Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə35/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
107
 
daşıyan “Ürvətül-vüska” dini-siyasi təşkilat 1929-cu ildə yaranmış, 
Azərbaycanın  şimal  rayonlarına  da  öz  təsirini  yaymış,  hətta  kom-
munistləri belə öz sıralarına cəlb edə bilmişdi. 
Sənədlərdə  Türkiyədə  fəaliyyət  göstərən  Azərbaycan  siyasi 
mühacirəti ilə gizli əlaqələrdə olmuş “Azərbaycan Milli Mərkəzi”, 
“Türk mühəbbi”, “Xalq Azadələri Firqəsi” və “Allahlılar təşkilatı”-
nın da Azərbaycandakı antisovet üsyanların təşkilində mühüm rolu-
nun olduğu göstərilirdi. 
Həmin  vaxtı  sovet  hökuməti  yaxın  münasibətlərdə  olduğu 
Türkiyə hökumətinə müraciət edərək mühacirlərin Sovet hökuməti 
əleyhinə apardıqları təbliğatlara son qoymağı tələb etmişdi. Nəticə-
də  Türkiyəni  tərk  etmək  məcburiyyətində  qalmış  Azərbaycan  mü-
hacirləri XX əsrin 30-cu illərin əvvəllərindən etibarən fəaliyyətləri-
ni ayrı-ayrı Qərbi Avropa ölkələrində davam etdirmək məcburiyyə-
tində qalmışdılar. 
ƏDƏBİYYAT 
1. İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı, Elm, 1996 
2. Qasımlı M. Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-
1945 
3.Qasımov C. Yaddaşın bərpası. Bakı, 1999 
______________________ 
 
Sona HƏSİLOVA 
Bakı Dövlət Universiteti
Tarix fakultəsi, Regionşünaslıq (Türkiyə üzrə) 
ixtisası üzrə magistrant 
E-mail: Sonya.hesilova@mail.ru 
ATATÜRK DÖNƏMİNDƏ TÜRK XARİCİ SİYASƏTİ 
Elmi rəhbər: Əsməd MUXTAROVA 
Bakı Dövlət Universitetinin professoru 
Açar  sözlər:  Atatürk,  Türkiyə,  xarici  siyasət,  diplomatik  uğurlar, 
dünyada barış 
Atatürk türk xalqının böyük tarixi şəxsiyyətlərindən biridir. 
O, dövlət başına hazıra - nazir gəlməmiş, məhv olmaqda olan tor-
paqdan  gülüstan  yaratmışdır.  Atatürk  hərb  meydanında  olarkən 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
108
 
düşmənlə necə mübarizə aparmağı gözəl öyrənmiş və hərb zamanı 
istifadə  olunan  taktikaları  siyasətdə  də  yetərli  şəkildə  ustalıqla 
tətbiq etmişdir.  
Atatürkün  birbaşa  səyləri  nəticəsində  1923-cü  ildə  cümhu-
riyyət  yaradıldıqdan  sonra  müstəqlliyin  o  qədər  də  sağlam  olma-
yan  dayaqlarını  möhkəmləndirməyə  ehtiyac  vardı.  O  zamanlar 
zəif orduya malik olan Türkiyə üçün əsas xilas yolu düşünülmüş, 
ağıllı diplomatiya olmalı idi. 
Atatürk ilk olaraq xarici siyasətin təməl qanunlarını irəli sür-
dü; təhlükəsizlik siyasəti, qərbçilik, ağıl yolu, gerçəkçilik, müstə-
qillik,  sülhpərvərlik  idi.  Atatürkün  “Yurdda  sülh,  cahanda  sülh” 
devizi sülhpərvərlik qanununa əsaslanmışdır. 
Atatürk, dünya və bilavasitə Avropadakı hadisələri diqqətlə 
dəyərləndirərkən yeni bir dünya savaşının olacağını illər öncə gö-
rə bilmişdir. Almaniyada Nasist partiyasının iqtidara gəldiyi, İtali-
yanın  Ağ  dənizdə  və  Balkanlarda  genişlənmə  cəhdi  güddüyü  və 
Avropa dövlətlərinin silahlanma yarışına girdikləri dönəmdə Ata-
türk dünya barışını təhdid edən bu hadisələrlə birlikdə İkinci Dün-
ya  müharibəsinə  gedən  mərhələni  peşəkarlıqla  izləmiş,  regional 
əməkdaşlığı sürətləndirmişdir. Bu çərçivədə, 9 fevral 1934-cü il ta-
rixində Yunanıstan, Rumıniya və Yuqoslaviya ilə Türkiyə arasında 
Balkan Antantası, 8 iyul 1937-ci ildə Türkiyə, İran, İraq və Əfqa-
nıstan  arasında  Sədabad  paktı  imzalanmışdır.  Beləliklə,  dünyanın 
yeni  bir  kütləvi  müharibəyə  sürüklənməkdə  olduğu  bir  dönəmdə 
Türkiyə həm qərb həm də şərq tərəfdən təhlükəsizlik və güvən tə-
min  edilməsinə  yönəlmiş  addımlar  atmış,  İkindi  dünya  müharibə-
sində yeritdiyi bitərəflik siyasəti üçün zəmin hazırlamışdır. 
Atatürk  dönəmi  Türkiyə  xarici  siyasəti  çox  rəngarəng  gö-
rüntüyə malik olmuşdur. 1923-1932-ci illər dönəmində türk xarici 
siyasətinin  belə  qruplaşdıra  bilərik;  Türk-Yunan  münasibətləri 
etabli problemi (əhalinin mübadiləsi problemi), Türk – Sovet mü-
nasibətləri, Türk  –  İtalyan münasibətləri, Türk –  Fransız münasi-
bətləri, Türkiyənin İslam ölkələri ilə münasibətləri, Türk – İngilis 
münasibətləri, Türk – Alman münasibətləri. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
109
 
Türkiyə 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil olmuşdur. 
1935-ci  ildə  İtaliyanın  Həbəşistana  hücum  etməsi,  Türkiyəni 
1936-ci ildə Ağ dəniz Paktına qoşulmasına rəvac vermişdir. 
İkinci dünya müharibəsi zamanı Avropa, Almaniya və SSRİ 
ilə münasibətlərini davam etdirmişdir. Ancaq müharibənin  yaxın-
laşdığı dövrdə Türkiyə Lozannada Boğazlar üçün qəbul edilən sta-
tusun  dəyişməsi  üçün  hərəkətə  keçmiş  və  böyük  bir  diplomatik 
uğurla 20 iyul 1936-cı ildə Montredə imzalanan andlaşma ilə Bo-
ğazlarda tam suverenlik elan etmişdir. 
Atatürk xarici siyasətdə daima gerçəkçi davranmışdır. Dina-
mikdir, gözü itidir lakin, macəracı deyildir. 1923-cü ildə Arifiyədə 
çıxışı zamanı “Biz özümüzü bilən kimsələrik. Olmayacaq istəklə-
rimiz yoxdur” demişdir. 1931-ci ildə Balkan konfransında müha-
ribəni insanlıqdan kənar gördüyünü belə ifadə etmişdir: “İnsanları 
məsud  edəcəyəm  deyə  onları  bir-birinə  boğazlatmaq  qeyri-insani 
və son dərəcədə təəssüf doğuran bir sistemdir”. 
1937-ci ildə Rumıniya xarici işlər naziri Antoneskuya dediyi 
bu sözlər isə dünyadakı sülhün önəmini vurğulamaqdadır. “İnsan 
mənsub  olduğu  millətin  varlığını  və  səadətini  düşündüyü  qədər, 
bütün  dünya  millətlərinin  səadətinə  xidmət  etmək  üçün  əlindən 
gələni etməlidir. Dünyada və dünya millətləri arasında sabitlik və 
yaxşı  keçinmək olmazsa, bir millət  özü üçün nə  edərsə etsin hü-
zurdan məhrum olacaqdır.... Ən uzaqda zənn etdiyimiz hadisənin, 
bizə bir gün təmas etməyəcəyini bilə bilmərik. Bunun üçün bəşə-
riyyətin  hamısını  bir  bədən  və  hər  milləti  bunun  bir  üzvü  kimi 
dəyərləndirmək olar”. 
ƏDƏBİYYAT 
1. http://www.mfa.gov.tr/ataturk-doneminde-turk-dis-
politikasi.tr.mfa 
2. http://www.turkfederasyon.com/index.php/uelkuecue-
hareket/atatuerk/atatuerk-doenemi 
3. http://torpil.org/egitim/lise-konulari/tarih/hhezc/ataturk-
doneminde-turkiyenin-dis-politikasi.html 
4. http://www.atam.gov.tr/dergi/sayi-56/ataturk-donemi-turk-dis-
politikasi 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə