MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

54
Əhalidən istər manatla, istərsə də sərbəst dönərli valyuta ilə 
əmanətə  cəlb  olunmuş  vəsaitlər  müddətinə  və  məbləğinə  görə 
diferensiallaşdırılmalıdır.  Qeyd  edək  ki,  fiziki  şəxslərdən  cəlb 
edilmiş  həm  manat,  həm  sərbəst  dönərli  valyuta  üzrə  məcburi 
ehtiyat  norması  1999-cu  ilin  sonunda  10  faiz  səviyyəsində 
müəyyən  edilmişdi.  Müqayisə  üçün  bu  norma  həmin  vaxtda 
Böyük  Britaniyada  0,15  faiz,  ABŞ-da  3-10  faiz,  Almaniyada 
1,5-2,0  faiz,  Fransada  0,5-1,0  faiz,  Yaponiyada  0,05-1,5  faiz, 
Kanadada hətta 0 faiz səviyyəsində olmuşdur. Hal-hazırda Mər-
kəzi  Bank  tərəfindən  məcburi  ehtiyat  norması  milli  valyutada 
01  may  2011-il  tarixdən  2%,  01  iyul  2011-ci  il  tarixdən  xarici 
valyutada isə 3% müəyyən edilmişdir.
Müasir  şəraitdə  yerli  kommersiya  bankları  üçün  əhalinin 
vəsaitlərinin cəlb edilməsi əməliyyatı bir tərəfdən onlara heç də 
asan  başa  gəlmirsə,  digər  tərəfdən  bu  gün Azərbaycanda  fiziki 
şəxslərin  bank  əməliyyatlarına  olan  tələbi  və  bu  tələbin 
ödənilməsi imkanları arasında müəyyən fərqliliklər mövcuddur. 
Bunu ilk növbədə hələ də əhalinin bütün banklara, bankların isə 
müştərilərə  olan  inamının  yüksək  səviyyədə  olmaması  ilə  izah 
etmək olar. Qarşılıqlı inamın qənaətbəxş olmaması bank və müş-
təri arasında dezinteqrasiya meylini gücləndirir. Son nəticədə bu 
bankların  fiziki  şəxslərə  olan  maraqlarının  azalmasında,  digər 
tərəfdən  isə  əhalinin  əksər  hissəsinin  hələ  də  öz  yığımlarını 
xarici valyuta və dəfinə formasında həyata keçirməsində özünü 
biruzə verir.
Zənnimizcə depozitlərin sığortalanması sisteminin reallaşması 
bu  problemin  nisbətən  həll  olunmasında  mühüm  rol  oynayır. 
Belə ki, əmanətçilərin bankda yerləşdirilmiş vəsaitlərinin qayta-
rılmasına zəmanət verilməsi, bank sisteminin sabitliyinin təmin 
edilməsinin  və  bankların  depozit  bazasının  möhkəmləndirilmə-
sinin əsas formalarından biridir.
Son  illər  depozitlərin  sığortalanmasının  rəsmi  sistemi  əksər 
ölkələrdə təşkil olunmuşdur. Hazırda 40-dan çox ölkə, depo zit-
lərin sığortalanmasının rəsmi layihəsini yerinə yetirir. Bu sistemi 
tətbiq  etmiş  ölkələrdə  qısa  müddət  ərzində  əhalinin  əmanətlə-
rinin sürətli artımına nail olunmuşdur.


55
Depozitlərin sığortalanması konsepsiyasının mahiyyəti kifa-
yət  qədər  aydın  olsa  da,  təcrübədə  bu  bir  o  qədər  də  sadə 
olmayan uzunmüddətli bir prosesdir.
Bir sıra ölkələrdə sığortalanma layihəsi ya dövlət, ya xüsusi, 
ya  da  ki,  qarışıq  mülkiyyət  formasında  yaradılır.  Bəzi  dövlət-
lərdə isə qarşılıqlı bank zəmanəti sistemi fəaliyyət göstərir.
Bu məsələ ilə bağlı Lüksemburqun qarşılıqlı bank zəmanəti 
sisteminin  təcrübəsini  nəzərdən  keçirmək  maraqlı  olardı.  Bu 
sistem hər hansı bir bankın müflisləşməsi prosesinin baş verdiyi 
halda, onun zərərlərinin digər banklar tərəfindən ödənilməsini əks 
etdirir. Tutaq ki, bank sistemində 3 bank – A, B və C bankları 
fəaliyyət göstərir. Onların hər birində depozitin məbləği müvafiq 
olaraq aşağıdakı kimidir: A–2 mln. $, B–4 mln. $, C–6 mln. $-dır. 
B bankının müflisləşməsi nəticəsində onun əmanətçilərinə dəyən 
zərəri A və C bankları ödəyir. Bununla belə bu bankların ödədiyi 
vəsaitin  məbləği  onların  real  imkanlarından  asılı  olaraq,  aşa-
ğıdakı kimi diferensiallaşdırılır:
A bankı:   
2
6
2
4
1
mln
mln
mln
mln
mln
$
+
=
C bankı:   
6
2
6
4
3
mln
mln
mln
mln
mln
$
+
=
 
Bu  sahədə  artıq  keçmiş  SSRİ-nin  bir  sıra  respublikalarında 
müəyyən  addımlar  atılmışdır.  Məsələn,  Litvada  1995-ci  ildə 
“Əhalinin  əmanətlərinin  sığortalanması  haqqında”  qanun  qəbul 
edilmişdir. Bu qanuna görə bank hesabında olan vəsaitlərin bir 
əmənətçi üçün müəyyən hədd çərçivəsində 80 faizi sığorta olu-
nur.  Xarici  valyuta  ilə  əmanətlər,  həmçinin  xarici  kapitalın 
iştirakı  ilə  fəaliyyət  göstərən  banklardakı  əmanətlər  isə  sığorta 
edilmir. Adı çəkilən qanunda göstərilir ki, illik inflyasiyadan asılı 
olaraq,  hökumət  ildə  bir  dəfə  sığortalanan  məbləğin  indeksləş-
dirilməsini aparır. Ümumiyyətlə sığorta fondu hökumət müəssi-
səsi  sayılır  və  fondun  təsisçisi  Litva  Maliyyə  Nazirliyi  hesab 
edilir. Yəni fondun nizamnamə kapitalı dövlət büdcəsi hesabına, 
ehtiyat kapitalı isə fondun gəlirləri hesabına formalaşır.


56
Qazaxıstanda da bu cür sığorta sisteminin hüquqi bazası yara-
dılmışdır. Belə ki, “Fiziki şəxslərin əmanətlərinin məcburi kol lek-
tiv sığortalanması” qaydaları işlənib hazırlanıb qəbul edilmişdir.
Rusiyanın bank qanunvericiliyində də depozitlərin sığortalan-
ması  öz  əksini  tapmışdır.  “Rusiya  Mərkəzi  Bankı  haqqında” 
qanunda  göstərilir  ki,  bank  sisteminin  sabitliyinin  qorunması 
üçün  banklardan  məcburi  yolla  əldə  edilmiş  vəsaitlər  hesabına 
sığorta fondu təşkil edilir. Fondun vəsaitləri müflisləşmə nəticə-
sində depozitlərin sığortalanması üçün, həm də güzəştli şərtlərlə 
verilən kreditlər üzrə zərər meydana çıxdıqda istifadə oluna bilər.
Beləliklə müasir şəraitdə Azərbaycanda əhalinin bank siste-
minə olan etimadının artırılmasında əmanətlərin sığorta fondunun 
təşkili  mühüm  rol  oynayır.  Fondun  fəaliyyəti  bank  sisteminin 
bütövlükdə likvidlik probleminin aradan qaldırılmasının səmərəli 
mexanizmi sayılır. İkincisi, fond əmanətçiyə bankın müflisləşdiyi 
şəraitdə əmanətini geri almasına zəmanət verir. Üçüncüsü, bankın 
müflisləşdiyi  şəraitdə  bank  hesablarından  pul  vəsaitlərinin  küt-
ləvi geri götürülməsinin qarşısı alınır. Dördüncüsü, depozitlərin 
sığortalanması digər maliyyə investisiyaları ilə müqayisədə, depo-
zitlərin cazibədarlığını artırır.
Fondun fəaliyyətinin üstünlüklərindən biri də fondun fəaliy-
yəti haqqında informasiyanın geniş yayılmasıdır ki, bu da əma-
nətçilərin bank sisteminə olan etimadına müsbət təsir göstərər.
Qeyd edək ki, nəzəri olaraq özəl sığorta şirkətləri də depo-
zitlərin  sığortalanmasını  təmin  edə  bilər  və  qanunvericilik  əsa-
sında  bankları  inzibati  qaydada  sığortalanmağa  məcbur  etmək 
mümkün olardı. Lakin təcrübədə özəl sığorta olunmanın gerçək-
ləşməsini  real  saymaq  o  qədər  də  inandırıcı  deyildir.  Belə  ki, 
əksər  ölkələrdə  sığorta  şirkətləri  bank  sistemi  ilə  müqayisədə 
daha  az  inkişaf  etmiş  və  bütün  bank  depozitlərinin  sığortalan-
ması üçün kifayət qədər maliyyə imkanlarına malik deyillər.
İkincisi,  depozit  bazarında  rəqabət  üçün  eyni  şəraiti  təmin 
etmək  məqsədilə  sığorta  sistemi  əmanət  qəbul  etmək  hüququ 
olan banklara şamil edilir (müqayisə üçün xatırladaq ki, Belçika, 
Fransa, İtaliya, Yaponiya, Lüksemburq, İsveç kimi ölkələrdə depo-
zitlərin müdafiəsi sxemində iştirak etmək məcburi olduğu halda, 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə