MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə19/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   15   16   17   18   19   20   21   22   ...   157
    Bu səhifədəki naviqasiya:
  • A n a r

____________________________________________ 

58

 



Birincidən sonra doqquzunu da imzalamışıq. Burada 12 ölkədən 

20  şirkət işləyir. Bunlar hamısı burada yerləşiblər, işləyirlər. 

Bütün bu   müqavilələr   Azərbaycanın   gələcəyi   üçün-dür.    

Bunlann nəticəsini bizdən çox, gələcək nəsillər görəcəklər. 

Yəni demək istəyirəm ki, baxın, bu kiçik zamanda nə qədər 

işlər  görülüb  və  görülür.   Bunlar  da  hamısı  müstəqilliyin  

bəhrəsidir.  Bizim xalqımız üçün müstəqillik o  qədər 

qiymətlidir  ki,   bütün  çətinliklərə   dözməliyik,   bütün  

məhrumiyyətlərə dözməliyik. Amma eyni zamanda biz bu qısa 

müddətdə      müstəqilliyin   Azərbaycan   xalqını      nə      qədər   

qaldırmasının da şahidiyik, bunu da görürük. 

Ona görə də bu altı il həm Azərbaycan xalqının həyatında bu 

müstəqilliyi  əldə edəndən indiyə  qədər gedən proseslər, başqa 

çətinliklər dövrüdür, eyni zamanda Yazıçılar Birliyinin 

həyatında, hesab edirəm, çox mürəkkəb bir dövrdür. Siz bu 

mürəkkəb dövrü yaşamısınız, Birliyi yaşatmısınız və hesab 

edirəm ki, bundan sonra da yaşatmalıyıq. 

Dövlət qayğısı  məsələsi. Bilirsiniz ki, bizim imkanlarımız 

əvvəlkinə nisbətən çox məhduddur. Amma buna baxmayaraq, 

jurnal, qəzet məsələsini biz həll etmişik. Mən dünən də, bu gün 

də bu qurultay yaxınlaşarkən düşünürəm - əlavə nə etmək olar? 

Sabah mən imkanlarımıza bir daha baxacağam, - nə etmək olar 

ki, dövlət qayğısını artıraq. 

Doğrudur, indi sərbəst ölkələrdə, o cümlədən bizim dost 

Türkiyədə yazıçılara,  ədəbiyyata, mənə elə  gəlir ki, heç bir 

dövlət qayğısı yoxdur. Heç birisi yoxdur. Amma baxmayaraq ki, 

onların dövlətlərinin imkanları çox böyükdür. İş burasındadır ki, 

bizim adamlar başqa cür öyrəniblər.  İndi baxın, biz o sovet 

quruluşunu bir tərəfdən söyürük, tənqid edirik, ikinci tərəfdən 

sovet quruluşunda  əldə etdiyimiz o xasiyyətlərdən  əl çəkə 

bilmirik. Bu da təbiidir. Mən hec kəsi qınamıram. 

Hamı, o cümlədən siz də bilməlisiniz, millətimiz də 

bilməlidir ki, bu keçid dövrünün bir çox şeyləri təbiidir. 

  



____________________________________________ 

59

 



Onlardan qaçmaq mümkün deyil, bunları sadəcə olaraq 

vaşamaq, bunlara dözmək və bunların öhdəsindən gəlmək 

lazımdır. Ona görə də mən sabah düşünəcəyəm ki, görüm əlavə 

nə etmək olar. 

Bir neçə ildir çox adamlar tərəfindən belə bir fikir irəli 

sürülür, mənim də beynimdə fırlanır ki, mənim adımla bağlı bir 

fond yaradaq. Bu, bir çox ölkələrdə var. Ümumiyyətlə, belə bir 

fond yaratmaq və bu fondun vasitəsilə mədəniyyətə, ədəbiyyata, 

bəzi başqa sahələrə kömək, himayə etmək fikrini, xatirimdədir, 

İtaliyadan geri dönərkən təyyarədə biz Anarla danışırdıq. Mən 

ona dedim, mənim çox şeylərə vaxtım çatır, amma bəzi  şeylər 

var ki, o mənim şəxsi işlərimlə əlaqədardır, ona vaxtım çatmır. 



A n a r: Mən Sizə dedim ki, bu Sizə yox, bizə lazımdır. 

Heydər  Əliyev: Yox, ola bilər, bu mənim adım olacaqdır, 

amma gərək bu fond tutarlı bir fond olsun ki, kömək edə bilsin, - 

bu sizə lazımdır. Yenə də deyirəm ki, belə bir təklif üç-dörd ildir 

meydana gəlibdir. Bu mənim də beynimdə  fırlanır. Dünən, bu 

gün  ədəbiyyat haqqında düşündükcə  mən bir daha bu fıkrə 

gəlirəm ki, yəqin belə bir fond yaratmaq lazımdır. Mən yəqin ki, 

yaxın vaxtlarda bu barədə bir qərar qəbul edəcəyəm. Ola bilər 

onun vasitəsilə  də  ədəbiyyatımıza, mədəniyyətimizə  gələcəkdə 

təsirli yardım etmək olar. Ancaq hələ  mən bu gün 

fıkirləşəcəyəm ki, dövlətin imkanları ilə nə etmək olar. 

Siz bilirsiniz ki, bu mənzil məsələsi belədir, - indi biz ev 

tikmirik. Bilmirəm ki, indi mən bunu nə cür edim, nə  təhər 

edim. Mən fikirləşim, bəlkə bir göstəriş verim fikirləşsinlər ki, 

ourada nə etmək olar. 



A n a r: Hörmətli prezident, bunun üçün şəraitli bir sahə 

ayrılsa, bəlkə orada bir şey tikmək olar? 



Heydər  Əliyev: Axı kim tiksin? Əlbəttə, pul olsa, tikmək 

olar. O qədər tikinti təşkilatları var ki. Amma iş 

  

 

 



 


____________________________________________ 

60

 



burasındadır ki, pul yoxdur. Hər halda mən bu barədə  də 

fikirləşərəm ki, görək nə etmək olar. 

Əgər etiraz etməsəniz, sabah gənc yazıçılarla görüşərəm. 

Ancaq mənzil barəsində istəyirəm bu gün elan edim ki, bizim iki 

xalq şairinə - Bəxtiyar Vahabzadəyə və Məmməd Araza kömək 

etmək qərarına gəlmişəm. Bir balaca imkanım var, istəyirəm 

onu da bunlar üçün istifadə edəm. 

Vaxtilə, 1970-ci illərdə  mən burada rəhbər işçilər üçün ev 

tikmişdim. Özüm də orada yaşayıram. Sonra oradan Moskvaya 

getdim, qayıdanda orada mənə ev vermədilər. O evləri gəlib 

tutdular. Biz indi orada iki mənzil boşaltmışıq. Ev yaxşı evdir, 

dördotaqlı  mənzillərdir, yaxşı  təmir olunub, lifti də var. Mən 

onların birini Bəxtiyar Vahabzadəyə, birini də  Məmməd Araza 

verirəm. Çünki Bəxtiyar da, Məmməd Araz da hamımız üçün 

çox hörmətli adamlardır, böyük xidmət etmiş adamlardır. 

Bəxtiyar müəllim mənə danışır ki, beşinci mərtəbəyə qalxınca 

üç yerdə tənəffüs edir. Bu mənim bugünkü görüşə hədiyyəmdir. 

Qalan məsələlərə baxarıq. 

Mən bu söhbətimizin sonunda ümidvar olduğumu bildirmək 

istəyirəm ki, bizim yazıçılarımız öz vətəndaşlıq borcunu daim 

layiqli yerinə yetirəcəklər, xalqla birlikdə olacaqlar, millətin 

qayğıları ilə yaşayacaqlar. Yazıçılar Birliyi də yaşayacaq, 

yazıçıları öz ətrafında daim sıx toplayacaqdır. 

Siz özünüz bilərsiniz, qurultayı necə keçirəcəksiniz, 

rəhbərliyə kimi seçəcəksiniz. Amma hesab edirəm ki, bu altı il 

müddətində Yazıçılar Birliyini saxlayan və onu yaşadan 

rəhbərlər bu gün təşəkkürə layiqdirlər. 

 

* * * 



 

A n a r (görüşün axırında): Hörmətli Prezident, mən Sizə öz 

adımdan və hamımızın - buraya toplaşan ağsaqqalların, 

cavanların, bütün yazıçılarımızın adından dərin minnətdar- 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə