Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
116
 
getdikcə artan nüfuzundan ehtiyat edən hökümət 1947-ci ildə ke-
çirilməsi nəzərdə tutulan seçkiləri bir il əvvələ alır və bu seçkilər-
də CHP qələbə qazanır, lakin bu seçkilərdə bir çox qanun pozun-
tuları  qeydə  alınır.  Lakin  artan  uğurların  fonunda  1950-ci  ildə  3 
partiyanın qatıldığı seçkilərdə DP qələbə qazanır. 27 illik CHP iq-
tidarına və  “milli  şef”  İnönünün hakimiyyətinə son verilir. Parti-
yanın qurucularından Cəlal Bayar prezident, Adnan Menderes baş 
nazir  vəzifəsini  tutur.  Məhz  Menderesin  xalqla  yaxınlığı,  liderlik 
keyfiyyətləri  DP-nin  uğurlarını  təmin  edirdi.  Seçkilərdən  sonra 
hökümətin ilk qərarı əhalinin narazılığına səbəb olan azanın türk-
cə verilməsi haqqında qanun ləğv edilir, həmçinin pulların üzərinə 
vurulan İnönü şəkilləri ləğv edilərək yenidən Atatürkün şəkli vu-
rulmağa  başlayır.  Ordu  içindəki  bəzi  hərbiçilərin  çevriliş  etməyi 
planlaşdırması  məlumatlarının  çıxması  nəticəsində  orduda  böyük 
islahatlar keçirilir, istiqlaliyyət müharibəsində iştirak edən bir çox 
generallar istefaya göndərilir. Bu dövrdən etibarən ordu içərisində 
gələcəkdə hərbi çevriliş edəcək qruplaşma formalaşmağa başlayır, 
bəlkə də paşaların fəaliyyətlərinin qarşısı tam alınsaydı DP-nin ta-
leyi daha fərqli olardı. Türkcə azanın ləğvi DP-nin böyük addım-
larından  idi,  din  vasitəsilə  böyük  qrupların  dəstəyini  qazanmaq 
olardı.  DP-nin  iqtisadi  siyasəti  nəticəsində  Türkiyə  iqtisadiyyatı 
böyük yüksəliş keçirməyə başladı. Qərblə münasibətlər yeni dövrə 
daxil oldu. NATO-ya üzv olmaq istəyən hökümət bunun üçün ad-
dımlar  atırdı.  1950-ci  ildə  müxalifətin  narazılığına  baxmayaraq 
Türkiyə Koreya müharibəsinə ordu göndərir. 1952-ci ildə Türkiyə 
NATO-ya üzv qəbul olunur. İlk dövründə əldə etdiyi uğurlar nəti-
cəsində 1954-cü ildəki seçkilərdə də DP səslərini artıraraq qələbə 
qazanır. Lakin bu dövrdən etibarən DP-dəki demokratik şərait ya-
vaş-yavaş yox olmağa başlayır. DP-yə səs verməyən bölgələr “cə-
zalandırılır”,  CHP-yə  səs  verən  Malatya  iki  yerə  bölünür,  Millət 
Partiyasına  səs  verən  Kırşehirin  isə  vilayət  mərkəzi  statusu  ləğv 
edilir.  1955-ci  ilin  6-7  sentyabr  tarixlərində  İstanbulda  yunanlara 
qarşı  aksiyalar  keçirilir,  onlara  məxsus  obyektlər,  evlər,  kilsələr 
hücuma məruz qalır. Bu hadisələr görüşmələrə böyük zərbə vurur. 
Əslində bu hadisələrin məhz Londonda görüşmələrin getdiyi vaxta 
təsadüf  etməsi  hadisələrin  məqsədli  şəkildə  təşkilini  göstərirdi. 
Müxalifətlə münasibətlər həddən artıq gərginləşir, müxalifətə təz-
yiqlər  güclənir.  Partiya  daxilində  də  bölünmələr  başlayır.  Artan 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
117
 
etirazlar fonunda 1960-cı il 27 mayda hərbi çevriliş baş verir. Qu-
rulan  saxta  məhkəmələrin  nəticəsində  A.Menderesin  də  daxil  ol-
duğu üç nəfər edam olunur. Camal Gürsəlin başçılıq etdiyi çevriliş 
Türkiyədə  demokratiyaya  böyük  zərbə  olur.  Lakin  xalq  arasında 
Demokrat Partiyasına və Menderesə olan sevgisinin nəticəsidir ki, 
DP-nin  davamı  olan  Ədalət  Patiyası  Hərbi  xuntanın  təyziqlərinə 
baxmayaraq seçkilərdə böyük uğurlar qazanır. Sonrakı seçkilərdə 
İsmət İnönü yenidən hökümət başçısı seçilir. Xalqın səsləriylə ha-
kimiyyətdən gedən İnönü ordunun dəstəyi ilə hakimiyyətə qayıdır. 
Bu  çevrilişin  ən  böyük  səbəbi  keçmiş  paşaların  sistemli  şəkildə 
ordudan  göndərilməməsidir.  Beləcə,  Türkiyənin  ilk  demokratik 
dövrü  böyük  faciə  ilə  sona  çatır.  Sonralar  isə  Türkiyəni  ardıcıl 
koalisiyalar və hərbi rejimər gözləyir. 
ƏDƏBİYYAT 
1. Ahmet Tahir Can-Menderes trajedisi.Tutku yayınları. 
2. Derin Tarih, №40 2015 iyul 
3. www.adiyamanli.org/tr 
4. www.gazetebilkent.com 
______________________ 
 
Rauf HƏSƏNOV 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, Regionşünaslıq (Türkiyə üzrə) 
ixtisası üzrə I kurs magistrant 
E-mail: azmiu.hasanov@mail.ru 
TÜRKIYƏ CÜMHURIYYƏTINDƏ GENDER MƏSƏLƏSI
İSLAM DƏYƏRLƏRI VƏ MILLI ADƏT-ƏNƏNƏLƏR. 
Elmi rəhbər: Sənubər İSMAYILOVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə Cümhuriyyəti, gender məsələsi, İslam dəyər-
ləri, adət-ənənələr 
29 oktyabr 1923-cü il Türkiyə Cümhuriyyətinin qurulmasın-
dan  sonra  1926-cı  ildə  İsveçrə  mülki  qanunlar  kulliyatına  uyğun 
olaraq Türkiyənin mülki qanunlar kulliyatı tərtib edilir. Bu qərar-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
118
 
dan sonra qadın Türkiyənin ictimai-siyası həyatında iştirak etməyə 
başlayır. Türkiyənin icimai-siyasi həyatında qadınlarla kişilər eyni 
hüquqlara  malikdir.  Bütün  bu  islahatlar,  İnsan  Hüqüqları  üzrə 
Beynəlxalq Nizamnaməyə əsaslanır. Türkiyə Cümhuriyyətində di-
ni  nigah  rəsmi  xarakter  daşımır,  lakin  rəsmi  dövlət  nigahından 
sonra cütlük arasında dini nigah bağlana bilər. 
1930-cu  il  Türkiyədə  qadına  seçmək  və  seçilmək  hüququ 
verilir. 
1934-cü ildə Türkiyə konstitusiyasına düzəliş edilərək, qadı-
na parlament seçkilərində iştirak etmək hüququ verilir. 
Evli  cütlüklər  arasında,  peşə  sənətinin  seçilməsində  tam 
azadlıq mövcuddur.  
Türkiyə  Cümhuriyyətində  yaşından  asılı  olmayaraq  qadın 
cins nümayəndəsinin məcburi ərə verilməsi qadağandır. 
Əgər  ailədə  qadının  haqları  pozularsa,  qadın  məhkəməyə 
müraciət edə bilər  
Türkiyəli qadınların əsas xüsusiyyətlərindən biri, onların gö-
zəl  qonaqpərvərliyidir.  Kəndlərdə  adət-ənənələr  çox  güclüdür  və 
zamanla  silinməyib,  qadınlar  örtük  geyinirlər,  yaşlı  insanlara  hör-
mət var, qohumluq münasibətləri mühüm yer tutut, milli bayramları 
mehriban qohumlar əhatəsində keçirirlər. İri şəhərlərdə isə qadınlar 
müasir geyimdədirlər, qohumluq əlaqələri kənddəki kimi deyil. 
Bəzi qərb ölkələr internet vasitəsilə Türkiyənin kənd qadın-
larını  çox  zəif,  ağılsız,  qul  kimi  göstərmək  istəyirlər.  Amma,  bu 
belə  deyil.  Türkiyənin  ən  ucqar  kəndlərində  əxlaqı  təmiz,  gözəl 
xasiyyətli,  çox  ağıllı,  öz  həyat  yoldaşlarına  və  dövlətlərinə  sadiq 
olan qadınlar var. Bunu tarix sübut edir. Buna Türkiyə Cümhuriy-
yəti prezidentinin - Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə 
Ərdoğan nümünə sayıla bilər. 
Demək lazımdır ki, tək Türkiyədə  yox həmdə bütün dünya-
da qadınlara qarşı zorakıllığ var. Zorakıllığ qızlara qarşı bəzi vali-
deyinlər tərəfindən törədilir. Razılığını almamış ərə vermək, oxut-
durmamaq,  bu  və  digər  haqsızlıqlar  qızları  cəmiyyətdən  uzaqlaş-
dırır. Sonradan həmin qızlara həyat yoldaşları tərəfindən işgəncə-
lər  verilir,  onların  şəxsiyyətini  yox  dərəcəyə  salınır.  Bəziləri  iş-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə