MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

39
sinin tənzimlənməsində icra hakimiyyəti ilə rəqabətdə təşəbbüsü 
əldən  vermək  istəmir.  Şübhəsiz,  böyük  demokratiyanın  tərən-
nümü olan bu qanunlar amerikan cəmiyyətində irqindən, yaşın dan, 
sosial  vəziyyətindən  asılı  olmayaraq,  hamıya  “bir  gözlə  bax-
mağa” sövq edir, tərəflərin hüquq və məsuliyyətinin incəliklərini 
nəzərə almağa çalışır. Ölkəmizdə də bank sisteminin inkişafı və 
bu  sahənin  həyatımıza getdikcə  daha  çox  nüfuz  etməsi ilə  əla-
qədar qanunvericilik bazasının genişlənmə zəruriliyi artır.
Azərbaycanın  xarici  iqtisadi  rejimi  də  bank  sisteminə  təsir 
edir. Ölkənin tədiyə balansının ÜDM-ə nisbətinin artması, bey-
nəlxalq əlaqələrin və müvafiq olaraq bankların beynəlxalq əmə-
liyyatlarının genişlənməsinə səbəb olur.
Məsələnin başqa aspekti isə ölkənin artan imkanlarının yerli 
və  xarici  banklar  arasında  bölgüsüdür.  Xarici  kapitalın  yerli 
bank kapitalında iştirakını qanunvericiliyə əsasən Mərkəzi Bank 
müəyyən edir. Bu gün ictimai fikri düşündürən məsələlərdən biri 
də xarici bankların fəaliyyətinin milli maraqlara cavab verməsi 
məsələsidir. Azərbaycanda xarici kapitallı bankların fəaliyyətinə 
münasibət  bildirməmişdən  əvvəl, ABŞ  bank  sistemini  xarakte-
rizə edən bir neçə fakta nəzər yetirək.
“Biznes Uik” jurnalında amerika investisiya banklarının dünya 
liderliyindən danışılarkən deyilir: Heç kəs bu gün amerika bank-
larının liderliyi saxlaya biləcəkmi sualına cavab verə bilmir. Bəli, 
onlar birinci növbədə dünyada azad sahibkarlıq ideyalarını yay-
ması və xarici firmaların fəaliyyətinin praktiki olaraq qarşısının 
alındığı ABŞ  daxili  bazarında  dominantlığa  görə  qələbə  çalıb. 
Amma  bəzi  tədqiqatçılar  göstərir  ki,  yaxın  gələcəkdə  ameri-
kanlar  satış  bazarını  əldən  verməmək  istəyən  şirkətlərin  ciddi 
müqavimətinə  rast  gələcək.  Hətta  bəzi  ölkələrin  rəsmi  şəxsləri 
də  amerikalıların  aqressiv  surətdə  onların  daxili  bazarına 
girmələri, xaricilərin isə ABŞ bazarına daxil olmasının hərtərəfli 
qarşısının alınmasından narazılıqlarını bildiriblər”.
Azərbaycanda hələ ki, xarici banklara rəqib olan Beynəlxalq 
Bankın, eləcə də bir neçə nüfuzlu özəl bankın olmasını nəzərə 
alsaq,  bu  məsələyə  çox  diqqətli  yanaşmanın  zəruriliyini  əlavə 
sübut etməyə ehtiyac yoxdur. Zənnimizcə, xarici bankların ölkə 


40
iqtisadiyyatına  kredit  qoyuluşlarının  minimum  həcmini  müəy-
yənləşdirmək lazımdır. Məsələn, Latviyada qeyri-rezident bank 
lisenziya aldıqdan bir il sonra, Latviya iqtisadiyyatına 1,0 mln. 
avro investisiya qoymalı və bütün fəaliyyət müddətində bu nor-
mativi saxlamaq məcburiyyətindədir.
Bu  məsələyə  beynəlxalq  bank  işində  liderlər  ölkəsi  olan 
Yaponiyanın münasibəti də maraqlıdır. II Dünya müharibəsindən 
sonra dağılmış iqtisadiyyatını bərpa etmək və beynəlxalq nüfu-
zunu artırmaq üçün Yaponiya xarici bankların ölkəyə aktiv cəlbi 
ilə  məşğul  olmuşdur.  Onlar  milli  iqtisadiyyatın  dirçəlməsinə 
kömək  göstərməli  idilər.  Sonralar  isə Yaponiya  xarici  banklara 
məhdudiyyət qoyan ölkə nümunəsinə çevrildi. Ötən əsrin 80-ci 
illərində  yapon  banklarının  beynəlxalq  ekspansiyasının  digər 
dövlətlər tərəfindən repressiyalara məruz qalmaması üçün, xarici 
banklara bəzi aspektlərdə hətta yerli banklardan daha çox hüquq 
verildi. Yəqin ki, bu güzəştləri edərkən yaponlar bank sisteminin 
imkanlarını  lazımınca  qiymətləndirmişdilər.  Çünki  xarici  bank 
kapitalının  ölkənin  ümumi  bank  kapitalında  xüsusi  çəkisi  heç 
1,0  faiz  də  deyildi.  Azərbaycan  üçün  isə  neft  kontraktları 
çərçivəsində  daxil  olan  xarici  investisiyalar  qarşılığında,  xarici 
banklar vasitəsilə cəlb oluna bilən kapital bu gün heç müqayisə 
oluna bilməz.
Bu baxımdan həm banklara, həm də onların müştərilərinə aid 
olan  bir  problemə  toxunmaq  yerinə  düşər.  Belə  ki,  ölkəmizdə 
qısa  müddətli  bank  kreditlərinə  görə  ödənilən  faiz  məbləğləri 
istehsal olunmuş məhsulun maya dəyərinə aid edilir. Qısa müd-
dətli  ssudanın  əsas  məbləğinin  maya  dəyərinə  aid  olunması 
göstərilmir. Uzun müddətli ssudaların isə faizləri ilə birgə maya 
dəyərinə aid edilməyərək, müəssisənin sərəncamında qalan mən-
fəət  hesabına  ödənilməsi  göstərilir.  Deməli,  bir  tərəfdən  iqtisa-
diyyata uzunmüddətli ssudaların azlığından şikayətlənilir, digər 
tərəfdən  isə  bu,  maya  dəyərinə  daxil  edilmir. Azərbaycan  Res-
publikası  Nazirlər  Kabinetinin  “Maya  dəyərinə  daxil  edilən 
xərclərin tərkibi haqqında” Əsasnaməsində göstərilən vaxtı keçmiş 
və vaxtı artırılmış ssudaların və hesablanılmış faizlərinin maya 


41
dəyərinə  daxil  edilməməsi  də,  zənnimizcə  vəziyyəti  çətin  olan 
müəssisə və təşkilatlara mənfi təsir göstərir.
Şübhəsiz,  vaxtında  borcunu  səbəbsiz  ödəməyənlər  də  olur. 
Ancaq  belələri  ilə  yanaşı,  öhdəliklərini  obyektiv  səbəblər  – 
ödəməmələr problemi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düş-
məsi, milli valyuta məzənnəsinin dəyişməsi, bir sıra xarici təsirlər 
və s. ilə əlaqədar yerinə yetirə bilməyənləri eyniləşdirmək düz gün 
olmazdı.  Bu  səbəbdən  vəziyyəti  qeyri-qənaətbəxş  olan  müəssi-
sənin əlavə vergi ilə yüklənməsi məqsədəuyğun deyildir.
Əsasnamədə  göstərilən  maya  dəyəri  tərkibinə  daxil  edilən 
komponentlər içərisində, qanunvericilikdə nəzərdə tutulan bank 
xidmətlərinin dəyəri də vardır. Yəqin ki, qanunvericilikdə nəzərdə 
tutulmuş bank xidmətlərinə “Banklar haqqında” qanunda göstə-
rilən əməliyyatlar və əqdlər aiddir. Məlumdur ki, bank işi dinamik 
proses  olub,  yeni-yeni  xidmətlər  mənimsəyir.  Qanunvericilikdə 
nəzərdə tutulmayan bank xidmətləri göstərilərkən, onların dəyəri 
maya  dəyəri  tərkibinə  salınmamalıdırmı?  Məsələn,  bank  öz 
müştərisinə sonuncunun emissiya etdiyi qiymətli kağızların yer ləş-
dirilməsi – anderreytinq xidməti göstərir və haqq alır. Göstərilən 
xərcin  bu  gün  maya  dəyərinə  aid  edilməsi  yəqin  ki,  ən  azı 
mübahisəli  olacaq.  Zənnimizcə,  bütün  bank  xidmətləri  maya 
dəyəri  tərkibində  olmalıdır.  Onları  qanunvericilikdə  nəzərdə 
tutulanlarla məhdudlaşdırmaq məqsədəuyğun deyildir. Əks təq-
dirdə ya bank xidmətlərinin inkişafı ləngiyəcək, ya da vaxtaşırı 
hüquqi normativ aktların dəyişdirilməsi zərurəti yaranacaqdır.
Ümumiyyətlə, güclü bank sisteminin formalaşmasında maraqlı 
olan  dövlət  idarəetmə  mexanizmi  kimi  vergidən  səmərəli 
istifadə etməli, öz növbəsində vergilər isə həm banklara, həm də 
onların müştərilərinə stimullaşdırıcı təsir göstərməlidir. Yuxarıda 
qeyd etdiyimiz kimi, bank fəaliyyətinin prinsipial əsaslarına bank 
kapitalında  dövlətin  iştirakı  da  daxildir.  Dövlət  sosial  səmərə, 
məşğulluq, resursların sahələr arasında əlverişli bölgüsü, iqtisa-
diyyatı uzunmuddətli kreditləşdirmək, mənfəət qazanmaq, bazarda 
paya sahib olmaq kimi məqsədlər üçün, özü də bank kapitalında 
iştirak edir. Onu da qeyd edək ki, kommersiya əsasında işləyən 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə