Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
134
 
C.Fridman qeyd edir ki, artıq bu gün Ankara kifayət  qədər 
əhəmiyyətli rol oynayır. Ancaq növbəti on il ölkə üçün hərtərəfli 
səfərbərlik dövrü olacaq. Bunun üçün vacib şərt mövcud olan da-
xili  problemlərin  həlli  və  iqtisadiyyatın  möhkəmləndirilməsidir. 
Bu zaman Ankaranın diqqətli xarici siyasəti də qorunub saxlanıla-
caq. Türkiyə münaqişələrə qoşulmayacaq və buna görə də region-
da əhəmiyyyətli mövqeyə sahib olacaq. Ancaq bu mövqe həlledici 
olmayacaq. Vaşinqton Ankaraya uzunmüddətli perspektivdən  ya-
naşmalı  və  onun  inkişafını  ləngitmək  üçün  təzyiq  göstərməmə-
lidir. 
ƏDƏBİYYAT 
1. DAVUTOĞLU, Ahmet; Stratejik Derinlik, Türkiyenin uluslar-
arası konumu, Küre Yayınları, 2001 
2. ERDAĞ, Ramazan; Türkiye’nin Stratejik Kültürü ve Dış Politi-
kada Yansıması, Akademik İncelemeler Dergisi, 2013 
3. GÖZEN, Ramazan ; Türkiye’nin Dış Politikası, Palme Yayın-
ları, 2009 
4. GRIGORIADIS,Ioannis; The Davutoglu Doctrine and Turkish 
Foreign Policy, Middle Eastern Studies Programme, April 2010 
5. KARADELİ, Cem; Ortadoğu’ya Yönelik Türk Dış Politikasın-
da Kırılmalar ve Yenilikler, 2011 
6. OĞUZLU, Tarık; Türk Dış Politikasında Davutoğlu Dönemi
Ortadoğu Analiz, Eylül 2009 
7. YEŞİLTAŞ, Murat - BALCI, Ali; AKP Dönemi Türk Dış 
Politikası Sözlüğü: Kavramsal Bir Harita, 2011 
8. http://www.turksam.org/tr/makale-detay/731-soguk-savas-
donemi-sonrasi-turk-dis-politikasinin-kimlik-bunalimi-ve-benlik-
arayislari 
______________________ 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
135
 
 
Samirə ALLAHVERDİYEVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: samira.bdu@mail.ru 
TÜRKİYƏ- ERMƏNİSTAN 
MÜNASİBƏTLƏRİNİN MÜASİR PROBLEMLƏRİ 
Elmi rəhbər: Sevinc RUINTƏN 
 Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə, Ermənistan, 1915-ci il hadisəsi, Van-İrəvan 
aviareysi, sərhəd qapıları, Sürix protokolu, BMT ofislərinin İstan-
bula köçürülməsi, ictimai rəy 
Türkiyə  və  Ermənistan  münasibətləri  günümüzdə  müxtəlif 
problemlərlə üz-üzədir.Bu münasibətlər hər iki dövlətin müəyyən 
güzəştlərə getməsi  yolu  ilə normallaşa bilər.Ancaq hələ ki, prob-
lemlərin həllində irəliləyiş nəzərə çarpmır, əksinə yeni mübahisəli 
məsələlər  ortaya  çıxır.  Türkiyə  və  Ermənistan  münasibətlərinin 
müasir  problemlərini  bacardığımız  qədər  göstərməyə  və  əsaslan-
dırmağa çalışacağıq. 
İlk  olaraq  deyək  ki,  21  sentyabr  1991-ci  ildə  Ermənistan 
müstəqilliyini elan etdikdən sonra Türkiyə həmin ilin dekabr ayın-
da onun müstəqilliyini tanıdı.  Lakin  diplomatik münasibətlər qu-
rulmadı. 1993-cü ildən isə Türkiyə Ermənistanla sərhədlərini bağ-
ladı.  Səbəb  isə,  Ermənistan  tərəfindən  Azərbaycan  torpağı  olan 
Dağlıq Qarabağın işğal olunmasıdır. 
Türkiyə  ilə  Ermənistan  arasında  münasibətlərdə  gərginlik 
yaradan səbəblər sırasında ön yerdə dayananlardan biri, ermənilə-
rin  qondarma  “soyqırım”  iddiasıdır.  Ermənilər  1915-ci  ildə  Ana-
doluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini iddia 
edir  və  bunun  soyqırım  olduğunu  qələmə  verirlər.  Türkiyə  tərəfi 
isə bunun təhcir (köçürmə) siyasəti olduğunu deyir. Türkiyə 1915-
ci  il  hadisələrinin  tarixçilər  tərəfindən  araşdırılması  təklifini  irəli 
sürür  və  bunun  üçün  lazım  olan  bütün  arxivlərin  açıq  olduğunu 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
136
 
bildirir. Bu dünya ictimayəti tərəfindən bəyənilmiş təklifdir, lakin 
Ermənistan bu təklifə hələ ki, müsbət cavab verməmişdir. Bu onu 
göstərir  ki,  Türkiyə  1915-ci  il  hadisələrinin  araşdırılmasından 
nəinki çəkinmir, hətta buna özü şərait yaradır. Əgər bu reallaşarsa, 
Türkiyə arxivlərində işləyən tarixçi alimlər Ermənistan arxivlərin-
də də işləmək istəyəcək, Ermənistanın buna verəcəyi hər hansı bir 
reaksiya isə Türkiyənin xeyrinə olacaq. 
Türkiyə-Ermənistan  arasında  digər  bir  məsələ  Van-İrəvan 
aviareysinin açılmasıdır. ABŞ-ın Dövlət Departamentinin struktu-
ru olan USAİD-in (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq  İn-
kişaf  Agentliyi)  birbaşa  rəhbərliyi  altında  həyata  keçirilən  Van-
İrəvan  aviareysi  layihəsi  Türkiyə-Ermənistan  münasibətlərinin 
normallaşdırılması uğrunda erməni məkrini reallaşdırmaq idi. Tür-
kiyə  və  Ermənistan  mülki  aviasiya  idarələri  Van-İrəvan  aviarey-
sinin açılmasına icazə verdikdən sonra ermənilər həmin layihənin 
təqdimatını  keçirdilər.  Bu  layihənin  iqtisadi  layihə  olduğunu  və 
turizmin  inkişafına  təkan  verəcəyini  bildirdilər.  Ermənilərin  ən 
çox gedib görmək istədiyi üç yer - Vanda Akdamar kilsəsi, Qarsda 
Ani xarabalıqları və Eçmiədzin. Amma İrəvan-Hələb-İrəvan mar-
şurutu üzrə 300 dollara bilet ala bilməyən Ermənistan vətəndaşla-
rının 200 km məsafədə yerləşən Van şəhərinə 300 dollara səyahə-
tinin  necə  bir  iqtisadi  maraq  daşımasına  aydınlıq  gətirilmədi.  Az 
sonra  erməni  mətbuatındakı  yazılar  bu  layihənin  iqtisadiyyat  və 
turizmə dair layihə olmadığını göstərdi. Bu yazılarda, “Van ermə-
nilər  üçün  doğma  torpaqdır.  Türklər  Vana  təhqiramiz  münasibət 
bəsləyirlər. Aviareyslər Türkiyəyə deyil, Qərbi Azərbaycana təşkil 
olunur” və s. fikirlər var idi. Azərbaycan bu məsələdən narahat ol-
du. Rəsmi Bakı bu məsələni aktuallaşdırdı, nəticədə aviareysin ilk 
uçuşu təxirə salındı, Türkiyə Xarici İşlər Nazirliyinin uçuşun real-
laşmasına müdaxilə etməsi barədə xəbərlər yayıldı. Bundan əlavə 
2003-cü  ildə  çarter  kimi  fəaliyyətə  başlamış,  sonralar  isə  müntə-
zəm xarakter daşıyan İstanbul-İrəvan aviareysini dayandırdı. Tür-
kiyənin  bu  addımı  iki  nüansla  bağlı  ola  bilər:  I  aviareysin  qeyri-
rentabelli olması; II Azərbaycanın maraqları naminə. Günümüzdə 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə