42
bankların maraqları heç də həmişə, hökumət mənafeyi ilə üst-
üstə düşməyə bilər. Hökumətin əlində olan alətlər, Mərkəzi
Bankın imkanları bəzən göstərilən məqsədlərə çatmağa kifayət
etməyə bilər. Məhz bu səbəbdən araşdırdığımız funksiya vacib
potensial imkan kimi qiymətləndirilməlidir. İnkişaf etmiş
ölkələrin bu sahədə təcrübəsini nəzərdən keçirək:
Bank sferasının sərt tənzimlənməsi üzrə dünyada birinci yeri
tutan Fransa bütün kredit institutlarının icmal balansında 80,0 faiz
xüsusi çəkisi olan dövlət və yarımdövlət banklarının kapitalında
iştirak edir.
Böyük Britaniyada 1861-ci ildən dövlət əmanət bankı kimi
yaradılmış Milli Əmanət Bankı filial kimi poçt şöbələrindən
istifadə edir. Hesablarının sayına görə o, dünyada ən iri əmanət
müəssisələrindəndir (qeyd etmək lazımdır ki, keçmiş SSRİ-də
əmanət kassalarının agentlikləri də poçt şöbələrində təşkil
edilirdi).
İtaliyada çoxlu dövlət bankları fəaliyyət göstərir. Onlara tam
dövlət mülkiyyətində olan banklar, ayrı-ayrı regionların inkişa-
fının stimullaşdırılması üçün yaradılan banklar, Sənayenin Yeni-
dən Qurulması üzrə Dövlət İnstitutuna məxsus banklar da aiddir.
Ancaq getdikcə bankların özəlləşdirilməsi meyli güclənir.
ABŞ-ın investisiya bankları italyan və fransız rəqiblərinə üstün
gələrək, 1993-cü ildə “Credito İtaliano” və “Banco Commersial
İtaliano” kimi iri italyan banklarının özəlləşməsində məsləhətçi
və zəmanətçi rolunu müsabiqəsində qalib gəlmişlər.
Yaponiyada özəl banklarla yanaşı, geniş şəbəkəli hökumət
institutları da vardır. 1950-ci ildə xarici ticarətin kreditləşməsi
üçün İxrac Bankı yaradılmışdır. 1951-ci ildə İnkişaf Bankı təsis
edilmişdir. Bu bank iqtisadiyyatın müxtəlif sahələrini bir il müd-
dətinə özəl banklara maraqlı olmayan güzəştli şərtlərlə kredit-
ləşdirir.
S.Sorvinin Rusiya bank sistemində yeni dövlət kapitallı bankın
yaradılması fikri də maraqlıdır. Müəllifin fikrincə, “dövlət zəma-
nəti ilə uzunmüddətli resursları cəlb edən Əmanət Bankı aktivlə-
rini istehlak kreditlərinə və yaradılacaq İnvestisiya Bankına
43
yönəltməlidir. Bu bank federal əhəmiyyətli layihələrlə məşğul
olaraq aqrar sənaye, hərbi sənaye kompleksi və s. sahələrini
uzunmüddətli resurslarla təmin etməlidir. Universal bankların
rəqabət qabiliyyətini saxlamaq üçün isə ona korporativ müştəri-
lərin hesablarını aparmaq qadağan olunmalıdır. Bankın idarə
edilməsinə regional assosiasiyalar cəlb edilməli və bu da region-
lardan resursun toplanılması və yerləşdirilməsində vasitəçi olma-
lıdır. Bankların uzunmüddətli kreditləşmə meylləri gücləndikcə
İnvestisiya Bankı öz fəaliyyətini dayandırmalıdır”.
Hindistanda kommersiya banklarının xeyli hissəsi milliləş-
dirilərək, ümumdövlət investisiya sistemi yaradılmışdır. Bu qurum
ölkədə toplanan əmanətlərin, istehsalın maliyyələşdirilməsi üçün
yönəldilməsinə şərait yaradır.
Praktiki olaraq uğurla inkişaf edən bütün ölkələrdə milli bank
sistemi üçün struktur yaradıcı rol oynayaraq onun əmanətlərinin
investisiyalara transformasiyasını səmtləndirən dövlət inkişaf ins-
titutları fəaliyyət göstərir. Bir qayda olaraq bu qurumlara daxili
əmanətləri istehsal investisiyalarına səmtləndirən dövlət inkişaf
bankı, ixracın kreditləşdirilməsi və iqtisadiyyatın rəqabət qabiliy-
yətini artıran idxal-ixrac bankı, əhali investisiyalırını mənzil
tikintisinə yönəldən dövlət-maliyyə institutları, müxtəlif sahə
investisiya korporasiyaları, riskli innovasiya layihələrinin maliy-
yələşdirilməsi fondları aiddir.
Almaniyada müəyyən proqramları yerinə yetirmək üçün
dövlət öz kapitalı hesabına banklar təsis edir. Onların içərisində
xüsusi məqsədli banklar daha çox seçilir. Bu qurumlar mühari-
bədən sonra fərdi sektora dövlət köməyi üçün yaradılmış və
sonuncunun ictimai istehsalda rolunun artması ilə əlaqədar
olmuşdur. 18 xüsusi məqsədli dövlət bankı hökumətə tabedir. Bu
qrupda “Bərpa Bankı” və “İxrac Bankı” xüsusi yer tutur. Xüsusi
məqsədli banklar qrupuna Sənaye Kredit Bankı, Kənd Təsərrüfat
Renta Bankı kimi dövlət institutları da aiddir.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinad edərək
aşağıdakı cədvəllərdə dövlət və özəl bankların Azərbaycanın
bank sistemində tutduqları mövqeyi görmək olar:
44
Cəd
vəl 1.4
Azərbaycan iqtisadiyyatına kr
edit qoyuluşlarının
kr
edit təşkilatları üzrə strukturu (dövrün sonuna)
(Azər
baycan Mərkəzi Bankının illik statistik bülleteni)
İllər
Cəmi
kredit
qoyu
-
luşları
Dövlət
bankları
Özəl
banklar
Qeyri
-
bank
kredit
təşkilatları
mln
.
AZN
xüsusi
çəkisi
%-
lə
Cəmi
o
cümlədən
,
xarici
kapitallı
bundan
100%-
li
xarici
kapitallı
mln
.
AZN
xüsusi
çəkisi
%-
lə
mln
.
AZN
xüsusi
çəkisi
%-
lə
mln
.
AZN
xüsusi
çəkisi
%-
lə
mln
.
AZN
xüsusi
çəkisi
%-
lə
2003
670,3
291,2
43,4
304,8
45,5
97,7
14,6
21,0
3,1
74,3
11,1
2004
989,5
453,0
45,8
451,7
45,7
152,6
15,4
20,9
2,1
84,8
8,6
2005
1441,0
748,3
51,9
653,1
45,3
263,5
18,3
25,9
1,8
39,6
2,7
2006
2362,7
1068,3
45,2
1229,7
52,0
545,8
23,1
55,8
2,4
64,7
2,7
2007
4681
,8
1990,7
42,5
2563,0
54,7
1437,6
30,7
216,2
4,6
128,1
2,7
2008
7191,3
3027,5
42,1
3989,0
55,5
2024,9
28,2
379,9
5,3
174,8
2,4
2009
8407,5
391
1,7
46,5
4318,7
51,4
2074,4
24,7
386,6
4,6
177,0
2,1
2010
9163,4
3901,9
42,6
5069,9
55,3
2306,3
25,2
464,2
5,1
191,6
2,1
Dostları ilə paylaş: |