Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
122
 
problemini başladan yunan tərəfi, həll planlarına “xeyr” deyən yu-
nan tərəfi, amma biz embarqolar altındayıq”, - söyləyib. 
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, proble-
min  səbəbkarı,  təqsirkar  tərəf  Yunanıstandır.  Adanın  türk  xalqı 
münaqişənin həlli istiqamətində əlindən gələni etsə belə yunanlar 
münaqişənin həllində maraqlı deyil. 
Fikrimcə,  Dünya  ikili  standartlardan  əl  çəkməli,  Türkiyəni 
Avropa  Birliyinə  qəbul  еtməli,  Kiprlə  bağlı  BMT,  AB,  ABŞ  və 
Rusiya öz sözünü dеməli, Kipr Türklərinə tətbiq еtdikləri еmbar-
qoları  götürməli, Kiprin  hava  yolları və limanları istifadəyə  açıl-
malı,  Kiprin  Türk  hissəsinə  maliyyə  yardımları  еdilməli,  Kipr 
Türkləri ödüllənməli, bir sözlə, dünya ŞKTC-nə qucağını açmalı, 
vеrdiyi sözə əməl еtməlidir. 
ƏDƏBIYYAT 
1. Osmanlı idaresində Kıbrıs (Nüfuzu-Arazi dağılım ve Türk 
Vakıfları). T.C. Başbakanlıq Devlet Arşivleri Genel Müdürlüğü 
Yayını, № 43, Ankara 2000. 
2. Fikret Kürşad, Mustafa Haşim Altan, Sabahattin Egeli. 
Belgelerle Kıbrısta Yunan imperalizmi. «Kutsun» Yayın evi, 
Haziran, 1978. 
3. Gazioğlu Ahmet. Ingilis Idaresinde Kıbrıs 1878-1960. Statü ve 
Anayasa meseleleri, Istanbul, 1960. 
4. Çay Abdulhaluk Mehmet. Kıbrısta Kanlı Noel – 1963. Türk 
Kültürünü Araştırma Enstitüsü Yayınları, Ankara 1989. 
5. Yusuf Gedikli. Kıbrısta en uygun çözüm nedir? Istanbul, 
Haziran, 2003. 
6. Salahettin Halilov. Doğu-Batı: Ortak bir ideale doğru. Istanbul 
«Mefkure» Yayınları, Ekim, 2006. 
7. «Yeni Batı Trakya» dergisi. Aylık aktüel, tarih ve kültür dergi-
si. Yıl 7, kasım 1989. 80 ve Yıl 8, sayı 89, Agustos 1990 yıl 
sayları. 
8. Mustafa Evran. «Dağlıq Qarabağ münaqişəsi ilə Kipr problemi-
ni müqayisə edənlərin niyyəti хoş deyil». «Paritet» qəzeti. №04 
(890) 14-16 yanvar. 
9. Sübhan Talıblı. Avropa ilə Yaхın Şərqin körpüsü. «Palitra» 
qəzeti, № 131(856) 23 noyabr 2005. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
123
 
10. Sübhan Talıblı. Dünyanın həll olunmuş problemlərindən biri. 
«Vətəndaş Həmrəyliyi» qəzeti. № 01(408) 8-11 yanvar 2006. 
11. Sübhan Talıblı. Kipr problemi müasir beynəlхalq münasibətlər 
sistemində. «Gənc Hüquqşünas» Ictimai-Hüquq jurnalı, № 04 
(17). Bakı, aprel 2006. 
12. Menter Şahinler. Türkiyenin 1974 Kıbrıs siyaseti. Istanbul, 1979 
13. Vehbi Z. Serter. Kıbrıs türk mücadele tarihi. Lefkoşa, 1975 
14. Vehbi Z.Serter. Kıbrıs ve 1974 barış hareketi. Lefkoşa, 1976 
15. Bekir Günay. Avrupadan Asyaya Sorunlu Türk Bölgeleri. 
Istanbul, «IQ Kültürsanat Yayınçılıq», Mayıs, 2005. 
______________________ 
 
Yamən ABDULLAYEVA 
Bakı Dövlət Universiteti, 
Regionşünaslıq (Türkiyə üzrə) ixtisası üzrə 
II kurs magistrant 
E-mail: yamen_abdullayeva@mail.ru 
CÜNÜMÜZDƏ TÜRKIYƏNIN QAFQAZ SIYASƏTI 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə, Cənubi Qafqaz, təhlükəsizlik, ərazi bütövlü-
yü, sülhün qorunması, xarici siyasət, dövlətlərarası münasibətlər 
Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsi regionunun mühüm 
geosiyasi oyunçulardan olan Türkiyə regiondakı mövqelərini günü-
gündən möhkəmləndirməkdədir. Sovet İttifaqı dövründə bölgədəki 
prosesləri yalnız öz maraqları deyil, həm də NATO-nun mənafeyi 
prizmasından izləyən Türkiyə, hazırda NATO maraqlarının müda-
fiəçisi  rolundan  bir  qədər  uzaqlaşaraq  öz  geosiyasi  mənafelərinə 
diqqət  yetirməyə  başlayıb.  Qərbin  təzyiqlərinə  baxmayaraq,  Tür-
kiyənin hələ də Ermənistanla münasibətlər qurmaması da bu müs-
təqil siyasətin göstəricisidir. 
Bununla yanaşı, ABŞ-ın Cənubi Qafqaz, Xəzər və Mərkəzi 
Asiyada aktivləşməsi və bölgədə hərbi iştiraka nail olması Türki-
yənin maraqlarına cavab verir. Çünki Ankara ABŞ-ın bu geosiyasi 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
124
 
məkandakı maraqlarının reallaşması yolunda əsas müttəfiq roluna 
iddialıdır.  Doğrudur,  Qərbdə  Türkiyəyə  münasibət  birmənalı  de-
yil. Amma bu ölkənin mühüm dəniz yollarına nəzarət etməsi, Ru-
siyanın Qafqazdakı təsirini azaltması və radikal islam fundamen-
talizminin qarşısında sipər rolunu oynaması Ankaranın Qərb üçün 
əvəzedilməz müttəfiq kimi qalmasını şərtləndirir. Politoloq Zbiq-
nev Bjezinski bildirir ki, bu gün Türkiyə Rusiyanın cənub sərhəd-
lərində  Almaniyanın  ABŞ  üçün  vaxtilə  Orta  və  Şərqi  Avropada 
oynadığı rolu oynamalıdır. Politoloq Türkiyənin regionda önəmini 
qısa olaraq aşağıdakı faktorlarla  əsaslandırır: Türkiyə Qara dəniz 
regionunda vəziyyətin sabit qalmasında mühüm rol oynayır;  Ara-
lıq dənizindən Qara dənizə keçidləri nəzarətdə saxlayır; Rusiyanın 
Qafqazdakı mövqelərinin güclənməsinə imkan vermir; İslam fun-
damentalizminə qarşı sipər rolunu oynayır; NATO-nun cənubdakı 
dayağıdır və s. NATO faktoru Türkiyə üçün vacib təsir mexaniz-
midir.  Rəsmi  Ankara  alyans  daxilindəki  rolunu  artırmağa  çalışır 
və  bunun  Türkiyənin  regiondakı  nüfuzunun  artmasına  da  təsir 
göstərəcəyini anlayır. Məsələn, bir neçə il əvvəl Türkiyə rəhbərli-
yi  İstanbulda  NATO-nun  Çevik  Qüvvələr  Qərargahının  yaradıl-
ması təşəbbüsü ilə çıxış edib. Rəsmi Ankara Balkanlar, Qafqaz və 
Mərkəzi  Asiya  kimi  geostrateji  məkanı  yeni  yaradılacaq  qərarga-
hın təsir zonasına daxil etməyi təklif edib. 
Türkiyənin  bölgədəki  geosiyasi  perspektivi  birbaşa  Azər-
baycanla bağlıdır. Azərbaycanla Türkiyə bütün məsələlərdə tərəf-
daşdırlar. Bu iki dövlət bölgədə birgə iqtisadi, enerji və nəqliyyat 
layihələri  reallaşdırır,  beynəlxalq  təşkilatlarda  eyni  mövqedən  çı-
xış edir. BTC, Bakı – Tbilisi – Ərzurum, TRASEKA, Bakı –Tbi-
lisi – Qars dəmiryolu, TANAP və digər layihələr Türkiyənin böl-
gədəki  mövqelərini  xeyli  möhkəmləndirib.  Çünki  bu  qlobal  layi-
hələrin hamısında Türkiyə mühüm tranzit ölkə funksiyasını yerinə 
yetirir. Bu isə avtomatik olaraq regionda aparıcı dövlət statusu qa-
zanmaq deməkdir.  
Türkiyənin Qafqazda və Xəzər-Qara dəniz hövzəsində əsas 
müttəfiqi  Azərbaycan  olsa  da,  Qafqazda  möhkəmlənmək  üçün 
onun Gürcüstanla münasibətləri də, xüsusi əhəmiyyət daşıyır. Bir-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə