MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə2/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   2   3   4   5   6   7   8   9   ...   157

____________________________________________ 

7

 



 

 

 



 AZƏRBAYCAN YAZIÇILAR  BİRLİYİNİN  

 

SƏDRİ ANARIN ÇIXIŞI 

 

 Hörmətli cənab Prezident! 



 Hörmətli görüş iştirakçıları! 

 

İki gündən sonra, aym 30-da Azərbaycan yazıçılarının X 



qurultayı toplaşacaq. Mən bugünkü görüşü tarixı görüş hesab 

edirəm. Ona görə ki, X qurultay olsa da, Azərbaycan yazıçıları 

ilk dəfə müstəqil Azərbaycanda öz qurultaylarına toplaşırlar və 

bu qurultayda ilk dəfə olaraq müstəqil Azərbaycanın Prezidenti 

iştirak edəcəkdir. 

Son 25 ildə, bizim V qurultaydan, yəni 1971-ci ildən 

başlayaraq, hörmətli Heydər Əliyev istisnasız olaraq yazıçıların 

bütün qurultaylarında iştirak və çıxış edibdir. Amma bu dəfə o, 

ilk dəfə olaraq müstəqil Azərbaycanın Prezidenti kimi müstəqil 

Azərbaycanın yazıçılarının qurultayında iştirak edəcək və  mən 

çox arzu edərdim ki, çıxış da eləsin. 

Cənab Prezident, qurultay ərəfəsində bizi topladığınız üçün 

Sizə  təşəkkür edirəm.  Şübhəsiz, burada fıkir mübadiləsi 

olacaqdır. Mən demək istədiklərimi, bütün fikirlərimi burada 

açıqlayıb Sizin vaxtınızı, görüş  iştirakçılarının vaxtını almaq 

istəmirəm. Çünki qurultayın açılışında çıxış edəcək, Yazıçılar 

Birliyinin fəaliyyəti haqqında orada daha ətraflı danışacağam. 

Yalnız onu demək istəyirəm ki, on ildir mən Yazıçılar 

Birliyinə  rəhbərlik edirəm. Birinci dəfə 1987-ci ildə plenumda 

birinci katib, sonra-1991-ci ildə sədr seçildim. Hər işdə olduğu 

kimi, yəqin ki, bizim işimizdə də nöqsanlar, çatışmayan cəhətlər 

də vardır. Amma birincisi, ən başlıcası onu hesab edirəm ki, 

mən və Yazıçılar Birliyinin rəhbərliyi, katibliyi, 

  



____________________________________________ 

8

ağsaqqallar  şurası  əsas bir işə nail olduq ki, Yazıçılar Birliyi 



parçalanmadı, Moskvada, başqa respublikalardakı kimi bir-biri 

ilə əmlak, fond davası, mətbuat davası üstündə parçalanmış bir 

təşkilata çevrilmədi, öz bütövlüyünü saxladı. 

İkincisi, biz jurnallarımızı saxlaya bildik. Ən çətin vaxtda

dövlətin köməyi olmayanda belə, binamızın müəyyən 

mərtəbələrini kirayə verməklə jurnallarımızı saxladıq. Son 

illərdə isə Sizin qayğınız nəticəsində jurnallarımızdan ikisi 

"Azərbaycan" və "Qobustan", "Ədəbiyyat qəzeti" dövlət 

büdcəsinə  qəbul olundu. Bununla da ədəbiyyatımızı yaşatdıq. 

Çünki nəşriyyatlarımız çox vaxt məcburən kommersiya 

qanunları ilə işləməli olur və ədəbi meyarlarla, ölçülərlə işləyən 

yeganə  nəşr forması bizim ədəbi orqanlarımız "Azərbaycan", 

"Literaturnıy Azerbaydjan", "Ulduz", "Qobustan" jurnalları  və 

"Ədəbiyyat qəzeti"dir. 

Cənab prezident, vaxtilə 30-cu illərdə belə bir absurd şüar 

vardı: "Əmək qabaqcılları-ədəbiyyata!", yəni, sən yaxşı çilingər, 

yaxşı inşaatçısansa, gərək roman, yaxud poema yazasan. Çox 

cəfəng fikir idi. Düzdür, o adamların içərisindən də istedadlılar 

çıxdı, amma şüarın özü absurd idi. İndi də elə bir dövr gəlib

belə bir şüar ortaya çıxıb ki, "Kimin pulu var-ədəbiyyata!", 

kitabını çap etdirməyə kimin pulu var, buyurub gəlsin, roman 

adı ilə cızma-qara yazsın, nə bilim nə yazsm, beləliklə də həqiqi 

yazıçılar, doğrudan da xalqın  ədəbiyyatını yaradanlar kənarda 

qalsın. 


Bu cəhətdən bizim jurnalların, qəzetin büdcəyə daxil edilməsi 

ədəbiyyatımızı, dilimizi, mədəniyyətimizi yaşadır. 

Bəzən məsələ qalxır ki, əvvəlki Yazıçılar Birliyi ilə indiki 

Yazıçılar Birliyi arasında uçurum var, ya yoxdur, əvvəl elə idi, 

indi belədir. Mən buna cavab versəm deyərdim, bəli, uçurum 

var, ona görə ki, əvvəl Yazıçılar Birliyi sovet sistemində 

yaranmış  təşkilat idi, o sistemin qanunları ilə yaşayırdı,  o  

qanunlarla imtiyazları vardı,  imtiyazlar verə 

  



____________________________________________ 

9

bilirdi. Təəssüf ki, indi bu imtiyazlar yoxdur. Sizinlə söhbətimiz 



zamanı da mən dedim ki, biz bu on il ərzində 100-dən artıq 

yazıçıya mənzil vermişik. Amma indi 15 yazıçımız növbədədir 

və sizin yardımınızla onların da mənzil  şəraiti düzəlsə, bu, 

xüsusilə cavan yazıçıların problemlərini aradan qaldıra bilər. 

Deməyə söz çoxdur, qurultayda çıxışımda da deyəcəyəm. 

Hələlik isə Sizə bir daha təşəkkür etmək istəyirəm. Başqa 

yoldaşlarımı dinləmək istəyirəm, lazım olsa axırda bir də  çıxış 

edərəm. Çox sağ olun. 



Heydər Əliyev: Şübhəsiz ki, əsas söhbət qurultayda gedəcək. 

Mən istəməzdim bizim bugünkü görüşümüz elə olsun ki, söhbət 

aparılsm, qurultaya söz qalmasın. Ona görə elə etmək lazımdır 

ki,  əsas sözlər qurultaya qalsın. Amma bu gün, sadəcə, sərbəst 

söhbətdir, fikir mübadiləsidir. Birincisi, buraya toplaşanlar 

bizim xalq şairlərimizdir, - ikincisi., hörmətli, - bəlkə  də xalq 

şairi adı almayıblar, amma alacaqlar, mən belə düşünürəm, - 

şairlərimiz,  ədəbiyyatda çox böyük xidmət göstərmiş 

insanlardır. Ona görə belə bir görüş keçirilir. Mən Anardan 

xahiş etdim ki, əgər etiraz olmasa, mümkün olsa, sabah da gənc 

yazıçılarla,  şairlərlə görüşmək istərdim. Çünki burada 

oturanların bir çoxu bir otuz il bundan qabaq gənc idilər. O 

vaxtkı yaşlılardan, deyəsən, heç kim qalmayıb, təkcə Mirvarid 

xanım buradadır. Vaxtilə Anar, Yusif, Elçin və başqaları ilə 

gənc nəslin nümayəndələri kimi görüşürdük. Mən hesab edirəm

indi də  gəncdirlər, çünki özüm də  gəncəm. Ancaq necə olur-

olsun, özümüzü nə qədər gənc hiss etsək də, yaş özünü göstərir, 

gün keçir, ay keçir, il keçir, yaş üst-üstə gəlir. 

Onu demək istəyirəm ki, sizinlə tanışam, amma gənclərin 

əksəriyyəti ilə tanış deyiləm. Bəlkə  də  bəzilərinin yazılarını 

oxumuşam, amma üz-üzə görüşməmişəm. Ona görə  də xahiş 

etmişəm ki, imkan olsa, onlarla da görüşək. 

  

 

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə