Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
125
 
başa Azərbaycanla sərhədi olmayan (təcrid edilmiş Naxçıvan istis-
na olmaqla) Türkiyə yalnız Gürcüstan vasitəsilə Qafqaza daxil ol-
maq imkanı qazanır. 2005-ci ilin iyulunda Gürcüstan parlamenti-
nin  qəbul  etdiyi  Milli  Təhlükəsizlik  Konsepsiyasında  Türkiyə 
Gürcüstanın 4 əsas strateji tərəfdaşından biri kimi qeyd olunub. 
Ermənistanla  münasibətlərdəki  problemlər  və  Dağlıq  Qara-
bağ  münaqişəsi  Ankaraya  regiona  nəzarət  uğrunda  açıq  və  ciddi 
mübarizə  aparmağa  imkan  vermir.  Türkiyənin  Cənubi  Qafqazın 
üç ölkəsindən biri ilə diplomatik, iqtisadi və siyasi əlaqələrə malik 
olmaması onun regionda manevr imkanlarını məhdudlaşdırır. Er-
mənistanla  diplomatik  əlaqələr  qurmaq  və  sərhədləri  açmaqdan 
imtina edən Türkiyə Avropa İttifaqının da iradları ilə üzləşir. Dağ-
lıq Qarabağ münaqişəsinin nizamlanması, Türkiyə-Ermənistan və 
Azərbaycan-Ermənistan  əlaqələrinin  qurulması  Türkiyənin  Cə-
nubi  Qafqazda  və  Avropadakı  mövqelərini  gücləndirəcək  amillər 
sırasındadır.  
Türkiyənin  Qafqazdakı  mövqeyi  həmçinin  onun  Rusiya  və 
İrana  münasibətlərindən  də  asılıdır.  Türkiyə  regional  maraqlarını 
elə  gerçəkləşdirməlidir ki,  bu, bir tərəfdən, onu  Qafqazda Rusiya 
və  İranla  açıq  rəqibə  çevirməsin.  Türkiyə  regionun  digər  maraqlı 
dövlətləri  ilə  münasibətlər  qurarkən  Azərbaycan  və  Gürcüstanın 
bu  dövlətlərlə  münasibətlərinə  xələl  dəyməməsinə  çalışmalı,  bu 
iki müttəfiq ölkənin bir tərəfdən Türkiyə, o biri tərəfdən digər re-
gion  dövlətləri  arasında  məcburi  seçim  qarşısında  qalmasına  yol 
verməməlidir. 
Yekun  olaraq  qeyd  etmək  lazımdır  ki,  Qafqazda  bütün  tə-
rəfləri birləşdirən kollektiv, birgə təhlükəsizlik anlaşmasının yara-
dılması mahiyyətinə görə tədrici bir prosesdir. Regiondakı ümumi 
siyasi və psixoloji əhvali-ruhiyyənin hərbi vasitələrdən siyasi, dip-
lomatik  vasitələrə  və  yollara,  qarşıdurmadan  əməkdaşlığa  dəyiş-
məsi hələ ilkin mərhələdədir və bütün maraqlı tərəflər onu siyasi, 
iqtisadi və təhlükəsizlik sahələrində dəstəkləməlidirlər. 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
126
 
 
ƏDƏBİYYAT 
1. Elşən NƏSIBOV. ABŞ və Türkiyənin Qafqaz geosiyasi regionun-
da  strateji  maraqları  və  Azərbaycan  Respublikası.  Bakı,  2006.  - 
310 s. 
2.  Əli  HƏSƏNOV.  Azərbaycan  Respublikasının  milli  inkişaf  və 
təhlükəsizlik siyasəti. Bakı, 2011. - 438 s. 
3.  Ali  Faik  DEMIR.  Türk  dış  politikası  perspektifinden  Güney 
Kafkasya. İstanbul, 2003. - 358 s. 
4.Ahmet DAVUTOĞLU. Stratejik Derinlik. Türkiye’nin Uluslar-
arası  Konumu.  Küre  Yayınları:  İstanbul,  80-ci  basım,  Kasım 
2012. – 584 s. 
5.  Tayyar  ARI.  Orta  Asya  ve  Kafkasya.  Rekabetten  işbirliğine. 
Bursa: Marmara Kitap Merkezi, 2010. – 512 s. 
6.  Levent  ŞEN.  Türkiye  ve  Güney  Kafkasya  gerçeği:  soğuk  savaş 
sonrası Türkiyenin Güney Kafkasya politikası. Ankara, 2009. - 205s. 
______________________ 
 
Türkan LƏTIFLI 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi II kurs magistrant 
E-mail: turkanlatifli@yahoo.com 
RUSİYA-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNƏ UKRAYNA 
BÖHRANININ TƏSİRİ 
Elmi rəhbər: Tahir BAXŞƏLIYEV 
Bakı Dövlət Universitetinin professoru  
Açar sözlər: Türkiyə, Rusiya, Krım tatarları, Ukrayna 
2013-2014-cü illərdə Ukraynadakı Avromaydan hərəkatı ar-
dınca isə Krımın Rusiya tərəfindən ilhaqı bütün gözləri Osmanlı-
nın  varisi  Türkiyəyə  çevirir.  Çünki  Rusiya  Krımın  ilhaqına  haqq 
qazandırarkən  öz  varislik  hüququnu  və  Krımda yaşayan  rus  əha-
lini əsas gətirir. Qeyd etmək lazımdır ki, rus əhali I Yekaterinanın 
həmçinin  SSRİ  dövründə  Krım  tatarlarının  sürgün  olunmasından 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
127
 
sonra yarımadaya köçürülənlərin hesabına indi çoxluq təşkil edir. 
Krımın  qədim əhalisi  olan Krım  tatarları isə hal  hazırda əhalinin 
ancaq 13%-ni əhatə edir. Lakin Krımı Rusiyadan qoparmaq üçün 
tarixə istinad edən ruslar Osmanlı imperiyası ilə çar Rusiyası ara-
sında  bağlanmış  Kiçik  Qaynarca  müqaviləsinə  görə  yarımadanın 
müstəqillik hüququnun olmadığını unudur. 1783-ci ildə II Yekate-
rinanın imzaladığı müqavilədə yazılıb ki, yarımada öz müstəqilli-
yini  elan  edə  və  üçüncü  ölkəyə  verilə  bilməz.  Belə  olan  halda 
Krım Osmanlının ərazisi hesab olunacaq. Doğrudur, Krımın ilhaqı 
məsələsi  ortaya  çıxanda  rəsmi  Ankara  Krıma  nümayəndə  heyəti 
göndərərək Krım tatarlarının tək olmadığını göstərir. Ancaq bütün 
Avropanın təklədiyi Rusiya ilə münasibətlərini yaxşılaşdıran Tür-
kiyə Krım tatarlarına hər zaman dəstək olacaqlarını  bəyan etsədə 
bu məsələyə o qədər ciddi yanaşmır desək yanılmarıq. NATO-nun 
üzvü, keçmişdə Rusiyanın tarixi rəqibi, Qara dənizin lider dövləti 
Türkiyənin  Krımın  ilhaqına  münasibətini  iki  dövrə  bölmək  olar. 
Əgər əvvəllər Rusiya ilə hər sahədə əməkdaşlığı genişləndirən və 
bu mələləyə loyal  yanaşan Türkiyə  görürüksə, 2015-ci ilin sonla-
rında Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra tə-
rəflər arasında kəskinləşən münasibətlər fonunda rəsmi Ankaranın 
mövqeyinin dəyişdiyinin şahidi oluruq.  
Türkiyənin o vaxtlar xarici işlər naziri olan Əhməd Davud-
oğlu ukraynalı həmkarı Deşiça ilə 2014-cü ilin əvvələrində görü-
şəndə Ankaranın mövqeyini bildirərkən qeyd edirdi ki,  «Biz Uk-
raynanın ərazi bötövlüyünü dəstəkləyirik, keçirilən referendumun 
hüquqi əsası yoxdur. Ukrayna bizim üçün təkcə qonşu deyil stra-
teji müttəfiq və qardaş ölkədir. 1944-cü ildə sürgün edilən soydaş-
larımızı  bügündə  müdafiə  edirik.  Lakin  bir  güc  Krım  məsələsini 
rus-tatar sonra isə rus-türk münaqişəsinə çevirə bilər. Krım əvvəl-
cə Ukraynanın sonra isə bütün dünyanın problemidir. Hadisələrin 
rus-türk  münaqişəsinə  dönüşməsi  Suriyadakı  kimi  gərçək  məcra-
sından çıxmasına səbəb olacaq. Amma biz buna icazə verməyəcə-
yik. Krım hərbi qarşıdurmanın yox, turizmin, tərəqqinin və əmək-
daşlığın mərkəzi olmalıdır. Türkiyə Krımdakı mövcud vəziyyətin 
mümkün qədər tez aradan qaldırılması üçün əlindən gələni etməyə 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə