M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
131
bunun üçün əlindən gələn bütün texniki imkanlarıyla Türkiyənin
yanındadır.
Baş nazir Əhməd Davudoğlunun 3-4 dekabr 2015 tarixli Ba-
kı ziyarəti Türkiyə üçün enerji alternativliyinin önəmli mövzu ol-
duğunu göstərmişdir.
Turizm sahəsində də hər iki ölkə arasında əlaqələr inkişaf
etmişdir. Türkiyə hər il təxminən 4,5 milyon turistdən 3 milyard
dollar gəlir əldə etmişdir.
Türkiyənin enerji idxalında böyük paya sahib Rusiya bun-
dan 2014-cü ildə 16,5 milyard dollar qazanmışdır. Əvvəlki illər-
dəki qazanc isə bundan 20%-50% daha çox olmuşdur.
Türkiyəli miqrantların əsas iş yerləri sırasında Rusiya 2-ci
yerdədir. Belə ki, miqrantların təxminən 17%-i Rusiyada əsasən
də inşaat sahəsində çalışır.
Nəticə etibarilə, qarşılıqlı iqtisadi əlaqədə olan 2 ölkə bir-bi-
rindən asılıdır. Türkiyənin bir sıra sahədə təchizatını Rusiya etsə də,
ancaq buna alternativ axtarılır və müəyyən alternativlər də artıq ta-
pılıb. Məs, təbii qazın təminatında Qətər böyük rol oynaya bilər. Bu
qarşılıqlı əlaqədən daha çox qazanan Rusiyadır. Təkcə təbii qaz ve
enerji təchizatına görə illik 71 milyard dollar qazanır. Təbii ki, id-
xalat üçün mənbə tapmaq daha asandı, nəinki ixracat üçün bazar.
ƏDƏBIYYAT
1. http://aa.com.tr/tr/ekonomi/turkiye-katarla-uzun-vadeli-lng-
mutabakati-imzaladi/484537
2. http://azertag.az/xeber/905861
3.http://www.bbc.com/turkce/ekonomi/2015/11/151125_turkiye_r
usya_ekonomi
4.
Hürriyet, Ekonomi, 5 Aralık 2015
5.http://tr.sputniknews.com/avrupa/20151202/1019417433/yunani
stan-kammenos-suriye-turkiye-rusya.html
______________________
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
132
Leyla NƏBİYEVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, II kurs tələbəsi
E-mail: leila.nabi@icloud.com
TÜRKİYƏ RESPUBLİKASININ DÜZƏNQURUCU
AKTOR OLMAQ İDDİASI
Elmi rəhbər: İsmayıl MƏMMƏDOV
Bakı Dövlət
Universitetinin professoru
Açar sözlər: Beynəlxalq münasibətlər sistemi, Türkiyə, xarici si-
yasət, düzənquruculuq iddiası, “qonşularla 0 problem”
XXI əsr qlobal səviyyədə siyasi fürsətlər əsridir. Gələcək
yenidən düşünüb planlaşdırılmalıdır. Məhz elə bu səbəbdən idi ki,
Türkiyədə 2002-ci ildə AKP-nin hakimiyyətə gəlməsi ilə xarici
siyasət kursunda müəyyən dəyişikliklər baş verdi. Bu dəyişikliklər
Əhməd Davudoğlunun konseptual yanaşmaları ilə bağlıdır. Bu ya-
naşmalardan ən əhəmiyyətlisi, heç şübhəsiz strateji dərinlik anal-
yışıdır. Bu yanaşmaya görə, Türkiyə yerləşdiyi coğrafiya, sahib
olduğu tarix və mədəni miras səbəbindən əsla tək tərəfli və tək öl-
çülü siyasət yeritməsi mümkün olmayan, maraqlarını adlandırar-
kən özünü daim mərkəzdə yerləşdirməsi lazım olan bir ölkədir.
Ə.Davudoğlunun "Strateji Dərinlik" düsturuna nəzər yetirək:
G = (SV + PV) x (SZ x SP x Sİ). Yəni, Güc = (Sabit Məlumatlar +
Potensial Məlumatlar) x (Strateji Zihniyyət x Strateji Planlaşdırma
x Siyasi İradə). Türkiyənin dərinliyi bir neçə səbəblə bağlıdır.
İlk olaraq Türkiyənin tarixi özəllikləri və coğrafiyası ilə. Tür-
kiyə Osmanlı İmperatorluğunun mirası üzərində qurulan ən əhə-
miyyətli ölkə olduğundan bu irsin başqaları tərəfindən necə qiy-
mətləndirildiyi mövzusunda tarixi bir məsuliyyətə malikdir.
İkinci olaraq, Türkiyənin aktiv və təyin edici bir xarici siya-
sət təqib edə bilməsi əvvəlcə içəridə yaşamaqda olduğu problem-
lərdən xilas olmasına bağlıdır. Türkiyənin ən əhəmiyyətli xarici
siyasət məqsədi evini nizama qoymaq olmalıdır.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
133
Üçüncüsü, bu anlayış qonşularla yaşanan problemlərin bir an
əvvəl sona çatması lazım olduğunu vurğulamaqdadır. Qonşularla
sıfır problem, hər şeydən əlavə Türkiyənin marağını daxili prob-
lemlərin həllinə yönəldilməsi baxımından lazımlıdır. Bu, qonşula-
rın xatirinə müdafiə
olunan bir görüş deyil, məhdud resursları olan
ölkə daxili problemlərin həl edilməsi üçün lazımlı olan bir strate-
giyadır.
Bir digər əsas, dinamik fəal xarici siyasət anlayışıdır. Buna
görə məqsəd, problemlərin yaranmasını gözləmədən, potensial
problem sahələrinə müdaxilə etmək və tərəfləri mümkün olan ən
qısa zaman içində ortaq nöqtəyə gətirməkdir. Əsas olan, problem-
lər meydana çıxdıqdan sonra onları ortadan qaldırmğa çalışmaq
deyil, problemləri ilk mərhələdə yox etməkdir.
Dövrün xarici siyasət konsepsiyasının yaradıcılarından sayı-
lan Corc Fridmanın XXI əsrdə ABŞ-ın xarici strategiyasını təhlil
etdiyi “Növbəti 10 il. Biz hardaydıq? Hara gedirik?” kitabında
həmçinin Türkiyə ilə bağlı da proqnozlar verir. Fridmana görə, re-
gionda balans yarada biləcək yeganə ölkə Türkiyədir və növbəti
10 il ərzində o bu səviyyəyə çatacaq. Dünyanın 17-ci ən güclü iq-
tisadi dövləti kimi Türkiyə Yaxın Şərqdə iqtisadi cəhətdən ən in-
kişaf etmiş ölkə olmaq imkanındadır. Fridman qeyd edir ki, Türki-
yə önümüzdəki illərdə tezliklə ilk onuncu sırada yer alacaq.
C.Fridmanın düşüncələrinə əsasən, uzunmüddətli perspek-
tivdə Tehran Ankaranı dayandıra bilməyəcək. Iqtisadi baxımdan
Türkiyə daha dinamikdir və bunun nəticəsində ən modern silahlı
qüvvələri saxlamağa qadirdir. Ən vacibi isə odur ki, coqrafi ba-
xımdan Tehranın regional alternativləri məhduddur, Ankara isə
Qafqaz, Balkanlar, Orta Asiya və Aralıq dənizi ölkələrinə, Şimali
Afrikaya doğru genişlənir və ittifaqlar yaradır. Tehran bu imkan-
dan məhrumdur. Iranın heç vaxt güclü hərbi-dəniz qüvvələrinin
olmadığını vurğulayan Fridman qeyd edir ki, gələcəkdə də coqrafi
vəziyyətinə və boğazların strateji əhəmiyyətinə görə belə qüvvəyə
sahib ola bilməyəcək. Türkiyə isə əksinə, həmişə Aralıq dənizində
dominant qüvvə olub və gələcəkdə də bu mövqeyini qoruyub sax-
layacaq.