Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
140
 
türkün  öndərliyi  ilə  aparılan  milli  mücadiləyə  azərbaycanlılar 
maddi və mənəvi yardım göstərmişlər. 
Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki res-
publika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci il-
də  Türkiyə  Cümhuriyyətinin  Baş  naziri  Süleyman  Dəmirəlin  və 
1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın 
Bakıya səfərləri bu əlaqələrin xarakterini müəyyənləş dirilməsində 
böyük rol oynamışdır. 
1992-ci  ilin  yanvar ayında diplomatik  münasibətlərin bərpa 
edilməsi iki ölkə arasında qarşılıqlı əlaqələri genişləndirdi. Türki-
yə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarix-
li səfəri və səfər zamanı imzalanmış Birgə  Bəyanat qarşılıqlı əla-
qələrin  əsas  prinsiplərini  və  inkişaf  perspektivini  müəyyən  etdi. 
Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azər-
baycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələ-
rin inkişafına geniş yardım göstərməyə niyyətli olduğunu bildirdi. 
Türkiyənin  siyasi  elmlər  üzrə  fəlsəfə  doktoru  Atmaca  Tay-
fun Azərbaycan – Türkiyə münasibətlərin qurulması və inkişafını 
3 dövrə bölmüşdür: 
I dövr: 1991-ci il oktyabrın 18-dən – 1992-ci ilin may ayına 
qədər 
II  dövr:  1992-ci  ilin  mayından  –  1993-cü  ilin  iyun  ayına 
qədər 
III dövr: 1993-cü ilin iyunundan sonra 
I  dövrdə  diplomatik-siyasi  münasibətlər  qurulsa  da,  Azər-
baycanın  siyasi  rəhbərliyi  xarici  siyasət  fəaliyyətində  Rusiya  və 
İrana üstünlük verdiyindən əlaqələr hələ zəif idi. 
II dövr Azərbaycan-Türkiyə münasibətlərinin dinamikası ilə 
səciyyələnir. Bu dövrdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər, məs-
ləhətləşmələr, beynəlxalq məclislərdə birgə fəaliyyət göstərilməsi 
üstünlük təşkil etdi. Azərbaycan Respublikası dövlət xarici siyasə-
tində Türkiyə Cümhuriyyətinə xüsusi əhəmiyyət verdi. Türkiyə ilə 
qarşılıqlı faydalı  əməkdaşlıq Azərbaycan Respublikası dövlətinin 
xarici siyasi fəaliyyətinin üstün istiqamətlərindən biri oldu. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
141
 
III dövrdə Gəncə hadisələrindən sonra Azərbaycan-Türkiyə 
diplomatik-siyasi münasibətlərində yeni dövr başladı. Azərbaycan 
-Türkiyə münasibətlərində ilk əvvəllər qismən soyuqlaşma yaran-
dı,  xarici  siyasətdə Rusiyaya xüsusi diqqət  verildisə də, az sonra 
Azərbaycanın xarici siyasətində Türkiyə yenidən önəmli yer tutdu. 
Tarazlaşdırılmış  xarici  siyasət  xətti  yeridilməyə  başlandı.  Azər-
baycan – Türkiyə münasibətləri yeni səviyyəyə qalxdı. 
1994-cü  il  sentyabrın  20-də  imzalanmış  “Əsrin  müqavilə-
si”ndə “Türk “petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiu-
munda  təmsil  olunması  Türkiyə  ilə  Azərbaycan  arasında  strateji 
əməkdaşlığın inkişafının real təzahürü idi. 
13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilin-
dəki Ceyhan terminalında Bakı – Tbilisi – Ceyhan neft ixrac boru 
kəməri  işə  salınmış  və  bununla  iki  ölkənin  iştirak  etdiyi  beynəl-
xalq transkontinental layihə həyata keçirilmişdir. 
2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin 
BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının 
Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır. 
Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və 
digər  regionların  enerji  təhlükəsizliyinin  təmin  olunmasında  mü-
hüm rol oynayır. 
Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal 
və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqti-
sadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən iki-
tərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmə-
rəli  surətdə  istifadə  edir.  Bu  gün  bölgənin  uzunmüddətli  inkişaf 
strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki 
ölkə  arasındakı  münasibətlərin  çox  vacib  elementlərindən  olan 
neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünya-
da dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu 
layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji 
təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət 
arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sa-
bitliyin göstəricisinə çevrilmişdir. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
142
 
Hazırda  ikitərəfli  əlaqələrin  yüksək  səviyyəyə  qalxması 
ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə 
ilə  əlaqələrin  inkişafına  yönəlmiş  ardıcıl  və  məqsədyönlü  xətt 
dövlət  başçısı  cənab  İlham  Əliyev  tərəfindən  inkişaf  etdirilərək 
strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur. 
ƏDƏBIYYAT 
1. Atmaca Tayfun. XX əsrin axırlarında Azərbaycan-Türkiyə mü-
nasibətləri:  filologiya  elm.nam.alimlik  dər.  almaq.  üçün  təqdim 
olunmuş  dissertasiya:  23.00.04  /  T.Atmaca;  Az. Resp.  Prezidenti 
yanında Dövlət İdarəçilik Akad. – B. , 2007. – 145 səhifə. 
2. http://az.strategiya.az/old/?m=xeber&id=3013 
3. http://lib.aliyevheritage.org/az/4610295.html 
______________________ 
 
Cavad İSKƏNDƏROV 
Bakı Ali Neft Məktəbi
Kimya mühəndisliyi fakültəsi, IV kurs tələbəsi 
Email: cavad.iskenderov@gmail.com 
SOYUQ MÜHARİBƏ İLLƏRİNDƏ SSRİ-TÜRKİYƏ 
MÜNASİBƏTLƏRİ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN 
MƏSƏLƏSİ 
Elmi rəhbər: Şahverdiyev ƏLƏMDAR 
Bakı Ali Neft Məktəbinin professoru 
Açar sözlər: SSRİ, Türkiyə Cümhuriyyəti, ərazi iddiaları, Cənubi 
Qafqaz Respublikaları, Cənubi Azərbaycan 
İkinci  dünya  müharibəsindən  qalib  kimi  ayrılandan  sonra 
SSRİ ərazisini genişləndirmək üçün Türkiyə Cümhuriyyətinə əra-
zi iddiaları qaldırmağa başladı. SSRİ-nin Boğazlara olan iddiaları 
Potsdam konfransında müttəfiqlər tərəfindən qorunmadı və Türki-
yənin  şərq  vilayətlərinə  olan  iddiaları  isə  prezident  Trumen  tərə-
findən yalnız SSRİ ilə Türkiyə arasında olan bir məsələ kimi gös-
tərildi.  Araşdırmalar  göstərir  ki,  1945-ci  ilin  payızından  etibarən 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə