55
• I mərhələ •
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından əsrin ortalarına qədər
•
1
İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb görüşmək üçün icazə aldım. Ən
əziz sovqatı, anaların verdiyi bağlamanı səhra xəstəxanasına gedən maşınların birinə atdım.
Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzinirdi. Yarası qolundan idi,
həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir
bayram
oldu. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə
söhbət üçün məni kənara çəkdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklərimin
hamısını nağıl etdim. Bıçağı çıxarıb bağlamanı açmaq istədim.
Nəsrəddin mane oldu:
– Qoymaram, – dedi.
– Yeməli şeydir, xarab ola bilər.
– Lətifsiz açmayacaqsan.
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.
– Elə isə dur, – dedi, – dur, onun yanına gedək.
Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub orduya gəl-
mişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, böyük komandir imiş.
Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz
əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi.
Mən həkimi “yumşaltmağı” boynuma aldım. Gözlədim. O, otağından çıxanda rəsmi
vəziyyət alıb məqsədimizi söylədim.
– Sabah nahardan sonra yarım saat gedə bilər, – deyə o, icazə verdi.
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal
tapmadım. Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı. Rəngi-rufu
qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də qəhərləndirdi. Narahat etməyim
deyə tez durdum. Bağlamanı onun yanına qoyub çıxdım.
Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə anaların bağlaması
gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Lakin açıl-
madı. Ancaq Lətif gələndən sonra üç səmimi yoldaş oturub sovqatı açdıq. Burada albuxara,
kişmiş, fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli şeylərin altında adama bir
əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.
Əlcəkləri əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi: “Bir oturun, bir
gəzin, bir vuruşun!”
– Uşaqlar, – dedim, – bu əlcəklərdə analarımızın mehribanlıq istisi, vətənimizin dostluq
sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə, yanımızda olduq-
larını hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də,
qələbəyə də aparacaqdır.
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:
– Bir gəzək, bir vuruşaq!
– Qoyun, – dedim, – analarımızın
surəti gözümüzün önündə, səsi qulağımızda, əli ürəyi-
mizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib
sağaltsınlar. Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin,
arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın.
•••
V
•••
56
1. Əsərin ilk iki parçasını oxuyun. Bunu fərqli yollarla (fərdi səssiz oxu, səsli oxunun izlənilməsi,
fasilələrlə oxu, proqnozlaşdırılmış oxu və s.) həyata keçirə bilərsiniz.
2. Mətnin kənarındakı suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın.
3. Qənaətləriniz yaxın və ya oxşar olduğu yoldaşlarınızla birləşib kiçik qruplar yaradın, fikirlərinizi
ümumiləşdirib təqdimata hazırlaşın.
4. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
5. Hekayədən oxuduğunuz parçanı bitkin hissələrə ayırın, birinin məzmununu tərtib etdiyiniz plan
əsasında yaradıcı danışın.
a) Əsərin davamını (3–5-ci parçaları) evdə oxuyun.
b) Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin.
2. Parta yoldaşınızla birlikdə həmin parçaların məzmununa aid suallar və onlara cavab hazırlayın.
3. Kiçik qruplarda birləşərək cavabları dəqiqləşdirin və ümumiləşdirin.
4. Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
• Bilik və bacarıqlarınızı tətbiq edin.
5. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət yazın.
6. Hekayədən seçdiyiniz cümlələrə bədii təsvir və ifadə vasitələri artırın. Cədvəldən istifadə edin.
Hekayədən seçilmiş
cümlələr
Əlavə edilən bədii
təsvir və ifadə vasitələri
Epitet Təşbeh
Metafor
Metonimiya
Bədii sual
Mübaliğə
• Kitabxanadan, internetdən topladığınız məlumat əsasında “Mir Cəlalın müharibəyə həsr etdiyi heka-
yələr” mövzusunda məruzə hazırlayın.
• Əsərin təhlilinə hazırlaşın.
1. Mətni oxuyun.
Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın.
İkinci Dünya müharibəsinin ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri ve-
rilməsə də, oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır.
Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər
xatirələrində mövcuddur: “Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən
xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi”. Müharibə isə gerçək və
amansızdır: “Güman
edirdim ki, bu atılan güllələrdən biri də mənəm,
gurultunu qoparan da mənəm, gün-
düzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm”. Dinc həyatın, əziz xatirələrin,
müqəddəs hislərin qorunması istəyi hekayənin mahiyyətini, mənasını təşkil edir.
Əsərin oxunaqlı və təsirli olmasının bir mühüm səbəbi bədiiliyin imkanlarından məharətlə istifadə
olunmasıdır. Bu ustalıq bədii təsvir və ifadə vasitələrinin (“hissiz sükut”, “məgər xəyal onları gətirib
yetirə bilərmi?” və s.) işlənməsində özünü daha qabarıq büruzə verir. Əsərin üzərində müşahidələrinizi
davam etdirin, mətnaltı mənalara diqqət yetirməklə yazıçının niyyətini, hekayənin bədiiliyini təmin
edən vasitələri aşkara çıxarmağa çalışın.
I d ə r s
M ə z m u n ü z r ə i ş
E v d ə i ş
I I d ə r s
M ə z m u n ü z r ə i ş
“Vətən yaraları” hekayədir, çünki...
E v d ə i ş
I I I d ə r s
T ə h l i l ü z r ə i ş