____________________________________________
117
mum yerli adamlar işləsin və yerli adamlar da işləyirlər. Əgər
indi bu şirkətlərdə 15 min azərbaycanlı işləyirsə, onların hər biri
bizim başqa yerlərdə olan maaşa nistəbən yüksək maaş alırsa,
bu, insanların həyat səviyyəsini nə qədər artırır.
Bilirsiniz ki, neft müqavilələri imzalamışıq. Üç il bundan
öncə birinci neft müqaviləsini imzalayanda bəziləri buna
inanmırdı, bəziləri qısqanclıq göstərirdi, bəziləri də açıq şəkildə
bunun əleyhinə çıxırdı. Bizim o müqaviləmizi, demək olar,
blokadaya almaq istədilər, - ala bilmədilər. İstədilər onun
qarşısını arsınlar, - ala bilmədilər. Biz işimizi gördük və
nəhayət, indi həmin o müqavilə nəticəsində neft hasil olub və
noyabrın 12-də biz "Çıraq" yatağından ilk neftin hasilatını
böyük mərasim, təntənə ilə qeyd edəcəyik. Mən bütün şirkətlərə,
dövlət başçılarına dəvətnamə göndərmişəm, onları dəvət
etmişəm.
Əgər üç il bundan qabaq Azərbaycanda bir müqavilə
imzalandısa, indi 10 müqavilə imzalanıbdır. Ondan sonra üç il
müddətində 9 müqavilə imzalanıbdır. 10 müqavilənin təxmini
kapital qoyuluşu, yəni sərmayə qoyuluşu, dəyəri 30 milyard
dollardır. Təsəvvür edin, əgər 30 milyard sərmayə qoyulacaqsa,
ondan neçə qat artıq gəlir götürüləcəkdir. Bunlar hamısı
Azərbaycanın gələcəyi üçündür. Şübhə etmirəm ki, biz bu
addımlarımızla Azərbaycanın gələcəyini də təmin edəcəyik.
İlk müqavilənin həyata keçirilməsi təkcə neftin çıxarılması
demək deyildir. "Çıraq" yatağından Səngəçal terminalına 179
kilometrlik neft kəməri çəkmişik. Səngəçalda böyük terminal
tikmişik, bütün o yataqlardan çıxan nefti oraya gətirib başqa neft
kəmərləri ilə ixrac etmək olar. 1996-cı ilin yanvarında Rusiya ilə
imzaladığımız saziş həyata keçirilib və şimal istiqamətində neft
kəməri işə başlayıbdır. Biz bu neft kəməri Qara dənizin
Novorossiysk limanına gündə 2500 ton neft ixrac edirik.
Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına 860
kilometr uzunluğunda neft kəməri çəkirik, gələn ilin oktyabrında
hazır olacaqdır. Bunlar hamısı bir neçə ildən
____________________________________________
118
sonra başqa yataqlardan çıxan neftin dünya bazarlarına
çıxarılmasını təmin edəcəkdir. Təkcə bizim sektorda yox, hesab
edirəm ki, Qazaxıstandan çıxan neftin də, güman edirəm,
gələcəkdə Türkmənistandan çıxan neftin də dünya bazarlarına
ixrac olunmasının ən əlverişli yolu Azərbaycan üzərindən
Avropaya, Türkiyəyə gedən neft kəmərləri olacaqdır.
İqtisadiyyatımızın bugünkü gercəkliyi bunlardır.
Bununla yanaşı olaraq, iqtisadiyyatımızda çox ciddi
dəyişikliklər əmələ gətirən bir tədbir də ondan ibarətdir ki, biz -
Azərbaycan Gürcüstan, Mərkəzi Asiya dövlətləri ilə birlikdə
Asiya-Avropa nəqliyyat dəhlizi yaratmışıq. İndi Mərkəzi
Asiyadan Avropaya gedən yüklərin bir qismi, gələcəkdə isə çox
hissəsi bu yolla gedəcəkdir. Yəni Mərkəzi Asiyadan
Türkmənistanın Türkmənbaşı limanına, oradan Xəzər dənizi
vasitəsilə gəmi-bərələrlə Bakı limanına, buradan dəmir yolu
vasitəsilə Gürcüstanın Poti limanına, oradan da Qara dəniz
vasitəsilə Avropanın bir çox ölkələrinə gedəcəkdir. Gələcəkdə
Qazaxıstandan Xəzər dənizinin dibi ilə Bakıya yeni bir neft
kəməri çəkilməsi də nəzərdə tutulubdur. Bunlar hamısı
Azərbaycanın öz təbii sərvətlərindən istifadə olunması ilə
yanaşı, Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən böyük bir
bölgəyə çeviribdir. Buradan gedən nəqliyyat yolları, həm boru
xətləri -neft və qaz kəmərləri, şübhəsiz ki, Azərbaycanın
iqtisadiyyatına çox böyük müsbət təsir göstərəcəkdir.
Bizim iqtisadi islahatlarımız və gördüyümüz dünya miqyaslı
qlobal işlərimiz bir neçə vaxtdan, qısa müddətdən sonra
iqtisadiyyatımıza böyük dəyişikliklər gətirəcəkdir. Onda bizim
ədəbiyyata, mədəniyyətə olan qayğımızı da artırmaga imkanımız
olacaqdır. Ancaq yenə də deyirəm, indiki mövcu şəraitdə də
əlimizdə olan imkanlardan istifadə edəcəyik.
Burada fondun yaranması haqqında da fıkir söyləndi. Mən
bunu görüşdə də dedim. Bir neçə ildir belə təkliflər alıram ki,
____________________________________________
119
bir fond yaransın - "Heydər Əliyev fondu" - və bu fonddan
mədəniyyətin, istedadlı adamların, ədəbiyyatın inkişafına və
başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürənı
ki, doğrudan da belə bir fondun yaranması zəruriyyəti gəlib
çatıbdır, baxmayaraq ki, bir neçə ildir bu söhbət gedir. Sizinlə
görüşlərdən sonra mən yəqin ki, bu fondun yaranması haqqında
də qərar qəbul edəcəyəm. Əgər bunu edə bilsəm, onda, şübhəsiz
ki, bu mənbədən də sizə yardımlar, kömək etmək imkanı
olacaqdır.
Ancaq bunlarla yanaşı, bizim ən əsas vəzifəmiz, ən ümdə
borcumuz Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək,
ərazi bütövlüyünü bərpa etmək və yerindən-yurdundan didərgin
düşmüş bir milyona qədər Azərbaycan vətəndaşını öz evinə,
yurduna qaytarmaqdır.
Bu sahədə görülən işlər sizə məlumdur. Biz mətbuat,
televiziya vasitəsilə bunları ictimaiyyətə, o cümlədən sizlərə
çatdırırıq, bunu bilirsiniz. Ancaq bu görüşdən istifadə edərək
onu demək istəyirəm ki, birincisi, məmnunam ki, siz atəşin
dayandırılması haqqında qəbul etdiyimiz qərarı bəyəndiniz və
bunu bəyəndiyinizi bu gün də bildirirsiniz. Bu, bizim üçün çox
vacibdir.
1988-ci ildən Azərbaycana təcavüz başlanmışdır. Hesab
edırəm ki, bu təcavüzün qarşısını almaq olardı. Ancaq o vaxt
bunun qarşısı alınmadı. Əgər bu təcavüzün qarşısı dövlət – o
vaxtkı Sovet İttifaqı tərəfindən alınmadısa, Azərbaycan xalqı öz
torpaqlarını qorumağa qadir bir xalqdır, ancaq bunu təşkil
etmək lazım idi. Amma o illərdə bu da təşkil olunmadı.
Xatirinizdədır, 1989-cu ildə Ermənistanda xalq silahlanmışdı.
Hətta o vaxt Sovetlər İttifaqının prezidenti Qorbaçov
Ermənistanda əhalinin tərksilah edilməsi haqqında xüsusi bir
fərmman verdi. Nə üçün Ermənistanda xalq silahlanmışdı?
Nəyə görə? Aydındır ki, burada, Azərbaycanda düşünmək lazım
ki, məhz Azərbaycana təcavüz etmək üçün. 1988-ci
Dostları ilə paylaş: |