Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə34/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
104
 
situation followed the World War I and the February and October 
1917 Revolution in Russia, Armenians began to pursue the imple-
mentation of their plans under the banner of Bolshevism. In 1918 
the  leader  of  the  Russian  Bolsheviks  Vladimir  Lenin  appointed 
Stephan Shaumyan the extraordinary Commissar of the Caucasus 
and sent him to Baku. The Bolsheviks seized power in Baku and 
created  conditions  for  the  Armenian  armed  formations  to  realize 
their  secret  purposes.  On  March  3,  began  the  mass  slaughters  of 
the  Azerbaijanis.  By  the  acknowledgements  of  Stephan  Shaum-
yan, 6000 armed soldiers of the Baku Soviet and 4000 armed men 
from  “Dashnaksutyun”  party  took  part  in  the  massacre  of  the 
peaceful Azerbaijanis.  In general,  in  two massacres in  the Trans-
caucasus  in  the  first  half  of  the  20th  century  (1905-1907,  1918-
1920)  about  2  million  Azerbaijanis  and  Turks  were  killed, 
wounded and driven from their homes by the Armenians. 
However, Armenians as usual tries to falsify this massacres 
and  evidence  from  that  time.  General  G.Korganoff,  one  of  the 
members of the 26 Commissaries, wrote a book in French, which 
is named “La Participation des Arméniens à la Guerre Mondiale 
sur  le  Front  du  Caucase”  this  genocide  and  relation  between 
Azerbaijan  and  Ottoman  empire  were  falsified.  The  aim  of  this 
article is to show the fake information, and give the real data.  
REFERENCES 
1. https://no-genocide.com/post/8 
2. Russia and a Divided Azerbaijan: A Borderland in Transition
by Tadeusz Świętochowski, Columbia University Press, 1995, 
p.66 
3. Genocide Memorial Complex opened in Guba". www.news.az. 
Retrieved 13 May 2014 
4. New York State Senate adopts resolution proclaiming March 31 
as remembrance day of Azerbaijanis subjected to genocide". 
AzerTAg State News Agency. 24 June 2012. Retrieved 30 June 
2012 
______________________ 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
105
 
 
20 May 2016, Bakı 
Bölmələrin iclasları – 11.00 – 13.00 
I Bölmə 
T
ÜRKIYƏNIN 
C
ÜMHURIYYƏT DÖVR TARIXI
 
Nuranə QASIMOVA 
Sumqayıt Dövlət Universiteti
Tarix və Coğrafiya fakültəsi, I kurs magistrantı 
Email: nurana.gasimova@mail.ru 
TÜRKİYƏDƏ AZƏRBAYCAN SİYASİ MÜHACİRƏTİNİN 
FƏALİYYƏTİ VƏ ANTİSOVET ÇIXIŞLARI 
Elmi rəhbər: Ənvər MƏMMƏDOV 
Sumqayıt Dövlət Universetitinin dosenti 
Açar sözlər: Azərbaycan siyasi mühacirəti, mühacir təşkilatları, Mu-
savat  partiyası,  “İttihad”,  “Azərbaycan  Milli  Mərkəzi”,  “Türk  mü-
həbbi”, “Xalq Azadələri Firqəsi” və “Allahlılar təşkilatı” 
Azərbaycanın  bolşevik  Rusiyası  tərəfindən  işğalından  sonra 
xalqımızın görkəmli şəxsiyyətləri, dövlət və ictimai-siyasi xadimlə-
ri,  nüfuzlu  sahibkarlar,  elm  və  mədəniyyət  nümayəndələri  doğma 
Vətənlərini tərk edib mühacir həyatı yaşamağa məcbur oldular. On-
ların əksəriyyəti Qızıl ordunun Xüsusi siyasi şöbəsinin qanlı təqib-
lərindən  xilas  olmaq  üçün  dərhal  qonşu  Gürcüstana  keçib  gizlən-
mək məcburiyyətində qalmış, oradan da Türkiyəyə keçərək istiqlal 
mübarizəsini burada davam etdirmişdilər. 
Azərbaycan siyasi mühacirəti 1920-ci ildən - 1930-cu illərə 
qədər, əsasən Türkiyədə, ikinci dünya müharibəsi və ondan sonra-
kı dövrdə Qərbi Avropanın və Asiyanın başqa ölkələrində qərarla-
şıb  fəaliyyət  göstərmək  məcburiyyətində  qalmışdı.  Ancaq  azər-
baycanlı  soydaşlarımız  mühacirət  həyatlarında  üzləşdikləri  çətin-
liklər və məhrumiyyətlərə baxmayaraq ictimai-siyasi, elmi və mə-
dəni sahələrdə işlərini davam etdirmiş, doğma Vətənlərində  cərə-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
106
 
yan edən hadisələrlə yaxından maraqlanmış və bu hadisələrə təsir 
göstərməyə çalışmışdılar. 
M.Ə.Rəsulzadənin İstanbula gəlişindən sonra onun təşəbbüsü 
və rəhbərliyi ilə Müsavat partiyasının Xarici Bürosu təşkil olundu. 
O, Türkiyədə olan siyasi mühacirlərin fəaliyyətini məqsədyönlü is-
tiqamətləndirir, eləcə də Azərbaycandakı təşkilatlarla əlaqə yaradır-
dı. O, tezliklə bütün Sovetlər Birliyini həyacana gətirən «Yeni Qaf-
qasiya»  jurnalını  nəşr  etdi.  Türkiyədə  nəşr  olunmuş  «Odlu  Yurd» 
jurnalında  Azərbaycanın  istismar  olunub Rusiyaya daşınan  neftin-
dən,  qazından,  digər  sərvətlərindən  də  məlumatlar  çap  edilirdi. 
«Odlu Yurd»da «Qanlı icraatlar», «Salyan süngüsü», «Kollektivləş-
mənin  səmərəsi»,  «Həbslərin  səbəbi»,  «Solovkidə»,  «Kommunist-
ləri öldürürlər» başlığı altında verilən yazılarda Azərbaycanın ümu-
mi  vəziyyəti,  sovetlərin  işğalı  ilə  bağlı  müstəqil  və  azad  yaşamaq 
haqqında məhrumluğu göstərilirdi. Bu barədə SSRİ xalq xarici işlər 
komissarı G.V.Çiçerinin 1925-ci ilin mart ayında olmuş IV Ümum-
azərbaycan Sovetlər qurultayındakı çıxışında müsavatçıların Türki-
yədəki fəaliyyətinin xüsusilə artdığını göstərərək demişdi: «Son za-
manlar  müsavatçıların  Türkiyədəki  fəaliyyətlərinin  artdığını  qeyd 
etməmək olmaz. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək 
Sovet  hökuməti  əleyhinə  yürüdülən  bu  dözülməsi  mümkün  olma-
yan çıxışlara etiraz etdik və nəhayət xitam verilməsini tələb etdik». 
Mühacir  təşkilatlarının  Azərbaycanda  baş  vermiş  antisovet 
üsyanlarının hazırlanmasında ciddi rolu olmuşdur. Bu barədə Döv-
lət  Siyasi  İdarəsinin  hazırladığı  məxfi  sənədlərdə  göstərilirdi  ki, 
Azərbaycanın bir sıra bölgələrində gizli strukturlarını yaratmış “İt-
tihad” sovet hakimiyyətinə qarşı qəsd və silahlı çıxışların hazırlan-
masında  iştirak  etmişdi.  İttihadçılar  həmçinin  Dağıstan,  İran  və 
Türkiyə  ilə  əlaqə  qurmuş,  müxtəlif  dövlət  idarələrinə  və  xalq  ko-
missarlıqlarına  öz  tərəfdarlarını  yerləşdirməyə  müvəffəq  olmuş, 
ümumi silahlı üsyana hazırlıq məqsədilə silah-sursat əldə etmişdi. 
Şimali Azərbaycanda sovet rejiminə qarşı baş vermiş üsyan-
ların hazırlanmasında fəal rol oynamış digər bir təşkilat isə “möh-
kəm qulp” mənasını verən “Ürvətül-vüska”dır. Sovet hakimiyyəti-
nə  qarşı  mübarizə  aparmaq  və  dinin  təmizliyini  qorumaq  məqsədi 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə