Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
113
 
arasında baş vermişdir. Nasist Almaniyasının tərəfdaşları çox bö-
yük  ölkələr  deyil,  faşist  İtaliyası  və  Yaponiya  idi  ki,  o  da  digər 
kontinentdə Amerika ilə müharibə aparırdı. Qərb cəbhəsinə SSRİ 
kömək edirdi və ideologiyaları tamamilə fərqli idi. Qərb cəbhəsi, 
liberalist ideyası üzərində, SSRİ isə kommunizm ideyası üzərində 
fəaliyyət  göstərirdi.  Ancaq  vahid  düşmən  kimi  nasist  Almaniya-
sına qarşı birləşdilər. Nasist Almaniyası həm sovetin, həm də Av-
ropanın  yox  olmasını  istəyirdi,  çünki  məqsədi  bütün  dünyaya 
hökm  etmək idi. Müharibə, nasizmin məğlubiyyəti, sovetin qələ-
bəsi ilə başa çatdı. Diqqətinizə çatdırım ki, İkinci Dünya Mühari-
bəsindən  əvvəl,  Avropa  sovetlərin  yaranmasını  və  kommunizmi 
qəbul etmirdi. Ancaq İDM zamanı müttəfiq olduqlarından, müha-
ribədən sonra şərqdə SSRİ-ni tanımalı oldu. Eyni zamanda İkinci 
dünya  müharibəsində  ən  çox  zərər  görmüş  tərəflərdən  biri  SSRİ 
idi. Qalib ölkələr arasında  ən çox insan itkisi, resurs itkisi Sovet 
İttifaqında idi. İkinci dünya müharibəsindən sonra Hitler nasizmi 
başa  çatdı,  Sovet  İttifaqı  daha  da  gücləndi  amma  liberallaşmadı, 
kommunizm ləğv edilmədi. 1945-ci ildə Almaniya bölündü. Şərq 
hissə Sovet İttifaqına, qərb hissə isə Avropaya aid oldu. Şərqi Av-
ropa ölkələrindən Bolqarıstan, Macarıstan, Ruminiya, Polşa, Fin-
landiyanın müəyyən hissəsi və Almaniya SSRİ-nin təzyiqi ilə so-
sializmi  qəbul  etmiş  ölkələr  sırasında  idi.  Digər  tərəfdə  Amerika 
və Yapniya arasında gedən müharibədə Yaponiya uduzmuş, Qərb 
cəbhəsi qalib gəlmişdi. Ən böyük mübarizə isə əsasən ideologiya 
uğrunda gedirdi: kommunizm və liberalizm. Artıq beynəlxalq mü-
nasibətlərdə də sistem iki qütblü oldu. Bir tərəfdə Amerika, digər 
tərəfdə isə SSRİ. Qalan dövlətlər isə bu iki tərəfdən birini seçməli 
idilər, neytral mövqe tuta bilməzdilər. Amerika və SSRİ arasında 
olan bu münasibətin soyuq müharibə adlanmasına səbəb bu idi ki, 
1991-ci  ildə  SSRİ  dağılana  qədər,  bu  iki  tərəf  arasında  birbaşa 
müharibə olmadı. Amma bunun yerinə bu iki tərəf arasında digər 
dövlətlər vasitəsilə vuruşma oldu. Bunun ən bariz nümunələrindən 
biri  olaraq  Koreya  müharibəsin  misal  göstərmək  olar.  Bilindiyi 
kimi, 25 iyun 1950 ildə  baş  vermiş  müharibə nəticəsində  Koreya 
Şimali və Cənubi tərəf kimi rəsmi olaraq iki yerə bölündü. SSRİ-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
114
 
nin köməyilə Şimali Koreya və Amerikanın köməyilə Cənubi Ko-
reya  arasında  gedən  bu  qarşıdurmada  uyğun  olaraq  kommunizm 
və liberalizm hökm sürürdü. Bəs nəyə görə bu iki qütb soyuq mü-
haribəni bu cür yollarla davam etdirirdi. Birinci səbəb o idi ki, hər 
iki  tərəf  nüvə  silahına  malik  idi.  Nüvə  silahı  isə  gücün  limiti  de-
mək  idi.  Beynəlxalq  münasibətlərdə  bu  bir  aspektdir  ki,  bərabər 
güclər  heç  vaxt  bir-  birinə  qarşı  müharibə  etmir,  sadəcə  əlindəki 
vasitələrlə  qorxutmağa  çalışır.  Soyuq  müharibə  bitdikdən  sonra, 
artıq qütblər bölündüyündən, Türkiyə SSRİ qütbündə idi. Sovet İt-
tifaqı  Avropa  ərazisində,  Qərb  tərəf  isə  SSRİ  ərazisində  özünə 
müttəfiq  axtarırdı.  Belə  ki,  müharibə  bitən  kimi  Avropa  birliyi 
yaradıldı. Bu iqtisadi bir birlik idi. 
Birinci dünya mühribəsindən sonra çox hissədə torpaq sahə-
si itirən Osmanlı imperiyası süqut etdi. Lakin tez bir zamanda to-
parlanaraq  Türkiyə  dövləti  qurmağı  bacardı.  Türkiyə  dövləti  isə 
əslində Avropa kimi liberal dövlət qurmaq istəyirdi. İkinci dünya 
müharibəsi  dövründə  neytral  mövqe  tutan  Türkiyə,  müharibədən 
sonra idealogiyasına zidd  olduğuna  görə SSRİ-yə qoşulmaq istə-
mirdi.  Amma  məlum  idi  ki,  Qərbdən  dəstək  gəlmədiyi  təqdirdə, 
Türkiyə SSRİ-yə qoşulmaq istəməsə belə, kommunizm öz təsirin 
burda da göstərəcəkdi. Bu məqamda da təbii ki, Avropaya SSRİ-
nin yaxınlığında olan müttəfiq lazım idi. Beləliklə, Avropa Türki-
yənin  kommunizmə  qarşı  dura  bilməsi  üçün  ilk  olaraq  Truman 
planıyla  hərbi  yardıma  başladı.  Bunun  ardınca  da  Türkiyəni 
NATO-ya qəbul  etdi. NATO-ya üzv olmanın  gətirdiyi ən müsbət 
cəhətlərdən biri o idi ki, NATO üzvlərindən hər hansı birinə edil-
miş hücum, bütün üzvlərə edilmiş hücum sayılırdı. Yəni, Türkiyə 
artıq NATO-nun üzvü olduğuna görə, gələcəkdə ona qarşı edilmiş 
hər  bir  hücum,  Avropaya  edilmiş  hücum  sayılacaqdı.  Beləliklə, 
SSRİ  ilə  Türkiyə  arasında  bir-birinin  işinə  qarışmamaq  şərtilə 
əməkdaşlıq  yarandı.  SSRİ-nin  əsas  narahatçılığı  Türkiyənin  bu 
ərazidə nüfuzunun çox olması ilə bağlı idi. 
Günümüzə  nəzər  yetirsək,  Avropa  hal-hazırda  Türkiyəni 
Avropa Birliyinə qəbul etmir. Vaxtilə NATO-ya qəbul etmələrinin 
səbəbi isə SSRİ yaxınlığında olan bir müttəfiqə ehtiyac duyduqla-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
115
 
rına görə idi. Və bunun bu günə qədər Türkiyə üçün ən müsbət cə-
həti budur ki, Türkiyə artıq öz təhlükəsizliyini sığortalayıb. 
ƏDƏBİYYAT 
1. Prof. Dr. Türkkaya Ataöv. Amerika, NATO və Türkiyə. İleri 
Yayınları, İstanbul, 2006. 
2. Edip F. Çelik. Milletlerarası Hukuk. İstanbul, Üniversite Yayı-
nı, 1962. 
3. Seha L. Melay. Devletler Hukukuna Giriş. C. II, 1.B. Ankara, 
S.B.F. 
______________________ 
 
Tahir BİLALOV 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: tbilalov13@gmail.com 
TÜRKİYƏ DEMOKRAT PARTİYASI DÖVRÜNDƏ 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Demokrat Partiyası, Milli şef, Adnan Menderes, NATO, 
türkcə azan, hərbi çevriliş 
İkinci  dünya  müharibəsi  qərbin  demokratik  rejim  tərəfdarı 
dövlətlərin  qələbəsi  ilə  nəticələndi.  Nəzərə  almalıyıq  ki,  Türkiyə 
də avtoritar rejimə daha yaxın dövlət idi. Türkiyə artıq qalib döv-
lətlərlə yaxınlaşmalı idi və bunun üçün də demokratik rejimə keç-
məli  idi.  İsmət  İnönü  istəməsə  də  çoxpartiyalı  sistemə  keçidə  şə-
rait yaratmağa başladı. Atatürk dövründə çoxpartiyalı sistemə keç-
məyə  edilən uğursuz cəhdlərdən sonra  artıq  gerçək müxalifət  ya-
ranır. CHP sədri ilə yaşanan qalmaqaldan sonra 1946-cı ildə Cəlal 
Bayarın  rəhbərliyi  ilə  Demokrat  Partiyasının  əsası  qoyulur.  İki 
partiya  arasında  tez-tez  sözlü  münaqişələr  yaşanır,  Türkiyə  yeni 
bir anlayışla, müxalifətlə anlayışı ilə tanış olurdu. Əslində bu iki 
partiya o qədər də bir-birinə zidd deyildi. Çünki DP-nin qurucuları 
da Atatürkün silahdaşları idilər, həm də Cəlal Bayar Atatürk döv-
ründə nazir vəzifəsi də tutmuşdu. İnönü özü də DP ilə gərginliyin 
yaranmasının əleyhinə idi. Bunun nəticəsi kimi DP-yə qarşı radi-
kal  mövqe  tutan  bir  qrup  şəxs  CHP-dən  uzaqlaşdırıldı.  DP-nin 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə