Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
137
 
İstanbul-İrəvan aviareysinin tamamilə bağlanması ehtimalı böyük-
dür (özəl aviaşirkət tərəfindən həyata keçirilir). 
Bəzi  fikirlər  ortaya  atılmışdı  ki,  Van-İrəvan  aviareysinin 
açılması  ilə  Türkiyə  və  Ermənistanın  sərhədləri  də  açılacaq.  An-
caq bu mümkün olan bir iş deyildir, o halda ki, ermənilər əsassız 
“erməni soyqırımı” iddialarından əl çəkməyiblər, Türkiyənin şər-
qindəki  torpaqlara  ərazi  iddiları  irəli sürürlər və  Dağlıq Qarabağı 
Azərbaycana qaytarmayıblar. İnanmaq çətindir ki, Türkiyə yoxsul 
vəziyətdə  yaşayan  Ermənistanla  münasibətləri  bərpa  etmək,  orda 
yeni satış bazarları əldə etmək xatirinə bir çox iqtisadi, enerji la-
yihələri  olan  Azərbaycanın  maraqlarına  zidd  getsin.  Bununla  ya-
naşı, artıq Qarabağ məsələsi Türkiyə üçün də milli məsələyə çev-
rilmişdir və milli məsələnin nə olduğunu bilməkçün millət olmaq 
lazımdır.Düzdür,müəyyən  zamanlarda  Avropa  Birliyinin(AB)  və 
Amerikanın  işə  qarışması  nəticəsində  Türkiyə  sərhəd  məsələ-
sində müəyyən boşluq göstərmişdir. 
2009-cu  il  oktyabrın  10-da  İsveçrənin  Sürix  şəhərində  AB-
nin və Amerikanın təsiri ilə Türkiyə və Ermənistan arasında diplo-
matik  münasibətlərin  qurulması  və  sərhəd  qapılarının  açılmasını 
özündə ehtiva edən “Sürix protokolları” imzalandı. Bundan bir qə-
dər əvvəl münasibətlərin normallaşdırılması istiqamətində “futbol 
diplomatiyası”ndan da istifadəyə cəhd edilmişdi. Lakin Azərbay-
canın göstərdiyi irimiqyaslı təsir nəticəsində Türkiyə protokolların 
ratifikasiyasını  dayandırdı.  “Sürix  protokolları”nın  ratifikasiya 
olunmama  səbəblərindən  başlıcası  Ermənistanın  bu  protokolları 
Konstitusiya məhkəməsi vasitəsilə tamamilə dəyişdirməsidir. 
Türkiyənin  indiki  prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  AB-ə 
üzvlük  üçün  qoyulan  şərtlərdən  biri  olan  sərhəd  məsələsində  gü-
zəştə getmək istədi. Bu məsələ iqtisadi deyil, sırf geosiyasi xarak-
ter  daşıyırdı.  Lakin  sonda  yenə  Azərbaycanın  yanında  olduğunu 
göstərdi. 
2014-cü il 22-23 noyabr tarixlərində Ankara Universitetinin 
Siyasi elmlər fakültəsi və “Hrant Dink Fondu” tərəfindən “Möhür-
lü qapı” adlı konfrans keçirildi. Konfransın Erməni Türkiyə müna-
sibətlərinin  normallaşmasına  xidmət  edəcəyi  düşünülürdü.  Lakin 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
138
 
əvvəl qeyd etdiyim başlıca problemlər həll olunmadığı təqdirdə bu 
cür konfransların keçirilməsinin də bir əhəmiyyəti qalmır. Türki-
yənin rəsmiləri Azərbaycanın yanındadır. 
Ermənistanla  Türkiyə  arasındakı  müasir  problemlərdən  biri 
BMT ofislərinin İstanbula köçürülməsidir. Dünya maliyyə böhranı 
BMT-yə də təsir etdi və müxtəlif ölkələrdəki ofislərinin icarə haq-
qını  verməkdə  çətinlik  çəkir.  İstanbulun  dünyanın  idarə  olunma-
sında adı keçən şəhərlərdən olmasını istəyən Türkiyə BMT ofislə-
rindən icarə haqqı almamaqla onların İstanbula köçürülməsini tək-
lif  etdi.  Bu  məsələ  2013-cü  ilin  əvvəlindən  Ermənistanda  ajuataj 
yaratdı, Ermənistanın Qeyri Hökumət Təşkilatları BMT ofislərinin 
İstanbula köçürülməsi ilə bağlı müxtəlif tədbirlər keçirdi. Erməni-
lərin bu münasibətini anlamaq elə də çətin deyil. Onlar düşünürlər 
ki, BMT ofisləri İstanbula köçərsə Türkiyənin qondarma “erməni 
soyqırımı” və s. məsələlərdə təsir gücü çoxalar. Ermənistan, Yu-
nanıstan  və  Slovakiyanın  etirazlarına  baxmayaraq  BMT  ofisləri 
İstanbula köçürülür. 
İki  dövlətin münasibətinin  normallaşması  üçün həmin döv-
lətlərdə  yaşayan  xalqların  müsbət  rəyi  önəmlidir.  Ermənistanın 
Təhlükəsizlik məsələləri üzrə Strateji Araşdırma Mərkəzi “Ararat” 
və Ermənistan Psixoloji Araşdırmalar Mərkəzi ermənilər arasında 
Türkiyəyə  münasibətlə  bağlı  müxtəlif  sorğular  keçirmişdir.  Bu 
sorğulardan aydın olur ki, ermənilər Türkiyəni ən böyük düşmən-
ləri olaraq görürlər (rəyi soruşulanların 59,5%-i) və Ermənistanla 
Türkiyənin  yaxınlaşmasının  əleyhinədirlər  (rəyi  soruşulanların 
61%-i). 
Sonda bu nəticəyə varmaq olar: Türkiyə və Ermənistanın ta-
rixdən  qaynaqlanan  müasir  problemləri  hələ  uzun  illər  öz  həllini 
gözləyəcək. 
ƏDƏBIYYAT 
1.  Sevinc  RUINTƏN,  Cavid  ƏLISGƏNDƏRLI.  Ermənistan  icti-
maiyyəti  Türkiyə  -  Ermənistan  münasibətlərinin  normallaşmasi 
haqqında (sosial sorğu nəticələrinə əsasən) // “Tarix və onun prob-
lemləri” jurnalı, 2013, №1, s.122-132 
2. mfa.gov.tr – Türkiyə Cümhuriyyəti XİN-nin saytı 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
139
 
3. http://musavat.com/news/gundem/Ermenistan-Turkiye-
munasibetleri-%E2%80%93-1-ayin-xronikasi_148270.html 
4.http://hrantdink.org/?Detail=933&Lang –Hrant Dink Fondunun 
saytı 
______________________ 
 
III Bölmə 
Türkiyə - Azərbaycan münasibətləri 
 
Yusif ƏLİYEV 
Milli Aviasiya Akademiyası, 
Nəqliyyat texnologiyaları fakültəsi, II kurs tələbəsi 
E-mail: yusif_aliyev_2016@inbox.ru 
XX ƏSRIN SONU - XXI ƏSRIN ƏVVƏLLƏRINDƏ 
TÜRKIYƏ - AZƏRBAYCAN MÜNASIBƏTLƏRI 
HAQQINDA 
Elmi rəhbər: Solmaz ƏLIYEVA 
Milli Aviasiya Akademiyasının 
baş müəllimi 
Açar sözlər: Azərbaycan, Türkiyə, tarixi əlaqə, beynəlxalq müna-
sibətlər, ikitərəfli əlaqələr 
Azərbaycan-Türkiyə əlaqələri xüsusi xarakteri ilə seçilir. Bu 
münasibətləri  şərtləndirən  amillər  arasında  ortaq  kök,  din  birliyi, 
dil, oxşar mədəniyyət, adət və ənənələr yer alır. Türkiyə və Azər-
baycan tarixində birgə mübarizə səhifələri də mövcuddur. 1918-ci 
ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun 
uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi 
Azərbaycan  üçün  önəmli  dönüş  nöqtəsi  idi.  Azərbaycan  xalqının 
ümummilli  lideri  Heydər  Əliyevin  dediyi  kimi:  “Türk  ordusunun 
Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzün-
dən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbay-
can  xalqı  həmin  ağır  dövrdə  türk  xalqının  ona  göstərdiyi  köməyi 
heç  vaxt  unutmayacaqdır”.  Anadoluda  Qazi  Mustafa  Kamal  Ata-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə