə 38,6% olmuşdur. Məcmu öhdə-
liklərin  strukturunda  cəmi  depozitlərin  payı  01.01.11  tarixinə 
49%  (01.01.10-48,2%)  təşkil  etmişdir.  2010-cu  ildə  fiziki 
şəxslərin  əmanətləri  29,8%  artaraq  ilin  sonuna  3029,8  mln. 
manata çatmış (2009-cu ildə artım tempi 22,5% olmuşdur), hüquqi 
şəxslərin depozitləri (dövlət idarəetmə orqanları daxil olmaqla) 
isə  4,3%  artaraq  2419  mln.manat  təşkil  etmişdir.  2011-ci  ilin 
1 yanvar tarixinə əhalinin əmanətlərinin bankların öhdəliklərində 
payı 27,2% təşkil etmişdir (2010-cu ilin 1 yanvar tarixinə 24,2%). 
Depozit  bazasının  mütləq  artımı  ilə  yanaşı  onun  keyfiyyətində 
də  müsbət  dəyişikliklər  baş  vermişdir.  Əhalinin  əmanətlərinin 
strukturunda  müddətli  əmanətlərin  payının  artması  müşahidə 
olunmuşdur.  Cari  hesablarda  əhalinin  əmanətləri  10,4%  artdığı 
halda, müddətli əmanətlər 35,3% artmışdır.
Depozitlərin  müddət  strukturunun  yaxşılaşması  ilə  yanaşı 
onun  valyuta  strukturunda  da  müsbət  meyllər  müşahidə  olun-
muşdur.  Manatın  məzənnəsinin  sabitliyi  şəraitində  il  ərzində 
dollarlaşma  səviyyəsi  azalmışdır.  Belə  ki,  fiziki  şəxslərin  milli 
valyutada depozitləri il ərzində 46% artmış, ümumi əmanətlərdə 


52
payı  46,5%-ə  yüksəlmişdir.  Əmanətçi  strukturunda  ciddi  dəyi-
şikliklər  baş  verməmiş,  rezident  fiziki  şəxslərin  əmanətlərinin 
ümumi həcmdə payı 91%, qeyri-rezident əmanətçilərin payı isə 
9%  təşkil  etmişdir.  Bankların  öhdəliklərində  Mərkəzi  Bankın 
bank  sisteminə  qarşı  tələblərinin  payı  il  ərzində  15,2%-dən 
13,9%-dək azalmışdır. 2010-cu ildə maliyyə institutlarından cəlb 
edilmiş  vəsaitlərin  həcmi  (digər  bankların  və  digər  maliyyə 
institutlarının kreditləri, depozitləri və digər vəsaitləri) 1 yanvar 
2011-ci il tarixinə 3,6 mlrd. Manat (bank öhdəliklərinin 32%-i) 
təşkil etmişdir. Qeyri-rezidentlərdən (fiziki şəxslərin əmanətləri 
istisna  olmaqla)  cəlb  olunmuş  müddətli  vəsaitlərin  xalis  artımı 
111,4  mln.  manat  (6,4%)  olmuşdur.  Müddətli  xarici  borcların 
həcmi 1,85 mlrd. manat təşkil etmiş, ümumi bank öhdəliklərində 
payı 16,6% olmuşdur.
Əhalinin əmanətlərinin valyuta strukturu
(dövrün sonuna %-lə)
0
20
40
60
80
100
78
75
81
25 22
19
54
41
47
46
59
53
2008
2009
2010
Bu  gün Azərbaycanda  əhali  öz  vəsaitlərini  əmanətə  yerləş-
dirməmişdən əvvəl, bankların seçilməsində əsasən bir sıra amil-


53
ləri  nəzərdən  keçirir.  Bu  amillərdən  əsasən  aşağıdakıları  qeyd 
etmək olar:
1. Bankın etibarlılığı və möhkəmliyi.
2. Cəlb olunmuş vəsaitlər üzrə aparılan faiz siyasəti.
3. Bank tərəfindən təklif edilən əməliyyatların çeşidinin geniş 
olmaması.
Ölkəmizdə bu gün bank əməliyyatları bazarının inkişafı istə-
nilən səviyyəyə çatmamış, bank xidmətinin keyfiyyət və kəmiy-
yət göstəriciləri hələ ki beynəlxalq standartların tələblərinə cavab 
vermir və bankların əksəriyyəti öz işlərini ssuda, depozit, kassa-
hesablaşma  əməliyyatları  üzərində  qurmaqla  kifayətlə nirlər. 
Müqayisə  üçün  qeyd  edək  ki,  bu  gün  inkişaf  etmiş  ölkələrin 
bankları öz müştərilərinə 300-ə yaxın bank xidməti, əməliyyatı 
və məhsulu təklif edirlər.
Kredit  təşkilatları,  həmçinin  banklar  əmanətlər  üzrə  faiz 
dərəcəsini və əməliyyatlar üzrə komisyon haqqlarının miqdarını 
özləri müstəqil olaraq müəyyən edirlər. Lakin buna baxmayaraq, 
kommersiya banklarının əmanət
 
əməliyyatları üzrə faiz dərəcə-
sinə müəyyən amillər təsir göstərir. Belə amillərdən biri pul-kredit 
siyasətinin klassik alətləridir (xüsusilə də məcburi ehtiyat norma-
larının  müəyyən  edilməsi).  Bu  baxımdan  da  fiziki  şəxslərin 
müddətli vəsaitlərini daha geniş cəlb etmək məqsədilə, Mərkəzi 
Bank  tərəfindən  əmanətlər  diferensiallaşdırılmalı  və  müd dətli 
əmanətlər  üzrə  ehtiyat  normalarına  ayırmalar  ləğv  edilmə lidir. 
Belə tədbirlərin reallaşması nəticəsində müddətli vəsaitləri cəlb 
etməkdə kommersiya banklarının manevr imkanları artmış olar.
Qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində yerli bank 
təcrübəsində öhdəliklərin belə diferensiallaşdırılması həyata keçi-
rilirdi. Yəni, banklar müddətli öhdəliklər üzrə ehtiyat normala-
rına ayırmalardan azad idilər. Lakin o zaman kommersiya bank-
larında  müəyyən  qanunsuzluqlara  (cəlb  olunmuş  öhdəliklərin 
əksər hissəsi müddətli öhdəliklər adı altında ehtiyat normalarına 
ayırmalardan  yayındırılırdı)  yol  verilmiş  və  Milli  Bankın  buna 
nəzarəti  kifayət  qədər  olmamışdır.  Əmanətlərin  diferensiallaş-
ması həyata keçirilərkən əmanət hesablarının bankın balansının 
ayrı-ayrı hesablarında uçota alınması bu problemin aradan qal-
dırılmasını təmin etmişdir.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə