Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
165
 
Böyük Millət Məclisi (TBMM) tərəfindən verilmişdi. Atatürk Gənc 
türklər inqilabında (1908), Sultan hakimiyyətinə qarşı mübarizədə 
(1909),  İtaliya  və  Türkiyə  (1911-1912),  İkinci  Balkan  (1913)  və 
Birinci dünya (1914-1918) müharibələrində iştirak etmişdir. 1916-
cı ildə general rütbəsi və Paşa titulu almışdır. İngilis-yunan müda-
xiləçilərinə qarşı milli-azadlıq müharibəsinə rəhbərlik etmiş, Tür-
kiyəni bir dövlət kimi məhv olmaqdan xilas etmişdir (1919-1922). 
Sakariya  döyüşündəki  siyasətinə  görə  TBMM  tərəfindin  marşal 
rütbəsi  və  Qazi  (Qalib)  fəxri  adlarını  almışdır.  1923-cü  ilin  okt-
yabrında Türkiyə Respublikasının ilk prezidenti seçilmiş və ömrü-
nün sonunadək bu vəzifəni daşımışdır. 
Türk  orduları  TBMM  son  dərəcə  məxfi  şəkildə  hazırladığı 
plan əsasında 1922-ci il avqustun 26-da Qocatəpə rayonunda güc-
lü  hücuma  keçdilər.  Onlar  qısa  müddət  ərzində  Afyon-Qarahisar 
xəttini  yararaq  200  minlik  yunan  ordusunu  mühasirəyə  saldılar. 
Afyon  azad  edildi.  Dumlupınar  döyüşü  yunanlar  üçün  tam  faciə 
ilə nəticələndi.  Türk qoşunları  yunanları  Aralıq dənizinə sıxışdır-
dılar. 
Anadolunu  yunanlardan  təmizləyən  türk  ordusu  sentyabrın 
9-da  İzmiri azad  etdi. Oktyabrın  11-də  Antanta  dövlətləri və  Yu-
nanıstan  Mudanya  sülh  müqaviləsini  imzaladılar.  Noyabrın  1-də 
TBMM sultan səltənətinin ləğv olunduğunu elan etdi. 
Antanta  ilə  Türkiyə  arasında  aparılan  danışıqlardan  sonra 
1923-cü  il  iyulun  24-də  Lozannada  sülh  müqaviləsi  imzalandı. 
Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Tür-
kiyənin  müstəqilliyi  tanındı.  Beləliklə,  türk  milli  dövlətçiliyi  qo-
rundu.  O,  öz  mövcudluğunu  beynəlxalq  aləmdə  hüquqi  cəhətdən 
təsdiq etməyə nail oldu. 
1923-cü  il  oktyabrın  29-da  TBMM  Türkiyəni  respublika 
elan  etdi.  Qazi  Mustafa  Kamal  Paşa  prezident  seçildi.  Bununla 
Türkiyənin tarixində yeni mərhələ - demokratik tərəqqi mərhələsi 
başlandı. 1924-cü ildə Anayasa (Konstitusiya) qəbul olundu. 
Türkiyə müstəqillik  əldə etdikdən sonra müharibənin  törət-
diyi fəsadları aradan qaldırmaq lazım idi. Yeni qurulmuş Cumhu-
riyyətin yaşaması üçün ən önəmli ünsür nüfuz və iş qabiliyyəti idi. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
166
 
Aramsız  müharibələr  ölkə  ərazisində  müalicə  müddəti  uzun  olan 
və  ya  müalicəsi  olmayan  xəstəliklərin  yayılmasına  gətirib  çıxar-
mışdı.  Cumhuriyyyət  bu  fəsadların  hamısını  aradan  qaldırmağa 
məcbur olmuşdur. İşə ən başdan başlamaq lazım idi, buna görə də 
vərəmlə savaşa başlanılır. Bu  yeni hərbi əməliyyatdan çıxan ölkə 
üçün çox vacib addım idi. 
İki  məsələ  cumhuriyyəti  çox  sarsıtmışdı.  Məsələn,  “Dünya 
iqtisadi böhranı” (“Böyük depressiya” illəri). Kapitalizmin tarixin-
də  görülməyən,  gözlənilən,  ama  vaxtı  bilinməyən  böhran  bütün 
dünyaya  hakimlik  edirdi.  1929-cu  ildə  New  York  iqtisadiyyatın-
dakı böhran qısa zamanda bütün dünya dövlətlərinə təsir göstərdi. 
Bu böhran elə bir vaxta təsadüf etdi ki, Türkiyə Cumhururiyyəti-
nin  yeni  yaranmış  bir  dövət  kimi  bu  ağırlığı  öz  üzərindən  götür-
məsi  bir  qədər  çətin  idi.  Bu  böhran  kənd  təsərrüfatını  da  ləngi-
dirdi, belə ki, insanlar öz kənd təsərrüfatı ilə dünya bazarında çıxış 
edə  bilərdi, lakin böhran buna imkan vermirdi.  Kəndlinin  üzərin-
dən bəzi vergilər götürülsə də vəziyyət sabit qalırdı və heç bir in-
kişaf yox idi. 
Qurtuluş illərində Osmanlı Dövlətinin tənəzzül vaxtında sa-
vaş  məğlubiyyətləri  keçmişi  ilə  başlayan  Türkiyə  iqtisadiyyatı 
1923-cü  ildən  sonrakı  illərdə  ağır  vəziyyətdə  idi.  İstanbul  və  İz-
mirdən  başqa  digər  heç  bir  sənaye  şəhəri  və  təhsil  mərkəzi  möv-
cud deyildi. Ən həyati, vacib məhsullar belə ölkədə istehsal olun-
murdu. 12 milyonluq  əhalinin əksəriyyəti, ilk növbədə  yoxsul in-
sanlar, savadsız idi. Anadoludaki böyük torpaq sahibləri də sənaye 
burjaziyasını yaratmaqda maraqlı deyildilər. 
Ölkənin 85 faizi kəndlilər təşkil edirdi. Atatürkün qarşısında 
duran məqsədlərdən biri kəndlinin vəziyyətini yaxşılaşmasına yö-
nəlmiş  siyasət  aparmaq  idi.  Kəndlərdən  də  daxili  miqrasiya  baş 
verirdi. Bu daxili miqrasiyanın qarşısı alınmasa kəndlər tamamilə, 
şəhərdə sıxlıq artar və daha böyük qıtlıq yarana bilərdi. Buna görə 
Kənd İnstitutları yaradıldı. İsmail Hakkı daha sonra Kənd İnstitut-
larını Bolqar modeli üzrə təhlil etdi. 
İqtisadi  siyasət  dəyişməli  idi  və  ölkə  feodalizmdən  kapita-
lizm quruluşuna keçməyə məcbur qalmışdı. Yeni iqtisadi siyasətin 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
167
 
politikasına  dair  ilk  fikirlər  İsmet  Paşanın  Sivasda  1930-cu  ildə 
verdiyi  açıqlamada  bildirdi.  Dövlətin  daha  böyük  ekonomik  fəa-
liyyətə ehtiyac duyduğunu bildirdi. Bundan sonra 1931-ci il apre-
lin 20-də Mustafa Kamal imzaladığı məhşur manifesti açıqladı. İlk 
dəfə “daimi və dəyişməz ölkə” haqqında fikir bildirildi və bunlar, 
Cumhuriyyət Xalq Firqəsinin may ayında həyata keçən əsas konq-
resdə  qəbul  edildi,  daha  sonra  konstitusiyaya  əlavə  edildi.  Mani-
festin  ilk  maddəsində  “Cumhuriyyət  Xalq  Firqəsi  cumhuriyyətçi, 
millətçi, xalqçı, dövlətçi, dünyəvi və inqilabçıdır” qeyd edilmişdir. 
1933-cu  ildə  Türk  sənayesinin  böyüməsi  üçün  ilk  beş  illik 
plan  hazırlandı.  9  Yanvar  1934-cü  il  tarixində  qəbul  edildi  və 
1939-cu ildə tamamlandı. Bu plan heç şübhəsiz ki, Rusiyadan nü-
munə götürülmüşdü və Rus kredit banklarından və rəhbərliyindən 
kömək  alınmışdı.  Bu  plan  başda  tekstil  sektoru  olmaqla  istehsal 
malları sənayesi və daimi sənaye məhsullarını eyni vaxtda inkişaf 
etdirmək məqsədi daşıyırdı. Kayseridə Sovet planları ilə qurulmuş 
33000 tekstil  fabriki və  Karabükdə  İngilislərin qurduğu dəmir və 
polad fabrikası əldə olunan ən böyük uğurların arasında idi. 
1935-ci ildə iki məsələ reallaşdı. Birincisi bütün türklər məc-
buri olaraq soyad almalı idi. İkincisi qərar isə bütün dövlət idarə-
lərində şənbə günü saat 13:00 dan bazar ertəsi səhərinə qədər rəs-
mi həftəlik tətil elan edildi. 
1934-cü  il  iyunun  28-də  tarixli  bir  qanunla  hər  bir  türk  və-
təndaşı,  1935-ci  il  1  Yanvar  tarixindən  hər  kəs  keçərli  bir  soyad 
almalı və istifadə etməli idi, səbəbi isə müasir cəmiyyət daha qarı-
şıq və sıx əlaqələri soyad sisteminin vacib məsələ olmasını bildi-
rirdi.  Eyni  zamanda bütün rütbələr və əvvəlki dövrlərə aid  qalan 
ünvanlar istifadədən çıxarıldı, yerinə Cənab və Xanım kəlməri da-
xil  edildi. Prezident tərəfindən baş  nazir  İsmet  Paşaya qələbə  qa-
zandıgı yerın adı verildi və baş nazirin adı İsmet İnönü oldu. Daha 
sonra prezident məclisin səsverməsi ilə öz adını dəyişərək Atatürk 
adını qəbul etdi. Mustafa adı ərəb dilindən keçdiyinə görə o bu ad-
dan daha sonra istifadə etmədi. 
1938-ci  ilin  yay  aylarında  Anadolunu  səyahət  etdiyi  bir 
vaxtda  Atatürk  xəstələndi.  Qısamüddətli  yaxşılaşmanın  ardından 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə