MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

67
siyasəti  olmalıdır.  Bankın  strategiya  və  siyasəti  konkret  olaraq 
bank  məhsullarının  hazırlanması,  təklifi  və  satılması  planında 
formalaşır. Hər bir bank marketinq araşdırmaları əsasında bank 
məhsulunun modifikasiyası haqqında qərar qəbul etməli və yeni 
bank xidmətlərinin tətbiqi üçün uzunmüddətli biznes-plan işlə yib 
hazırlamalıdır. Çünki, biznes-plan ilk növbədə xidmətin inkişa-
fının  və  tətbiqinin  iqtisadi  cəhətdən  məqsədəuyğun  olmasını 
əsaslandırmaq üçün tərtib olunur.
Yeni bank əməliyyatlarının tətbiqində marketinq xidməti mü -
hüm vasitə sayılır. Marketinq xidməti əsasında yeni bank əməliy-
yatlarının təşkilinin əsas mərhələlərini nəzərdən keçirək:
–  yeni  əməliyyatların  təşkili  ideyasının  axtarılması  və  ya 
mövcud olanı modernləşdirməsi və ona olan tələbi proqnozlaş-
dırması;
– bank əməliyyatlarının təşkili;
– yeni əməliyyatların tətbiqinin nəticələrinin təhlili.
Birinci mərhələ – yeni əməliyyatların təşkili ideyasının axta-
rılması və ya mövcud olanı modernləşdirmək və ona olan tələbin 
proqnozlaşdırılmasında marketinq xidməti aşağıdakıları hazırla-
malıdır.
– mövcud əməliyyatın icmalı;
– yeni əməliyyata olan tələbin tədqiqi və proqnozlaşdırılması;
–  bankın  müştəri  ilə  işinin  təkmilləşdirilməsi  barədə  təklif-
lərin yayılması.
İkinci  mərhələ  yeni  bank  əməliyyatlarının  təşkili  özündə 
aşağıdakıları əks etdirməlidir:
– xidmətlərin təşkili üçün optimal xərclərin təmin edilməsi;
– metodoloji və hüquqi normativ materialların hazırlanması;
– yeni əməliyyatların təşkili və tətbiqində bank əməkdaşları 
üçün stimulun müəyyən edilməsi.
Üçüncü  mərhələ  –  yeni  əməliyyatların  tətbiqinin  nəticələri-
nin təhlili aşağıdakılardan ibarət olmalıdır:
– müştəri bazasının təhlili;
– təklif olunan əməliyyatların həcminin təhlili;
– əməliyyatların səmərəliliyinin hesablanılması.


68
Bu  gün  Azərbaycan  Respublikasında  kommersiya  bankları 
tərəfindən müştərilərə bu cür yeni bank əməliyyatlarının və xid-
mət lərinin təklif olunması, onların mənfəətinin artmasına imkan 
verərdi. Nəticədə, yerli banklar beynəlxalq təcrübədə olduğu kimi, 
öz gəlirlərini faizlər gəlirləri hesabına deyil, əməliyyat gəlirləri 
hesabına artırmaq imkanlarını əldə etmiş olarlar.
Bank xidmətlərinin müxtəlif bazarlarda gəlirlilik xüsusiyyəti, 
bank  xidmətlərinin  qiyməti  kimi  xarakterizə  olunur.  Bank 
xidmətlərinin  qiyməti  istehlakçıya  xidmətlər  göstərildikdən 
sonra, transaksion xərclər kimi də təyin olunur. Əməliyyatların 
həyata keçirilməsi üçün bu ödənişlər xərc kimi hesablanılır.
Müxtəlif  məqsədli  bazarlarda  və  seqmentlərdə  xidmətlərin 
gəlirliyinin idarə olunmasını həyata keçirən banklar, bu xidmət-
lərə  müştərilərin  diqqətini  cəlb  edən  və  analoji  xidmətlərini 
təklif edən banklarla, qiymət rəqabəti mübarizəsini aktiv surətdə 
davam etdirirlər. Bundan əlavə xidmətlərin qiymət faktoru, ban-
kın xidmət nüfuzunun əsas elementini təşkil edərək, müştərilərin 
banka  loyal  münasibətlərinin  və  nəticədə  bankın  qeyri-maddi 
aktivlərinin artmasına şərait yaradır.
Ənənəvi olaraq elə hesab edilirdi ki, müştərilər bankın çoxlu 
sayda  filiallarının xidmətlərindən istifadə etməlidirlər.  Şaxələn-
miş filial şəbəkəsi, əməliyyat otaqlarında mövcud olan şərait, iş 
rejimi və s. uzun müddət ərzində bank atributları hesab edilirdi.
Müasir dövrdə isə bankların rolu, əməliyyatların, xidmətlərin 
istifadə xüsusiyyətləri banklar tərəfindən öz məhsullarını müştə-
rilərə ehtiyac yarandığı anda təklif etmə bacarığı ilə ölçülür.
2.2 Bankın passiv əməliyyatlarının 
əsas xüsusiyyətləri
Cəlb olunmuş pul resurslarının idarə olunma prosesi, müm-
kün  məsrəfləri  minimum  səviyyəyə  qədər  azaltmaqla  bərabər, 
ümumiyyətlə bank işinin keyfiyyətini göstərən zəruri xarakteris-
tikadır.  Pul  resurslarının  əsas  mənbələrini  göstərən  sxem,  1-ci 
şəkildə ümumi olaraq göstərilmişdir.


69
Şəkil № 2.2
Bankın pul vəsaitlərinin tərkibi
Пул вясаитляринин мянбяляри
Ъялб олунмуш вясаитляр
Хцсуси (сящмдар) 
капитал
Депозитляр
Гейри-депозит 
вясаитляри
Son  bir  il  ərzində  xüsusi  və  cəlb  olunmuş  pul  vəsaitlərinin 
nisbət  dinamikasını  bank  sisteminin  timsalında  görmək  olar 
(Azərbaycan Milli Bankının illik statistik bülleteni):
Cədvəl 2.4
 
01.01.06
01.01.07
01.01.11
mln. 
manat
yekunda 
%-lə
mln. 
manat
yekunda
%-lə
mln. 
manat
yekunda 
%-lə
I Cəmi öhdəliklər
1863,7
82,8% 3174,7
84,0%
11121,69
83,86
Depozitlər cəmi
1380,9
61,3% 2233,1
59,1%
5165,35
38,86
Maliyyə sektorun-
dan alın  mış kredit-
lər və depozitlər
315,8
14,0%
736,3
19,5%
5141,49
38,68
Digər öhdəliklər
167,1
7,4%
205,4
5,4%
814,85
6,13
II Kapital
388,3
17,2%
603,3
16,0%
2169,12
16,32
Cəmi passivlər
2252,0 100,0% 3778,0 100,0% 13290,81 100,0%
Cədvəldən göründüyü kimi sonuncu il istisna olmaqla, altı il 
ərzində  məcmu  passivlərdə  bankın  xüsusi  vəsaitlərinin  çəkisi 
cəlb olunmuş vəsaitlərin (öhdəliklərin) xüsusi çəkisinə nisbətən 
üstünlük təşkil edir.


70
Qeyd etmək lazımdır ki, cəlb olunmuş vəsaitlərin (öhdə lik-
lərin)  içərisində  hüquqi  və  fiziki  şəxslərin  depozitləri  (əmanət-
ləri) xüsusi yer tutur.
Depozitlər  –  müştərilərin  banka  saxlanmaq  üçün  təqdim 
etdikləri  pul  məbləğidir  ki,  bundan  da  hesablaşmalar  zamanı 
istifadə etmək və ya bu vəsaiti geri almaq mümkündür.
Banklar tərəfindən təklif olunan depozit xidmətlərinin miqdarı 
və diapazonu daim artır. Bu nöqteyi-nəzərdən ən geniş yayılmış 
xidmətlər üzərində qısaca da olsa dayanmaq məqsədəuyğundur. 
Bank depozitlərinin əsas tipləri aşağıda göstərilir:
Şəkil 2.3
Bank depozitlərinin tipləri
Депозитляр
Трансаксион 
(юдяниш) 
депозитляри
Тяляб 
едилянядяк 
яманятляр; 
чек 
щесаблары; 
NOW 
щесаблар; 
супер  NOW  
щeсаблар
Мцддятли 
депозитляр
Яманят 
китабчалары; 
депозит 
сертификатлары
Пул 
базарынын 
депозит 
щесаблары 
(ММДА)
Депозитлярин 
йени нювляри
Индексляшдирилмиш 
депозит сертификат-
лары; брокер депо-
зитляри; мцнтязям 
юдянишли хариъи 
валйутада депозит 
сертификатлары; 
фаиз лярин  юдянил-
мясиндя мющлят 
вя артан фаиз 
щцгуглу депозит 
сертификатлары; 
мцштяряк яма-
нятляр


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə