Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
162
 
Hətta  dövlət  başçısı  olduqdan  sonra  Çankayada  10  min  cilddən 
çox kitaba malik kitabxana yaratmışdır.  
Ulu  Öndərin  türk  tarixində  mühüm  yer  tutmasının  başlıca 
səbəbi vətəni xilas edən milli qəhrəman olmasıdır. 
XX  əsr  türk  dünyası  tarixində  ən  mühüm  hadisələrdən  biri 
Osmanlı imperiyasının yerində Türkiyə Cümhuriyyətinin  yaradıl-
ması  idi.  1914-1918-ci  illərdə  I  Dünya  müharibəsində  Osmanlı 
imperiyası məğlub oldu. 1918-ci il oktyabrın 30-da Mondros lima-
nında “Ağamennon” adlı ingilis kreyserində barışıq bağlandı, fak-
tiki olaraq Osmanlı imperiyasının varlığına son qoyuldu. Barışıq-
dan sonra İngiltərə, Fransa, Yunanıstan və İtaliya Türkiyə ərazilə-
rinə qoşun çıxardılar. 
Ölkənin  bölüşdürülməsi  təhlükəsi  milli-azadlıq  hərəkatının 
yüksəlişinə  səbəb  oldu.  Hərəkata  Mustafa  Kamal  paşa  rəhbərlik 
edirdi. O, “dağınıq hüquqları müdafiə cəmiyyətlərinin” hərəkətlə-
rini  əlaqələndirməyə  çalışırdı.  1918-cu  ildə  cəmiyyətlərin  rəhbər 
mərkəzi olan Nümayəndələr komitəsi təşkil edildi. Mustafa Kamal 
komitənin sədri seçildi, Türkiyədə yeni inqilabi hökumətin rüşey-
mi yarandı. 
İngilis işğal hakimiyyət orqanları türk deputatlarının fəaliy-
yətini  məqbul  saymadılar  və  1920-ci  ildə  İstanbul  rəsmən  işğal 
edib, parlamenti qovdular. Mustafa Kamal Paşa parlament işçiləri-
ni Ankarada toplaşan Türkiyə Böyük Millət Məclisinin işində işti-
rak etməyə çağırdı və 1920-ci il aprelin 23-də Məclis toplandı. 
Müttəfiqlərə qarşı mübarizə davam edirdi və 1920-ci illərin 
əvvəllərində döyüşlərdə türk qoşunları Mustafa Kamalın rəhbərli-
yi ilə qələbə qazandılar. Bu münasibətlə TBMM Mustafa Kamala 
Marşal-müşir rütbəsi və Qazi adını verdi. 
1923-cü il 24 iyul Lozanna müqaviləsinə görə Türkiyə döv-
lətinin  istiqlaliyyəti  bütün  dünya  tərəfindən  təsdiq  edildi  və  sər-
hədlər  müəyyənləşdirildi.  1923-cü  il  oktyabrın  29-da  respublika 
elan olundu. Sonra ilk Respublika prezidenti M.K.Atatürk seçildi. 
“Milli  mübarizənin  I  mərhələsi  qurtardı.  İndi  II  mərhələsi 
başlayır”  deyən  Atatürk  yeni  yaranmış  Cümhuriyyətin  möhkəm-
lənməsi  yönümündə islahatlara başlayır. Atatürk deyirdi: “Bu ge-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
163
 
niş  ölkəni  çiçəklənən hala  gətirmək lazımdır. Bu xalq  zəngin  ol-
mağa  məcburdur.  Ölkə  çiçəklənməzsə,  sizə  yaşamaq  imkanları 
haqqında kim danışsa, inanmayın”. 
1927-ci ildə “sənayenin təşviqi” qanunu qəbul edildi. Bu qa-
nunla sənaye hərəkatı böyük miqyasda təşviq edildi. Hər cür səna-
ye sahəsi inkişaf etdirildi. Atatürkün islahatları nəticəsində “Avro-
panın xəstə adamı” adlandırılan Türkiyə öncül mövqeyə keçdi 
1934-cü ildə  “soyad qanunu”  qəbul  edildi.  Bu qanunun qə-
bulundan  sonra  türk  inqilabının  banisi  Mustafa  Kamala  Atatürk 
soyadı verildi. 
Atatürkün milli mübarizədə əldə etdiyi qeyri-adi uğurlar di-
gər əsarət altında inləyən xalqları da ayağa qaldırmış, milli istiqlal 
hərəkatlarına  stimul  vermişdi.  Atatürk  hələ  1922-ci  ilin  iyulunda 
Milli Mücadilənin məzlum millətlər üçün daşıdığı mənanı belə ifa-
də edirdi: “Türkiyənin bugünki mücadiləsi yalnız öz adından və öz 
hesabına  olsaydı,  bəlkə  də  daha  qısa  olar,  daha  az  qan  tökülər  və 
daha  tez  başa  çatardı.  Türkiyə  böyük  bir  mübarizə  aparır.  Çünki 
müdafiə etdiyi bütün məzlum millətlərin haqqı, Şərqin davasıdır”. 
Təsadüfi deyil ki, 1927-ci ildə Misirdə nəşr olunan jurnallar-
dan birinin dünyada ən böyük vətənpərvərin kim olduğunu müəy-
yənləşdirmək  üçün  keçirdiyi  sorğuda  Mustafa  Kamal  birinci  ol-
muşdu. Hətta V.İ.Lenin Atatürkün başçılığı ilə aparılan azadlıq hə-
rəkatını  yüksək  qiymətləndirmiş  və  sovet  dövlətinin  Türkiyədə  ilk 
səfiri Aralov ilə söhbətində demişdi: “Əlbəttə, Mustafa Kamal paşa 
sosialist deyildir, ancaq görünür ki, yaxşı təşkilatçı, istedadlı sərkər-
də, ağıllı dövlət xadimidir. O, qəsbkarlar ilə azadlıq mübarizəsi apa-
rır və mən əminəm ki, o, imperialistlərin qürurunu sındıracaq, sulta-
nı bütün quldur dəstəsi ilə birlikdə darmadağın edəcəkdir”. 
ƏDƏBIYYAT 
1. Abdurrahman ÇAYCI. Gazi Mustafa Kemal Atatürk. Ankara, 
2002. 
2. Feridun ERGIN. K.Atatürk. İstanbul, 1984. 
3. Hamza EROĞLU. Atatürk ve Cumhuriyet. Ankara, 1989. 
4. HACIYEVA A. 20-ci illərin siyasi tarixinin bəzi məsələləri
Bakı, 1997. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
164
 
5. Natiq MƏMMƏDLI. Atatürk bizimlə. Bakı, 2006. 
6. Utkan QOCATÜRK. Atatürk. Bakı, 1993. 
7. Utkan QOCATÜRK. Atatürkün fikir ve düşünceleri. Ankara, 
1984. 
______________________ 
 
Fəridə ƏKBƏRLİ 
Milli Aviasiya Akademiyası, 
İqtisadiyyat və hüquq fakultəsi,I kurs tələbəsi 
E-mail:farida-022@mail.ru 
M.K.ATATÜRK DÖNƏMİ TÜRKİYƏ CUMHURİYYƏTİ 
(1923-1938) 
Elmi rəhbər: Ellada KƏRIMOVA 
tarix elmləri üzrə fəlsəfə doktoru
Milli Aviasiya Akademiyasının baş müəllimi 
Açar sözlər: Osmanlının süqutu, azadlıq inqilabı, Atatürk, Türkiyə 
Cumhuriyyəti, sənaye, dövlət, siyasət 
Birinci  Dünya  müharibəsinin  nəticələri  Osmanlı  imperiyası 
üçün fəlakətli olmuşdu. O, müharibə nəticəsində dağılmış imperi-
yalardan biri oldu. Onun torpaqları digər dövlətlər arasında bölüş-
dürüldü.  Müharibədə  qalib  çıxan  Antanta  dövlətləri,  xüsusən  İn-
giltərə,  Fransa,  İtaliya  və  Yunanıstan  Türkiyəni  bir  dövlət  kimi 
ləğv  etmək  niyyətində  idilər.  İzmir  və  onun  ətraf  rayonları  "bəx-
şiş" olaraq Yunanıstana verildi. 1919-cu ilin aprelinə kimi ingilis 
qoşunları Kilikiyanı, fransızlarla birlikdə isə Şərqi Frakiya və Qa-
ra dəniz boğazları bölgəsini işğal etdilər.
 
Türkiyə  qarşısında  "ölüm"  ya  "olum"  məsələsi  durmuşdu. 
Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğ-
runda  milli-azadlıq  hərəkatına  başladı.  Ona  gənc  zabit  Mustafa 
Kamal Paşa rəhbərlik edirdi. 
Atatürk Qazi Mustafa Kamal (1881-1938) görkəmli dövlət, 
siyasi və hərbi xadim, Türkiyə Respublikasının banisi və ilk prezi-
dentidir (1923-1938). Atatürk təxəllüsü ona 1934-cü ildə Türkiyə 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə