M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
137
İstanbul-İrəvan aviareysinin tamamilə bağlanması ehtimalı böyük-
dür (özəl aviaşirkət tərəfindən həyata keçirilir).
Bəzi fikirlər ortaya atılmışdı ki, Van-İrəvan aviareysinin
açılması ilə Türkiyə və Ermənistanın sərhədləri də açılacaq. An-
caq bu mümkün olan bir iş deyildir, o halda ki, ermənilər əsassız
“erməni soyqırımı” iddialarından əl çəkməyiblər, Türkiyənin şər-
qindəki torpaqlara ərazi iddiları irəli sürürlər və Dağlıq Qarabağı
Azərbaycana qaytarmayıblar. İnanmaq çətindir ki, Türkiyə yoxsul
vəziyətdə yaşayan Ermənistanla münasibətləri bərpa etmək, orda
yeni satış bazarları əldə etmək xatirinə bir çox iqtisadi, enerji la-
yihələri olan Azərbaycanın maraqlarına zidd getsin. Bununla ya-
naşı, artıq Qarabağ məsələsi Türkiyə üçün də milli məsələyə çev-
rilmişdir və milli məsələnin nə olduğunu bilməkçün millət olmaq
lazımdır.Düzdür,müəyyən zamanlarda Avropa Birliyinin(AB) və
Amerikanın işə qarışması nəticəsində Türkiyə sərhəd məsələ-
sində müəyyən boşluq göstərmişdir.
2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində AB-
nin və Amerikanın təsiri ilə Türkiyə və Ermənistan arasında diplo-
matik münasibətlərin qurulması və sərhəd qapılarının açılmasını
özündə ehtiva edən “Sürix protokolları” imzalandı. Bundan
bir qə-
dər əvvəl münasibətlərin normallaşdırılması istiqamətində “futbol
diplomatiyası”ndan da istifadəyə cəhd edilmişdi. Lakin Azərbay-
canın göstərdiyi irimiqyaslı təsir nəticəsində Türkiyə protokolların
ratifikasiyasını dayandırdı. “Sürix protokolları”nın ratifikasiya
olunmama səbəblərindən başlıcası Ermənistanın bu protokolları
Konstitusiya məhkəməsi vasitəsilə tamamilə dəyişdirməsidir.
Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan AB-ə
üzvlük üçün qoyulan şərtlərdən biri olan sərhəd məsələsində gü-
zəştə getmək istədi. Bu məsələ iqtisadi deyil, sırf geosiyasi xarak-
ter daşıyırdı. Lakin sonda yenə Azərbaycanın yanında olduğunu
göstərdi.
2014-cü il 22-23 noyabr tarixlərində Ankara Universitetinin
Siyasi elmlər fakültəsi və “Hrant Dink Fondu” tərəfindən “Möhür-
lü qapı” adlı konfrans keçirildi. Konfransın Erməni Türkiyə müna-
sibətlərinin normallaşmasına xidmət edəcəyi düşünülürdü. Lakin
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
138
əvvəl qeyd etdiyim başlıca problemlər həll olunmadığı
təqdirdə bu
cür konfransların keçirilməsinin də bir əhəmiyyəti qalmır. Türki-
yənin rəsmiləri Azərbaycanın yanındadır.
Ermənistanla Türkiyə arasındakı müasir problemlərdən biri
BMT ofislərinin İstanbula köçürülməsidir. Dünya maliyyə böhranı
BMT-yə də təsir etdi və müxtəlif ölkələrdəki ofislərinin icarə haq-
qını verməkdə çətinlik çəkir. İstanbulun dünyanın idarə olunma-
sında adı keçən şəhərlərdən olmasını istəyən Türkiyə BMT ofislə-
rindən icarə haqqı almamaqla onların İstanbula köçürülməsini tək-
lif etdi. Bu məsələ 2013-cü ilin əvvəlindən Ermənistanda ajuataj
yaratdı, Ermənistanın Qeyri Hökumət Təşkilatları BMT ofislərinin
İstanbula köçürülməsi ilə bağlı müxtəlif tədbirlər keçirdi. Erməni-
lərin bu münasibətini anlamaq elə də çətin deyil. Onlar düşünürlər
ki, BMT ofisləri İstanbula köçərsə Türkiyənin qondarma “erməni
soyqırımı” və s. məsələlərdə təsir gücü çoxalar. Ermənistan, Yu-
nanıstan və Slovakiyanın etirazlarına baxmayaraq BMT ofisləri
İstanbula köçürülür.
İki dövlətin münasibətinin normallaşması üçün həmin döv-
lətlərdə yaşayan xalqların müsbət rəyi önəmlidir. Ermənistanın
Təhlükəsizlik məsələləri üzrə Strateji Araşdırma Mərkəzi “Ararat”
və Ermənistan Psixoloji Araşdırmalar Mərkəzi ermənilər arasında
Türkiyəyə münasibətlə bağlı müxtəlif sorğular keçirmişdir. Bu
sorğulardan aydın olur ki, ermənilər Türkiyəni ən böyük düşmən-
ləri olaraq görürlər (rəyi soruşulanların 59,5%-i) və Ermənistanla
Türkiyənin yaxınlaşmasının əleyhinədirlər (rəyi soruşulanların
61%-i).
Sonda bu nəticəyə varmaq olar: Türkiyə və Ermənistanın ta-
rixdən qaynaqlanan müasir problemləri hələ uzun illər öz həllini
gözləyəcək.
ƏDƏBIYYAT
1. Sevinc RUINTƏN, Cavid ƏLISGƏNDƏRLI. Ermənistan icti-
maiyyəti Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasi
haqqında (sosial sorğu nəticələrinə əsasən) // “Tarix və onun prob-
lemləri” jurnalı, 2013, №1, s.122-132
2. mfa.gov.tr – Türkiyə Cümhuriyyəti XİN-nin saytı
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
139
3. http://musavat.com/news/gundem/Ermenistan-Turkiye-
munasibetleri-%E2%80%93-1-ayin-xronikasi_148270.html
4.http://hrantdink.org/?Detail=933&Lang –Hrant Dink
Fondunun
saytı
______________________
III Bölmə
Türkiyə - Azərbaycan münasibətləri
Yusif ƏLİYEV
Milli Aviasiya Akademiyası,
Nəqliyyat texnologiyaları fakültəsi, II kurs tələbəsi
E-mail: yusif_aliyev_2016@inbox.ru
XX ƏSRIN SONU - XXI ƏSRIN ƏVVƏLLƏRINDƏ
TÜRKIYƏ - AZƏRBAYCAN MÜNASIBƏTLƏRI
HAQQINDA
Elmi rəhbər: Solmaz ƏLIYEVA
Milli Aviasiya Akademiyasının
baş
müəllimi
Açar sözlər: Azərbaycan, Türkiyə, tarixi əlaqə, beynəlxalq müna-
sibətlər, ikitərəfli əlaqələr
Azərbaycan-Türkiyə əlaqələri xüsusi xarakteri ilə seçilir. Bu
münasibətləri şərtləndirən amillər arasında ortaq kök, din birliyi,
dil, oxşar mədəniyyət, adət və ənənələr yer alır. Türkiyə və Azər-
baycan tarixində birgə mübarizə səhifələri də mövcuddur. 1918-ci
ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam
Ordusunun
uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi
Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun
Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzün-
dən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbay-
can xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi
heç vaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Ata-