M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
134
C.Fridman qeyd edir ki, artıq bu gün Ankara kifayət qədər
əhəmiyyətli rol oynayır. Ancaq növbəti on il ölkə üçün hərtərəfli
səfərbərlik dövrü olacaq. Bunun üçün vacib şərt mövcud olan da-
xili problemlərin həlli və iqtisadiyyatın möhkəmləndirilməsidir.
Bu zaman Ankaranın diqqətli xarici siyasəti də qorunub saxlanıla-
caq. Türkiyə münaqişələrə qoşulmayacaq və buna görə də region-
da əhəmiyyyətli mövqeyə sahib olacaq. Ancaq bu mövqe həlledici
olmayacaq. Vaşinqton Ankaraya uzunmüddətli perspektivdən ya-
naşmalı və onun inkişafını ləngitmək üçün təzyiq göstərməmə-
lidir.
ƏDƏBİYYAT
1. DAVUTOĞLU, Ahmet; Stratejik
Derinlik, Türkiyenin uluslar-
arası konumu, Küre Yayınları, 2001
2. ERDAĞ, Ramazan; Türkiye’nin Stratejik Kültürü ve Dış Politi-
kada Yansıması, Akademik İncelemeler Dergisi, 2013
3. GÖZEN,
Ramazan ; Türkiye’nin Dış Politikası, Palme Yayın-
ları, 2009
4. GRIGORIADIS,Ioannis; The Davutoglu
Doctrine and Turkish
Foreign Policy, Middle Eastern Studies Programme, April 2010
5. KARADELİ, Cem; Ortadoğu’ya Yönelik Türk Dış Politikasın-
da Kırılmalar ve Yenilikler, 2011
6. OĞUZLU, Tarık; Türk Dış Politikasında
Davutoğlu Dönemi,
Ortadoğu Analiz, Eylül 2009
7. YEŞİLTAŞ, Murat - BALCI, Ali; AKP Dönemi Türk Dış
Politikası Sözlüğü:
Kavramsal Bir Harita, 2011
8. http://www.turksam.org/tr/makale-detay/731-soguk-savas-
donemi-sonrasi-turk-dis-politikasinin-kimlik-bunalimi-ve-benlik-
arayislari
______________________
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
135
Samirə ALLAHVERDİYEVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, II kurs tələbəsi
E-mail: samira.bdu@mail.ru
TÜRKİYƏ- ERMƏNİSTAN
MÜNASİBƏTLƏRİNİN MÜASİR PROBLEMLƏRİ
Elmi rəhbər:
Sevinc RUINTƏN
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Türkiyə, Ermənistan, 1915-ci il hadisəsi, Van-İrəvan
aviareysi, sərhəd qapıları, Sürix protokolu, BMT ofislərinin İstan-
bula
köçürülməsi, ictimai rəy
Türkiyə və Ermənistan münasibətləri günümüzdə müxtəlif
problemlərlə üz-üzədir.Bu münasibətlər hər iki dövlətin müəyyən
güzəştlərə getməsi yolu ilə normallaşa bilər.Ancaq hələ ki, prob-
lemlərin həllində irəliləyiş nəzərə çarpmır, əksinə yeni mübahisəli
məsələlər ortaya çıxır. Türkiyə və Ermənistan münasibətlərinin
müasir problemlərini bacardığımız qədər göstərməyə və əsaslan-
dırmağa çalışacağıq.
İlk olaraq deyək ki, 21 sentyabr 1991-ci ildə Ermənistan
müstəqilliyini elan etdikdən sonra Türkiyə həmin ilin dekabr ayın-
da onun müstəqilliyini tanıdı. Lakin diplomatik münasibətlər qu-
rulmadı. 1993-cü ildən isə Türkiyə Ermənistanla sərhədlərini bağ-
ladı. Səbəb isə, Ermənistan tərəfindən Azərbaycan torpağı olan
Dağlıq Qarabağın işğal olunmasıdır.
Türkiyə ilə Ermənistan arasında münasibətlərdə gərginlik
yaradan səbəblər sırasında ön yerdə dayananlardan biri, ermənilə-
rin qondarma “soyqırım” iddiasıdır. Ermənilər 1915-ci ildə Ana-
doluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini iddia
edir və bunun soyqırım olduğunu qələmə verirlər. Türkiyə tərəfi
isə bunun təhcir (köçürmə) siyasəti olduğunu deyir. Türkiyə 1915-
ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması təklifini irəli
sürür və bunun üçün lazım olan bütün arxivlərin açıq olduğunu
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
136
bildirir. Bu dünya ictimayəti tərəfindən bəyənilmiş təklifdir, lakin
Ermənistan bu təklifə hələ ki, müsbət cavab verməmişdir. Bu onu
göstərir ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılmasından
nəinki çəkinmir, hətta buna özü şərait yaradır. Əgər bu reallaşarsa,
Türkiyə arxivlərində işləyən tarixçi alimlər Ermənistan arxivlərin-
də də işləmək istəyəcək, Ermənistanın buna verəcəyi hər hansı bir
reaksiya isə Türkiyənin xeyrinə olacaq.
Türkiyə-Ermənistan arasında digər bir məsələ Van-İrəvan
aviareysinin açılmasıdır. ABŞ-ın Dövlət Departamentinin struktu-
ru olan USAİD-in (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İn-
kişaf Agentliyi) birbaşa rəhbərliyi altında həyata keçirilən Van-
İrəvan aviareysi layihəsi Türkiyə-Ermənistan münasibətlərinin
normallaşdırılması uğrunda erməni məkrini reallaşdırmaq idi. Tür-
kiyə və Ermənistan mülki aviasiya idarələri Van-İrəvan aviarey-
sinin açılmasına icazə verdikdən sonra ermənilər həmin layihənin
təqdimatını keçirdilər. Bu layihənin iqtisadi layihə olduğunu və
turizmin inkişafına təkan verəcəyini bildirdilər. Ermənilərin ən
çox gedib görmək istədiyi
üç yer - Vanda Akdamar kilsəsi, Qarsda
Ani xarabalıqları və Eçmiədzin. Amma İrəvan-Hələb-İrəvan mar-
şurutu üzrə 300 dollara bilet ala bilməyən Ermənistan vətəndaşla-
rının 200 km məsafədə yerləşən Van şəhərinə 300 dollara səyahə-
tinin necə bir iqtisadi maraq daşımasına aydınlıq gətirilmədi. Az
sonra erməni mətbuatındakı yazılar bu layihənin iqtisadiyyat və
turizmə dair layihə olmadığını göstərdi. Bu yazılarda, “Van ermə-
nilər üçün doğma torpaqdır. Türklər Vana təhqiramiz münasibət
bəsləyirlər. Aviareyslər Türkiyəyə deyil, Qərbi Azərbaycana təşkil
olunur” və s. fikirlər var idi. Azərbaycan bu məsələdən narahat ol-
du. Rəsmi Bakı bu məsələni aktuallaşdırdı, nəticədə aviareysin ilk
uçuşu təxirə salındı, Türkiyə Xarici İşlər Nazirliyinin uçuşun real-
laşmasına müdaxilə etməsi barədə xəbərlər yayıldı. Bundan əlavə
2003-cü ildə çarter kimi fəaliyyətə başlamış, sonralar isə müntə-
zəm xarakter daşıyan İstanbul-İrəvan aviareysini dayandırdı. Tür-
kiyənin bu addımı iki nüansla bağlı ola bilər: I aviareysin qeyri-
rentabelli olması; II Azərbaycanın maraqları naminə. Günümüzdə