MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

63
Ona görə də Azərbaycanda özəlləşdirmə proqramı daxilində iri 
strateji dövlət müəssisələrinin özəlləşdirilməsindən sonra emis-
siya ediləcək səhmlərin trast əməliyyatı vasitəsilə idarə edilməsi 
mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki,  trast  əməliyyatlarının 
respublikamızda inkişafı qiymətli kağızların düzgün və səmərəli 
istiqamətdə  investisiya  olunmasını  təmin  edəcəkdir.  Minimal 
investisiya  riskinin  təmin  olunması  nöqteyi-nəzərindən  trastın 
cazibədarlığı onun respublikamızda gələcəkdə yaradılacaq, özəl 
pensiya fondlarının fəaliyyəti sferasında da yayılmasını mümkün 
edir.
Müştərilərin qiymətli kağızlarının saxlanılması üçün banklar 
tərəfindən  onlara  “depo”  hesabı  açılmalıdır.  “Depo”  hesabı 
vasitəsilə bank nağd özəlləşmə çekini nağdsıza köçürür. Müştəri 
özü üçün sərfəli vaxtda nağd özəl çeklərini gətirib, depo hesabı 
aça bilər. Hesabın açılması ilə eyni vaxtda ona xidmət göstəril-
məsi  haqqında  müqavilə  bağlanılır.  “Depo”  hesabının  açılması 
aşağıdakı bir sıra problemlərin həll olunmasına kömək edir:
1.  Müştəri  zəmanət  alır  ki,  son  anda  belə  ixtisaslaşmış  çek 
hərracında iştirak etmək üçün bura ərizə ilə müraciət edə bilər. 
Belə ki, ərizə təqdim etdikdə o, nağd deyil, yalnız çekin bankda 
depozitə qoyulması haqqında arayış təqdim edir. Bunların qeydə 
alınması bir neçə min çeklərin sayılmasına nisbətən daha tez olur.
2. Əgər hərracın yekununa görə ərizə təmin edilməzsə, özəl 
çeklərin sayılması və inkassasiya edilməsinə, sonra onları başqa 
hərracda iştirak etmək üçün yenidən özü ilə aparılmasına ehtiyac 
duyulmur. Bu, müştərilərin xərclərini azaldır (qeyd etmək lazım-
dır ki, ölkəmizdə özəlləşmə çeklərinin tədavül müddəti 01 yanvar 
2007-ci il tarixə qədər olsa da, belə əməliyyatlar hələ davam edir).
Bu  gün  Azərbaycanda  kifayət  qədər  pul  vəsaitləri  olan  və 
onları  səmərəli  idarə  etmək  qabiliyyətinə  tam  malik  olmayan 
şəxslər  mövcuddur.  Ona  görə  də  onları  trast  əməliyyatlarından 
istifadəyə  təhrik  etmək  üçün,  ilk  növbədə,  “Trast  haqqında” 
hüquqi normativ akt qəbul edilməlidir.
Trastın inkişafı mülkiyyət və hüquq sisteminin inkişafından 
asılı  olduğundan,  dövlət,  özəlləşdirmənin  ikinci  mərhələsinin 


64
həyata keçirilməsi prosesini sürətləndirməli və respublikamızda 
mülkiyyətin  etibarlılığı  institutunun  hüquqi  bazasını  formalaş-
dırmalıdır.
Bankların  həyata  keçirdiyi  qeyri-ənənəvi  əməliyyatlarından 
biri  də  bankların  “saxlanc”  əməliyyatıdır.  Saxlanc  əməliyyatı 
dedikdə müştərilərin qiymətli kağızlarının və ya qiymətli əşya-
larının  banklarda  saxlanılması  başa  düşülür.  Bu  qiymətli  əşya-
ların saxlanılması üçün bank müştəriyə icarə üçün seyf təqdim 
edir. Bu müqavilə əsasında müştəri həmişə öz qiymətli əşyaları 
üzərində  nəzarət  etmək  imkanına  malik  olur.  Belə  bir  əməliy-
yatın  yerli  kommersiya  bankları  tərəfindən  həyata  keçirilməsi 
onlar üçün əlavə pul vəsaitləri cəlb etməyə imkan vermiş olar.
Qeyd etdiklərimizlə yanaşı, müasir şəraitdə yerli kommer siya 
bankları tərəfindən əlavə xidmətlərdən – məsləhət xidmə tindən 
də aktiv istifadə edilməsi bank-əhali münasibətlərinin inkişafına 
müsbət təsir göstərmiş olar. Bankın məsləhət fəaliyyətinin əsas 
istiqamətləri aşağıdakılar əsasında təşkil oluna bilər:
– müştərilərin sifarişi ilə bazarın marketinq təhlili;
– hüquq-məsləhət və konsaltinq xidməti;
–  saziş  və  sənədlərin  rəsmiləşdirilməsi  və  qeydiyyatı  üzrə 
xidmətlər;
– sığorta əməliyyatlarının rəsmiləşdirilməsi;
–  qanunvericiliklə  qadağan  olunmayan  digər  bank  əməliy-
yatları.
Ölkəmizdə bank-əhali münasibətlərinin inkişafını ləngidən əsas 
amillərdən  biri  də  bank  sisteminin  ərazi  inkişafının  qeyri-
bərabərliyidir. Sözsüz ki, bankların regionlarda şəbəkələrinin təş-
kili bankın fiziki şəxslər bazarında mövqeyini möhkəmləndi rən 
əsas  amillərdən  biri  olsa  da,  çox  vaxt  bu  cür  tədbirin  həyata 
keçirilməsi kapitala malik olma baxımından xırda, hətta müəy-
yən dərəcədə orta banklar üçün sərfəli olmur.


65
Cədvəl 2.3
Azərbaycanda bank yerli filiallarının 
ərazi üzrə təsnifatı
(Azərbaycan Mərkəzi Bankının illik statistik bülleteni)
 
İqtisadi rayonlar
31.12.05 31.12.10
1
Abşeron  iqtisadi  rayonu (Bakı  şəhəri 
daxil olmaqla)
214
366
dövlət bankları
41
17
özəl banklar
171
349
2
Gəncə-Qazax iqtisadi rayonu
36
64
dövlət bankları
15
3
özəl banklar
21
61
3
Şəki-Zaqatala iqtisadi rayonu
18
28
dövlət bankları
9
2
özəl banklar
9
26
4
Lənkəran iqtisadi rayonu
19
43
dövlət bankları
9
3
özəl banklar
10
40
5
Quba-Xaçmaz iqtisadi rayonu
18
32
dövlət bankları
8
3
özəl banklar
10
29
6
Aran iqtisadi rayonu
48
85
dövlət bankları
28
8
özəl banklar
20
77
7
Yuxarı Qarabağ iqtisadi rayonu
2
4
dövlət bankları
2
-
özəl banklar
0
4
8
Kəlbəcər-Laçın iqtisadi rayonu
0
-
dövlət bankları
0
-
özəl banklar
0
-


66
9
Dağlıq-Şirvan iqtisadi rayonu
8
11
dövlət bankları
5
1
özəl banklar
3
10
10
Naxçıvan iqtisadi rayonu
11
11
dövlət bankları
9
1
özəl banklar
2
10
 
Cəmi
374
644
Ona  görə  də  bu  gün  yerli  bank  təcrübəsində  göstərdiyimiz 
banklar  (xırda  və  orta)  tərəfindən  kredit  təşkilatları  olmayan 
regionlarda və yaşayış məntəqələrində xüsusi zirehli avtobuslar 
vasitəsilə səyyar əməliyyat kassalarının tətbiqi və ya məntəqələ-
rin  təşkili  məqsədəuyğun  olardı.  Belə  ki,  avtobus  iki  bank 
əməkdaşından, sürücü-inkassator və kassa  əməliyyat işçisindən 
ibarət olur. Səyyar əməliyyat kassaları əhali yaşayan məntəqələrə 
həftədə  bir-iki  dəfə  getməklə  müştərilərə  bir  neçə  saat  xidmət 
göstərə bilərlər. Bunun əhəmiyyəti ondadır ki, bank öz xərclərini 
azaltmaqla  müştəriləri  saxlamaq  və  ya  onların  sayını  artırmaq 
imkanına malik olur. Bu tədbirin öz növbəsində indiki şəraitdə 
yerli  bankların  fəaliyyətlərinə  təsirinin  nədən  ibarət  olduğunu 
açıqlamağa ehtiyac yoxdur (bir sıra ədəbiyyatlarda bu əməliyyat 
regionlarda mobil bankların təşkili kimi xarakterizə olunur).
Müqayisə üçün qeyd edək ki, Rusiya Əmanət Bankının Kali-
ninqrad şöbəsi əhaliyə bu növdə xidmətlərin göstərilməsini təcrübi 
olaraq tətbiq etmişdir. Hazırda Kalininqradda 7 səyyar əməliyyat 
kassaları fəaliyyət göstərir. Bu xidmətdən istifadə edən bankla rın 
hesablamalarına görə filiallar vasitəsilə bu cür tədbirlərin həyata 
keçirilməsinə vergi ödəmələri ilə birlikdə 9,8 mln. rubl lazım olduğu 
halda, səyyar kassalar vasitəsilə əməliyyatların aparılması üçün 
ümumi xərc 3,3 mln. rubl təşkil etmişdir.
Yeni bank məhsullarını tətbiq etmək üçün bankın marketinq 
xidmətinin informasiya və materiallarına əsaslanan strategiya və 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə