MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

74
Bu depozitlər üzrə faizlərin ödənilməsi fond və əmtəə bazar-
larında qiymətlər dinamikasından asılı olub, səhmlərin və malla-
rın  qiymət  artımı  zamanı  müştərilərə  yüksək  gəlir  əldə  etmək 
imkanı yaradır;
– broker depozitləri.
Bu  depozitlər  brokerlər  tərəfindən  yığılan,  bank  və  əmanət 
müəssisələrində  yerləşdirilən  müştəri  vəsaitləridir.  Bu  vəsaitlər 
üzrə maksimum yüksək faiz stavkaları təklif edilir;
– xarici valyutada depozit sertifikatları:
Bu  depozit  növü  xarici  bazarlardakı  əməliyyatlar  hesabına 
müştərilərə yüksək faiz gəliri qazanmaq imkanı yaradır;
– dövrü haqq qəbullu depozit sertifikatları. Bu depozit növü 
müştəriyə istənilən məbləğın yığımına qədər vəsaiti dövrü olaraq 
qoymaq imkanı yaradır;
– faizlərin ödənilməsində möhlət hüquqlu depozit sertifikatları:
Bu  depozitlərin  məqsədi  müştərilərdən  tutulan  faizlərin 
minimuma qədər azaldılmasıdır;
– artan faiz hüquqlu depozit sertifikatı:
Bu depozit növü əmanətin bütün saxlanılma müddəti ərzində 
faiz  gəlirinin  artımını  şərtləndirir  və  müəyyən  olunmuş  tarix-
lərdə vəsaitin götürülməsinə icazə verir;
– müştərək əmanətlər:
Bu əmanətlər ümumi əlamətlər üzrə birləşmiş kiçik əmanətçi 
qrupları üçün nəzərdə tutulmuşdur.
Depozit  resursları  bazarında  yeniliklərlə  əlaqədar  yaranmış 
əsas problem, yüksək faiz ödənişi vəd edən müəssisələrin etibar-
lılığının aşağı düşməsi və artıq formalaşmış müştəri bazarının öz 
vəsaitlərini daha sərfəli yığım formalarına keçirmələri ilə bağlıdır.
Yeni depozit növlərinin inkişaf istiqamətlərindən görünür ki, 
banklar cəlb olunmuş vəsaitlərin o formalarına üstünlük verirlər 
ki,  bu  zaman  ödənilən  faiz  məsrəfləri  vəsaitlərin  istifadəsindən 
əldə olunmuş gəlirlə sıx bağlı olsun.
Depozitlərin idarə olunmasında banklar tərəfindən həll olun-
malı əsas vəzifə qiymətin yaranmasıdır. Klassik iqtisadi nəzəriy-
yəyə müvafiq olaraq, depozitlər üçün qiymətin sonuncu səviyyəsi 
bazarın  təsiri  altında  formalaşır.  Eyni  zamanda  bankların  cari 


75
fərdi istiqamətlərindən asılı olaraq, qiymət siyasəti artımın təmin 
olunması, yeni bazarlarda genişlənmə, arzu olunmayan müştəri-
lərlə əlaqələrin kəsilməsi və s. amillərdən asılı olaraq müəyyən 
edilir. Maliyyə sferasında idarəetmə problemlərinə həsr olunmuş 
ədəbiyyatlarda  depozit  resurslarına  qiymətin  formalaşmasının 
iki əsas metoduna üstünlük verilir:
 “məsrəflər + mənfəət” metodu üzrə qiymətin yaranması;
 maksimum məsrəflərdən çıxış edərək, depozitlər üzrə faiz 
dərəcələrinin müəyyən edilməsi.
“Məsrəflər + mənfəət” metodu, məcburi ehtiyatlar və sığorta 
haqları, mənfəət stavkası, orta ölçü əhəmiyyətli sonradan hesab-
laşma  məsrəfləri  də  daxil  olmaqla,  xərc  stavkalarının  müəyyən 
olunmasına  əsaslanır.  Bu  cür  yanaşma  depozitlərin  hər  bir 
xidmət  növü  üzrə,  dəyərin  dəqiq  hesablanılmasını  tələb  edir. 
Problemin həllində məsrəflərin səviyyəsi və bank depozitlərinin 
gəlirliliyinin uçotu proqramından istifadə edilir. ABŞ-da bu proq-
ram Funksional Dəyər Təhlili adlanır (FCA). Bu təhlilin məlu-
matlarına  müvafiq  olaraq,  ən  ucuz  depozit  növü  əhalinin  çek 
depozitləri  hesab  edilir  ki,  bu  zaman  faizlərin  ödənilməsindəki 
qənaət  xidmət  üzrə  məsrəfləri  kompensasiya  edir.  Göründüyü 
kimi bu metod o şəraitdə tətbiq olunur ki, cəlb olunmuş vəsait-
lərin həcmi və cəlb olunmaq üçün məsrəflər arasındakı bağlılıq 
xəttə  yaxınlaşır.  Əks  təqdirdə  bir  çox  ekspertlər  orta  ölçü 
əhəmiyyətli  deyil,  maksimum  məsrəflər  yəni,  yeni  vəsaitlərin 
cəlb  olunması  üzrə  əlaqədar  əlavə  xərclər  metodunun  tətbiq 
olunmasını tövsiyə edirlər.
Depozit  resurslarına  qiymətin  yaranması  konsepsiyaları  ilə 
əlaqə-dar,  bir  nəzəri-iqtisadi  məsələni  də  qeyd  etmək  yerinə 
düşərdi. Bu məsələ banklar tərəfindən depozit şərtlərinin dəyiş-
məsinə müştərilərin reaksiyasından ibarətdir. Belə ki, əmanətlər 
istehsalın  daimi  və  ya  kvazi  daimi  faktoruna  aid  olub,  digər 
maliyyə  mənbələri  ilə  müqayisədə  qiymətlər  və  faiz  stavkaları 
səviyyəsindəki tərəddüdlərə də az hissiyyatlılığı ilə seçilirlər. Bu 
bir  tərəfdən  müştərinin  eyni  zamanda  bir  neçə  bank  xidmətlə-
rindən  istifadəsi  (o  cümlədən,  kreditlərdən),  digər  tərəfdən  isə 


76
müştərinin  öz  vəsaitlərini  digər  banklara  keçirdiyi  halda,  ona 
dəyən ziyanın kompensasiya edilməməsi ilə əlaqədardır.
Banklar üçün cəlb olunmuş vəsaitlərin digər mənbəyi, qeyri-
depozit vəsaitləridir. Qeyri-depozit mənbələrinə ehtiyac, tələb olu-
nan kredit məbləğı ilə, depozit məbləğı arasında olan fərq kimi 
müəyyən  edilir.  Qeyri-depozit  mənbələrinin  təyinatı,  bir  qayda 
olaraq zəruri vaxtda aktivlərin olmamağından dəyə biləcək itki-
lərdən qaçmaqdır.
Qeyri depozit mənbələr içərisində aşağıdakıları göstərə bilərik:
Mərkəzi Bankın kredit resursları bazarı  Bu bazarda adətən 
qısamüddətli  (bir  günlük)  borclar  təklif  olunur.  Bu  bazar  Mər-
kəzi  Bankın  pul  siyasətinin  aparıcısı  kimi  çıxış  edir  və  borclu 
banklar nöqteyi-nəzərindən onun əsas nöqsanı təklif olunan faiz 
dərəcəsinin  iqtisadi  konyukturdan  asılı  olaraq,  qeyri-sabitliyi, 
bankın fəaliyyətinin planlaşdırılmasında maneələr yaratmasıdır.
Banklararası  kredit  bazarı    Bu  bazar,  bir  qisim  bankların 
digərlərinə təklif etdikləri sərbəst vəsaitlərə əsaslanır.
Formal  depozit  mənbələri  –  köçürmə  depozit  sertifikatları. 
Bank resurslarının formalaşması mənbələrindən biri olub, müəy-
yən müddətə verilən borc qəbzləri əsasında vəsaitlərin cəlb olun-
masıdır. Köçürmə depozit sertifikatlarının başlıca xüsusiyyət lə-
rindən  biri,  onların  ikinci  bazarda  aktiv  tədavül  etmələridır. 
Təbiətinə görə bu mənbə bank borcları ilə oxşardır.
Bank  borcları  –  borc  öhdəlikləri  olub,  müəyyən  olunmuş 
müddətə bank müəssisələri tərəfindən fiziki şəxslər üçün bura xılır 
və  müəyyən  müddətdən  sonra  da  geri  qaytarılır.  Qeyd  etmək 
lazımdır ki, borclar ikinci bazarda tədavüldə iştirak etmirlər.
Bu tip mənbələrə avro valyuta depozitləri bazarını da aid edir-
lər. Avro valyuta depozitlər bazarı likvid fondlar əsasında trans-
milli  maliyyə  strukturları  tərəfindən  iri  müştərilərə  kreditlərin 
verilməsi üçün yaradır.
Qiymətli  kağızların  geri  alınması  üzrə  razılaşma  –  Qeyri-
depozit mənbələrin bu növü, az riskli aktivlərin girovu müqabi-
lində (məsələn dövlət qiymətli kağızları), nisbətən yüksək olma-
yan faizlə qısamüddətli borcların alınmasını nəzərdə tutur.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə