MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   10   11   12   13   14   15   16   17   ...   157

____________________________________________ 

43

  



deyil, başqaları deməlidir. Bəlkə  də onların  əksəriyyəti o 

meydanlara elə mənim adımla gedibdir. Mənə qarşı ədalətsizliyə 

etiraz edərək o meydanlara gedirdilər. Ona görə o meydanlarda 

olan hadisələri özüm üçün doğma hesab eləmişəm. Bəli, doğma 

hesab eləmişəm. 

Çox təəssüf edirəm ki, Xalq Cəbhəsində olan adamlar sonra o 

cür günahlar, o cür səhvlər etdilər. Bəlkə indi bunun yeri deyil, 

amma sən bu söhbəti saldın, mən məcburam deyəm. 1991-ci il 

sentyabrın 3-də Naxçıvanda yenə xalqın tələbi ilə meydana 

yığışdılar, iki gün tələb etdilər ki, mən Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisinə başçılıq edim. Razı olmurdum, 

məcbur oldum. İndi də hesab edirəm ki, nə yaxşı razı oldum, 

çünki Naxçıvan çox böyük fəlakət qarşısında idi. 

Mən o vəzifəyə seçilənin sabahısı günü əksər vəzifələrə Xalq 

Cəbhəsinin nümayəndələrini təyin etdim. Bunu siz bilirsiniz ki! 

Mən baş nazir təyin etdim, - Becan Fərzəliyev var, indi Xalq 

Cəbhəsində onun yeri nə  təhərdir, bilmirəm. Ancaq onu 

Naxçıvana gətirmişdilər. Xalq Cəbhəsinin üzvləri deyirdilər ki, 

Əbülfəz Elçibəyin sağ əlidir. Özü də mənim yanımdan neçə dəfə 

Əbülfəz Elçibəylə telefonla danışırdı  və  mənə verirdi, mən 

Əbülfəz Elçibəylə telefonla danışırdım. Onda hələ Mütəllibov 

hakimiyyətdə idi. Özümə iki müavini dərhal Xalq Cəbhəsindən 

təyin elədim, sən tanıyırsan - Asif Kələntərli, Qafar Məmmədov, 

Naxçıvan  şəhərinə başçı Xalq Cəbhəsindən qoydum, Şərura, 

Ordubada, Babəkə, Culfaya başçıları - hamısını Xalq 

Cəbhəsindən qoydum, nazirlər təyin etdim, hamısını etdim. 

Niyə? Mən bunu açıq deyim, - çünki o vaxtlar, kommunist 

rejimi dövründə  mənimlə  işləyən kadrların bir çoxu, nə  təhər 

deyim, dönük çıxdı. Ona görə  də  mən bu cavan adamları öz 

ətrafıma topladım, onlar da mənımlə bir müddət işlədilər, ancaq 

burada Xalq Cəbhəsi hakimıyyətə  gələndən sonra, təəssüf ki

başladılar korlanmağa. 

  

 

 




____________________________________________ 

44

 



Bu günlərdə televiziya ilə göstərirdilər, - oktyabrın 24-də 

gəldilər Naxçıvanda dövlət çevrilişi etməyə. Bilmirəm, görən 

oldu, yoxsa yox, - orada mənim bir çıxışımı göstərdilər. 

Bilmirəm, sizlərdən kimsə televizorda gördü, ya görmədi. Nə, 

gördünüz? 1992-ci il sentyabrın 28-i idi. O çıxış mənim özümün 

tamamilə yadımdan çıxmışdı. Ona baxdıqca fikirləşirdim, - 

yaxşı, o vaxt mən orada Xalq Cəbhəsini məhkum etdim. Əbülfəz 

Elçibəy burada prezident idi, onun ünvana, başqalarının 

ünvanına dedim. Orada açıqca dedim ki, mən Əbülfəz Elçibəyə 

səkkiz dəfə telefon etdim ki, Əbülfəz bəy, sən həm prezidentsən, 

həm də Xalq Cəbhəsinin sədrisən, bu adamları buradan yığışdır. 

Amma nə  qədər dedim, yığışdırmadı. Sonra gördüm ki, bunlar 

özləri təşkil ediblər. Bu mənim günahım deyil ki! 

Bu, ayrı-ayrı şəxslərə olan münasibətdir, hərəkata, o təşkilata 

yox! Amma təəssüf ki, o təşkilatı  əlinə alanlar bundan sui-

istifadə etdilər. Təəssüf ki, mən deməliyəm, bu gün də onlar 

güzgün mövqedə deyillər. Müxalifətdir, qoy olsun. Ancaq 

düzgün mövqedə deyillər.  Əgər düzgün mövqedə olsalar, indi 

Azərbaycan üçün nə lazımdır? Azərbaycanın müstəqilliyi 

lazımdır - Azərbaycanın müstəqilliyi var. Azərbaycanda 

islahatların keçirilməsi lazımdır - keçirilir. Azərbaycanda 

demokratik dövlət qurulması lazımdır - qurulur. Azərbaycanda 

iqtisadi islahatlar keçirilməlidir - keçirilir. Azərbaycanda 

iqtisadiyyat canlanır? Canlanır. Azərbaycanın  ərazi bütövlüyü 

bərpa olunmalıdır - bəli, iş görülür və bunların  əksəriyyəti göz 

qabağındadır. 

Bunlar olan halda bunları görməmək, bunları tanımamaq, 

qiymətləndirməmək  ədalətsizlikdir axı, sadəcə  ədalətsizlikdir. 

Demək, söhbət ümummilli mənafedən getmir, ayrı-ayrı 

insanların ambisiyasından, hakimiyyət ambisiyasından gedir. 

Bunu qanunla, qayda ilə, nə  təhər deyərlər, sivilizasiya prin-

 

 



 

 



____________________________________________ 

45

 



 

sipləri  əsasında etmək lazımdır,  silahla,  filan-beşməkanla, 

terrorla etmək lazım deyil. Amma bu hallar da var. 

Ona görə  də hesab edirəm ki, şəxsən mənim vətəndaş kimi, 

eyni zamanda dövlət başçısı kimi, o dövrdə fəaliyyət göstərmiş 

adamların hamısına hörmətim var və bu gün də var, o cümlədən 

Sabir Rüstəmxanlıya. Sabir Rüstəmxanlının da xatirindən 

çıxmayıb ki, biz onun 50 illik yubileyini təntənə ilə keçirdik, 

bəli, hamımız birlikdə, siz də, mən də birlikdə.  İndi az-az olur 

ki, 50 illik yubiley keçirilsin, elədir, yoxsa yox? Olmamışdır? 

Hər şeydə bir kosmonavt olmalıdır. 

Bəlkə də bu sözlər artıqdır, amma Sabir Rüstəmxanlının bəzi 

fikirləri məni bu barədə danışmağa məcbur etdi. Ola bilər, lazım 

idi ki, mən bu fikirləri bir daha deyim, bir daha siz də biləsiniz

bütün cəmiyyət də bilsin. Mənim münasibətim belədir. 

Əgər başqa elə bir mühüm fikir yoxdursa, bəlkə görüşümüzü 

uzatmayaq, necə baxırsınız? Mən sizinlə neçə saat istəyirsinizsə 

oturmağa hazıram. Çünki ədəbiyyatı o qədər sevirəm ki, 

ədəbiyyatla,  şerlə, bizim mədəniyyətlə görüşmək mənim üçün 

həmişə çox xoşdur. Danışın, amma gəlin Yazıçılar Birliyinin 

problemləri haqqında danışaq. Deyəsən, Elçin danışmaq istəyir, 

buyursun. 

 

 YAZIÇI 

ELÇİNİN ÇIXIŞI 

 

 



 Hörmətli Prezident! 

 

Əziz qələm dostlarım!  



Təbii ki, mən də bu görüşü, söhbəti çox yüksək 

qiymətləndirirəm və buna görə, cənab Prezident, Sizə  dərin 

təşəkkür və minnətdarlığımı bildirirəm. Tale belə  gətirib ki, 

vəzifəmlə  əlaqədar bizim hörmətli Prezidenti müşahidə etmək 

imkanlarım qələm dostlarıma nisbətən daha artıqdır. Ona görə 

də bunu deməliyəm və bunu deməklə sizin üçün, - qələm 

dostlarımı nəzər- 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə