M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
128
hazırdır». Amma Rusiyanın B.Əsad rejiminə dəstək vermək üçün
həyata keçirdiyi hava zərbələri zamanı ölkəsinin sərhədlərini poz-
duğunu əsas gətirən Türkiyənin, 2015-ci il 24 noyabr tarixində
Rusiyaya məxsus «Su 24» təyyarəsini vurmasından sonra kəskin-
ləşən münasibətlər fonunda Türkiyə Krıma və Krım türklərinə
dəstəyini daha da artırır və tarixə ciddi nəzərlərlə baxmağa baş-
layır. Hətta «Təyyarə böhranından»
sonra
Ukrayna xarici işlər na-
ziri
P.Klimkin Krım məsələsini həll etmək üçün Türkiyəni də mü-
zakirələrə qoşulmağa dəvət edir. 2016-cı ilin mart ayında bu dəfə
baş nazir kimi Ukraynaya səfər edən Əhməd Davudoğlu maraqlı
fikir səsləndirir “Biz Ukraynanın ərazi bütüvlüyünü tanıyırıq Krım
Ukrayna torpaqlarının bir hissədir. Sovetlər birliyi 25 il əvvəl bi-
tib. Bunu təkrar canlandırmağa cəhd etmək Rusiya üçün xeyirli
nəticə verməyəcək”. Tarixçi İlber Ortaylı isə maraqlı fikirlə çıxış
edərək qeyd edir ki, “Kırım Türkləri Osmanlıdır. O türklərin mə-
dəni davamını qorumalıyıq. Krım böhranı vaxtı Türkiyənin Qərb
ölkələri kimi münaqişəyə girməməsi doğru addım idi. Krımdakı
mədəni azlığımızı qorumaq üçün Putinlə müzakirələlər aparmalı
idik, Krımın Rusiya üçün əhəmiyyəti böyükdür çünki Baltik dəni-
zi ilin böyük dövründə buzla örtülü olduğuna görə Rus donanması
üçün ən uğun məkan Qara dəniz xüsüsilə Sevastopoldur. Krm ta-
tarlarının referandumda iştirak etməmələri ağıllı hərəkət idi. Süley-
man Dəmirəl hələ 90-cı illərdə Ukraynaya səfər edərkən Krım ta-
tarlarını qoruma altına alıb biz isə indi bunu davam etdirməliyik”.
Lakin son bir neçə il ərzində yüksələn
xətlə inkişaf edən rus-
türk münasibətlərinin “təyyarə böhranı”na görə kəskinləşməsin-
dən sonra nə ABŞ nə də NATO-nun digər üzvləri Türkiyəyə göz-
lənilən dəstəyi vermədilər. Yaşanan hadisələrdən sonra Rusiyanın
Türkiyəyə sanksiyalar tətbiq etməsi nəticəsində Krıma da Türki-
yədən ərzaq və digər məhsullarının gətirilməsi dayandırılır. Bu isə
onsuzda iqtisadiyyatı iflic olan Krıma və Krım türklərinə mənfi
təsir göstərir.
ƏDƏBİYYAT
1. Mehdiyeva. N.C. Türk xalqlarının tarixi. Yeni dövr (XIX-
XX əsrin əvvəlləri). Bakı: Dərslik, 2003. - 330 s.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
129
2. A.Fisher. Kırım tatarları. İstanbul: Selenge, 2009. - 336 s.
3. Karadeniz savaşı. Uluslararası politika akademisi,
http://www.politikaakademisi.org (14.03.14)
4. Karadeniz’deki gelismeler ve Türkiye, rapor No:62, İstanbul,
2014, http://www.bilgesam.org (08.10.14)
5. Kırım tatarları kimdir? http://www.kirimdernegi.org.tr
(15.07.15)
6. T.Ş.Baxşəliyev. Krımın tarixinə dair / Bakı universitetinin
xəbərləri, №1, Bakı, 2015, s.96-105
7. Türkiye’den Ukrayna’ya Kırım desteği
http://www.sabah.com.tr (02.03.16)
8. Ukrayna Dışişleri: Kırım görüşmelerine Türkiye de katılsın
www.hurriyet.com.tr (18.03.16)
______________________
Zəvvar KƏRİMOV
Bakı Dövlət Universiteti,
Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi,
I kurs magistrant
Email: zavvar.karimov@gmail.com
TÜRKIYƏ VƏ RUSIYA MÜNASIBƏTLƏRINDƏKI
GƏRGINLIYIN ÖLKƏLƏRARASI IQTISADI
MÜNASIBƏTLƏRƏ TƏSIRI
Elmi rəhbər:
Fərhad HÜSEYNOV
siyasi elmlər namizədi,
Bakı Dövlət
Universitetinin müəllimi
Açar sözlər: Türkiyə, Rusiya, iqtisadi münasibətlər, qarşılıqlı əlaqə
2015-ci il 24 noyabr tarixində Rusiya Federasiyası hərbi ha-
va qüvvələrinə məxsus təyyarənin dəfələrlə xəbərdarlığa baxma-
yaraq Türkiyə hava sərhədini pozduğuna görə vurulması günümü-
zün ən önəmli məsələlərindən birinə çevrilmişdir. Rusiyanın Tür-
kiyənin ondan üzr istəməli olduğunu bildirməsi və eləcə də təzmi-
nat tələb etməsi, embarqo qoyması gərginliyin hələ davam edəcə-
yini göstərir.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
130
Münasibətlərin gərginləşməsi özünü öncə Rusiya daxilində
olan türk şirkətlərinə və iş adamlarına maneələr yaradılmasında
göstərdi. Bununla bağlı Rusiyanın Ankaradakı səfiri Andrey Kar-
lova Türkiyə xarici işlər nazirliyinə dəvət olunaraq xəbərdarlıq
olunmuşdur. Ancaq tarixə baxsaq görərik ki, Rusiya hər hansı bir
dövlətlə münasibətlərində yaranmış problemləri həll etmək üçün
çox nadir hallarda diplomatiyaya müraciət etmişdir.
Təkcə son üç ildə Türkiyə Rusiyaya etdiyi meyvə və tərəvəz
ixracından 2012, 2013, 2014 illərdə müvafiq olaraq 798, 876, 940
milyon dollar qazanmışdır. 2015-ci ildə isə bunun 1 milyard dollar
olacağı gözləndiyi halda noyabrda ixracatın dayanması gəlirin 741
milyon dollarda qalmasına səbəb olmuşdur.
Bildiyimiz kimi, Türkiyə Rusiya üçün böyük təbii qaz baza-
rı rolunu oynayır. Türkiyə ona lazim olan qazın 55%-ni Rusiyadan
alır. Təbii ki Rusiya belə böyük bazarı itirmək niyyətində deyil,
çünki bu dövriyyədən Rusiyanın illik qazancı 55 milyard dollardı.
Üstəlik Rusiya Mavi Axın kəməri vasitəsilə həm də Türkiyədən
keçməklə Avropaya qaz ixrac edir. Gərginləşmədən sonra Türk
Axını layihəsinin yarımçıq qalacağı haqqında
söhbətlər olsa da, 17
dekabrda V.Putin keçən ilin yekunları üçün keçirilmiş toplantıda
ölkənin maraqları naminə heç bir layihədən vaz geçmək niyyətin-
də olmadıqlarını dilə gətirmişdir. Türkiyə də öz növbəsində alter-
nativ variantlar haqqında fikirləşir. Belə ki, Türkiyə prezidenti Rə-
cəb Tayyib Ərdoğan 2015-ci il 26 noyabr tarixli çıxışında Türki-
yənin Azərbaycan, İran, İraq və digər Ərəb ölkələrindən təbii qaz
idxal etdiyini vurğulamışdır. Türkiyə prezidentinin Qətərə ziyarə-
tində Türkiyənin BOTAŞ və Qətərin Beynəlxalq Neft Şirkəti ara-
sında imzalanmış 2 dekabr 2015-ci il razılaşmasına əsasən Türki-
yə uzun müddət Qətərdən təbii qaz ixrac edəcəkdir.
Türkiyənin Orta Asiya ölkələri ilə tranzit daşımalarında Ru-
siya koridor rolunu oynayır. Münasibətlərdə yaranmış soyuqluq
Türkiyəni bu mövzuda da alternativlər haqqında fikirləşməyə
məcbur edir. Bu sahədə ən optimal variant Azərbaycandan keç-
məklə Xəzər dənizi üzərindən üzən gəmilərlə çatdırılma ola bilər.
Bu zaman Bakı önəmli tranzit nöqtəsi olacaqdır. Azərbaycan isə