MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə21/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

71
Bir  qayda  olaraq  depozitlər  iki  yolla  formalaşır,  yəni  həm 
nağd  formada  vəsaitin  mədaxili,  həm  də  pul  sənədinin  (çekin, 
istiqraz kuponunun və s.) ödənilməsi zamanı və yaxud da müş-
tərilərin kreditləşdirilməsi prosesində xəyali əmanətin yaradılması 
nəticəsində. Depozit anlayışının eyniləşdirilməsində müxtəlif növlü 
maliyyə  resursları  arasında  sərt  sərhədlərin  silinməsi  meylini 
nəzərə almaq lazımdır ki, bu da özünü kontokorrent hesabların 
yaranmasında biruzə verir. Kontokorrent hesablar adi depozitlər-
dən  onunla  fərqlənirlər  ki,  bunların  mənfi  qalığa,  yəni  debet 
qalığına malik olması mümkün hesab edilir.
Bank  menecmenti  üzrə  klassik  ədəbiyyatlarda  depozitlərin 
idarə olunması çərçivəsində iki başlıca vəzifəni ayırırlar:
– daha az məsrəflərlə depozitlərin əldə olunması mənbələrini 
müəyyən etmək;
–  kredit  və  digər  maliyyə  xidmətlərinin  kifayət  həcmlərini 
təmin etmək məqsədilə, depozitlərin təminatlılıq üsullarını müəy-
yən etmək.
Transaksion  (ödəniş)  depozitləri  banklar  tərəfindən  təklif 
olunan  köhnə  xidmət  növlərindən  biridir.  Hər  şeydən  əvvəl, 
bunlar tələb edilənədək adi faizsiz depozitlər olub, gəlir gətirmir, 
hesablaşmaların aparılmasını müştəri üçün münasib edir, vəsait-
lərin təminatla qorunmasına zəmanət verir və çeklər üzrə istəni lən 
əməliyyatı qeydə alır. Cəlb olunmuş vəsaitlərin bu mənbəyinin 
başlıca iqtisadi xarakteristikası ondan ibarətdir ki, bank müştəri-
nin  tələbinə  əsasən  vəsaitlərin  təxirə  salınmadan  qaytarılması 
öhdəliyini öz üzərinə götürür. Məhz buradan, yəni tələb edilənə-
dək depozitlərin məcmu məbləğindən mənfəət əldə etmək üçün 
istifadə oluna biləcək payın müəyyən edilməsi qarşıda bir vəzifə 
kimi  durur.  Başqa  sözlə  desək,  qısamüddətli  resursların  uzun-
müddətli  resurslara  transformasiya  olunma  əmsalını  müəyyən 
etmək  lazım  gəlir.  Xüsusilə,  fransız  banklarında  bu  aşağıdakı 
düsturla hesablanılır:
K
S
R
S
=
-
Burada K – qısamüddətli resursların uzunmüddətli resurslara 
transformasiya əmsalı; R – qısamüddətli resurslar; S – qısamüd-
dətli ssudalar və kapital qoyuluşu kimi xarakterizə edilir.


72
Depozitlərin bu növü ilə əlaqədar başqa bir problem, faizlə-
rin  hesablanılması  məsələsidir.  Məsələn, ABŞ-da  Qlass-Stiqoll 
qanunu ilə adi çek hesabları üzrə faizlərin ödənilməsi qadağan 
olunurdu. Bu qərar hər şeydən əvvəl əmanətçilər uğrunda rəqabət 
mübarizəsində,  bankların  öz  müsbət  imiclərindən  istifadə  edə 
bilməmələrinə  yönəldilmişdi.  Həmçinin  onu  da  qeyd  etmək 
lazımdır  ki,  bir  çox  banklar  faizlərin  ödənilməsi  məsələsində 
gizli  formalardan  istifadəyə  təcrübədə  yol  verirlər  (məsələn, 
əgər  hesabdakı  qalıq  minimal  hədd  miqdarını  ötüb  keçərsə,  bu 
zaman hesaba xidmət olunması haqqından imtina oluna bilər).
Bu  problemin  banklar  tərəfindən  həll  olunmasının  başqa 
forması, çek və əmanət depozitlərini özündə birləşdirən NOW – 
hesabların (NOW – negotiable order of withdrawal) yaranması 
oldu. NOW hesablar faiz gəlirinin hesablanılması ilə yanaşı, eyni 
zamanda müştəri tərəfindən mal və xidmətlərin alınmasında çek 
hesabı kimi istifadə edilə bilər. 1981-ci ildən başlayaraq NOW – 
hesablar ABŞ-ın bütün ərazisində tətbiq olunur. Ancaq bu hesab-
ların yalnız fiziki şəxslər və mənfəətlə işləməyən təşkilatlar üçün 
açılmasına icazə verilirdi. 1982-ci ildə ABŞ-da Har-Sen-Jermen 
qanunundan sonra daha iki növ əsas hesablar meydana gəldi: pul 
bazarının  depozit  hesabları  (MMDA)  və  super  NOW  (SNOW) 
hesablar.  Bu  növ  hesablar  pul  bazarında  üzən  faiz  stavkaları 
təklif etməklə yanaşı, imzalı çeklərin qəbulunu və ödəniş üçün 
vəsaitin köçürülməsini də nəzərdə tutur.
ABŞ-ın bir çox bankları öz müştərilərinə avtomatik təmizləmə 
adlanan  hesablar  təklif  edirlər  ki,  bu  da  məbləğın  əvvəlcədən 
razılaşdırılmış səviyyəsinə çatdıqda, vəsaitlərin transaksion hesab-
dan faiz gəliri gətirən maliyyə alətlərinə transformasiya olunma-
sını nəzərdə tutur.
Qeyd  etmək  lazımdır  ki,  yeni  hesab  növlərinin  yaranma 
prosesini  təhlil  edərkən  görürük  ki,  bank  fəaliyyətinin  tənzim-
lənməsində  hər  bir  hesab  üçün  bərabər  rəqabət  şəraitinin  yara-
dılması tələb olunur.
Depozitlərin növbəti növü yığım (əmanət) hesabları adlanır. 
Bu hesablar xüsusi əmanətçilər üçün nəzərdə tutulub, saxlanılan 
məbləğın  minimum  və  maksimum  hədlərinə  məhdudiyyətlər 


73
qoyulur. Bu hesablar çek hesablarından vəsaitin ödənişi və götü-
rülməsi  üsulları,  eləcə  də  faizlərin  hesablanılması  qaydası  ilə 
fərqlənir. Depozitlərin bu növünün müxtəlif ölkələrdə fərqli adları 
olmaqla bərabər, qanunvericilik normaları da bir-birindən fərqlə-
nir. Məsələn, Fransada və Belçikada yığım hesablarına hesabla nılan 
faizlər  üzrə,  vergi  güzəştləri  nəzərdə  tutulur.  Almaniyada  isə 
yığım hesabından 2 min avrodan cox məbləğdə vəsaitin götürül-
məsi üçün, bankı əvvəlcədən xəbərdar etmək lazımdır.
Depozitlərin göstərilən  növünün  birinci  təmsilçisi –  əmanət 
kitabçaları  olan  depozitlər  olmuşdur.  Belə  depozitlər  bir  qayda 
olaraq xırda məbləğlərdən başlamış həm fiziki şəxslər üçün, həm 
də kommersiya firmaları üçün açılır.
Əmanət  depozitləri  bazarında  rəqabət  metodları,  onların  iki 
istiqamətdə modifikasiya olunmasını şərtləndirir:
–  hesabın  vəziyyəti  haqqında  müntəzəm  çıxarışların  veril-
məsi ilə əmanət depozitləri;
–  XX  əsrin  70-ci  illərindən  başlayaraq,  üzən  faiz  stavkası 
tətbiq edilən əmanət depozitlərinin geniş yayılması.
Müddətli depozitlər – müəyyən olunmuş müddət ərzində öz 
vəsaitlərindən  istifadə  edə  bilməyən  müştərilərin  cəlb  olunmuş 
əmanətləridir. Bu vəsaitlərin vaxtından əvvəl geri alınması üçün 
cərimələr nəzərdə tutulur. Maliyyə firmaları nöqteyi-nəzərindən 
müddətli  depozitlər  ödənilən  faiz  məsrəflərinin  yüksək  olması, 
bunlara  xidmət  və  idarə  olunma  baxımından  isə  daha  az  xərc-
lərlə xarakterizə olunur (transaksion depozitlər və tələb edilənədək 
əmanət depozitləri ilə müqayisədə). Müddətli və tələb edilənə dək 
əmanət depozitlərinə həsr olunmuş tədqiqatlarda bunların müəy-
yən iqtisadi oxşarlığı və s. problemləri qeyd olunur. Xüsusilə qeyd 
olunur ki, fransız vergi sistemi şəraitində müddətli depozitlərlə 
adi  depozitlər  arasında  ikincinin  daha  çox  imtiyazlara  malik 
olmasından bunların rəqabəti mövcuddur.
Depozitlərin təsnifatını yekunlaşdırarkən XX əsrin 80-ci illə-
rində yaranmış yeni depozit növləri üzərində də dayanmaq məq-
sədəuyğun olardı. Bunlara əsasən aşağıdakılar aiddir:
– indeksləşdirilmiş depozit sertifikatları:


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə