MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

86
Yoxlama materialları əsasında daxili audit bölməsi digər böl-
mələrlə  birgə  buraxılmış  səhvlərin  siyahısını  hazırlayır,  habelə 
əməliyyatların aparılma texnologiyasını reqlamentləşdirən bank-
daxili  sənədlərin  işlənib  hazırlanması  haqqında  təkliflər  irəli 
sürür. Səhvlərin siyahısı bankın bütün bölmələri və filiallarının 
nəzərinə  çatdırılır.  Daxili  audit  xidməti  müntəzəm  olaraq  bank 
rəhbərliyi  və  ya  direktorlar  şurası  (audit  komitəsi)  qarşısında 
hesabat verir.
Qeyd etmək lazımdır ki, geniş filial şəbəkəli banklarda daxili 
auditin  öz  xüsusiyyətləri  vardır.  Bu  zaman  bankın  baş  ofisinin 
yoxlanılması  xüsusilə  vacibdir.  Belə  ki,  məhz  burada  təlimatı-
metodik  materiallar,  əməliyyatların  aparılma  texnologiyası, 
mühasibat uçotunun qaydaları və s. sınaqdan keçirildikdən sonra 
filiallarda yayılır. Bu tələbə riayət olunmaması səhvlərin kütləvi 
çoxalmasına gətirib çıxarır.
Geniş filial şəbəkəsinə malik olan banklarda daxili audit əmək-
daşlarının filiallar üzrə bölüşdürməsi də məqsədəuyğun olardı.
Təcrübə sübut edir ki, direktorlar şurası yanında bankın idarə 
olunmasında iştirak etməyən şəxslərdən, daimi audit komitəsinin 
yaradılması  daxili  audit  sisteminin  formalaşmasında  bir  çox 
problemləri  həll  etmiş  olar.  Bir  qayda  olaraq  direktorlar  şurası 
audit  komitəsinin  üzvlərinin  təyin  olunması  qaydalarını,  hüquq 
və  vəzifələrini  reqlamentləşdirir.  Audit  komitəsi  fəaliyyətinin 
səmərəliliyini  artırmaq  məqsədilə,  onun  iclaslarında  bankın 
idarə  heyətinin  sədrinin,  daxili  və  xarici  auditorların  iştirakları 
daha faydalı və məqsədəuyğun olar.
Şəraitdən asılı olaraq xarici (bankdankənar) auditorlar bankın 
idarə  olunması,  əməliyyatların  texnologiyası  və  s.  məsələlərə 
xüsusi diqqət yetirmirlər. Bu səbəbdən də daxili auditin rolu get-
gedə artmaqdadır. Lakin digər tərəfdən daxili auditin növlərinin 
və  proseduralarının  standartlaşdırılmasında  bir  sıra  çətinliklər 
qalmaqdadır. Aşağıdakı sxem vasitəsilə daxili auditin növlərinin 
təsnifləşdirilməsinə müəyyən qədər aydınlıq gətirilir:


Sxem 2.1
Daxili auditin təsnifləşdirilməsi
Auditin 
növü
Məzmunu
Maliyyə 
auditi
Bankın  uçot  və  hesabat  sisteminin  etibarlılığının 
yoxlanılması. Bu növ daxili auditin keçirilməsində 
bankdankənar  audit  standartlarından  da  istifadə 
oluna bilər.
Kompleks 
audit
Bank fəaliyyətinin qanunvericiliyə, normativ hüquqi 
aktlara,  daxili  normativ  sənədlərə  uyğunluğu  və 
müvafiq olması
Əməliyyat 
auditi
Əməliyyatların  və  proseduraların  səmərəliliyinin 
qiymətləndirilməsi,  iş  metodlarının  və  təşkilatı 
strukturların tənqidi təhlili
İdarəetmə 
auditi
Menecment keyfiyyətinin qiymətləndirilməsi


88
III FƏSIL
YENİ İQTİSADİ ŞƏRAİTDƏ BANK
FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
3.1. Bank fəaliyyətində monitorinqin 
istifadə imkanları
Sözsüz ki, kreditor və əmanətçilərin maraqlarının müdafiəsi 
Mərkəzi  bankların  əsas  funksiyalarından  biridir.  Bu  məqsədlə 
Mərkəzi  banklar  məcburi  ehtiyatları  öz  hesablarında  deponent-
ləşdirir,  kommersiya  banklarının  vəsaitlərini  depozitlərə  cəlb 
edir və lombard kreditləri üzrə əməliyyatlar aparırlar.
Pul-kredit  siyasətində  izafi  ehtiyatların  uçotu  nə  qədər  əhə-
miyyət kəsb etsə də, “zəruri” izafi ehtiyatların müəyyən olunması 
üçün standart bir yanaşma mövcud deyil. Məsələnin belə qoyu-
luşu paradoksal səslənir, çünki izafi ehtiyatlar öz-özlüyündə artıq 
vəsaitlərdir. Bununla belə istənilən iqtisadiyyatda izafi bank resurs-
ları  mövcuddur.  ABŞ-da  məcmu  ehityatlarda  izafi  ehtiyatların 
xüsusi çəkisi bir faizdən üç faizədək təşkil edir ki, bu da digər 
ölkələrlə,  o  cümlədən,  Azərbaycanla  müqayisədə  aşağı  norma 
sayılır.
İzafi ehtiyatların real zəruri səviyyəsini müəyyən etmək üçün 
ekspert qiymətləndirməsi metodundan istifadə edilir. Zənnimizcə, 
bank  siyasətinin  monitorinqi  çərçivəsində  aşağıdakı  məsələlər 
öyrənilməlidir:
– bankların zəruri izafi ehtiyatlarının minimal səviyyəsi;
– izafi ehtiyatların səviyyəsinin azaldılması imkanları;
– banklar tərəfindən sərbəst resursların istifadə istiqamətləri;
–  kommersiya  banklarının  aktiv  əməliyyatlarına  müəyyən 
olunmuş iqtisadi normativlərin təsiri;
– izafi resursların formalaşmasının real prosesi.


89
İzafi ehtiyatların səviyyəsinin azaldılmasında başlıca şərtlər-
dən biri, bank əməliyyatlarının aparılmasında risklərdən qorun-
maqdır. Digər mühüm bir şərt hesablaşmaların sürətləndirilmə-
sidir.  Nəhayət  şərtlərdən  biri  də,  qısa  müddətdə  nisbətən  ucuz 
vəsaitlərin banklar tərəfindən cəlb olunma imkanıdır.
Mərkəzi bankların təcrübəsində sistemli risklərin azaldılması 
üçün  institutsional  tədbirlərdən  istifadə  olunur.  Bu  tədbirlərdən 
biri müəssisələrin monitorinqidir. Monitorinq iki formada həyata 
keçirilir. Birinciyə kommersiya banklarının özlərinin marketinq 
tədqiqatları  çərçivəsində  həyata  keçirdikləri  monitorinq  aiddir. 
İkinciyə  isə  mərkəzi  banklar  tərəfindən  həyata  keçirilən  iqtisa-
diyyatın və müəssisələrin monitorinqi aiddir.
Banklar tərəfindən iqtisadi subyektlərin monitorinqi ilk dəfə 
1948-ci ildə Yaponiyada tətbiq olunmuş, sonralar bu təcrübədən 
50-ci illərin əvvəllərindən Almaniyada, 1983-cü ildən isə Böyük 
Britaniyada istifadə olunmuşdur.
Bir çox mütəxəssislərin fikrincə iqtisadi konyukturun moni-
torinqi  risk  səviyyəsini  azaltmaq  və  kommersiya  banklarının 
bazar strategiyasında qeyri-müəyyənliyin aradan qaldırılması üçün 
zəruridir.  Bir  qayda  olaraq  monitorinq,  gözlənilən  dəyi şiklik-
lərdən bir neçə il əvvəl başlanılır.
Kommersiya bankları tərəfindən iqtisadi mühitin nəzarət edilə 
bilməyən elementlərinə aşağıdakılar daxildir:
– texnoloji dəyişikliklər (ixtiralar, patentlər, tədqiqatların nəti-
cələri);
–  sosial-mədəni  dəyişikliklər  (demoqrafik  faktorlar,  həyat 
tərzinin dəyişməsi və s.);
– iqtisadi dəyişikliklər (inflyasiya, pul və fiksal siyasət, val-
yutanın məzənnəsinin dəyişməsi və s.);
–  qanunvericilikdə  və  siyasətdə  dəyişikliklər  (gözlənilən  və 
qəbul edilən qanunvericilik aktları, hökumət strukturlarının fəa-
liyyəti və s.);
– məhkəmə proseduraları sahəsində dəyişikliklər (qanunların 
tətbiqi praktikası, məhkəmə hakimiyyətinin qanunvericilik təşəb-
büsü və s.);


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə