MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə16/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   12   13   14   15   16   17   18   19   ...   157

____________________________________________ 

49

 



Üzr istəyirəm, vaxtı bir az çox alıram, amma bunları burada 

demək istəyirəm. Vaxtilə hakim bir ideologiya var idi. Bu hakim 

ideologiya xüsusən 30-cu illərdə, elə sonrakı dövrlərdə  də 

istedadlı olub-olmamağından asılı olmayaraq, insanları istedadlı 

yazıçı  vəzifəsinə  təyin edirdi. Məsələn, deyirdi ki, sən 

dünənəcən tramvay sürəndin, bu gün təyin olunmusan istedadlı 

Azərbaycan yazıçısı vəzifəsinə. Yaxud, bir pyes yazmısan, xalq 

düşmənlərini ifşa eləmisən, onda sən təyin olunursan görkəmli 

Azərbaycan yazıçısı  vəzifəsinə. O xalq düşmənini necə, hansı 

bədii estetik səviyyədə ifşa eləmisən, yaxud nə üçün ifşa 

eləmisən, bunun prokuroru, vəkili kimdir ki, bundan söhbət 

getmirdi. 

Yaxud Sov.İKP Mərkəzi Komitəsi, deyək ki, camışçılığın 

inkişafı haqqında qərar qəbul edirdi. Artıq bunun ədəbiyyat 

nöqteyi-nəzərindən 50-ci illərə  də, 60-cı illərə  də, hətta bəzən 

sonrakı illərə də dəxli var. Sov.İKP Mərkəzi Komitəsi Nazirlər 

Soveti ilə birlikdə camışçılığın inkişafı haqqında qərar qəbul 

edirdi. Azərbaycan  ədəbi tənqidi və yaxud Sovet ədəbi tənqidi 

nə edirdi? Sovet ədəbi tənqidi partiyanın qərarının bədii 

ədəbiyyatdakı  təcəssümünü tələb edirdi. Bu zaman ədəbiyyata 

heç bir dəxli olmayan əsərlər meydana çıxırdı. Mən onların 

üzərində dayanmaq istəmirəm, hamınız bunu çox gözəl 

bilirsiniz. O əsərlərin qəhrəmanları, misal üçün, bir camışdan üç 

bala alırdısa, olurdu müsbət qəhrəman, gözəl, yüksək səviyyəli 

bir qəhrəman, yazıçının böyük nailiyyəti. Amma bu, hansı bədii-

estetik səviyyədə idi - bunun fərqinə varan yox idi. 

Şübhəsiz ki, o dövrdə eyni zamanda istedadlı  ədəbiyyat da 

yaranırdı. O istedadlı  ədəbiyyatın yaranması prosesi Azər-

baycanda 70-ci illərdə özünü çox parlaq şəkildə büruzə verdi. 

Dissident ədəbiyyatından çox danışırlar. Düzdür, Azərbaycanda 

xüsusi demək olmaz ki, filan bir dissident roman yazdı, xaricdə 

çap olundu. Azərbaycanda çap olunmadı və yaxud 

  

 



____________________________________________ 

50

 



 

bir poema yazdı, xaricdə çap olundu, Azərbaycanda olunmadı. 

Amma mən bunun şahidiyəm, dostlarım da bilir, - Anar, Yusif, 

Əkrəm burada əyləşiblər, - hamısı şahiddir ki, biz o vaxt tez-tez 

Moskvaya, başqa respublikalara gedirdik, orada bizə deyirdilər 

ki, Azər Moskvada işləyirdi, bunu təsdiq edə bilər, - siz nə 

edirsiniz, Azərbaycanda nə baş verir? Yəni, o əsərlər ki, 

Moskvada dissident ədəbiyyatı nümunələri sayılırdı, o əsərlər 

Azərbaycanda, adlarını da bilirsiniz, kifayət qədər də həcmi olan 

əsərlər idi, həm  şerdə, həm nəsrdə, hətta dramaturgiyada olan 

əsərlər idi, - həmin "Azər-baycan", "Ulduz" jurnallarında, 

"Ədəbiyyat" qəzetində çap olunur, Əzizbəyov adına teatrda 

tamaşaya qoyulurdu və s. Doğrudan da bu, olan bir şeydir və 

bunun üstündən keçmək olmaz. Ona görə keçmək olmaz ki, 

mümkün də deyildir. Çünki Azərbaycanın bugünkü 

özünüifadəsində bunun çox böyük rolu var. 

Amma indi necə vəziyyət əmələ gəlib? İndi elə bil ki, qələm 

dostlarım da, - bu gün söhbət  ədəbiyyatdan gedir, - ədəbiyyat 

adamları arasında, bəlkə səhv edirəm, elə bil ki, bir az özlərini 

itiriblər. Şübhəsiz ki, bunun böyük səbəbləri var. Həm də maddi 

səbəbi var. 

Dünənə qədər əsərlər çap olunurdu, qonorarları alınırdı. Buna 

görə  də yazıçıların heç bir vəzifədə  və başqa yerdə  işləməyinə 

ehtiyac yox idi. Bu qonorarlar onların ailələrini, özlərini 

yaşatmaq üçün kifayət idi. 

Bu gün həm maddi, həm də  mənəvi çətinliklər ortaya çıxıb. 

Hətta ən istedadlı, görkəmli yazıçı özünü axtarmağa başlayıbdır. 

Məsələn,  Əkrəm  Əylislinin çıxışı barədə bu gün burada söhbət 

açdılar.  Əkrəm  Əylislinin bu son altı ildə, hətta ondan əvvəlki 

illərdə - Yazıçılar  İttifaqında işlədiyi dövrdən bugünkü günə 

qədər gəldiyi yolu nəzərə alaraq mən deyə bilərəm ki, bu yol 

tamamilə ziqzaqdan ibarət bir yoldur. Mən bunu pis mənada 

yox, yaxşı mənada deyirəm.  Mən 

  



____________________________________________ 

51

 



bunu qələm dostumun özünü axtarışı kimi hesab edirəm. O, 

özünü, həqiqəti axtarır. Bu nöqteyi-nəzərdən elə bil yazıçılar 

özlərini itiriblər. Həm maddi cəhətdən böyük çətinliklərə, həm 

də dediyim həmin o altı ilin içərisinə  sığmayan böyük 

problematika ilə,  əgər belə demək mümkünsə, həmin altı ilin 

ehtivasına sığışmayan 60 ilin, bəlkə  də 100 ilin problematikası 

ilə qarşılaşıblar. Əlbəttə, bu nöqteyi-nəzərdən Azərbaycan ədəbi 

prosesinin bugünkü zəifliyinin, hətta mən deyərdim ki, bugünkü 

ölgün vəziyyətin səbəbləri vardır. Şübhəsiz ki, burada Yazıçılar 

Birliyi, Nizami adına  Ədəbiyyat  İnstitutu daha artıq dərəcədə 

fəal olmalıdırlar. Amma ilk növbədə, mən özüm də daxil 

olmaqla, bizim hər birimiz fəal olmalıyıq. 

Heydər  Əliyeviç, mən Sizə deyim, bu gün ədəbi meyarlar, 

demək olar ki, itib, yəni bu gün ədəbiyyatda elə bir deqradasiya 

prosesi gedir ki, onun qarşısını almaq inzibati nöqteyi-nəzərdən 

mümkün deyildir. Onun qarşısını  qərarlarla almaq mümkün 

deyil. Bunun qarşısını ancaq əsl  ədəbiyyatın təəssübünü 

çəkməklə almaq mümkündür. 

Məsələn, Siz də dediniz, bu gün bir nəfər prokuror haqqında 

kitab çıxır. Məlum olur ki, belə böyük-böyük kitabların Mətbuat 

və  İnformasiya Nazirliyinə  dəxli yoxdur. Kiminsə pulu var, 

gedib hansısa bir şəxsi nəşriyyatda çap etdirir. Məlum olur ki, 

bir yazıçı var imiş, sən demə, onun 10 romanı var imiş, Sovet 

İttifaqı, Sovet Azərbaycanı vaxtında bunu sıxışdırıblar, 

kitablarını çap etməyiblər. O bunları indi çap elətdirir, cildləri 

çıxır. Digər tərəfdən, şer naminə heç bir şey olmayan cild-cild, 

ensiklopediya boyda kitablar çap olunub. Təkrar edirəm, 

bunların qarşısını nə ilə almaq olar? Sovet dövrü deyil ki, qərar 

çıxarasan və yaxud digər işlər görəsən.  İnzibati yolla buna nə 

deyəsən? Deyəsən, get onu tut ki, nə üçün bu kitabı çap 

etmisən? Burada nə etmək olar? Ancaq və ancaq ədəbiyyatın 

təəssübünü çəkmək. 

 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə