MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə17/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   13   14   15   16   17   18   19   20   ...   157

____________________________________________ 

52

  



Mən, necə deyərlər, yeni Amerika kəşf etmirəm, ürəyimin 

içində olan sözləri deyirəm. Siz bunları  məndən də yaxşı 

bilirsiniz. Amma bu məsələdə  hər birimiz fərdi surətdə daha 

artıq dərəcədə fəallıq göstərməliyik. Düzdür, mən başa düşürəm 

ki, bu gün belə imkanlar azdır. Nə üçün? Ona görə azdır ki, 

dünən "Azərbaycan" jurnalının 76 min tirajı var idi, bu gün onun 

min nüsxə tirajı var. "Ədəbiyyat" qəzetinin dünən 56 min tirajı 

var idi, bu gün min nüsxə tirajı var. Deyək ki, mən - Elçin ədəbi 

proses barədə bir məqalə yazmışam, hansısa bir əsərə qiymət 

vermişəm, ya tənqid, ya da tərif vermişəm. Bir var bu, 76 min 

tirajlıq jurnalda çap olunsun, bir də var min nüsxə tirajı olan 

jurnalda. Qeyd etmək lazımdır ki, o da az əhəmiyyətli deyil ki

mənim bu məqaləm 76 min nüsxə tirajlıq jurnalda çap 

olunmuşdursa, onda mən qonorar alıram və növbəti 

məqaləmədək uşaqlarımı dolandırıram, daha sonra yeni bir 

məqalə yazıram. Amma bu, min nüsxə tirajlıq jurnalda çap 

edilirsə, əlbəttə, müəyyən məhdu-diyyətlər ortaya çıxır. 

Bütün bunlara baxmayaraq, burada oturanlardan hər birimiz - 

möhtərəm Prezident dedi ki, buradakılar bizim hörmətli qələm 

sahiblərimizdir - gərək bu altı ildə  ədəbiyyatın təəssübünü 

çəkmək nöqteyi-nəzərindən edə bildiklərimizi etmişikmi? Heç 

bir  şey etməmişik. Mən bunu birinci özümə deyirəm, - heç bir 

şey eləməmişik. Ona görə də o cür qrafoman ədəbiyyatı baş alıb 

gedir. Mən Sizi inandırıram, bu qrafoman ədəbiyyatının qarşısı 

alınmasa, bu deqradasiya bizi ən geridə qalmış ölkələrin səviy-

yəsinə aparıb çıxaracaq. 

 

Mən çox arzu edirəm ki, bizim Yazıçılar Birliyinin 



qurultayında bu ətrafda söhbət getsin. Şübhəsiz ki, belə  də 

söhbət gedəcəkdir. Mən çox arzu edirəm ki, Yazıçılar Birliyi də, 

Nizami adına  Ədəbiyyat  İnstitutu da, qəzet redaksiyaları da ilk 

növbədə  "Ədəbiyyat" qəzeti, "Azərbaycan", "Ulduz" jurnalları 

bütün    bö-yük  çətinliklərə baxmayaraq, bu 

  

 




____________________________________________ 

53

 



qurultaydan sonrakı dövrdə daha artıq dərəcədə  ədəbiyyatın 

təəssübünü çəkməyə diqqət yetirsinlər. Yenə  də deyirəm, mən 

çox gozəl başa düşürəm ki, iclasda ədəbiyyat yaranmır, "yaxşı 

əsər yaz" deməklə heç kim gedib oturub yaxşı əsər yazmayacaq. 

Əgər yazıçının qabında bir şey varsa, ona heç nə demədən gedib 

yazacaq və gətirib verəcək. Amma bütün bunlarla bərabər, mən 

çox arzu edirəm ki, gələcəkdə daha artıq dərəcədə  ədəbi 

disputlar keçirilsin, ədəbiyyat söhbəti getsin, ədəbiyyat 

müzakirəsi olsun, hətta mən bu sözü deməkdən çəkinmirəm ki, 

ədəbiyyat davası olsun, amma sağlam dava olsun. Çox sağ olun, 

təşəkkürümü bildirirəm. 

 

YEKUN SÖZÜ 

 

Mən görüşümüzün  əvvəlində dedim, - söhbətimiz elə olsun 



ki, qurultayda da deməyə söz qalsın. Yoxsa bunların hamısını 

burada desək, qurultaya gələcəyik, deyəcəklər ki, hər  şeyi 

demişik. Ola bilər hələ kimsə  məni günahlandırsın ki, Heydər 

Əliyev bizi ora yığdı, sözlərimizi dedik, qurultaya qalmadı. 

Buna görə  də  gəlin sözlərimizi qurultaya da saxlayaq, əsas 

söhbəti qurultaya saxlayaq ki, o, həqiqətən mənalı, məzmunlu 

keçsin, dərin fikirlərlə dolu olsun. Amma bugünkü görüşümüzün 

əsas məqsədi ondan ibarətdir ki, ümumi bir fikrimizi cəmləyək. 

Mən belə başa düşdüm ki, bu altı il müddətində bizim 

Yazıçılar Birliyi bütün bu çətin dövrü yaşayıb, bütün bu 

çətinliklərə baxmayaraq mövcuddur və bundan sonra da 

Azərbaycan yazıçılarını öz ətrafına toplayıb yeni-yeni əsərlər 

yazmağa  şərait yaradacaqdır və kömək edəcəkdir. Mən belə 

düşünürəm. Ona görə  də hesab edirəm ki, Yazıçılar Birliyi nə 

qədər nöqsanlar olmuş olsa da, bu müddətdə öz üzərinə düşən 

vəzifəni imkan dairəsində yerinə yetiribdir. 

  

 

 




____________________________________________ 

54

 



Bir daha qeyd edirəm, Yazıçılar Birliyi dağılmayıbdır. Bizim 

yazıçılarımız bir-birindən nə  qədər narazı olsalar da, parça-

lanmayıblar, qruplara, ayrı-ayrı dəstələrə bölünməyiblər. Hamısı 

bir yerdədir, birlik var. Bu, özü böyük bir hadisədir. İndi bizdə 

quruluş  dəyişibdir. Dövlət quruluşu, ictimai-siyasi quruluş 

dəyişibdir. Biz müstəqil dövlətik. Ancaq keçmişdən bizə bu gün 

və  gələcək üçün yararlı olan vasitələri, qurumları yaşatmalı, 

istifadə etməliyik. 

Azərbaycanda Yazıçılar İttifaqı 1934-cü ildə yaranıbdır. İndi 

1997-ci ildir, əsr sona çatır. Yazıçılar İttifaqının yaşamasında bir 

neçə  nəsil öz xidmətlərini göstəribdir. Yazıçılar  İttifaqı 

yazıçıların yaşaması, inkişaf etməsi, yaradıcılıqla məşğul olması 

üçün çox işlər görübdür. 

Burada məlumat verildi ki, gənclərdən 100 nəfər Yazıçılar 

Birliyinə üzv olmaq istəyir. Bu, çox sevindirici haldır. Demək, 

bu Birliyə inam, etibar var və insanlar bu Birlikdə olmaq 

istəyirlər. 

Mən güman edirəm ki, bu qurultay açıq-aydın, aşkar, sərbəst 

şəraitdə keçməlidir. Mənim fikrim belədir. Hərə öz sözünü 

deməlidir, öz fikrini bildirməlidir. Fikir sərbəstliyi, azaldığı 

təmin olunmalıdır. Güman edirəm ki, qurultay bizim 

yazıçılarımızın, tək yazıçılarımızın yox, yazıçıların  ətrafına 

toplaşan yaradıcı qüvvələrin bundan sonra daha da sıx olması və 

daha yaxşı fəaliyyət göstərməsi üçün imkan yaradacaqdır. Altı il 

elə bir dövrdür ki, bu altı il Azərbaycanın dövlət müstəqilliyinin 

yaşıdır. 

Şübhəsiz ki, çətinliklər var, bunları demək lazımdır və 

bunları aradan götürmək lazımdır. Ancaq heç kəs güman 

etməsin ki, birincisi, bunlar asandır və ikincisi, bunları tezliklə 

aradan götürmək olar. Yox. Bilirsiniz, müstəqil dövlət qurmaq 

bir bina tikmək deyil. Böyük bir binanı da tikəndə buna üç-dörd 

il vaxt lazım olur. Xatirimdədir, mən bu binanı tikməyə 

başladım, onu qurtaranadək beş il vaxt keçdi. Amma 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə