Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
159
 
lərində Türkiyəyə Azərbaycanın istər birbaşa, istərsə də Rusiya ilə 
birlikdə maddi köməklik göstərməsinə aid çoxlu faktlar var. Mus-
tafa  Kamal  Paşanın  borcları  qaytarmaq  haqqında  fikrinə  N.Nəri-
manov  cavab  olaraq  ünvanladığı  məktubunda  yazırdı:  “Paşam, 
qardaş qardaşa borc verməz, əl tutar”. O, fəxrlə “Mustafa Kamal 
Paşanın Türkiyəsi bizim dostumuzdur” deyir. 
Türkçülük ideyaları Atatürklə Nərimanovu bir birinə yaxın-
laşdırır.  Atatürkün  özü  də  turançılıq  və  türkçülük  ideyasının  bö-
yük daşıyıcısıdır.  Bunu  Atartürkün bu barədə dediyi  cümlələr də 
təsdiqləyir. 
"Türklük  mənim  ən  dərin  güvəncim,  qaynağım,  ən  böyük 
qürur mənbəyimdir". 
Bunu  Türk  dünyasının  böyük  siyasi  xadimi  Qazi  Mustafa 
Kamal Atatürk deyib. Onun Türklüklə bağlı ifadələri sadəcə xoş-
səslənişli sözlərdən ibarət cümlələr deyil, daha çox uzun illər boyu 
aparılan milli mücadilənin doğduğu siyasi-ideoloji baxışlardı. Mus-
tafa  Kamal  Atatük  Türk  dünyasının  inteqrasiyası,  turançılıq  dəsti-
xəttini ideologiya müstəvisindən siaysətə gətirərək, bu istiqamətdə 
praktiki  addımlar  atmış  şəxsiyyət  olub.  Hələ  gənclik,  I  Dünya  və 
Milli  İstiqlal  müharibələri  illərində  türlük  ideologiyasını  öyrənib 
mənimsəmiş, onu siyasi dünya görüşünün əsas elementinə çevirib. 
Bundan başqa bu iki şəxsiyyəti başqa nüanslar da birləşdirir. 
Hər  ikisi  dil  və  maarifçilik  yönümündən  xalqı  üçün  önəmli  işlər 
görmüş iki şəxsiyyətdir. Hər ikisi ictimai-siyasi xadim kimi sözü-
nü demiş şəxslərdir. N.Nərimanov üçün dünyada hər şeydən əziz 
ana dili, Azərbaycan dili idi. O bu dilin təmizliyi, saflığı, inkişafı 
uğrunda  ömrü  boyu  mübarizə  aparmışdır.  Bədii  və  publisistik 
əsərləri ilə ədəbi dilimizin xalq dili leksikası və ictimai-siyasi ter-
minlərlə zənginləşməsində xüsusi xidməti vardır. Atatürk də həm-
çinin dil və əlifba işində önəmli iş görərək 1928-ci il noyabrın 1-
də  Yeni  türk  əlifbasını  qəbul  elədi.  Türk  əlifbasının  latın  hərflə-
rinə əsasən təşkili və 1928-ci ildə onun qəbulu. Bu dəyişiklik türk 
xalqının  oxuyub-yazmağı  bacarmaq  fərqini  artırmış  oldu.  Xalqın 
maariflənməsi yolunda hər ikisi yetərincə iş görüb. Təkcə bununla 
yetinməyib  siyasi  cəhətdən  də  özlərini  göstərmişlər.  Hər  ikisinin 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
160
 
iqtisadi sahədə görüşləri olmuşdur. Nərimanov və Atatürkün iqti-
sadi sahədə də görüşləri olmuşdur. Publisist və yazıçı kimi fəaliy-
yətlərini onların ortaq cəhəti kimi götürmək olar. Nərimanov xal-
qın maariflənməsi  yolunda əlindən gələni əsirgəməmiş, müəllim-
lər qurultayının təşkilində, məktəblərimizin dərsliklərlə təmin edil-
məsi işində mühüm rol oynamış, rus məktəbləri üçün “Azərbaycan 
dili”, Azərbaycan məktəbləri üçün “Rus dili” dərslikləri, qramma-
tika kitabları, lüğətlər hazırlamışdır. Öz dövrünün bir sıra qəzet və 
jurnallarında alovlu və üsyankar məqalələrlə çıxış etmişdir. Nəri-
manov ZSFSR və SSRİ rəhbərliyində çalışdığı vaxtlarda da Azər-
baycanda gedən prosesləri diqqətdə saxlamışdır. Azərbaycan nef-
tinin 15%-nin respublikaya çatması, maarif və səhiyyəyə sərf edil-
məsi uğrunda gərgin mübarizə aparmışdır. 
Atatürkün bir sıra əsərləri vardır. Bunlar Tâbiye Meselesinin 
Halli  və  Emirlerin  Suredi  Tahririnə  Dair  Nesayih,  Zabit  və  Ku-
mandan  ile  Hasbihal  (1918),  Nitq  (1927),Vətəndaş  üçün  Mədəni 
Bilgilər (1930), Həndəsə (1937) kimi kitablardı. 1921-ci ildə Ata-
türkün liderliyi dövründə təşkil edilərək yaradılan Maarif Konqre-
sində ibtidai məktəb proqramlarının inkişaf etdirilməsi və orta təh-
sil  təşkilatlarının  proqramları  və  dərs  mövzuları  təsdiq  edildi.  3 
mart  1924-cü  ildə  xalqın  savadlanması  üçün  çıxarılan  Tövhidi 
Tedrisat qanununa əsasən bütün məktəblər Maarif Nəzarətinə gö-
türülmüş və bununla o dövrə mövcud problemlər ortadan qaldırı-
laraq təhsil və elmdə milli bir bütünlüyün təmin edilməsinə çalışıl-
dı. Bu mənada 1928-ci ildə “Millət Məktəbləri”, 1930-cu illərdən 
etibarən kəndlərdə “Halk Okuma Odaları” və 1931-ci ildən etiba-
rən də “Xalq evləri” açıldı. Bu addım vətəndaşlara oxuma yazma 
kursları, mədəni və sanət sahələrində və müxtəlif peşə mövzuları 
hazırlanmaqda yardım etmək idi. 
ƏDƏBİYYAT 
1. Atatürkün fikir və düşüneleri. Ankara, 1999. 
2. Atatürk’ün sosyal ve kültürel politikaları. Ankara, 2010. 
3. Azərbaycanın sovetləşdirilməsinin ilk illərində N.Nərimanovun 
ictimai-siyasi  hadisələr  kontekstində  iqtisadi  idarəetmə  mexa-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
161
 
nizmlərinin təşkilində rolu və iqtisadi mühakimələri / Azərbayca-
nın Vergi Xəbərləri, 12/2011. 
4. Aşırlı A. Nərimanovun Kremldə qətli. Bakı, 2006. 
5. Həsənov H.Ə. Nəriman Nərimanovun milli dövlətçilik baxışları 
və fəaliyyəti. Bakı, 2005. 
6. Nərimanov N.Sеçilmiş əsərləri. Bakı, 2004. 
7. Tarix və onun problemləri, № 4 2014 
8. http://nerimanov.ev-muzeyi.az/az/index.php?newsid=9 
9. http://www.isteataturk.com/haber/3353/ataturkun-yazdigi-
kitaplar 
______________________ 
 
Sabir KƏRİMOV 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, I kurs tələbəsi 
E-mail: sabir.kerimov1997@mail.ru 
 
ATATÜRK VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİ 
Elmi rəhbər: Xatirə AĞAYEVA 
tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar  sözlər:Mudros  müqaviləsi,  Türkiyə  Böyük  Millət  Məclisi 
(TBMM), M.K.Atatürk, Türkiyə Cümhuriyyəti 
Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatür-
kün  türk  tarixində  həm  yaşadığı,  həm  də  özündən  sonrakı  dövrə 
dərindən təsir edən bir yeri vardır. Atatürkün bu cür şəxsiyyət ki-
mi  formalaşmasına  ailə  mühitinin,  Selanik  mühitinin,  oxuduğu 
məktəbin və müəllimlərinin, qazandığı təcrübənin, həmçinin oxu-
duğu kitabların xüsusi təsiri olmuşdur. Atatürkün ən qabarıq xüsu-
siyyəti hərəkətlərində və qərarlarında çevik, qətiyyətli olması, fəa-
liyyətində  hislərinə  deyil,  ağlına  və  məntiqinə  üstünlük  verməsi 
idi. Atatürkün sevimli məşğuliyyətlərindən biri mütaliə etmək idi. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə