Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
128
 
hazırdır». Amma Rusiyanın B.Əsad rejiminə dəstək vermək üçün 
həyata keçirdiyi hava zərbələri zamanı ölkəsinin sərhədlərini poz-
duğunu  əsas  gətirən  Türkiyənin,  2015-ci  il  24  noyabr  tarixində 
Rusiyaya məxsus  «Su 24» təyyarəsini vurmasından sonra kəskin-
ləşən  münasibətlər  fonunda  Türkiyə  Krıma  və  Krım  türklərinə 
dəstəyini  daha  da  artırır  və  tarixə  ciddi  nəzərlərlə  baxmağa  baş-
layır. Hətta «Təyyarə böhranından» sonra Ukrayna xarici işlər na-
ziri P.Klimkin Krım məsələsini həll etmək üçün Türkiyəni də mü-
zakirələrə qoşulmağa dəvət edir. 2016-cı ilin mart ayında bu dəfə 
baş nazir kimi  Ukraynaya səfər edən Əhməd Davudoğlu  maraqlı 
fikir səsləndirir “Biz Ukraynanın ərazi bütüvlüyünü tanıyırıq Krım 
Ukrayna torpaqlarının bir hissədir. Sovetlər birliyi 25 il əvvəl bi-
tib.  Bunu  təkrar  canlandırmağa  cəhd  etmək  Rusiya  üçün  xeyirli 
nəticə verməyəcək”. Tarixçi  İlber Ortaylı isə maraqlı fikirlə çıxış 
edərək qeyd edir ki, “Kırım Türkləri Osmanlıdır. O türklərin mə-
dəni  davamını  qorumalıyıq. Krım böhranı  vaxtı Türkiyənin  Qərb 
ölkələri  kimi  münaqişəyə  girməməsi  doğru  addım  idi.  Krımdakı 
mədəni  azlığımızı  qorumaq  üçün  Putinlə  müzakirələlər  aparmalı 
idik, Krımın Rusiya üçün əhəmiyyəti böyükdür çünki Baltik dəni-
zi ilin böyük dövründə buzla örtülü olduğuna görə Rus donanması 
üçün  ən  uğun  məkan  Qara  dəniz  xüsüsilə  Sevastopoldur.  Krm  ta-
tarlarının referandumda iştirak etməmələri ağıllı hərəkət idi. Süley-
man Dəmirəl hələ 90-cı  illərdə Ukraynaya səfər edərkən Krım ta-
tarlarını qoruma altına alıb biz isə indi bunu davam etdirməliyik”. 
Lakin son bir neçə il ərzində yüksələn xətlə inkişaf edən rus-
türk  münasibətlərinin  “təyyarə  böhranı”na  görə  kəskinləşməsin-
dən sonra nə ABŞ nə də NATO-nun digər üzvləri Türkiyəyə göz-
lənilən dəstəyi vermədilər. Yaşanan hadisələrdən sonra Rusiyanın 
Türkiyəyə  sanksiyalar  tətbiq  etməsi  nəticəsində  Krıma  da  Türki-
yədən ərzaq və digər məhsullarının gətirilməsi dayandırılır. Bu isə 
onsuzda  iqtisadiyyatı  iflic  olan  Krıma  və  Krım  türklərinə  mənfi 
təsir göstərir. 
ƏDƏBİYYAT 
1. Mehdiyeva. N.C. Türk xalqlarının tarixi. Yeni dövr (XIX-
XX əsrin əvvəlləri). Bakı: Dərslik, 2003. - 330 s. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
129
 
2. A.Fisher. Kırım tatarları. İstanbul: Selenge, 2009. - 336 s. 
3. Karadeniz savaşı. Uluslararası politika akademisi, 
http://www.politikaakademisi.org (14.03.14) 
4. Karadeniz’deki gelismeler ve Türkiye, rapor No:62, İstanbul, 
2014, http://www.bilgesam.org (08.10.14) 
5. Kırım tatarları kimdir? http://www.kirimdernegi.org.tr 
(15.07.15) 
6. T.Ş.Baxşəliyev. Krımın tarixinə dair / Bakı universitetinin 
xəbərləri, №1, Bakı, 2015, s.96-105 
7. Türkiye’den Ukrayna’ya Kırım desteği 
http://www.sabah.com.tr (02.03.16) 
8.  Ukrayna  Dışişleri:  Kırım  görüşmelerine  Türkiye  de  katılsın 
www.hurriyet.com.tr (18.03.16) 
______________________ 
 
Zəvvar KƏRİMOV 
Bakı Dövlət Universiteti, 
Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi
I kurs magistrant 
Email: zavvar.karimov@gmail.com 
TÜRKIYƏ VƏ RUSIYA MÜNASIBƏTLƏRINDƏKI 
GƏRGINLIYIN ÖLKƏLƏRARASI IQTISADI 
MÜNASIBƏTLƏRƏ TƏSIRI 
Elmi rəhbər: Fərhad HÜSEYNOV 
siyasi elmlər namizədi, 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar sözlər: Türkiyə, Rusiya, iqtisadi münasibətlər, qarşılıqlı əlaqə 
2015-ci il 24 noyabr tarixində Rusiya Federasiyası hərbi ha-
va  qüvvələrinə  məxsus  təyyarənin  dəfələrlə  xəbərdarlığa  baxma-
yaraq Türkiyə hava sərhədini pozduğuna görə vurulması günümü-
zün ən önəmli məsələlərindən birinə çevrilmişdir. Rusiyanın Tür-
kiyənin ondan üzr istəməli olduğunu bildirməsi və eləcə də təzmi-
nat tələb etməsi, embarqo qoyması gərginliyin hələ davam edəcə-
yini göstərir. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
130
 
Münasibətlərin  gərginləşməsi  özünü  öncə  Rusiya  daxilində 
olan  türk  şirkətlərinə  və  iş  adamlarına  maneələr  yaradılmasında 
göstərdi. Bununla bağlı Rusiyanın Ankaradakı səfiri Andrey Kar-
lova  Türkiyə  xarici  işlər  nazirliyinə  dəvət  olunaraq  xəbərdarlıq 
olunmuşdur. Ancaq tarixə baxsaq görərik ki, Rusiya hər hansı bir 
dövlətlə  münasibətlərində  yaranmış  problemləri  həll  etmək  üçün 
çox nadir hallarda diplomatiyaya müraciət etmişdir. 
Təkcə son üç ildə Türkiyə Rusiyaya etdiyi meyvə və tərəvəz 
ixracından 2012, 2013, 2014 illərdə müvafiq olaraq 798, 876, 940 
milyon dollar qazanmışdır. 2015-ci ildə isə bunun 1 milyard dollar 
olacağı gözləndiyi halda noyabrda ixracatın dayanması gəlirin 741 
milyon dollarda qalmasına səbəb olmuşdur. 
Bildiyimiz kimi, Türkiyə Rusiya üçün böyük təbii qaz baza-
rı rolunu oynayır. Türkiyə ona lazim olan qazın 55%-ni Rusiyadan 
alır.  Təbii  ki  Rusiya  belə  böyük  bazarı  itirmək  niyyətində  deyil, 
çünki bu dövriyyədən Rusiyanın illik qazancı 55 milyard dollardı. 
Üstəlik  Rusiya  Mavi  Axın  kəməri  vasitəsilə  həm  də  Türkiyədən 
keçməklə  Avropaya  qaz  ixrac  edir.  Gərginləşmədən  sonra  Türk 
Axını layihəsinin yarımçıq qalacağı haqqında söhbətlər olsa da, 17 
dekabrda  V.Putin  keçən  ilin  yekunları  üçün  keçirilmiş toplantıda 
ölkənin maraqları naminə heç bir layihədən vaz geçmək niyyətin-
də olmadıqlarını dilə gətirmişdir. Türkiyə də öz növbəsində alter-
nativ variantlar haqqında fikirləşir. Belə ki, Türkiyə prezidenti Rə-
cəb Tayyib Ərdoğan 2015-ci  il 26 noyabr tarixli çıxışında Türki-
yənin Azərbaycan, İran, İraq və digər Ərəb ölkələrindən təbii qaz 
idxal etdiyini vurğulamışdır. Türkiyə prezidentinin Qətərə ziyarə-
tində Türkiyənin BOTAŞ və Qətərin Beynəlxalq Neft Şirkəti ara-
sında imzalanmış 2 dekabr 2015-ci il razılaşmasına əsasən Türki-
yə uzun müddət Qətərdən təbii qaz ixrac edəcəkdir. 
Türkiyənin Orta Asiya ölkələri ilə tranzit daşımalarında Ru-
siya  koridor  rolunu  oynayır.  Münasibətlərdə  yaranmış  soyuqluq 
Türkiyəni  bu  mövzuda  da  alternativlər  haqqında  fikirləşməyə 
məcbur  edir.  Bu  sahədə  ən  optimal  variant  Azərbaycandan  keç-
məklə Xəzər dənizi üzərindən üzən gəmilərlə çatdırılma ola bilər. 
Bu  zaman  Bakı  önəmli  tranzit  nöqtəsi  olacaqdır.  Azərbaycan  isə 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə