Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
119
 
gəncələrə dözməyib intihara əl atırlar. Əlbəttə, əksəriyyət hallarda 
qadına qarşı zorakıllığ onun həyat yoldaşı tərəfindən törədilir. Ər 
tərəfindən qayğı əhatəsində olan qadın xoşbəxt qadındır. 
Keçmişdə  bir  müsəlman  insan  öz  həyat  yoldaşı  ilə  boşan-
maq istəyir və onun dostları bunun səbəbəbini soruşurlar. Qadının 
hansı  xüsusiyyətinə  görə  onunla  boşanırsan?  Kişi  cavab  verir: 
mən öz həyat yoldaşımın dalınca danışa bilmərəm, çünki o mənim 
həyat yoldaşımdır. Bir müddət keçir. Həmin insanın yoldaşları on-
dan  soruşdular:  sən  evli  olanda  boşanmağının  səbəbini  demədin, 
indi artıq boşanmısan və deyə bilərsən xanımınla hansı xususiyyə-
tinə görə boşandın? Kişi cavab verir: mənim keçmiş həyat  yolda-
şım artıq ayrı bir kişinin  həyat  yoldaşıdır, mən özgəsinin xanımı 
barəsində heç nə deyə bilmərəm. Əgər bu cür kişilər çox olsa, qa-
dına qarşı zorakıllığ da olmaz. 
Din insanın taleyində çox mühüm yer tutur. İSLAM dini in-
sanı gözəl rəftara, əxlaqa, səbrə, hörmətə, mənəvi dəstəyə, bağış-
lamağa  və  mərhəmətə  öyrədir.  Mühəmməd  Peyğəmbərimiz 
(ALLAHIN ona salamı və salavatı olsun) buyurub: “Əgər heç nə-
dən utanmırsansa, nə istəyirsən et”. Əgər insan öz hərəkətlərindən 
utanırsa, heç kəsə pislik etməz. 
Utanmaq və  hörmətlə  uşaqlarla, qadınlarla və  yaşlılarla dav-
ranmaq zəiflik deyil. Utanmaq tərbiyyədir, əxlaqdır, ALLAH qarşı-
sında qorxudur. Qadınlarla yaxşı davranın (Sürə 2 Əl-Bəqərə (İnək) 
ayə  228).  Mühəmməd  peyğəmbərimiz  (ALLAHIN  ona  salamı  və 
salavatı  olsun)  buyurub:  “Qadınla  məsləhətləşməmiş  onu  ərə  ver-
mək olmaz, qızı isə onun razılığı olmadan ərə vermək olmaz” (Sa-
hih  Al-Buxari  hissə  5,  səh.1974,  N  4843).  “Əgər  həyat  yoldaşlar 
bir-birlərinə  sevgi  ilə  baxırlarsa,  onda  ALLAH  da  onlara  sevgi  ilə 
baxır”. 
ƏDƏBİYYAT 
1. Türkiyə Cümhuriyyətinin mülki qanunlar kulliyatı maddə 143, 
149-151, 192, 195. 
2. Üsküdarlı Hanımlar Hayatın İçinde. Üsküdar Belediyesi 
Başkanlığı - 2008 (jurnal). 
3. Quran. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
120
 
4. Hədislər toplusu: Sahix Al-Buxari. 
5. Hədislər toplusu: Muslim 1468. 
6. Hədislər toplusu: Sahix Ət-Tirmizi 1188. 
______________________ 
 
II Bölmə 
T
ÜRKIYƏ BEYNƏLXALQ MÜNASIBƏTLƏR SISTEMINDƏ
 
 
Fəridə ƏLİYEVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, III kurs Sabah tələbəsi 
E-mail: feride.eliyava@yahoo.com 
KİPR PROBLEMİ VƏ TÜRKİYƏ 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə, Yunanıstan, beynəlxalq  əlaqələr, enosis si-
yasəti, Kipr problemi 
Bəşəriyyətin və türk dünyasının önəmli problemlərindən biri 
olan  Kipr  problemi  Fələstin  və  Kəşmir  problemindən  sonra  dün-
yadakı üçüncü böyük problemdir. Strateji gərəyi, Avropaya yaxın-
lığı və AB-nin maraq dairəsində olması bu günə qədər bu proble-
mi gündəmdən düşürməyib. Kipr mövzusunu aktual edən başlıca 
amillərdən biri - onun təkcə adanın tarixi üçün deyil, həm də ümu-
mən Aralıq dənizi bölgəsinin tarixi üçün əhəmiyyəti ilə bağlıdır. 
XX yüzilliyin yaşıdı olan problem Yunanıstanın “ENOSİS” 
siyasətinin elan etdiyi vaxtdan başlanır. Ada 1571-ci ildə Osmanlı 
dövləti tərəfindən fəth edildi. 1878-ci ilədək Osmanlı imperatorlu-
ğunun  idarəsində  olmuşdur.  Bu  dövr  ərzində  Anadolu  yurdların-
dan xeyli sayda türklər Kiprə köçərək orada məskunlaşmış, nəsil-
lər artırmışdır. Osmanlı dövləti 1878-ci ildə adanı İngiltərəyə ica-
rəyə verir. 1918-ci ildə  yunanlar Ortodoks tərəfindən dəstəklənən 
“Enosis” hərəkatına başlayırlar. Birinci Dünya Müharibəsində Os-
manlı dövlətinin məğlubiyyəti İngiltərənin 5 noyabr 1914-cü ildə 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
121
 
Kipri özünə ilhaq etməsi ilə nəticələndi. Makariosun 1950-ci ildə 
keçirdiyi  saxta  seçkinin  nəticəsiz  qaldıqdan  sonra  Yunan  heyəti 
1952-ci  ildə  Kipr  yunanlarının  öz  müqəddaratını  təyin  etməsini 
BMT-dən  tələb  etdi.  Tələb  rədd  edildi.  Yunanların  EOKA  terror 
təşkilatı  1955-1958-ci  illərdə  yüzlərlə  türkü  qətlə  yetirir,  6000 
Türk qaçqın düşür. Məsələnin həlli yolunda Kipr türklərinin yarat-
dığı 1 avqust 1958-ci ildə Kipr TMT və İngiltərə tərəfindən hazır-
lanmış “Maks-Millan” planı rum-yunanlar tərəfindən rədd edildi. 
Sürix  və  London  müqavilələrindən  sonra  16  avqust  1960-cı  ildə 
Kipr  Türkləri  və  Rumlarından  ibarət  bərabər  statuslu  Kipr  Cüm-
huriyyəti  elan  olunur.  Noel  hadisələri  adlanan  Türk  qətliamından 
sonra BMT 4 mart 1964-cü ildə Kiprə sülh qüvvəsi göndərir. Ma-
karios Kipr Türklərinin bütün haqlarını qəsb edərək Bakanlar Ku-
rulu və  Təmsilçilər Məclisini  tamamilə  rumlaşdırır və “Qeyri-qa-
nuni Kipr Rum Hökuməti” ortaya çıxır. Fəaliyyətini davam etdi-
rən Makarios adadakı Türklərin vəziyyətini günü-gündən daha da 
ağırlaşır.  Yunanıstanın  Enosis  planını  pozmaq  üçün  Türk  höku-
məti  “Qaranti  Andlaşması”nın  IV  maddəsini  əsas  götürərək  20 
iyul  1974-cü ildə  Kiprə  ordu  yeridir. 13 fevral  1975-ci  ildə  yara-
dılmış  KTFD-nin  BMT  tərəfindən  ləğv  edilməsindən  sonra  Kipr 
Türklərinin Federativ Məclisi 15 noyabr 1983-cü ildə Şimali Kipr 
Türk Cümhuriyyətini rəsmən elan etdi və həmin gündən Türkiyə 
Respublikası tərəfindən rəsmən tanındı. 
Kipr Rumlarına görə Türkiyə burada adadakı Türklərin haq-
larını  müdafiə  etməməkdə,  imperialist  məqsədlər  güdməkdə  və 
Kiprdə söz haqqı götürməyə çalışmaqdadır. 
BMT-yə  görə  Türk  əsgəri  adada  işğalçıdır  və  buraları  bey-
nəlxalq  hər  hansı  bir  razılaşmağa  bağlı  olmadan  işğal  etmişdir. 
BMT-nin  qərarına  əsasən  ŞKTC  Türkiyə  xaricində  heç  bir  BMT 
ölkəsi tərəfindən tanınmamışdır

D.Əroğlu:  “təəssüf  ki,  Annan  Planına  “bəli”  deyən  Şimali 
Kipr bir çox ölkənin embarqoları altındadır. Bu bizim layiq olma-
dığımız bir vəziyyətdir. Çünki Kiprin türk xalqı BMT-nin ortaya 
qoyduğu  bir  çox  həll  mətninə  müsbət  cavab  verən  tərəfdir.  Kipr 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə