MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

60
etdiyi  rəsmi  məzənnələr  əsasında  hesablanmış  çarpaz  məzənnə 
üzrə hesablanır və ödənilir.
Hazırki  şəraitdə  yeni  növ  bank  məhsullarının  meydana 
gəlməsi və tətbiqi ilə əlaqədar onların rentabelliyinin müəyyən 
edilməsinin mahiyyəti də mühüm əhəmiyyət kəsb edir. Müxtəlif 
növ  bank  əməliyyatlarında  hər  bir  əməliyyatın  xüsusiyyətləri 
nəzərə alınmaqla rentabellik göstəricilərindən istifadə edilə bilər.
Cəlb olunmuş vəsaitlər üzrə rentabellik göstəricisi aşağıdakı 
kimi xarakterizə olunmalıdır:
Gəlirlər (yerləşdirilən resurslara görə alınan faizlər)
Xərclər (cəlb olunmuş vəsaitlərlə hesablanan faizlər + vəsaitlərin cəlb 
olunmasına çəkilən məsrəflər)
Bu göstərici müxtəlif növ bank əməliyyatları üzrə rentabellik 
səviyyəsini əldə etməyə imkan vermiş olur.
Hər  bir  bank  əməliyyatında  olduğu  kimi,  bankın  əmanət 
əməliyyatı da riskli əməliyyat sayılır. Bunu, ilk növbədə, bankın 
müştəriləri  tərəfindən  əmanətlərin  kütləvi  tələb  olunması,  əma-
nət bazarında baş verə biləcək arzu olunmayan vəziyyət və s. ilə 
izah  etmək  olar.  Bu  baxımdan  hər  bir  bankın  likvidliyinin, 
etibarlılığının və gəlirliliyinin təmin edilməsində bankın əmanət 
portfelinin səmərəli idarə edilməsinə xüsusi diqqət yetirilməlidir.
Bu  proses  əmanət  əməliyyatları  üzrə  risklərin  düzgün  idarə 
edilməsi  ilə  şərtlənməlidir.  Dünya  bank  təcrübəsində  əmanət 
əməliyyatları üzrə riskliliyin minimum səviyyəyə qədər azaldıl-
ması  məqsədilə  istifadə  olunan  müxtəlif  metod  və  üsullardan 
istifadə edilir.
Müasir  dövrdə  yerli  bankların  əmanət  əməliyyatları  üzrə 
riskin qiymətləndirilməsində mühüm metodu kimi, cəlb edilmiş 
vəsaitlərin strukturunun müqayisəli təhlili sayılmalıdır.
Cəlb  olunmuş  vəsaitlərin  strukturunun  müqayisəli  təhlilini, 
müştəri  qruplarına  və  müddətlərinə  görə  həyata  keçirmək  olar. 
Bu metod vasitəsilə bank, cəlb olunmuş vəsaitlərin əksər hissə-
sinin hansı müştərilər və hansı müddətə aid olduğunu müəyyən 
etmiş olar. Bu cür müqayisəli təhlili rus iqtisadçısı Q.S.Panovanın 


61
“Kreditnaya  politika  kommerçeskoqo  banka”  kitabında  göstər-
diyi cədvəllər maketindən istifadə etməklə həyata keçirmək daha 
məqsədəuyğundur.  Çünki  bu  cür  yanaşma  hər  bir  iqtisadi  sub-
yektin bankın passiv əməliyyatlarının inkişafındakı rolunu müəy-
yən etməklə yanaşı, bu əməliyyatın həcmindəki dəyişiklikləri və 
onların bankın likvidliyinə təsir dərəcəsini müəyyən etmiş olur.
Əmanət  əməliyyatı  üzrə  riskliliyin  qiymətləndirilməsində 
digər  bir  üsul  bankın  cəlb  etdiyi  vəsaitlərdə  iri  məbləğdə  olan 
əmanətlərin payının müəyyən edilməsidir. İri məbləğdə əmanət-
lərin  xüsusi  çəkisinin  artması  bankın  resurs  bazasının  sabitli-
yinin azaldılmasını şərtləndirirsə, baza öhdəlikli banka, ölkənin 
iqtisadi  konyukturasında  baş  vermiş  hər  hansı  bir  dəyişikliklər 
nəticəsində onun sərəncamında qalacağı vəsaitin həcmini müəy-
yən etməyə də imkan verir. Belə ki, baza öhdəlikləri bankın cəlb 
etdikləri vəsaitlərin özülünü təşkil edir. Məsələn, ABŞ və bir sıra 
Qərb ölkələrinin metodikasında baza öhdəlikləri bütün öhdəlik-
lərdən  iri  məbləğli  müddətli  öhdəliklərin  məbləğini  (100  min 
ABŞ dollarından yuxarı) çıxmaqla müəyyən edilir.
Öz növbəsində baza öhdəliklərinin ümumi cəlb olunmuş bütün 
öhdəliklərin məbləğlərinə nisbəti, öhdəlik bazasının etibarlılığını 
müəyyən etməyə imkan verir.
Baza öhdəlikləri
Bütün öhdəliklər
Müasir  dövrdə  bankların  əmanət  bazarında  fəaliyyət  aktiv-
liyinin genişləndirilməsinin prioritet istiqamətlərindən biri qeyri-
ənənəvi əməliyyatların tətbiqi sayılmalıdır.  Qeyri-ənənəvi bank 
əməliyyatları digər maliyyə-kredit təşkilatlarının və ixtisaslaşdı-
rılmış bankların fəaliyyətlərində mövcud olan və bank fəaliyyəti 
üçün  klassik  əməliyyatlar  hesab  edilməyən  əməliyyatlar  başa 
düşülür.
Son dövrlər dünya bank təcrübəsində bankların əldə etdikləri 
gəlirlərdə  qeyri-ənənəvi  bank  əməliyyatlarının  xüsusi  çəkisi 
artmaqdadır. Keçən əsrin sonlarında bu göstərici ABŞ-da, Böyük 
Britaniyada, Almaniyada məcmu gəlirlərin üçdə bir hissəsindən 
çoxunu təşkil etmişdir.


62
Azərbaycanda  hələlik  geniş  tətbiq  edilməyən  əməliyyatlar-
dan biri də trast əməliyyatıdır. Bank sistemində trast əməliyya-
tının  tətbiqinin  və  inkişaf  etdirilməsinin  zəruriliyini  bir  sıra 
amillərlə izah etmək olar:
1. Bank əməliyyatlarından gələn gəlirlərin tədricən azalması;
2. Vəsaitlərin cəlb edilməsi bazarında rəqabətin tədricən güc-
lənməsi;
3. Bankların məcmu passivlərində əhalinin pul vəsaitlərinin 
xüsusi çəkisinin nisbətən aşağı səviyyədə olması;
4. Müştərilərin banklardan daha geniş çeşiddə xidmət növlərini 
əldə etməsi marağının artması.
5. Trast əməliyyatlarının başqa növ əməliyyatlarla müqayisədə 
banklar üçün üstün olması:
– bank xərclərinin yüksək olmaması;
– vəsaitlərin cəlb edilməsi üçün imkanların qeyri-məhdudluğu;
– bankların müxbir münasibətlərinin genişlənməsi;
– bankın başqa kapitaldan istifadə etməsi və s.
Trast  əməliyyatını  həyata  keçirmək  üçün  kommersiya 
bankları  Mərkəzi  Bankdan  raziliğı  ilə  bu  əməliyyat  ilə  məşğul 
olan xüsusi şöbə – trast şöbəsi təşkil etməlidirlər.
Bankların əmanət əməliyyatından fərqli olaraq trast əməliy-
yatının özünəməxsus xüsusiyyəti vardır. Xüsusi əmanətçilər üçün 
trast əməliyyatının əhəmiyyəti onun anonimliyidir. Belə ki, trastı 
idarə edən sazişçi trastı öz adından həyata keçirmək hüququna 
malikdir. Adətən,  kapitalın  kimə  məxsus  olduğu  haqqında  heç 
bir məlumat verilmir. Əgər əhalinin banklarda yerləşdirdiyi əma-
nətlərə görə faiz dərəcəsini bank müəyyən edirsə, trast əməliy-
yatında isə əksinə, əhali bu əməliyyatdan əldə etdiyi gəlirə görə 
banka yalnız müəyyən haqq ödəyir.
Qiymətli kağızlarla aparılan əməliyyatlar trastın əsas obyekt-
lərindən biridir. Qeyd etmək olar ki, indiki dövrdə əhalinin əksə-
riyyətinin  firma  və  müəssisələr  haqqında  düzgün  məlumatları 
olmadığına görə, onların səhmlərinin alınması əhali üçün riskli 
xarakter daşıyır. Bu halda, trast əməliyyatı investora pul vəsait-
lərini daha risksiz investisiyalara yönəltməyə imkan vermiş olur. 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə