Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə43/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
131
 
bunun  üçün  əlindən  gələn  bütün  texniki  imkanlarıyla  Türkiyənin 
yanındadır. 
Baş nazir Əhməd Davudoğlunun 3-4 dekabr 2015 tarixli Ba-
kı ziyarəti Türkiyə üçün enerji alternativliyinin önəmli mövzu ol-
duğunu göstərmişdir. 
Turizm  sahəsində  də  hər  iki  ölkə  arasında  əlaqələr  inkişaf 
etmişdir. Türkiyə hər il  təxminən 4,5 milyon turistdən 3 milyard 
dollar gəlir əldə etmişdir. 
Türkiyənin  enerji  idxalında  böyük  paya  sahib  Rusiya  bun-
dan  2014-cü  ildə  16,5  milyard  dollar  qazanmışdır.  Əvvəlki  illər-
dəki qazanc isə bundan 20%-50% daha çox olmuşdur. 
Türkiyəli  miqrantların  əsas  iş  yerləri  sırasında  Rusiya  2-ci 
yerdədir.  Belə  ki,  miqrantların  təxminən  17%-i  Rusiyada  əsasən 
də inşaat sahəsində çalışır. 
Nəticə etibarilə, qarşılıqlı iqtisadi əlaqədə olan 2 ölkə bir-bi-
rindən asılıdır. Türkiyənin bir sıra sahədə təchizatını Rusiya etsə də, 
ancaq buna alternativ axtarılır və müəyyən alternativlər də artıq ta-
pılıb. Məs, təbii qazın təminatında Qətər böyük rol oynaya bilər. Bu 
qarşılıqlı əlaqədən daha çox qazanan Rusiyadır. Təkcə təbii qaz ve 
enerji təchizatına görə illik 71 milyard dollar qazanır. Təbii ki, id-
xalat üçün mənbə tapmaq daha asandı, nəinki ixracat üçün bazar. 
ƏDƏBIYYAT 
1. http://aa.com.tr/tr/ekonomi/turkiye-katarla-uzun-vadeli-lng-
mutabakati-imzaladi/484537 
2. http://azertag.az/xeber/905861 
3.http://www.bbc.com/turkce/ekonomi/2015/11/151125_turkiye_r
usya_ekonomi 
4. Hürriyet, Ekonomi, 5 Aralık 2015 
5.http://tr.sputniknews.com/avrupa/20151202/1019417433/yunani
stan-kammenos-suriye-turkiye-rusya.html 
______________________ 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
132
 
 
Leyla NƏBİYEVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: leila.nabi@icloud.com  
TÜRKİYƏ RESPUBLİKASININ DÜZƏNQURUCU 
AKTOR OLMAQ İDDİASI 
Elmi rəhbər: İsmayıl MƏMMƏDOV 
Bakı Dövlət Universitetinin professoru 
Açar sözlər:  Beynəlxalq  münasibətlər sistemi,  Türkiyə, xarici  si-
yasət, düzənquruculuq iddiası, “qonşularla 0 problem” 
XXI  əsr  qlobal  səviyyədə  siyasi  fürsətlər  əsridir.  Gələcək 
yenidən düşünüb planlaşdırılmalıdır. Məhz elə bu səbəbdən idi ki, 
Türkiyədə  2002-ci  ildə  AKP-nin  hakimiyyətə  gəlməsi  ilə  xarici 
siyasət kursunda müəyyən dəyişikliklər baş verdi. Bu dəyişikliklər 
Əhməd Davudoğlunun konseptual yanaşmaları ilə bağlıdır. Bu ya-
naşmalardan ən əhəmiyyətlisi, heç şübhəsiz strateji dərinlik anal-
yışıdır.  Bu  yanaşmaya  görə,  Türkiyə  yerləşdiyi  coğrafiya,  sahib 
olduğu tarix və mədəni miras səbəbindən əsla tək tərəfli və tək öl-
çülü  siyasət  yeritməsi  mümkün  olmayan,  maraqlarını  adlandırar-
kən özünü daim mərkəzdə yerləşdirməsi lazım olan bir ölkədir. 
Ə.Davudoğlunun "Strateji Dərinlik" düsturuna nəzər yetirək: 
G = (SV + PV) x (SZ x SP x Sİ). Yəni, Güc = (Sabit Məlumatlar + 
Potensial Məlumatlar) x (Strateji Zihniyyət x Strateji Planlaşdırma 
x Siyasi İradə). Türkiyənin dərinliyi bir neçə səbəblə bağlıdır. 
İlk olaraq Türkiyənin tarixi özəllikləri və coğrafiyası ilə. Tür-
kiyə  Osmanlı  İmperatorluğunun  mirası  üzərində  qurulan  ən  əhə-
miyyətli  ölkə  olduğundan  bu  irsin  başqaları  tərəfindən  necə  qiy-
mətləndirildiyi mövzusunda tarixi bir məsuliyyətə malikdir. 
İkinci olaraq, Türkiyənin aktiv və təyin edici bir xarici siya-
sət təqib edə bilməsi əvvəlcə içəridə yaşamaqda olduğu problem-
lərdən  xilas  olmasına  bağlıdır.  Türkiyənin  ən  əhəmiyyətli  xarici 
siyasət məqsədi evini nizama qoymaq olmalıdır. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
133
 
Üçüncüsü, bu anlayış qonşularla yaşanan problemlərin bir an 
əvvəl  sona çatması  lazım  olduğunu vurğulamaqdadır. Qonşularla 
sıfır problem, hər şeydən əlavə Türkiyənin  marağını daxili  prob-
lemlərin həllinə yönəldilməsi baxımından lazımlıdır. Bu, qonşula-
rın xatirinə müdafiə olunan bir görüş deyil, məhdud resursları olan 
ölkə daxili problemlərin həl edilməsi üçün lazımlı olan bir strate-
giyadır. 
Bir digər əsas, dinamik fəal xarici siyasət anlayışıdır. Buna 
görə  məqsəd,  problemlərin  yaranmasını  gözləmədən,  potensial 
problem sahələrinə müdaxilə etmək və tərəfləri mümkün olan ən 
qısa zaman içində ortaq nöqtəyə gətirməkdir. Əsas olan, problem-
lər  meydana  çıxdıqdan  sonra  onları  ortadan  qaldırmğa  çalışmaq 
deyil, problemləri ilk mərhələdə yox etməkdir. 
Dövrün xarici siyasət konsepsiyasının yaradıcılarından sayı-
lan Corc Fridmanın XXI əsrdə ABŞ-ın xarici strategiyasını təhlil 
etdiyi  “Növbəti  10  il.  Biz  hardaydıq?  Hara  gedirik?”  kitabında 
həmçinin Türkiyə ilə bağlı da proqnozlar verir. Fridmana görə, re-
gionda  balans  yarada  biləcək  yeganə  ölkə  Türkiyədir  və  növbəti 
10 il ərzində o bu səviyyəyə çatacaq. Dünyanın 17-ci ən güclü iq-
tisadi dövləti kimi Türkiyə Yaxın Şərqdə iqtisadi cəhətdən ən in-
kişaf etmiş ölkə olmaq imkanındadır. Fridman qeyd edir ki, Türki-
yə önümüzdəki illərdə tezliklə ilk onuncu sırada yer alacaq. 
C.Fridmanın  düşüncələrinə  əsasən,  uzunmüddətli  perspek-
tivdə  Tehran  Ankaranı  dayandıra  bilməyəcək.  Iqtisadi  baxımdan 
Türkiyə daha dinamikdir və bunun nəticəsində ən modern silahlı 
qüvvələri  saxlamağa  qadirdir.  Ən  vacibi  isə  odur  ki,  coqrafi  ba-
xımdan  Tehranın  regional  alternativləri  məhduddur,  Ankara  isə 
Qafqaz, Balkanlar, Orta Asiya və Aralıq dənizi ölkələrinə, Şimali 
Afrikaya doğru genişlənir və ittifaqlar yaradır. Tehran bu imkan-
dan  məhrumdur.  Iranın  heç  vaxt  güclü  hərbi-dəniz  qüvvələrinin 
olmadığını vurğulayan Fridman qeyd edir ki, gələcəkdə də coqrafi 
vəziyyətinə və boğazların strateji əhəmiyyətinə görə belə qüvvəyə 
sahib ola bilməyəcək. Türkiyə isə əksinə, həmişə Aralıq dənizində 
dominant qüvvə olub və gələcəkdə də bu mövqeyini qoruyub sax-
layacaq. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə