____________________________________________
129
munist partiyasında ən böyük dissidentlərdən biri mən olmuşam.
Heç də təsadüfi deyil ki, kommunist partiyasına o qədər xidmət
edən bir adam - yəni mən, həqiqətən kommunist partiyasına
xidmət etmişəm - 1990-cı ilin yanvar hadisələrindən sonra
kommunist partiyasını tərk etmişəm. Azərbaycanda bunu
etməyə adi adamların cəsarəti çatmadı. Amma mən böyük
çətinliklər içərisində və böyük təhlükə altında kommunsit
partiyasını tərk etdim. Mən adicə tərk etmədim, mənim bu
barədə bəyanatım qəzetlərdə dərc olunub, oxumusunuz. Mən
ittiham verdim, bildirdim ki, niyə görə kommunist partiyasını
tərk edirəm.
Ümumiyyətlə, mən nə etmişəmsə, hamısını şüurlu etmişəm.
Heç bir şeyi şüursuz etməmişəm. Bütün keçmişimə, həyatıma
görə, bütün gördüyüm işlərə görə də heyfsilənmirəm. Hesab
edirəm ki, hamısını xalqın naminə, millətin naminə və doğma
Azərbaycanın naminə etmişəm.
Mənim bu gün sizə müraciətim ondan ibarətdir ki, çox sağ
olun ki, indiyədək xalqımızı vətənpərvər etmisiniz, millətini
sevən etmisiniz, millətinin qayğısına qalan etmisiniz.
Xalqımızın əksəriyyəti belədir. Ancaq bu proses davam
etməlidir. Xalqımızı daha da vətənpərvər etmək lazımdır.
Bilirsiniz, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin
işğal edilməsinə dözə bilmirəm. Dözə bilmirəm ki, Azərbaycan
əsgəri erməni əsgərindən gücsüz olubdur, geri çəkilibdir. Bu,
daim mənə əzab verir. Nə üçün, nəyə görə? Bizim xalqımız
ermənilərdən zəifmi xalqdır? Və yaxud respublikarnız
Ermənistan Respublikasından kiçikdirmi? Doğrudur, bunun
başqa səbəbləri var. Mən bunu dəfələrlə demişəm.
Moskva Ermənistana həmişə kömək edibdir, təəssüflər olsun
ki, bu gün də kömək edir. Buna baxmayaraq, bizim xalqımız
qadirdir ki, bir qarış torpağımızı da Ermənistana verməsin. Biz
buna qadirik. Olan olub, keçən keçib. Amma indi gərək biz
ordumuzu möhkəmləndirək. Ona görə yox ki,
____________________________________________
130
biz müharibə etmək istəyirik. Mənim siyasətim bölgədə sülh
yaratmaqdır, həmçinin Ermənistanla da sülh, qonşuluq əlaqələri
yaratmaqdır. Kim bunu nə cür qiymətləndirir, qoy
qiymətləndirsin. Bu, mənim siyasətimdir. Bir müstəqil dövlət
kimi Azərbaycanın gərək güclü ordusu olsun. Ona görə ki, əgər
kimsə yenidən Azərbaycan torpağına hücum etmək istəsə, onun
qarşısını ala bilək, biz keçmiş vəziyyətə düşməyək. Onun üçün
də biz gənclərimizi daha da çox vətənpərvərlik hissiyyatları ilə
tərbiyələndirməliyik. Siz gərək ordumuzla yaxın əlaqədə
olasınız. Burada kimsə sizi ittiham etdi ki, cəbhəyə getmisiniz,
şəhid olmusunuz, ya yox? Şairin şəhid olması lazım deyil.
Amma şairin daim ordunun içərisində olması, əsgərlərlə görüşüb
söhbət aparması, onlara vətənin nə demək olduğunu, torpağın nə
demək olduğunu, müstəqilliyin nə demək oldbuğunu anlatması
çox vacibdir. Bir var ki, bunu əsgərə komandir desin və yaxud
məndən eşidə, bir də var ki, hörmətli şair, yazıçı gedib öz bədii
fikri, sözü ilə onu anlatsın ki, sən müstəqil Azərbaycanın
keşiyindəsən.
Gənclərimizin düzgün tərbiyə olunması və Azərbaycana,
müstəqilliyimizə
sədaqət, hesab edirəm ki, sizin
yaradıcılığınızın əsas mövzusu olmalıdır. Bu mövzu heç vaxt
köhnəlmir. Bu, elə bir mövzudur ki, heç vaxt tükənmir. Çünki
biz nə qədər yaşayırıq, o qədər də gərək müstəqilliyimizi
möhkəmləndirək. Mən bir daha deyirəm: XX əsrin sonunda
Azərbaycan xalqının dövlət müsiəqilliyini əldə etməsi tarixi
nailiyyətdir, əvəzsiz bir töhfədir. Bizim borcumuz bunu
möhkəmləndirmək, yenilməz etmək, əbədi, dəyişməz etməkdir.
Bız müstəqilliyimizi yenidən əldən verə bilmərik. Bunu ona
görə deyirəm ki, bizim müstəqilliyimizə göz dikənlər var. Bunu
ona görə deyirəm ki, Azərbaycan təbii sərvətlərinə görə, coğrafi
vəziyyətinə görə çox dairələrin maraq mərkəzinə dönübdür. Ona
görə də dövlətimizi möhkəm qurmaq, ölkəmizi qorumaq,
____________________________________________
131
saxlamaq, hər bir vətəndaşı vətənə sadiq etmək bizim
borcumuzdur.
Mən oktyabrın əvvəllərində təklif verdim. Mənim
təşəbbüsümlə Milli Məclis oktyabr ayının 17-də "Amnistiya
haqqında" böyük bir qərar qəbul etdi. Bu qanun hərbi cinayət
etmiş, ordudan fərarilik etmiş və yaxud başqa cinayətlər etmiş
gənclər haqqındadır. Bu qərar ilə 7 min adam - onların
əksəriyyəti gəncdir - cəzadan azad olunacaqdır. 1700 nəfəri
hazırda cəza yerlərindədir. Onlar azad ediləcəkdir. 1300 nəfərin
işi məhkəmədədir - onların işləri xətm ediləcək, azad
olunacaqlar. 3000 nəfər fərarilik etdiklərinə görə axtarışdadır.
100 nəfəri isə yoxlamadadır. Beləliklə, onlar cəzadan azad
ediləcəklər. Buraya gələrkən məlumat aldım ki, artıq 460 nəfər
azad olunubdur. Bundan əlavə, 30 min gənc 1991-ci ildən
başlayaraq ordunu tərk edibdir. Yəqin indi haralardasa
gizlənirlər. Onların haqqında cinayət işi başlanmayıbdır. Ancaq
bizim hərbi hissələrdə qeydiyyatda var ki, bu sayda adam
ordunu tərk edibdir. İndi araşdırma gedəndə onlar da cəzadan
azad olunacaqlar. Beləliklə, 37 min adam həmin əfv qərarı ilə
cəzalardan xilas oldu. Onların demək olar ki, əksəriyyəti
gənclərdir, əksəriyyəti ordudan fərarilik etmiş adamlardır.
Mən nə üçün belə bir təşəbbüs etdim? Bir tərəfdən, bunlar
cinayət ediblər, ordunu, səngəri tərk ediblər, öz vətəndaşlıq
borclarından yayınıblar, qaçıblar.
Demək, cinayət ediblər. Amma mən təklif verdim və onları
əfv etdim. Onu nəzərə aldım ki, həmin illər Aərbaycanda o
qədər özbaşınalıq olubdur, o qədər qanunsuzluq olubdur, o
qədər ədalətsizlik olubdur ki, bəlkə də bunların bir çoxu elə bir
şəraitdə belə bir cənayət yoluna gedibdir.
İndi biz artıq sülh şəraitində yaşayırıq. Bu qədər adamları
həbsxanada saxlamaq və yaxud 30 min nəfəri - indi onların
yerləri məlum deyil, orda-burda gizlənirlər - belə bir şəraitdə
Dostları ilə paylaş: |