Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
110
 
5. http://www.rasitgokhansucu.com/ygs/ataturk-donemi-turk-dis-
politikasi/ 
______________________ 
 
Orxan ƏZİMOV 
Bakı Dövlət Universiteti 
Tarix fakultəsi, magistr I kurs tələbəsi 
E-mail: orxan.azimov.92@mail.ru 
II DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ 
TÜRKİYƏNİN XARİCİ SİYASƏTİ 
Elmi rəhbər: Elvira LƏTİFOVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə, xarici siyasət, II dünya müharibəsi, İsmət İnönü 
Yeni yaranmış Türkiyə Cumhuriyyətinin rəhbərləri, I Dünya 
Müharibəsinə  qatılan  Osmanlı  imperatorluğunun  necə  aradan 
qalxdığını, türk ulusunun necə yox olma təhlükəsiylə qarşı-qarşıya 
qaldığını  unutmamışlardı.  Onların  ən  əhəmiyyətli  məqsədləri  öl-
kəni  hər  istiqamətdən  inkişaf  etdirmək  və  müasirləşdirməkdi.  Bu 
səbəblə  ölkəni  hər  hansı  bir  müharibənin  xaricində  tutmağı  siya-
səti yürüdürdülər. Beynəlxalq abu-havanı nəzərə alaraq həm İngil-
tərə və Fransayla yaxınlaşmaq həm də SSRİ ilə olan dostluğu da-
vam etdirmə siyasətini inkişaf etdirirdilər. Bu siyasətə uyğun ola-
raq 
1939-cu ilin may və iyun aylarında Türkiyə İngiltərə və Fran-
sa ilə  yardım deklarasiyası imzaladı.
Türkiyənin bu addımı Alma-
niya  nasizminə  və  İtaliya  faşizminə  qarşı  olduğundan,  SSRİ-nin 
buna səs çıxartmayacağını hesab edirdi. Lakin 23 avqust 1939-cu 
ildə Almaniya-SSRİ Dostluq sazişinin imzalanması və 1 sentyabr-
da Polşanın Almaniya tərəfindən işğal edilməsi bütün dünyada ol-
duğu kimi Türkiyədə də şok təsiri yaratdı. Türkiyə II Dünya mü-
haribəsi başlayanda heç bir bloka üzv deyildi. SSRi lideri Stalinin 
də  qatıldığı  1  oktyabr  1939  tarixli  iclasda,  Sovet  idarəçilərinin 
Montre  boğazlar  müqaviləsinin  dəyişdirilərək  boğazların  ortaq 
müdafiə  olunmasını,  Qaradəniz  sahili  olmayan  dövlətlərin  hərbi 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
111
 
gəmilərinin  boğazlardan  istifadə  etməmələrini  və  türk,  ingilis  və 
fransız ittifaq müqaviləsinin layihəsində bir sıra dəyişikliklər edil-
məsi  şərtlərini  önə sürmələri,Türkiyəni  daha da  narahat etti.  Tür-
kiyə SSRİ ilə  yürütdüyü diplomatiyanın müvəffəqiyyətsizliyə uğ-
raması nəticəsində, 19 oktyabrda İngiltərə və Fransayla Ankarada 
qarşılıqlı yardım müqaviləsi imzaladı. 
Türkiyə müharibə bütün dünyada yayılarkən 17 Fevral 1941-
ci  ildə  Bolqarıstanla,  25  Mart  1941-ci  ildə  də  SSRİ-ilə  bir-birinə 
hücum  etməmə  sazişləri  imzalayaraq,  həm  müharibənin  xaricində 
qalmağa həm də ola biləcək hücumlardan özünü qorumağa çalışır-
dı. 18 iyun 1941-ci ildə Almaniyayla da belə bir saziş imzaladı. La-
kin  22  iyunda  almanların  SSRİ-yə  hücumu  planları  alt-üst  etdi. 
Müttəfiq  blok  1942-ci  ilin  payızından  etibarən  Almaniyanı  son 
məğlubiyyətə uğratmaq üçün planlar hazırladığı bir vaxtda, Türkiyə 
üzərində təzyiqi artırdı və müharibəyə girməsini tələb etməyə baş-
ladı. Çörçil və İsmət İnönü 30 Yanvar - 1 fevral 1943-cü ildə Ada-
na-Yenicə  stansiyasında  bir  araya  gələrək  Türkiyənin  müharibəyə 
girib-girməmə mövzusunu müzakirə etdilər. Adana Konfransı adla-
nan bu görüşmədə, prezident İsmət İnönü, Türkiyənin müharibəyə 
girəcək silah və vəsaitə sahib olmadığını və İngiltərənin bu ehtiyac-
ları tamamlaması halında müharibəyə girəcəyini irəli sürdü. Çörçil 
İsmət İnönüyə ingilis planlarını ehtiva edən bir sənəd verərək hazır-
lıqların fevral 1944-cü ilə qədər bitirilməsini istədi. İnönü Ankaraya 
döndükdən sonra mövzunu Nazirlər Kabinetinin gündəminə gətirdi 
və  Nazirlər  Kabineti  də  ingilis  planının  eynilə  qəbul  edilməsinin 
mümkün olmadığını bildirərək, vəziyyətin İngiltərə səfirliyinə çat-
dırılması qərarını verdi. Türkiyənin bu hərəkəti başda  İngiltərə ol-
maq üzrə müttəfiqlərlə əlaqələrin gərginləşməsinə səbəb oldu. Bo-
ğazlardan  keçən  alman  gəmiləri  əlaqələri  daha  da  gərginləşdirdi. 
Türkiyə  vəziyyəti  yaxşılaşdırmaq  üçün  gücü  getdikcə  tükənən  və 
məğlubiyyəti qaçınılmaz bir hala gələn Almaniya ilə 2 avqust 1944-
cü ildə siyasi əlaqələrini kəsəcəyini açıqladı. Türkiyə müharibənin 
sona yaxınlaşıldığını görərək İngiltərə, ABŞ və SSRİ ilə arasını dü-
zəltməyə çalışdı. Ancaq SSRİ Türkiyənin 1943-dən bəri Almaniya-
ya  müharibə  elan  etməkdə  istəksiz  davrandığını  səbəb  gətirərək, 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
112
 
dostluq  əlaqələrinin  qurulmasına  soyuq  yanaşdı.  Xüsusilə  Stalinin 
Yalta  konfransında  (4-11  fevral  1945)  Boğazlar  münaqişəsini  və 
Montre  müqaviləsini  gündəmə  gətirməsi,  Türkiyə  nümayəndə  he-
yətinin böyük narahatlığına səbəb oldu. Türkiyə 23 Fevral 1945-ci 
ildə Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu qərarın alın-
masında Yalta konfransında, 1 Mart 1945-ə qədər Almaniya və Ya-
ponyayla  müharibə  vəziyyətində  olan  dövlətlərin  aprel  ayının  so-
nunda San Fransiskoda toplanacaq konfransa dəvət ediləcəyinin və 
BMT-nin qurucu üzvləri arasında iştirak edəcəyinin açıqlanmış ol-
ması da rol oynadı. 
Qısacası Türkiyə  II Dünya müharibəsi  əsnasında tərəfsiz bir 
siyasət izləyərək, müharibənin xaricində qalmağa böyük səy göstər-
di ancaq müharibənin bütün çətinliklərini və yükünü çəkməkdən də 
geri qalmadı. 
ƏDƏBİYYAT 
1. Elnur Nəsirov. Türkiyənin xarici siyasəti. s.25-30 
2. Baskın Oran. Türk dış politikası. İstanbul, 2013 
3. Necdet Ekinci. İnönü Dönemi ve II. Dünya Savaşı Yılları. Genel 
Türk Tarihi, Cilt: 9, Ankara, 2002. 
______________________ 
 
Aysel ƏSGƏRLİ 
Bakı Dövlət Universiteti 
Tarix fakültəsi, Amerikaşünaslıq 
ixtisası üzrə III kurs tələbəsi 
E-mail:aysel.esgerli1995@gmail.com 
SOYUQ MÜHARİBƏ ŞƏRAİTİNDƏ 
TÜRKİYƏ CUMHURİYYƏTİNİN NATO-YA ÜZV OLMASI 
Elmi rəhbər: Eldar CƏFƏROV 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar sözlər: ABŞ, SSRİ, Türkiyə, NATO, soyuq müharibə, müs-
bət və mənfi cəhətlər 
İkinci Dünya Müharibəsi 1941-45ci illərdə olub. Müharibə, 
nasist  Almaniyası  ilə  Britaniya,  Amerika,  qısacası  qərb  cəbhəsi 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə