Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
149
 
da  olan  Qafqaz  İslam  Ordusu  Azərbaycanın  var  olma  davasında 
önəmli rol oynamışdır. 
XX əsrin əvvəllərində, I Dünya Müharibəsinin başa çatması 
ilə  yeni  dünya  düzəninin  labüd  etdiyi,  siyasi  şərait  yaranmış  və 
bunun nəticəsində 1920-ci ildə imzalanan Sevr müqaviləsinə əsa-
sən Osmanlı İmperiyası faktiki olaraq süquta uğramışdı. Ordu tər-
kisilah edilmiş və buraxılmışdı. Yalnız Antanta ölkələrinin nəza-
rəti  altında  15  min  əsgər  saxlanılmasına  icazə  verilmişdi.  Əzəli 
Osmanlı torpaqları yunanlar, ermənilər arasında bölünmüş, Antan-
ta  dövlətlərinin  himayəsi  altına  keçmişdi.  Belə  bir  ağır  zamanda 
Mustafa  Kamal  Atatürk  fenomeni  ortaya  çıxdı.  "Ya  istiqlal,  ya 
ölüm"  şüarını  irəli  sürən  bu  dahi  şəxsiyyət,  Anadoluya  keçərək, 
türk  xalqının  milli-azadlıq  hərəkatına  rəhbərlik  etmiş,  sonsuz  şü-
caət  və  hərbi  düha  nümayiş  etdirərək,  bu  tarixi  sınaqdan  üzüağ 
çıxmışdır. Amma şübhəsiz ki, Atatürkün ən böyük əsəri 1923-cü 
ildə yaradılmış Türkiyə Cümhuriyyətidir. Bununla da, Atatürk bö-
yük  siyasi  xadim  olduğunu  tarix  qarşısında  sübuta  yetirmişdir. 
Dünyəvi,  demokratik,  çağdaş  dövlətin  yaradılmasının  həyati  va-
cibliyini  dərk  edən  Mustafa  Kamal  Paşa  bir  çox  mədəni  inqilab-
ların müəllifi olmuşdur. Siyasi elmlərdə “Kamalizm” adlı cərəyan 
onun adı ilə bağlıdır. Müasir Azərbaycan Respublikasının qurucu-
su Heydər Əliyev hər zaman və hər yerdə Atatürkə olan xüsusi eh-
tiramını  dilə  gətirmiş  və  onun  şəxsiyyətinə  böyük  qiymət  ver-
mişdir. 
Çağdaş dövrümüzdə, tarixin necə deyərlər, təkrar olunduğu-
nun şahidi oluruq. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respub-
likasının inkişaf və rifah içində olması bir çox siyasi güclərin ra-
hatlığını  pozmuşdur.  Yenidən  xalqımıza  və  dövlətimizə  qarşı  er-
məni  kartından  istifadə  edilmiş,  Azərbaycan  Respublikasının  20 
faiz ərazisi işğal edilmiş, milyondan artıq insan öz ata-baba yurd-
larından didərgin düşmüş, Qarabağ ugrunda gedən döyüşlərdə 40 
minə yaxın əsgərimiz şəhid olmuşdur. 
Bu konteksdə Azərbaycan və Türkiyə dövlətlərinin iqtisadi, 
siyasi, hərbi əməkdaşlığı həyati önəm kəsb etməkdədir. Yaxın gə-
ləcəkdə, türkdilli dövlətlər birliyinin Azərbaycan - Türkiyə ilişki-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
150
 
lərini örnək qəbul  edərək, həyati önəm daşıyan beynəlxalq məsə-
lələrdə eyni cəbhədən çıxış etməsi tarixi bir zərurətdir. 
Unutmayaq, biz eyni köklərə, eyni dilə, eyni tarixə, eyni də-
yərlər sisteminə və nəhayət eyni mədəniyyətə sahibik. Bizi ümumi 
gələcək birləşdirir. Gəlin bu gələcəyi birgə yaradaq! 
ƏDƏBIYYAT 
1. Dr.Mehman Ağayev.  Kurtuluş Savaşı Yıllarında Türkiye Azer-
baycan İlişkileri. 2008 
2. Nəsib Nəsibli. Azərbaycan Demokratik Respublikası. Məqalələr 
toplusu. Bakı: Elm, 1990. 
3. Utkan Qocatürk. Atatürk və Türkiyə Cumhuriyyəti tarihi krono-
lojisi (1918-1938). Ankara, 1983. 
______________________ 
 
Güray YILMAZ 
Bakı Slavyan Universiteti
Pedaqogika fakültəsi, magistrant 
E-mail: isabaku10@gmail.com 
AZƏRBAYCAN – TÜRKİYƏ QARDAŞLIĞI TARİXİNƏ 
QISA BAXIŞ 
Elmi rəhbər: İsa ARSLAN 
Tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar  sözlər:  Azərbaycan-Türkiyə  qardaşlığı,  Mustafa  Kamal  Ata-
türk, Azərbaycan Xalq Cümhuriyyəti, əməkdaşlıq, mədəni əlaqələr 
Azərbaycanın və Türkiyənin müxtəlif sahələrdə əlaqələrinin 
tarixi kökləri vardır. Hər iki dövlət mürəkkəb tarixi şəraitdə bir-bi-
rinə arxa, kömək olmuşdular. 
Hələ  XI  əsrdə  səlcuqlar  Anadoluya  axın  edərkən  əvvəlcə 
Azərbaycana  gəlmiş,  buradakı  türk-müsəlman  dövlətləri  ilə  birləş-
miş, özlərinə arxa-dayaq yaratdıqdan sonra Bizansla məşhur, dünya 
tarixində  iz  qoymuş  Malazgird  döyüşünü  etmişlər.  Bu  gəliş  Azər-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
151
 
baycanda yaşayanlar üçün də çox əlverişli olmuşdur. O zamandan 
Bizans-erməni-iber  hərbi  birləşmələrinin  bu  torpaqlara  hücumuna 
son qoyulmuş, Bizansın Cənubi Qafqazı işğalı planı puça çıxmışdı. 
XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda ilk 
milli-demokratik hərəkat canlanarkən bu hərəkatın nümayəndələri 
Osmanlı türkləri ilə yaxın əlaqələr qurmuşdular. 
1875-ci ildə Azərbaycan tarixində ilk milli qəzet olan “Əkinçi” 
nəşrə başlayır. Bu qəzetın Azərbaycanda milli-siyasi şüurun , milli 
birliyin yaranmasında böyük rolu olmuşdur. 1877-ci ildə Rusiya - 
Osmanlı  müharibəsi  zamanı  bir  sıra  ölkələrdə,  hətta  Avropada 
əməkdaşları və oxucuları olan “Əkinçi” Osmanlı dövlətinə maddi 
və mənəvi yardım göstərməyə çağırmışdı. Bundan xəbər tutan çar 
hökuməti 56 nömrədən sonra qəzetin nəşrini dayandırmışdır. 
1887-ci ildən çar hökuməti müsəlman-türkləri hərbi xidmətə 
çağırmağı dayandırmışdı. Məqsəd müsəlman türk gənclərini hərbi 
işin sirlərini öyrənməkdən, silahla rəftar qaydalarını unutdurmaq-
dan  ibarət  idi.  Rus  hökuməti  bilirdi  ki,  heç  bir  Azərbaycan  türkü 
Osmanlı türkünə qarşı silah işlətməz, Rusiya Osmanlı ilə mühari-
bə etdiyi zaman silah onların özünə qarşı çevriləcək. Ona görə də 
azərbaycanlılar hərbi xidmət əvəzində hərbi vergi adlanan mükəl-
ləfiyyət daşımağa məcbur edildilər. 
Düşmən həmişə bu iki ayrı  yaşayan bir döyünən ürəyi  bir-
birinə  qarşı  qoymağa  çalışmışdır.  1929-cu  ildən  Azərbaycan  tam 
şəkildə  latın  qrafikalı  əlifbaya  keçmişdi.  İ.V.Stalin  hər  iki  türk 
xalqının əlifbasının eyni, yəni latın qrafikalı əlifba olduğunu qəbul 
edə bilməyərək 1939-cu ilin sonunda türk və Azərbaycan xalqları-
nın  hər  cür  yaxınlaşmasının  qarşısını  almaq  üçün  Azərbaycanda 
xalqa  tamam  yad  olan  kirill  qrafikalı  əlifbaya  keçilməsinə  sərən-
cam vermişdir. Buna baxmayaraq iki ölkənin əhalisi sıx əlaqə sax-
lamış,  bir-birinə  arxa-dayaq  olmuşlar.  İkinci  dünya  savaşında 
AXC-nin  müstəqilliyini  bərpa  etmək  ümidi  ilə  azərbaycanlılar 
milli legionun tərkibində Almaniya tərəfindən sovet ordusuna qar-
şı döyüşə atıldılar. Almaniya məğlub olduqdan sonra 1945-ci ildə 
vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siya-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə