____________________________________________
120
ilin əvvəlində artıq Qarabağ münaqişəsi başlanmışdı. Demək,
hətta daim Enmənistana havadarlıq, himayəçilik edən Sovet
İttifaqı rəhbərliyi və şəxsən Qorbaçov 1989-cu ildə elə bir
məcburiyyətə gəldi ki, Ermənistanda əhalidə olan qeyri-qanuni
silahların yığılması barədə fərman verdi. Gərək onda burada
hamı ayılaydı ki, Ermənistan nə üçün bu qədər silah əldə
edibdir. Ancaq burada insanlar ayılmadılar, onun qarşısını almaq
üçün lazımi qüvvə toplamadılar. Amma bunu etmək olardı.
Doğrudur, Qorbaçovun fərmanı yerinə yetirilmədi, Ermə-
nistanın əhalisi öz silahlarını əlindən vermədi, bunlar hamısı
Azərbaycanın torpaqlarının zəbt edilməsində istifadə olundu.
Bunlar hamısı keçmişdə buraxılmış bağışlanmaz səhvlərdir.
Azərbaycanın torpaqları bunların nəticəsində işğal olundu.
20 Yanvar faciəsi. 20 Yanvar Azərbaycanın tarixində ən
dəhşətli faciədir. Bunu Azərbaycana qarşı etdilər, o vaxtkı sovet
hakimiyyəti bunu başqa heç bir xalqa qarşı etmədı. Bunu etdi ki,
Azərbaycanın iradəsini qırsın və təəssüflər olsun ki, çoxlarının
da iradəsi qırıldı. Beləliklə, Azərbaycan torpaqlarını müdafiə
etmək mümkün olmadı. Daxildə gedən ictimai-siyasi proseslər,
hakimiyyət mübarizəsi, çəkişmələr, vuruşmalar - bunlar hamısı
imkan verdi ki, Azərbaycanın torpaqları işğal edilsin.
Bəxtiyar Vahabzadə: Sözünüzü kəsdiyimə görə üzr
istəyirəm, Heydər müəllim. O vaxt əmr çıxdı ki, Azərbaycanda
ov, quş tüfəngləri də yığılsın.
Heydər Əliyev: Bəli, doğru deyirsiniz. İş bundadır ki,
bizimkilər ov tüfənglərini yığdılar, amma ermənilər böyük-
böyük silahları yığmadılar. İş də bundadır.
Bilirsiniz, yanvar hadisələri haqqında danışanda həmişə
mənim əsəblərim çox coşur və rahat danışa bilmirəm. Çünki bu,
xalqımıza qarşı elə bir dəhşətli cinayət idi ki, bunu heç vaxt
unutmaq olmaz, heç vazt unutmamalıyıq. O vaxt bizim dövlət
____________________________________________
121
adamları bunun əleyhinə çıxmadılar, bu barədə öz sözlərini deyə
bilmədilər, üstünü örtüb basdırmağa çalışdılar. Ancaq siz -
ədəbiyyat adamları və xüsusən yenə də Bəxtiyar Vahabzadə,
Xəlil Rza kimi insanlar o təcavüzün qarşısına çıxdılar.
Yenə də gəlin açıq danışaq, bir halda ki, mən bu mövzuya
toxundum, bunu deməyə bilmirəm. Bizim xalqımız yenə də
ardıcıl olmadı. Bir müddətdən sonra bizdə ehtiraslar soyudu.
(yerdən səs: gözləri qorxdu). Bəli, amma gərək qorxmayaydı.
Bəli, Xəlil Rzanı da tutdular, başqalarını da tutdular. Nə olsun
tutdular? Tutulmaq da olar, qurban da getmək olar. Amma gərək
xalqın naminə iradəni itirməyəsən.
Mən bunu bir dəfə demişəm, bir də deyirəm. Ondan bir il
öncə, 1989-cu ildə Tbilisidə bir hadisə olmuşdu - meydanda on
beş nəfər adam həlak olmuşdu. O vaxt Gürcüstanın qabaqcıl
insanları, o cümlədən mədəniyyət xadimləri Ali Sovetin
sessiyasında Qorbaçovu məcbur etdilər ki, gürcü xalqından üzr
istəsin. Amma bizim xalqımızdan üzr istəmədilər. Əksinə,
çalışdılar ki, bu hadisənin üstünü basdırsınlar və basdırdılar.
Bunlar hamısı faciələrə gətirib çıxardı.
Nəhayət, 1993-cü ildə, 1994-cü ilin əvvəlində torpaqlarımızın
müdafiəsi üçün bizim qızğın döyüşlərimiz getdi. Ancaq o vaxt
biz belə fikrə gəldik ki, atəşi dayandırmaq daha düzgündür,
nəinki bu müharibəni davam etdirmək. Üç il beş aydır ki, atəş
yoxdur, sülhdür. Yəni atəşkəsdir, tamam sülh yoxdur. Hesab
edirəm ki, bu, müharibədən qat-qat yaxşıdır.
Ancaq bu o demək deyil ki, biz yaranmış vəziyyətlə
razılaşmışıq, yox. Biz danışıqlar aparırıq və sizə məlumdur ki,
son addımlarımız da çox uğurlu olmuşdur. Xüsusən 1996-cı ılin
dekabrında ATƏT-in Lissabon zirvə görüşündə bir çox uğurlu
nəticə
əldə etdik: ilk dəfə Ermənistan-Azərbaycan
rnünaqişəsinin sülh yolu ilə həll edilməsinin prinsipləri qəbul
olundu. Ondan sonrakı proseslər, hesab edirəm, müsbət
istiqamətdə gedir. Minsk qrupunun həmsədrləri - Rusiya,
____________________________________________
122
Amerika, Fransa yeni təkliflər veriblər. Son təklif məsələnin iki
mərhələdə həll olunmasıdır. Yəni, birinci mərhələdə Dağlıq
Qarabağ ətrafında zəbt olunmuş altı rayonun işğalçı qüvvələrdən
azad edilməsi, ikinci mərhələdə Laçın, Şuşa rayonlarının işğalçı
qüvvlərdən azad olunması və bununla bərabər Dağlıq Qarabağın
statusunun müəyyən edilməsi.
Biz bu təkliflərə razılıq vermişik. Ermənistanın rəhbərliyi də
buna razılıq veribdir. Bildirmək istəyirəm ki, indiyə qədər
Ermənistan rəhbərliyi belə təkliflərin heç birinə razılıq vermirdi.
Bilirsiniz, 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə
bizim apardığımız çox gərgin işlərin nəticəsində Lissabon
bəyanatı qəbul olunandan sonra Ermənistan prezidenti bəyanat
verdi ki, o, qəbul edilən sənədlə razı deyil, Dağlıq Qarabağ heç
vaxt Azərbaycanın tərkibində ola bilməz. Bir çox sözlər dedi ki,
guya Dağlıq Qarabağ soyqırımı təhlükəsi altında olacaq və
Dağlıq Qarabağ mütləq müstəqil olmalıdır. Amma bir neçə ay
keçəndən sonra - indi Ermənistanın rəhbərliyi bu təklifə razılıq
veribdir.
Biz bunu indiki mərhələdə münasib təklif hesab edirik və bu
sahədə danışıqlar aparacağıq. Doğrudur, bu danışıqlar da çətin
olacaq. Çünki prinsip etibarilə onlar da razılıq veriblər, biz də
razılıq vermişik. Ortada Dağlıq Qarabağın adamları var, onlar
bununla tam razı deyillər. Müzakirə zamanı həm onlar, həm də
biz tərəfdən ayrı-ayrı məsələlər meydana çıxacaqdır. Bu, o qədər
asan, hamar keçməyəcəkdir. Ancaq hesab edirəm ki, bu,
məsələnin sülh yolu ilə həlli üçün ən münasib yoldur və biz bu
yolla getməliyik.
Bu yolla getməkdə də artıq dünya dövlətlərinin dəstəyini
almışıq. Bilirsiniz ki, bu son dörd il içərisində Azərbaycanın
dünya miqyasında mövqeləri tamamilə dəyişibdir. Yəqin
mətbuatdan, televiziya verilişlərindən bunu görürsünüz.
Məsələn, Ermənistana həmişə çox sıx münasibət göstərən
Fransa hökuməti və onun prezidenti Minsk qrupunun
Dostları ilə paylaş: |