MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə15/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   11   12   13   14   15   16   17   18   ...   157

____________________________________________ 

46

 



də tuturam, - yeni bir Amerika kəşf etmirəm. Azərbaycan 

Respublikasının prezidenti Azərbaycan xalqının inkişafını, 

rifahını, Azərbaycan Respublikasının çiçəklənməsini bəlkə  də 

ilk növbədə, - ola bilər yanılıram, amma hər halda güman 

edirəm, təəssüratım məni aldatmır, - Azərbaycan 

mədəniyyətinin, mədəniyyəti böyük mənada, ədəbiyyat da daxil 

olmaqla deyirəm, çiçəklənməsi, inkişafı ilə, bu çətin vaxtda 

Azərbaycan mədəniyyəti naminə  nəsə eləməklə ölçür, onunla 

görur. 

Bir müşahidəmi də demək istəyirəm, - hörmətli Prezidentlə 



bəzən telefon danışıqlarında və yaxud bilavasitə danışıqlarda 

açıq-aşkar müşahidə etmişəm ki, dediyim geniş  mənada 

mədəniyyətdən söhbət düşdükdə, ədəbiyyatdan söhbət düşdükdə 

məndə elə bir təəssürat yaranır ki, cənab Prezident elə bil mənən 

bir az dincəlir.  Əgər bu iş-gücün, problemlərin çoxluğu içində 

"dincəlmək" sözü yerinə düşürsə. Həqiqətən belədir və bir 

qələm  əhli, yazıçılıqla, yazı-pozu ilə  məşğul olan adam kimi

sözsüz ki, buna mən daxilən çox sevinirəm, məndə daxilən 

böyük ruh yüksəkliyi əmələ gəlir. 

Doğrudan da, burada qurultaylardan, cənab Prezident ilə 

Azərbaycan yazıçıları arasındakı münasibətdən söhbət getdi. 

Bunların hamısı  mənim də gözümün qabağındadır. Bu 

münasibətlərdə ilk növbədə bir sabitlik var. Biz hörmətli Heydər 

Əliyevi o qurultaylarda həm xitabət kürsülərində görmüşük, 

həm rəyasət heyətində, həm də sadəcə parterdə oturan 

görmüşük. 

Elə bilirəm ki, respublika miqyasında yeganə böyük 

toplantılar idi ki, Heydər  Əliyev həm yuxarıda, həm aşağıda 

oturub, bilavasitə özü görüb, təmasda olub, bütün bu tədbirlərdə 

bilavasitə iştirak edibdir. 

Qurultaylardan ki, söhbət düşdü, mənim də gözümün 

qabağına gəlir. Burada Anar dedi, 1971-ci ildən bu tərəfə olan 

qurultaylar - 1971-ci ildə, 1976-cı ildə, 1981-ci ildə, 1986-cı il-

də,  1991-ci ildə olan qurultaylar gözümün qabağına gəlir. 




____________________________________________ 

47

  



 

 

Tam inamla deyirəm ki, şübhəsiz, Azərbaycan milli ictimai 



fıkrinin formalaşmasında, Azərbaycanın milli özünüdərkində

milli özünüifadəsində bu qurultayların çox mühüm rolu olubdur. 

Mən nəyi demək istəyirəm?  İndi burada ən cavanı Vaqif 

Cəbrayılzadədir, bunlar hamısı onun da gözünün qabağındadır. 

Çingiz Abdullayev gülür, Çingiz yaşda ondan da kiçikdir. Bu 

qurultaylar, bu böyük toplantılar sovet dövründə, sovet 

Azərbaycanı dövründə çox zaman kosmopolit xarakter daşıyırdı. 

Kosmopolit xarakter deyəndə, həm dini nöqteyi-nəzərdən, həm 

ümumi Sovet İttifaqı qarşısındakı problemlər - təsərrüfat 

problemləri nöqteyi-nəzərindən deyirəm. Amma Azərbaycan 

yazıçılarının qurultayları  həqiqətən milli özünüdərkin, 

özünüifadənin, milli münasibətin ifadəsi idi. Şübhəsiz, gün işığı 

kimi aydın həqiqətdir ki, burada da o dövrün rəhbərinin və 

rəhbərliyinin rolu var idi. Başqa cür mümkün deyildi. 

Misal üçün, əgər 1971-ci ildə bu gün burada oturanların 

çoxundan yaş etibarilə cavan olan birinci katib, respublikanın 

rəhbəri Heydər Əliyev gəlib Azərbaycan dilində çıxış edirdisə, - 

o məruzə yadınıza gəlir, - Azərbaycan problematikasını 

qaldırırdısa, bu, doğrudan da Azərbaycan ictimai fikrinin 

formalaşmasında böyük bir hadisə idi. Mənim yadıma gəlir, 

bunu bir neçə  dəfə yazmışam və demişəm də, - doğrudan da 

hesab edirəm ki, mühüm məsələdir. 1981-ci ildə keçmiş 

Dzerjinski klubundakı qurultayda, - o, elə bir dövr idi ki, 

Azərbaycanda, Azərbaycan xalqının problematikasında onun 

gələcəyi üçün bir nömrəli problemlərdən olan Cənub mövzusu 

yasaq idi. Təbii ki, Moskvanın təzyiqi, istəyi və Qlavlitdən 

tutmuş bir sıra redaktorlara qədər Moskvanın dediyi ilə oturub 

duran kiçik işçilərin iştirakı ilə bu, yasaq idi. Heydər  Əliyev 

çıxışında, - hesab edirəm ki, doğrudan da tarixi çıxış idi, - 

Cənub məsələsinə Azərbaycan    

  

 

 




____________________________________________ 

48

 



yazıçılarının diqqətini necə cəlb etdi? Xüsusi bir vəzifə yaratdı 

ki, o da Yazıçılar İttifaqının katibi vəzifəsi idi və bizim hörmətli 

Balaş Azəroğlu da o vəzifəyə seçildi - Azərbaycan Yazıçılar 

İttifaqının Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibi. 

Əlbəttə, bütün bunlar bir tərəfdən tarixi faktdır, hesab edirəm, 

Azərbaycanın yeni tarixinin son 30 ilinə yazdığı çox gözəl, 

qiymətli səhifələrdən biridir. O biri tərəfdən də, məsələn, şəxsən 

mənim üçün, burada "parlaq" sözünü işlətdim, - çox parlaq 

hadisələrdən biridir. 

Amma bu gün bu barədə söhbət getdi, - biz müstəqil 

Azərbaycanın yazıçılarının ilk qurultayını keçiririk. Yəni, 

müstəqil Azərbaycan Respublikası öz yazıçılarının ilk 

qurultayını keçirir. Əslində bu, Azərbaycan Yazıçılar Birliyinin 

yox, Azərbaycan yazıçılarının qurultayıdır. Aradan keçən altı ili 

mən də gözümün qabağına gətirəndə, hesabat nöqteyi-

nəzərindən bu illəri xatırladıqda  Əkrəm  Əylislinin dediyi bir 

fikirlə  şərikəm ki, əslində bu altı ilin daxilindəki hadisələr, 

ziddiyyətlər, dramatik hadisələr, - gurultulu çıxmasın, hətta bəzi 

məqamlarda  Şekspir qələminə layiq hisslər, həyəcanlar olan 

hadisələr - vaxt nöqteyi-nəzərindən, zaman etibarilə elə bil ki, 

altmış ilə bərabərdir. 

Mən bu nöqteyi-nəzərdən  ədəbiyyatımıza baxanda bir 

məsələyə diqqəti cəlb etmək istəyirəm.  Bu  da  nədir? 

Ədəbiyyatımızın bu günü və gələcəyi naminə, qələm əhli kimi, 

şəxsən özüm daxil olmaqla, bizim yaratdığımız şərait - yəni biz 

nə eləmişik? Həm Yazıçılar Birliyi nə edib, həm mən - Elçin nə 

eləmişəm, deyək ki, həm Qabil, həm Fikrət Qoca nə eləyibdir? 

Yəni, daxili bir hesabat nə olub, necə olubdur. Bu nöqteyi-

nəzərdən, birinci özüm daxil olmaqla, görürəm ki, ilk növbədə 

ədəbiyyata təəssübkeşlik hissiyyatı elə bil bir az arxa plana 

keçibdir. Başqa məsələlər, problemlər ədəbiyyat təəssübkeşliyini 

üstələyibdir. 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə