MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   26   27   28   29   30   31   32   33   34

102
çinin, internetdən istifadə edən ödənilmiş proqram məhsullar və 
ya rəqəmli vəsaitlər daxildir. Hal-hazırda elektron ödəniş siste-
minin öz daxilində transformasiya meyli, yəni bankların və digər 
maliyyə  institutlarının  öz  xüsusi  şəbəkələrindən  internetə  keç-
mələri müşahidə edilir.
Keçən əsrin 80-ci illərindən başlayaraq, banklar və maliyyə 
xidmətlərinin digər provayderləri öz aralarında elektron kommu-
nikasiya sisteminə keçməyə başladılar. Elektron informasiya ilə 
mübadilə  və  yaxud  EDİ  (Elektronic  Date  İnterchange)  uzun 
müddətdir  ki,  banklar  və  fond  birjaları  tərəfindən  ödənişlərin, 
qarşılıqlı  hesablaşmaların  həyata  keçirilməsində,  səhmlərin  və 
sair  qiymətli  kağızların  alqı-satqısında  istifadə  olunur.  EDİ-nin 
əsas sistemi olan SWIFT sisteminə dünyanın ən nüfuzlu bankları 
və maliyyə qurumları daxildir. Gündəlik olaraq bu sistem vasi-
təsi ilə trilyonlarla ABŞ dolları həcmində vəsaitlər hərəkət edir. 
Son illər SWIFT sistemi öz kommunikasiya şəbəkəsini təhlükə siz 
internet şəbəkəsinə keçirməklə xidmət sferasını daim təkmilləş-
dirir.
İnternetin  meydana  gəlməsi  maliyyə  xidmətlərinin  provay-
derlərini öz müştəriləri ilə daha aktiv işləməyə, internet kanalları 
vasitəsi ilə onlara Online (real vaxt rejimində) xidmətlər göstər-
məyə  məcbur  etdi.  Real  vaxt  rejimi  çərçivəsində  korporativ 
müştərilər və fiziki şəxslər haqqında məlumatlar əldə etmək, inter-
net  kanalları  vasitəsilə  pul  vəsaitlərini  banklarda  yerləşdirmək, 
valyutanın və qiymətli kağızların alqı-satqısını həyata keçirmək, 
kreditlər  almaq,  borcları  idarə  etmək  və  s.  maliyyə  xidmətləri 
sferasında elektron informasiyanın inqilabiliyini şərtləndirdi. Bu 
sahədə məsrəflərin müqayisəsi xüsusilə heyrətləndiricidir. Əgər 
hər hansı bank şöbəsinə bir bank transaksiyası 1,27 ABŞ dolla-
rına başa gəlirsə, bankomat üçün bu məsrəf 27,0 sentə, internet 
üçün isə cəmi 7,0 sentə bərabər olacaqdır. Eyni zamanda bir ticarət 
tsiklində  bütün  xidmətləri  göstərən  broker  150,0  ABŞ  dolları 
haqq tələb edirsə, oxşar ticarət üçün diskont brokeri 69,0 ABŞ 
dollar, internet brokeri isə 10,0 ABŞ dolları tələb edəcəkdir.
Maliyyə xidmətləri bazarında aparılan əməliyyatların xarak-
teri və həcmi bu iqtisadi fəaliyyətin lider mövqeyə çıxmasından 


103
xəbər verir. Belə ki, BMT-nin YNKTAD konfransının (2002-ci il) 
qiymətləndirməsinə  görə  Böyük  Britaniyada  elektron  kommer-
siyanın 60%-i maliyyə xidmətlərinin payına düşür. İsveç və Fin 
banklarının müştərilərinin 40-50%-i on-line (real vaxt) rejimində 
əməliyyatlar  aparırlar.  İnternet  bankları  və  brokerlərinin  (yəni 
yerli bank şöbələri olmayanlar) heyrətləndirici müvəffəqiyyətlə-
rinə  baxmayaraq,  maliyyə  xidmətləri  sferasında  elektron  infor-
masiyanın  dominant  qüvvəsi  kimi,  nəhəng  ənənəvi  banklar  və 
brokerlər qalmaqda davam edirlər. Külli miqdarda resurslara malik 
olmaqla,  onlar  yeni  elektron  ödəniş  sistemlərinə  investisiya 
qoyur, internet texnologiyaları sahəsində aparıcı şirkətlərlə port-
nyorluq münasibətlərinə girirlər.
Maliyyə xidmətlərində elektron informasiyadan aktiv istifadə 
kommersiya  bankları,  investisiya  bankları,  fond  birjaları  və 
sığorta şirkətləri tərəfindən istifadə olunan alətlər arasında sərhəd-
ləri də “yuyub” aparmışdır. Bu öz növbəsində tənzimləyici orqan-
ların  işini  çətinləşdirmiş  və  sistemli  risklərin  idarəçiliyində  bu 
təsisatlar  arasında  daha  sıx  koordinasiyanın  olmasını  zəruri 
etmişdir. Bir çox inkişaf etməkdə və keçid iqtisadiyyatına malik 
olan ölkələrdə banklar və digər maliyyə vasitəçiləri SWIFT tipli 
müxtəlif  elektron  rabitə  sistemlərindən  iştirak  edirlər.  Qeyd 
etmək  lazımdır  ki,  müştərilərə  bilavasitə  internet  xidmətlərinin 
satışı  üzrə  fəaliyyət  hələlik  morginal  xarakter  daşıyır.  Bununla 
belə bu ölkələrdə informasiyaların toplanılmasında elektron poçt-
dan və internetdən aktiv istifadə olunsa da, hələlik sövdələşmə-
lərin özü əsasən ənənəvi yolla aparılır.
Bu ölkələrdə əsas problem telekommunikasiya dəyərinin yük-
sək olması, əhalinin kompyuterləşmə səviyyəsinin aşağı olması, 
eləcə də biznes mədəniyyətinin kifayət qədər olmamasıdır. Qeyd 
etmək  lazımdır  ki, Asiyada,  Rusiyada,  Braziliyada,  Meksikada 
baş  vermiş  maliyyə  böhranları  elektron  ticarəti  iştirakçılarının 
əsas hissəsinin mövqelərini sarsıtdı. Belə ki, orta təbəqəni təşkil 
edən  iştirakçılar  artıq  internetə  daxil  olur,  fəal  sürətdə  kredit 
kartlarından, istehlak və ipoteka kreditlərindən istifadə edirdilər.
Eyni zamanda təhlil göstərmişdir ki, Meksika, Cənubi Afrika 
Respublikası,  İordaniya,  Çin  və  Kolumbiyada  şirkətlərin 


104
40,0%-dən çoxu, elektron informasiyanın məqsədləri üçün inter-
netdən istifadə edirlər. Hətta bu göstərici üzrə Yaponiya, İsveçrə 
və Fransa kimi inkişaf etmiş ölkələr belə yuxarıda qeyd etdiyi-
miz ölkələrdən geri qalır.
Sözsüz ki, bütün bunlar elektron kommersiyanın inkişafının 
qeyri-bərabər  xarakterindən  xəbər  verir.  Ümumiyyətlə  elektron 
ticarətdə hələlik Şimali Amerikanın dominant rolu (65,3%) müşa-
hidə  edilir.  Bunun  ardınca  Qərbi  Avropa  (  22,4%),  Yaponiya, 
Avstraliya və Yeni Zelandiya (6,4%) gəlir. Digər inkişafda olan 
ölkələrin payına internet ünvanların 5,9%-i düşür.
İnternetin sürətli artımı, həmçinin minimal məsrəflərlə infor-
masiyanın toplanılması, müxtəlif fəaliyyət sferalarında məlumat 
banklarının  yaradılması  və  kompyuter  proqramlarının  inkişaf 
imkanları ilə sıx əlaqədardır. Müasir “softver” proqramları riyazi 
metodların köməyi ilə külli miqdarda informasiyaların toplanıl-
masına və yayılmasına imkan verir. Bir qayda olaraq bu infor-
masiyalar, maliyyə vasitəçilərinə borcluların maliyyə vəziyyətini 
istənilən anda izləməyə şərait yaradır. Həmçinin mal göndərənlər 
tərəfindən kontraktlara vaxtlı-vaxtında əməl olunması və onların 
keyfiyyəti haqqında məlumat bankı tərtib edilir. Kredit və debet 
kartları emmisiya edən banklar və şirkətlər də öz fərdi müştəri-
ləri  haqqında  sistematik  olaraq  kredit  informasiyası  toplayırlar. 
Göstərilən  məlumatlar  bankı  riskləri  daha  yaxşı  izləməyə  və 
beləliklə də resursların rasional bölüşdürülməsinə şərait yaradır. 
Qeyd  olunanlarla  yanaşı  göstərmək  lazımdır  ki,  kommersiya 
riskləri  haqqında  məlumat  bankının  yaradılması  ən  mürəkkəb 
vəzifələrdən  biri  hesab  edilir.  Qərbdə  kredit  informasiyası  ilə, 
yəni  borcluların  ödəniş  vəziyyətinin  təhlili  ilə  əsasən  özəl 
şirkətlərin olduqca geniş dairəsi məşğul olur. Bunlar hər şeydən 
əvvəl banklar, kredit sığortaçıları, forfeyter, faktorinq və lizinq 
şirkətləri  də  daxil  olmaqla  maliyyə  vasitəçilərinin  özləridirlər. 
Həmçinin  kredit  informasiyası  və  borclar  haqqında  məlumat 
toplayan və bu fəaliyyət növü onların əsas biznesi hesab edilən 
xüsusiləşdirilmiş  firmalar  da  mövcuddur.  Bir  çox  ölkələrdə  bu 
firmalar kredit büroları adlanır. Kredit informasiyasının ən geniş 
inkişafı ABŞ-da  təşəkkül  tapmışdır.  Məsələn,  “Dan  and  Brad-


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə