30
2002-ci və 2003-cü illərdən başlayaraq dövlət banklarının
yenidən qurulması, onların sağlamlaşdırılaraq özəlləşdirilməyə
hazırlanması və xarici partnyorlarla danışıqların aparılması isti-
qamətində mühüm işlər görülmüşdür və bu proses mütəmadi
olaraq daha da təkmilləşdirilir.
Dövlət banklarının sağlamlaşdırılaraq özəlləşdirməyə hazır-
lanması üzrə tədbirlər beynəlxalq maliyyə institutları ilə sıx
əməkdaşlıqda davam etdirilmiş, hazırlıq prosesləri tamamlan mış,
investisiya təklifləri formalaşdırılmışdır. Artıq dövlət bankalrın-
dan biri (Kapital Bank) özəlləşdirilmiş, digər bankın (Beynəlxalq
Bank) özəlləşdirilməsi üzrə işlər davam etdirilir.
1.2. Bankların iqtisadi münasibətlər
sistemində əhəmiyyəti
İqtisadi münasibətlərdə kredit sistemini (burada ilk növbədə
banklar nəzərdə tutulur) bir subyekt kimi təsnifləşdirmək üsulu,
onun yerinə yetirdiyi funksiyalara əsaslanır. Müasir iqtisadi
ədəbiyyatlarda bir qayda olaraq bu funksiyalar beş qrupa ayrılır:
1. Hesablaşmaların və tədiyələrin təmin olunması;
2. Aktivlərin transformasiyası;
3. Risklərin idarə olunması;
4. İnformasiya axınlarının işlənməsi və borcluların monitorinqi;
5. Kapitalın (resursların) yerləşdirilməsi prosesi.
Onu da nəzərə almaq lazımdır ki, son onilliklər ərzində həm
bankların, həm də onların əsas rəqiblərinin - maliyyə institutları,
broker firmaları və sığorta şirkətlərinin funksiyalarında əsaslı
dəyişikliklər baş vermişdir. Göstərdiyimiz maliyyə şirkətləri öz
xidmətləri baxımından banklara yaxınlaşmağa cəhd edirlər. Eyni
zamanda, banklar broker, sığorta xidmətləri göstərir və öz vəsait-
lərini qarşılıqlı fondlarda yerləşdirirlər. Maliyyə institutları tərə-
findən sırf bank əməliyyatlarının yerinə yetiriləməsinin obyektiv
əsasını, bu və ya digər dərəcədə sərt qanunvericilik tənzimlən-
məsindən yayınmaq təşkil edir.
Ötən əsrin 70-80-ci illərində ABŞ-da və Avropada holdinq
şirkətlərinin fəal artımı müşahidə olunurdu. Bu da ənənəvi bank-