MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə12/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   8   9   10   11   12   13   14   15   ...   157

____________________________________________ 

37

 



 

Mən Sizdən üzr istəyirəm, çox danışdım. Amma bunlar məni 

ağrıdan məsələlərdir. Mən bunları yazıçılar qurultayının 

kürsüsündən demək istəmirəm.  İstəyirəm ki, məsələyə diqqət 

artsın. Çox sağ olun. 

Heydər  Əliyev: Birincisi, mən arzu edərdim ki, bizim bu 

söhbətimiz Yazıçılar Birliyinin problemləri ilə  əlaqədar olsun. 

çox xahiş edirəm ki, mənim  şəxsiyyətimlə, yaxud da ki, mənə 

münasibətlə əlaqədar məsələlər burada qaldırılmasın. Mən bunu 

dəfələrlə demişəm, bəlkə  də bunu demək artıqdır, amma 

məcburam. Millətin, Azərbaycan xalqının, ziyalıların bütün 

dövrlərdə mənə olan müsbət münasibətindən çox razıyam. Heç 

kəsdən də narazılığım yoxdur. Heç kəsdən. Buna görə  də heç 

kəs düşünməsin ki, məsələn, mənim üçün o ağır illərdə kimsə 

mənə  əl uzatmayıb, yaxud kömək etməyib, bəlkə  də  qəlbində 

olan münasibəti göstərməyə imkan olmayıbdır, yaxud da ki, 

biganə qalıbdır, - bir dövlət başçısı kimi, bu mənim üçün bir 

əhəmiyyət kəsb edir, - yox, vallah, yox! 

Bilirsiniz, mən Naxçıvandan seçilmiş deputat kimi 1991-ci 

ilin fevralında Ali Sovetin sessiyasında danışdım, orada da 

dedim. Dedim, mən Moskvada yaşaya bilmədim və buraya 

gəldim ki, öz xalqımın, millətimin içində olum və onunla bir 

yerdə olum. Belə hallarda bəziləri öz Vətənini tərk edir ki, gedib 

rahat yaşasın. O vaxt Moskvada mənim yaşamağım üçün 

çətinliklər də var idi. Ancaq hər halda, mən Vətəndən uzaqda 

idim, ola bilərdi, Vətənin problemləri də  mənim qəlbimdə 

olaydı, amma mən ona cavabdeh deyildim. Lakin mən gəldim. 

Kimsə bunun qarşısını almaq istədi, kimsə buna mane oldu və 

sairə. Bunlar hamısı göz qabağında olan şeylərdir, keçib 

gedibdir. Ancaq sonra, 1993-cü ildə mən dəvət olundum, Bakıya 

gəldim, o vaxt dedim ki, heç kəs narahat olmasın.  Bəzi 

qüvvələr, adamlar tərəfindən mənə 

  

 




____________________________________________ 

38

 



 

qarşı olan o ədalətsizliyə görə  mən heç kəsdən, heç vaxt qisas 

almamışam, almaram. 

Bu gün yenə  də deyirəm, mən bunları çoxdan unutmuşam, 

bunları heç xatırlamaq lazım deyil. İrəliyə baxmaq, birləşmək 

lazımdır. Hamımız bir olmalıyıq. Həyatın müəyyən bir 

mərhələsində kimsə  nəsə, bəlkə bundan da çox edə bilərdi, 

etməyibdir. Nə olsun? Amma indi biz hamımız bir yerdəyik. 

Dövlətimiz müstəqildir.  İndi bütün bu çətinliklərin öhdəsindən 

gəlmişik. 

Güman edirəm ki, biz müharibəyə  də son qoyacağıq, işğal 

olunmuş torpaqlarımızın sülh yolu ilə azad edilməsinə  də nail 

olacağıq, sülh də yarada biləcəyik. Mənim buna artıq daha da 

çox ümidim var. Ona görə də mən istəməzdim ki, bu məsələyə 

indi bir daha toxunaq, çünki bu bizi əsas mövzudan kənara 

aparır. 


İkincisi, Sabir burada bir məsələyə toxundu. Mən buna öz 

münasibətimi bildirmək istəyirəm. Amma mən bunu əvvəllər də 

demişəm. Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın 

Azərbaycana təcavüzü və Moskvanın, ittifaqın o vaxtkı dövlət 

başçılarının Azərbaycana ədalətsiz münasibəti ilə əlaqədar və o 

vaxt Azərbaycana başçılıq edənlərin, həmin o kommunist 

partiyasının rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının 

problemlərinə lazımi qayğı göstərməməsi ilə əlaqədar, bəlkə də 

öz hərəkətləri ilə xalqına xəyanət etməsi ilə  əlaqədar ayağa 

qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış 

insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin 

parlaq səhifələridir. 

Mən hesab edirəm ki, heç kəs onları başqa cür qiymət-

ləndirməməlidir. Şəxsən mən bu cür qiymətləndirirəm. 

Bilirsiniz, ora, həmin o meydana yüz minlərlə adam 

toplaşırdı. Onlar oraya niyə toplaşırdı? Axı onları zorla oraya 

aparmaq olmazdı. Demək, onların tam əksəriyyətinin qəlbində 

olan milli hissiyyat,  torpaq, Vətən hissiyyatı və 




____________________________________________ 

39

  



 

 

ədalətsizliyə qarşı etiraz bu insanları oraya toplayırdı. O vaxt o 



mitinqləri aparanlar, xalqı bu işlərə daha da cəlb edənlər də, mən 

hesab edirəm ki, çox cəsarətli insanlar olublar və onların 

xidmətlərini heç vaxt unutmaq olmaz. Mən bunu həmişə 

qiymətləndirmişəm və qiymətləndirirəm. Həmin o mitinqlərdə 

burada oturan şəxslərin  əksəriyyəti iştirak ediblər, - gəliblər, 

danışıblar, sözlərini deyiblər. Ona görə də mən hesab edirəm ki, 

bunların hamısı bizim xalqımızın qüdrətini, mənəviyyatını 

nümayiş etdirən səhifələrdir, hadisələrdir. 

Siz gərək ki, unutmamısınız, - 1994-ci ilin yanvar-fevral 

aylarında Milli Məclisdə mənim təşəbbüsümlə məsələ qoydum, 

bilirdim ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməyibdir. 

Xatirinizdədir, mən Milli Məclisə  məktub yazdım, təşəbbüs 

qaldırdım. Milli Məclis bu məsələni təxminən iki ay müzakirə 

etdi və biz 20 Yanvar hadisələri ilə əlaqədar qərar qəbul etdik. 

Xatirinizdədir, o vaxt bunların hamısı televiziya ilə verilirdi. 

Çoxlarınız da orada iştirak edirdiniz. O vaxtlar bəziləri 

istəyirdilər kimlərisə günahlandırsınlar ki, niyə 20 Yanvar 

gecəsi adamlar qırıldı. Çünki Nemət Pənahov, Etibar 

Məmmədov, yaxud da ki, Xalq Cəbhəsi, başqaları camaatı 

küçələrə  çıxartdılar, adamlar ona görə  qırıldı. Onları da 

günahlandırmaq istəyirdilər. Sabir, xatirindədir, onda sən Milli 

Məclisdə var idin. Onları günahlandırmaq, qərara yazdırmaq 

istəyirdilər. Sənin də, başqalarının da xatirindədir ki, mən bunun 

əleyhinə  çıxdım. Dedim, onlar günahkar deyillər. Onlar öz 

Vətənini qoruyurdular, öz hissiyyatlarını bildirirdilər. Günahkar 

o tankları buraya gətirənlərdir, günahkar o tanrkları buraya 

göndərənlərdir. Ona görə  də  mən o vaxt dedim, - nə Nemət 

Pənahovu, nə Etibar Məmmədovu, nə Xalq Cəbhəsini, nə 

başqasını, heç birisini günahlandırmaq olmaz. O vaxt mən buna 

imkan vermədim. Bəli, o vaxt bəzi qüvvələr çalışdılar 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə