MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   26   27   28   29   30   31   32   33   34

99
– www.apus.az istismara verilmişdir. Hal-hazırda internet istifa-
dəçisi olan abonentlər heç bir poçt, bank bölməsinə yaxınlaşma-
dan  informasiya  saytı  vasitəsilə  müstəqil  şəkildə  qeydiyyatdan 
keçə və ödənişlərini həyata keçirə bilərlər.
Bank  nəzarətinin  avtomatlaşdırılması  çərçivəsində  avtomat-
laşdırılmış prudensial nəzarət hesabat sisteminin tətbiqi istiqa mə-
tində də işlər görülmüşdür. Bank nəzarətinin normativ baza sının 
Bazel  Komitəsi  prinsiplərinə  uyğunlaşdırılması  davam  etdiril-
mişdir.
Müştərilər haqqında dolğun informasiya bankının formalaş-
dırılması  çərçivəsində  kredit  reyestrinin  yaradılmasına  prosesi 
başa çatdırılmşdır. Bu tədbir bankların kredit əməliyyatları üzrə 
risklərinin  azaldılmasına  və  kredit  qoyuluşlarının  həcminin 
artırılmasına imkan verəcəkdir.
Bank fəaliyyətində mühasibat uçotunun beynəlxalq standart-
lara  tam  keçidi  istiqamətində  ciddi  işlər  görülmüşdür.  Monetar 
idarəetmənin institutsional bazasının gücləndirilməsi tədbirlərin-
dən biri kimi, mükəmməl informasiya bankının yaradılması məqsə-
dilə avtomatlaşdırılmış bank statistika hesabat sisteminin tətbiqi 
davam etdirilir.
Dünya  təcrübəsi  göstərir  ki,  modernləşdirilmiş  menecment 
və strateji planlaşdırma məqsəd və vəzifələrin düzgün seçilmə-
sində və onlara səmərəli sürətdə nail olmaqda müstəsna əhəmiy yət 
kəsb edir. İstənilən fəaliyyət sferasına malik təşkilatda idarəetmə 
qərarlarının  qəbul  edilməsi  yaranmış  vəziyyəti  düzgün  qiymət-
ləndirməyi,  daxili  və  xarici  amillərin  dərin  təhlilini  və  onların 
mümkün  inkişaf  proseslərinin  hazırlanmasını  tələb  edir.  Pul-
kredit  siyasətinin  sabitləşdirilməsi  və  onun  bank  fəaliyyətinin 
daha səmərəli olmasına yönəldilməsi üçün, proqnozlaşdırmanın 
və mikroiqtisadi proseslərin modelləşdirilməsi bu siyasətin digər 
strateji istiqamətlər ilə əlaqələndirilməsinə nail olunmalıdır. Bu 
məqsədlə  müxtəlif  iqtisadi  orqanlarla  Mərkəzi  Bank  arasında 
konkret qarşılıqlı fəaliyyət sxemləri nəzərdən keçirilməlidir. Pul, 
kredit və valyuta siyasətinə dair əsaslandırılmış qərarların hazır-
lanması üçün iqtisadi orqanlar ilə səmərəli informasiya mübadi-


100
ləsi  sistemlərinin  yaradılmasına  və  zəruri  hallarda  görüləcək 
tədbirlərin əvvəlcədən razılaşdırılmasına xüsusi diqqət verilməlidir.
Bank nəzarəti normalarının Bazel Komitəsinin standartlarına 
və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu standartlara cavab 
verən  nəzarət  hesabat  sisteminin  tətbiqi  və  onun  avtomatlaşdı-
rılması,  qeyri-bank  təşkilatlarına  nəzarət  metodologiyasının 
təkmilləşdirilməsi  qarşıda  duran  ən  mühüm  vəzifələrdən  hesab 
edilməlidir.
Yaxın perspektivdə bank fəaliyyəti inkişafının strateji proq-
ramlarının işlənib hazırlanmasına nail olunmalıdır. Şübhəsiz ki, 
qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün ayrı-ayrı fəaliy-
yət  sahələri  üzrə  beynəlxalq  əməkdaşlığın  genişləndirilməsi  və 
insan resurslarının inkişaf etdirilməsi strateji proqramda öz əksini 
tapmalıdır.  Yüksək  peşəkarlığa  malik  menecerlər  komandası 
olmadan ən proqressiv ideya və yeniliklər də uğursuzluğa məh-
kumdur.  Ona  görə  də  kadrların  peşəkar  hazırlığına  böyük  əhə-
miyyət verilməlidir. Bu baxımdan mütəmadi elmi araşdırmaların 
aparılması  üçün  Azərbaycan  Mərkəzi  Bankının  nəzdində  Təd-
qiqatlar və Sosial İnkişaf Mərkəzi yaradılmışdır.
Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini və pul-kredit 
siyasəti  alətlərinin  tətbiqi  variantlarını  təhlil  etməklə  belə  bir 
qənaətə gəlmək olar ki, müasir pul-kredit siyasəti iqtisadi tənzim-
lənmənin  iki  variantının  (monetarist  və  keynsian)  sintezinə  və 
onların kompleks tətbiqinə əsaslanmalıdır. Bu siyasətin mahiyyəti 
ən  qısa  şəkildə  ondan  ibarətdir  ki,  pul-kredit  mexanizmi  real 
sektorun  investisiya  təminatının  artırılmasına  yönəldilməlidir. 
Yaxın  gələcəkdə  təsərrüfat  subyektlərinin  və  bankların  investi-
siya  aktivliyini  artırmaq  məqsədilə,  kompleks  tədbirlər  sistemi 
həyata keçirilməsi və bankların donor funksiyası canlandırılma-
lıdır.
Perspektivdə xarici investisiyaların və neft dollarlarının val-
yuta  bazarına  ehtimal  olunan  irimiqyaslı  axını  ilə  əlaqədar  pul 
kütləsinin  qeyri-adekvat  hissəsinin  sterilizasiyası  tədbirlərinin 
həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Pul kütlə-
sinin növbəti illər üçün nəzərdə tutulan artım templəri bütövlükdə 
pul-kredit siyasətinin iqtisadiyyata ötürücü (transmissiya) təsi rini 


101
gücləndirməklə,  məcmu  tələbin  genişlənməsinə  əlavə  monetar 
impuls  verməlidir.  Bu  isə,  təbii  olaraq  məcmu  təklifin  ekspan-
siyasına adekvat reaksiya doğurmaqla makroiqtisadi şəraiti daha 
da yaxşılaşdırmalıdır. İqtisadi artımın monetar kanallar ilə qida-
lanan amillərinin fəallaşması və qiymətlərin sabitliyi şəraitində, 
bunun güclü makroiqtisadi multiplikator effekti yaratması demək-
dir. Həm monetar, həm də fiskal ekspansiya hesabına yaranacaq 
makroiqtisadi  səmərədən  maksimum  istifadə  olunması  və  bu 
səmərənin daxili istehsalın, qeyri-neft sektorunun və regionların 
inkişafına  yönəldilməsi  xüsusi  aktuallıq  kəsb  etməlidir.  Eyni 
zamanda,  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  proqra-
mında nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsi, 
qeyd  olunan  səmərənin  real  sektorun  inkişafına  multiplikativ 
təsirini  gücləndirəcəkdir.  Sözsüz  ki,  əsas  ötürücü  həlqə  kimi 
maliyyə  sektorunda  həyata  keçirilən  islahatların  sürətləndiril-
məsi  iqtisadi  inkişafın,  xüsusilə  də,  orta  və  kiçik  sahibkarlığa 
maliyyə yardımının genişləndirilməsinə təkan verməlidir.
Maliyyə xidmətlərinin həyata keçirilməsində elektron infor-
masiyanın  inkişafı  ən  aktual  məsələlərdən  biridir.  Belə  ki,  XX 
əsrin  sonlarında  elektron  informasiya  bütün  iqtisadi  nəşrlərin, 
nüfuzlu  beynəlxalq  konfransların  və  forumların  əsas  mövzula-
rından  biri  olmuşdur.
 
Bank  fəaliyyətində  kredit  risklərinin  və 
portfel  investisiyalarının  idarə  olunmasında  internet  texnologi-
yasından  istifadə  etməklə,  elektron  informasiya  xüsusilə  vacib 
əhəmiyyət kəsb edir. Kommersiya banklarında və digər maliyyə 
institutlarında  pul  vəsaitlərinin  və  qiymətli  kağızların  saxlanıl-
ması  əhalinin  bu  maliyyə  vasitəçilərinə  inamından  xəbər  verir. 
Belə olan halda bu maliyyə vasitəçilərinin sabit fəaliyyəti, onun 
tənzimlənməsi hökumətin əsas vəzifələrindən biri olmaqla, Mər-
kəzi Bankın daim nəzarətində saxlanılmalıdır.
Pulun  saxlanılması,  onun  idarə  edilməsi  texnologiyasının 
təkamülü  onların  kağız  formadan  elektron  sistemə  keçməsinə 
səbəb  oldu.  Bu  ilk  növbədə  nağd  və  nağdsız  pul  vəsaitlərinin 
mikroprosessorlu  kartlara  və  ya  başqa  sözlə  desək,  “çip”lərlə 
əvəz  olunmasına  gətirib  çıxardı.  Bazel  Komitəsinin  meyarına 
görə elektron pullar anlayışına, əvvəlcədən ödəniş kartları, həm-


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə